Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Morkaya Motuqa adası
Morkaya Motuqa adası — Rusiyanın Maqadan vilayəti ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Qijiqin körfəzinin qərbində, Xalpili adalarından şimal-şərqdə, Tayqonos yarımadasının qərb sahillərində yerləşir. Maksimal hündürlüyü 73 metrdir. İnzibati baxımından Maqadan vilayəti Şimali Evenks rayonu ərazisinə daxildir.
Reçnaya Motuqa adası
Reçnaya Motuqa adası — Rusiyanın Maqadan vilayəti ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Qijiqin körfəzinin şimal-şərqində, Tayqonos yarımadasının qərb sahillərində, matuqin burnundan qərbdə, Matuqa buxtasına tökülən Matuqa çayının mənsəbindən şimal-qərbdə yerləşir. Maksimal hündürlüyü 85 metrdir. İnzibati baxımından Maqadan vilayəti Şimali Evenks rayonu ərazisinə daxildir.
Artiqa
Artiqa (fr. Artigat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Le-Fossa kantonuna daxildir. Kommunanın dairəsi — Pamye. INSEE kodu — 09019. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 332 nəfərdən (15-64 yaş) 238 nəfəri iqtisadi cəhətdən fəal, 94 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.7%, 1999-cu ildə 59.0%). Fəal 238 nəfərdən 202 nəfəri (104 kişi və 98 qadın), 36 nəfəri işsizdir (22 kişi və 14 qadın). Aktiv olmayan 94 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 30 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Molina
Bakxaris (lat. Baccharis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Baccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Baccharis acutata (Alain) Borhidi Baccharis alamosana S.F.Blake Baccharis alaternoides Kunth Baccharis albida Hook. & Arn. Baccharis × alboffii F.H.Hellw. Baccharis albolanosa A.S.Oliveira & Deble Baccharis aliens Rusby Baccharis alleluia A.S.Oliveira & Deble Baccharis alnifolia Meyen & Walp. ex Meyen & Walp. Baccharis alpestris Gardner Baccharis alpina Kunth Baccharis altimontana G.Heiden & al. Baccharis amambayensis Zardini & Soria Baccharis angusticeps Dusén ex Malme Baccharis angustifolia Michx.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
MotoGP
MotoGP, dünyanın müxtəlif dövrələrində (pist) keçirilən ən prestijli motosiklet yarışlarıdır. MotoGP-də mühərriklər 3 kateqoriyaya bölünür: 125cc, 250cc və 800cc. 2006-cı ilə qədər 990cc olan mühərriklər 800cc-ə endirilmişdir. Mühərrikin gücü 250 HP civarındadır, maşınlar kimi pistlərdə 300 km/s-dən çox sürət əldə edə bilirlər. Valentino Rossi MotoGP-nin ən məşhur və ən uğurlu yarışçısıdır.
Moziya
Myoziya (lat. Moesia, yun. Μοισία) — Serbiya, Bolqarıstan və Rumıniyanın Dunay çayının cənubundakı torpaqları arasında qalan qədim Roma əyaləti və tarixi bölgə. == Coğrafiya == Antik coğrafiya mənbələrinə görə Myoziya cənubdan Balkan (Haemus) və Şar dağları, qərbdən Drina çayı (Drinus), şimaldan Dunay çayı və şərqdən Qara dəniz ilə əhatə olunmuşdur. Bölgə əhalisinin böyük hissəsi fraklar və illiryalılar Bölgə adını e.ə. 75 - e.ə. 29 illəri arasında bura işğal olunmazdan qabaq yaşayan frak-ilirya mənşəli mozilərdən almışdır. 6-cı ildən bu bölgə Roma əyaləti olmuşdur. Bölgə 87-ci ildə Roma imperatoru Domisian tərəfindən Yuxarı Myoziya və Aşağı Myoziya olmaqla iki yeni əyalətə ayrımışdır. == Tarix == E.ə.
Qotika
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. == Qotik memarlığı == Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Mortira
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Mojqa
Mojqa (rus. Можга́, udm. Можга) — Rusiyanın Udmurtiya Respublikasında şəhər. Şəhərdə dəmiryol stansiyası yerləşir. Şüşə, aşılayıcı ekstrakt və maşınqayırma detalları, kətan zavodları, taxta-şanbal, mebel kombinatı, baytarlıq texnikumu, tibb və pedaqoji məktəbi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Государственный Совет Удмуртской Республики. Закон №46-РЗ от 19 октября 2006 г. «Об административно-территориальном устройстве Удмуртской Республики», в ред. Закона №60-РЗ от 12 октября 2012 г. «О внесении изменений в отдельные Законы Удмуртской Республики».
Motiv
Motiv (lat. moveo — "hərəkət edirəm") — süjetin ən sadə komponenti. Y.E.Berezkinə görə folklor-mifoloji motiv bir neçə folklor-mifoloji mətnində meydana gələn obraz və ya epizod / yaxud obrazlar / və yaxud epizodlar sistemidir.Buna misal olaraq göydə artıq olan günəşləri endirmək motividir. Digər təriflər də var. B.V.Tomaşevski "Ədəbiyyat nəzəriyyəsi". Poetika "motivi belə müəyyənləşdirir:" Əsərin ayrılmaz hissəsinin mövzusu motiv adlanır. Əslində hər təklifin öz motivi var. A.N. Veselovskinin "Süjet Poetikası"nda verdiyi tərifi: "Motiv dedikdə, ibtidai ağlın və ya gündəlik müşahidənin müxtəlif istəklərinə məcazi mənada cavab verən ən sadə hekayə vahidi nəzərdə tutulur." "Motivin işarəsi onun məcazi tək müddətli sxematikliyidir; alt mifologiya və nağılların daha da parçalanmayan elementləri bunlardır." == Motiv nümunələri == Xeyirxah vəhşi Xeyirxah quldur Başı dərddə olan qız Döyüşçü qız Doppelanger Dağlarda kral Körpələrin döyülməsi (motiv) Cazibədar şahzadə Paltar geyinmə Filosof Daşı == Ədəbiyyat == Berezkin Yu. E., Duvakin EN Folklorun və mifoloji motivlərin bölgələrə görə tematik təsnifatı və bölgüsü. Analitik kataloq.
Aechmea mutica
Aechmea mutica (lat. Aechmea mutica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aqnes Monika
Aqnes Monika (tam adı: Aqnes Monika Mulyöto, ind. Agnes Monica Muljoto; 1 iyul 1986, Cakarta) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib. == Həyatı == 6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "Dininin toyu" sabun operası ona müvəffəqiyyət qazandırdı. 2003-cü ildə Aqnes And the Story Goes adlı ilk böyük albomunu çıxarır və bununla da İndoneziya musiqi sənayesində adını həkk etdirir.
Avena mutica
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Beynəlxalq qotika
Beynəlxalq Qotika — 14-cü əsrin sonlarında və 15-cü əsrin əvvəllərində Burqundiya, Fransa və İtaliyanın şimalında başlayan Qotik incəsənət dövrüdür. Daha sonra Qərbi Avropa boyunca geniş yayılmışdır və dolayısı ilə 19-cu əsrin sonunda Fransız sənətşünası Louis Courajod tərəfindən təqdim edilən dövrün adıdırRəssamlar və onların əlyazmaları, portativ işləri qitənin ətrafında geniş yayılmışdı. Saray adamları və ali zadəganlar arasında ortaq yaranmış və elita üçün hazırlanmış əsərlər, arasında milli üslubda dəyişiklikləri əhəmiyyətli dərəcədə azaldırdı.Əsas təsirlər Şimali Fransa, Niderland, Burqundiya Hersoqluğu, Praqa İmperiya məhkəməsi və İtaliya idi.Bohemiya kraliçası Anne və İngiltərə kralı II Riçard arasında evlilik nikahları üslubun yayılmasına kömək etdi.Bu başlanğıcda məhkəmə qabiliyyətinin bir üslubudur və kiçik zadəganların sifarişi ilə sənətə yayılmışdır. Şimali Avropada "Late Gothic" üslubunun davamlılığı, xüsusən dekorativ elementləri hələ 16-cı əsrin əvvəlinə qədər gedə bilərdi, çünki klassikizmin bərpası əvvəl Rönesansın bərpası idi. Müasir dövrlərdə sənət tarixçiləri tərəfindən şərtlərin istifadəsi bir qədər dəyişir, bəziləri termini digərlərindən daha məhdud şəkildə istifadə edir .Bəzi sənətşünaslar hiss terminini məhz "bir çox istiqamətlərdə araşdırdılar. == İnkişafı == Üslubun mühüm Çex versiyası IV Karl, qısa müddət ərzində Praqada Müqəddəs Roma İmperatoru, məhkəməsində Avropa sənətinin inkişafında qabaqcıl qüvvə oldu.
Bibliya motivi
Biblida (ing. Biblis) — Vilyam Buqro tərəfindən şəklimiş rəsm əsəri. Əsər 1884-cü ildə Parisdə tamamlanmışdır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından olan Biblida təsvir edilmişdir. "Biblida" əsəri hal - hazırda şəxsi kolleksiyada saxlanılmaqdadır.
Coreopsis mutica
Coreopsis mutica (lat. Coreopsis mutica) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Hidemasa Morita
Hidemasa Morita (10 may 1995, Takatsuki, Osaka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Lepechinia mutica
Lepechinia mutica (lat. Lepechinia mutica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lepechinia cinsinə aid bitki növü.
Matiya Divkoviç
Matiya Divkovic (bosn. Matija Divković Matija Divković; 21 avqust 1563 və ya 1563 – 21 avqust 1631 və ya 1631) — Bosniyalı ruhani yazıçı, tərcüməçi, yəhudi Fransiskan ordeninin rahibi . O həm də Bosniya və Herseqovina ədəbiyyatının banisi sayılır. == Tərcümeyi-hal == Vareş yaxınlığında Xorvat ailəsində anadan olub. Olovodakı Fransiskan məktəbindətəhsil alıb. Daha sonra təhsilini İtaliyada davam etdirmişdir. 1609-cu ildə keşiş kimi xidmət etdiyi Sarayevoda yerləşdi. Elə həmin dövrdə Bosniya və Herseqovina slavyanlarının mədəniyyətini, Bosniya Fransiskan vilayətində katolik teologiyasının dini tədqiqatlarını öyrənməyə başladı. "Slavyanlar üçün kəndli elmi" ilk əsərini yazdı və "Mübarək və şanlı bakirənin yüz möcüzəsi və ya əlaməti"ni tərcümə etməyə başladı. 1611-ci ildə Venesiya Respublikasına köçdü və burada əsərlərini nəşr etdirdi.
Metida (peyk)
Metida (yun. Μήτις) və ya Yupiter XVI Yupiterin daxili peyklərindən biridir. Peyk 1979-cu ildə Voyacer 1 kosmik zondu tərəfindən çəkilmiş şəkillərdə kəşf edilmiş və 1983-cü ildə Zeusun birinci arvadının adı ilə Metida adlandırılmışdır.Qalileo kosmik gəmisi ilə 1996-cı ilin əvvələrindən 2003-cü ilin Sentyabr ayı arasında aparılan əlavə müşahidələr onun səthinin şəkillərini çəkməyə imkan vermişdir. == Kəşf və müşahidə == Metida 1979-cu ildə Voyacer 1 kosmik zondu tərəfindən çəkilmiş şəkillərdə Stiven Sinnot tərəfindən kəşf edilmiş və müvəqqəti olaraq S/1979 J 3 adlandırılmışdır.1983-ci ildə ona rəsmi olaraq Zevsin ilk həyat yoldaşı olan titan Metidanın adı verilmişdir.Voyacer 1 in çəkdiyi şəkillərdə Metida nöqtə kimi görsənirdi və bu səbəbdən Metida haqqında məlumatlar Qalileonun gəlişinə kimi çox məhdud idi.Qalileo Metidanın demək olar bütün səthinin şəkillərini çəkmişdi. == Fiziki xarakteristikaları == Metida düzənsiz formadadır və ölçüləri 60×40×34 km-dir,bu da onu Yupiterin dörd daxili peykinin ən kiçiyi edir.Təqribi hesablanması nəticəsində onun səthinin sahəsinin 5800 və 11.600 km² aralığında olduğu güman edilir.Metis tərkibi və kütləsi məlum deyil, lakin onun orta sıxlığı Amalteyanın orta sıxlığına yaxın olduğundan, onun kütləsinin 3.6 × 1016 kq,sıxlığının isə (~0.86 g/cm³) olduğu fərz edilir.Bu sıxlıq onu göstərir ki,peykin 10-15 %-i su və buzdan ibarətdir. Metida səthində çoxlu kraterlər var və qırmızımtıl rəngdə görünür.Baş və arxa yarımkürələr arasında böyük asimmetriya var:baş yarımkürə arxa yarımkürədən 1.3 dəfə parlaqdır. == Orbit və rotasiya == Metida Yupiterin dörd daxili peykindən biridir.O Yupiterdən ~128,000 km məsafədə fırlanır.Metidanın orbiti çox kiçik ekssentrisitetə (~0.0002) və Yupiterin ekvatoruna nəzərən çox kiçik əyilməyə (~ 0.06°) malikdir. Nəhəng kilitlənmə səbəbi ilə Metida öz orbital dövrüdə sinxron fırlanır. Metida Yupiterin peyklərinin ən sürətlə hərəkət edənidir.O Yupiterin ətrafında 31.5 km/s sürətlə fərlanır. == Yupiterin halqaları ilə əlaqəsi == Yupiterin əsas halqası daxilində Metidanın orbiti təqribən 1000-km uzanır.Metida əsas halqanın tozunun çox hissəsini təşkil edir.
Monika Belluççi
Monika Anna Mariya Belluççi (it. Monica Anna Maria Bellucci; 30 sentyabr 1964[…]) — italiyan aktrisa və model. İtaliya, daha sonra ABŞ və Fransa istehsalı filmlərdə rol almazdan əvvəl "Dolce & Gabbana" və "Dior" üçün model xidməti göstərərək modellik karyerasına başlamışdır. Beluççi Frensis Ford Koppolanın qorxu romantika filmi "Brem Stokerin Drakulası"nda (1992) Drakulanın gəlini və İtaliya istehsalı romantik dram filmi "Malena"da (2000) Malena Skordi rolunu canlandırmışdır. O, Qaspar Noenin art hous qorxu filmi "Dönməzlik" (2002) filmində rol aldı və Mel Gibsonun bibliya dram filmi "İsanın ehtirasları" (2004) filmində Mariya Maqdalena obrazını canlandırdı. Beluççi 2003-cü il istehsalı "Matris: Yenidən yükləmə" və "Matris: İnqilab" elmi fantastika filmlərində Persefon rolunda yer almışdır. 2015-ci ildə Ceyms Bond filmi "Agent 007: Spektr"da o ən yaxşı "Bond qızı" oldu. == Həyatı == Beluççi 30 sentyabr 1964-cü ildə Umbriya regionunun Çitta-di-Kastello şəhərində Brunella Briqanti və Pasqual Beluççinin tək övladı olaraq dünyaya gəlmişdir. == Karyerası == === Model === Monika Beluççi 13 yaşında yerli həvəskar fotoqrafa pozalar verərək modellik etməyə başlamışdır. Beluççi 1988-ci ildə Peruci Universitetinin hüquq fakültəsini tərk etdi və Avropanın moda mərkəzlərindən biri olan Milana köçərək burada modelik agentliyi Piero Piazzi-nin vasitəçiliyi ilə Elite Model Management ilə müqavilə imzaladı.
Monika Edvards
Monika Edvards (ing. Monica Edwards; 8 noyabr 1912 – 18 yanvar 1998, Surrey, Cənub-Şərqi İngiltərə[d]) — XX əsrin ortalarında yaşamış İngilis uşaq yazıçısı idi, Romni Marş və Punchbowl Farm uşaq romanları seriyası ilə geniş oxucu kütləsi qazanmışdı. == Həyatı == 8 Noyabr 1912-ci ildə Derbişir Belperdə dünyaya gəlmişdir, Harri və Beril Nyuton cütlüyündən dünyaya gələn yazıçı dörd uşağın içərisində üçüncü övlad olmuşdur. Ailə 1919-cu ildə Yorkşir əyalətinin Ueykfild şəhərinə köçdü. Harri Nyuton piskoposluq edən idi və şeytan çıxararkən uşaqlarını tez -tez özü ilə aparırdı. 1927 -ci ildə, ailə Harri Nyutonun 1936-cı ilə qədər kurator olaraq qaldığı Romni Marş, Sasseksdəki Roj Harbora köçdü. Gənc Monika Nyuton qismən rəsmi təhsil aldı: məlumdur ki, o, 1920 -ci ilin sentyabrından 1921 -ci ilin iyuluna qədər Wakefield Qızlar Liseyində oxudu və ailə Roj Harborda yaşayanda Bristoldakı St Brandon Məktəbinə göndərildi. Burada 1928 -ci ildə yalnız üç ay qaldı və Sasseksə qayıtdı. Əlavə rəsmi təhsil almadı. == Mary Stanford fəlakəti == 1928 -ci ilin noyabr ayında Edvards, Cənnət körfəzində batmadığı iddia edilən xilasetmə gəmisi olan Meri Stenfordun devrilməsinin şahidi oldu.
Monika Krimadi
Monika Krimadi (alb. Monika Kryemadhi d.) — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Albaniya prezidenti İlir Metanın həyat yoldaşıdır. Monika Kremadi Albaniyanın birinci xanımı vəzifəsindən imtina edərək əvəzinə rolu böyük qızı Boraya həvalə etmişdir. == Təhsili == Monika Krimadi 9 aprel 1974-cü ildə Tiranada anadan olub, orta məktəbi orada bitirib. 1992-ci ildən Tirana Universitetinin Təbiət Elmləri fakültəsində üzvi kimyaçı kimi təhsil almışdır. 1999-cu ildə Qarmiş-Partenkirhendə Corc Marşal adına Avropa Təhlükəsizlik Məsələlərini Araşdırma Mərkəzində oxuyur. 2000–2002-ci illərdə Tirana Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, işin idarəedilməsi üzrə magistr dərəcəsi almışdır. Təhsilini aspiranturada davam etdirmişdir. == Siyasi karyerası == Krimadi siyasi karyerasına 1991-ci ildə FRESSH-in (Albaniya Sosialist Partiyasının gənclər təşkilatı) qurucularından biri olanda başlayır.