Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daniel Ramirez
Daniel Zabdiel Ramirez (d. 21 dekabr 1992) — Meksikalı üzgüçü. Daniel Ramirez Meksikanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Daniel Ramirez birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.54 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 55-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Sandro Ramirez
Simon Ramirez
Simon Alonso Ramirez Kuevas (isp. Simón Alonso Ramírez Cuevas; 3 noyabr 1998, Konsepsion, Çili) — Premyer Liqa təmsilçilərindən olan Benfika FK klubunda müdafiəçi kimi çıxış edən peşəkar Çili futbolçusudur. == Klub karyerası == Ramirez peşəkar karyerasına Uaçipato klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 5 mart 2016-cı ildə Çili Premyer Liqasında San Markos de Arika klubuna qarşı oyunda etmişdir. Ramirez 2017-ci ildə Lissabon təmsilçisi olan Benfika FK klubu ilə müqavilə imzalamışdır. Transferin dəyəri isə 700 min avro olmuşdur. == Milli karyerası == 2015-ci ildə Ramirez Çilinin gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Ramirez Ekvador, Boliviya və Argentina milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Həmin il Ramirez Çilinin ev sahibliyi etdiyi gənclərin Dünya Çempionatında iştirak etmişdir. Ramirez ABŞ və Meksika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Tetrahit navieri
Adi işırqan (lat. Galeopsis tetrahit) - i̇şırqan cinsinə aid bitki növü. == Sinonim == Galeopsis alpicola Nyman Galeopsis beckii (K.Malý) Dalla Torre & Sarnth. Galeopsis crenatifolia Sennen Galeopsis gacognei Nyman Galeopsis glaucocerata P.Fourn. Galeopsis grandiflora Suter [Illegitimate] Galeopsis ionantha Borbás Galeopsis lactiflora Borbás Galeopsis laramberguei Martrin-Donos Galeopsis leucantha Jord. Galeopsis michelianae Turra Galeopsis neglecta Schult. Galeopsis nodosum (Moench) Gray [Illegitimate] Galeopsis persetosa Borbás Galeopsis praecox Jord. Galeopsis pseudotetrahit P.Fourn. Galeopsis reichenbachii Reut. Galeopsis silvestris Borbás Galeopsis subtatrensis Borbás Galeopsis tetrahit f.
Nairə Şahtaxtinskaya
Nairə Şahtaxtinskaya (tam adı: Dr. Nairə Əliabbas qızı Şahtaxtinskaya; 16 aprel 1951) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü, Azərbaycanın Litvada Fövqəladə və Səlahiyyətli Səfiri (1992–1993). == Həyatı == Nairə Şahtaxtinskaya 1959-cu il aprelin 16-da anadan olub. M. V. Lomonosov adına Mosva Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. Tarix elmləri doctorudur. Alban, ingilis, serb və xorvat dillərini bilir. Bitərəfdir. Nairə Şahtaxtinskaya ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 29 nömrəli Əli Bayramlı dairəsindən bitərəf namizəd olan Nairə Şahtaxtinskaya I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Nairə Şahtaxtinskaya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olub.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 26 saylı Nəsimi I dairəsindən bitərəf namizəd olan Nairə Şahtaxtinskaya, II çağırış Milli Məclisin deputatı seçildi.