Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Narumi Miura
Narumi Miura (d. 3 iyul 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Narui Alaverdyan
Nairuhi İsaakovna Alaverdyan (25 iyun 1941, Stepanakert – 10 noyabr 2021, Xankəndi) — erməni müğənnisi . Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == 25 iyun 1941-ci ildə Xankəndidə anadan olmuşdur. Xankəndi şəhəri Sayat-Nova adına musiqi məktəbini bitirib. 1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978-ci ildən isə "Qarabağ" estrada ansamblının solisti kimi çıxış etmişdir.
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Naruto
Naruto (ナルト) — Masaşi Kişimoto tərəfindən yazılan və çəkilən manqa seriyası. Əsas mövzusu baş qəhrəman Naruto Uzumakinin cəmiyyət tərəfindən qəbul edilməsi arzusu və bunun üçün əlindən gələni etməsidir. Manqa iki hissədən ibarətdir. Birinci hissədə Naruto 12 yaşında, digərində isə 16–17 yaşındadır. Naruto manqasının 1999-dan 2014-cü ilə qədər Shueisha jurnalında tankobon şəklində 72 cildi çap edilib. Bu manqa əsasında anime də çəkilmişdir. Animenin ilk 220 seriyası Yaponiyada Studio Pierrot və Aniplex studiyaları tərəfindən 2002–2007-ci illər arası çəkilmişdir. "Naruto: Shippuden"-in orijinal seriyaları Yaponiyada 2007-ci ildən göstərilmıyə başlanmış, 2017-ci ildə 500-cü seriyada final etmişdir. Animenin ingilis versiyası isə 2005–2009-cu illər arasında Cartoon Network kanalında göstərilmişdir.
Narıncı
Narıncı — qırmızı və sarı rənglər arasında olan rəng. 590—620 nanometr dalğa uzunluğuna sahibdir.
Qaraçı
== Xalq ==
Yayuçı
Yayuçı Xanım — türk və altay mifologiyasında yaradıcı tanrıça. Yayguçı və ya Zayaçı (Zayuçı, Dayuçı) Xanım olaraq da tanınır. Uşaq doğmaq üçün insanlara kut (həyat enerjisi) göndərir. Göyün dördüncü qatında yaşayır. Yayguçı sözcüyü eyni zamanda Yayuçı Xanıma bağlı olan yaradıcı ruhların da adıdır. Bu ruhlara Yayaklar (Yayanlar / Yayağanlar) adı da verilir. Tatarlarda Car Cayanı adlı yaradıcı bir ruh vardır. == Yayaxlar == Yayax — türk və altay xalq inancında və şamanizmində yaradıcı ruhlara verilən addır. "Yayaxlar" olaraq çoxluq şəkildə istifadə edilir. Yayguçının əmrindədirlər.
Bauçi
Bauçi — Nigeriyanın Bauçi ştatının paytaxtı.
Carçı
Carçı (agah edən)
Faruc
Faruc — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Faruc şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,039 nəfər və 2,639 ailədən ibarət idi. Əhalisi əsasən Xorasan türklərindən ibarətdir və Xorasan türkcəsində danışırlar. Faruc şəhərində qismən Farslar və Kurmanclar da yaşayırlar. Şəhərin Türk kökənli əhalisini əsasən Qarayilər təşkil edir.
Narca
Narca — Qax rayonu ərazisində dağ. == Haqqında == Narca - Qax rayonunun cənubunda Acınohur düzünü şimaldan əhatə edən dağın zirvəsidir. Hündürlüyü 444 metrdir. Narça variantında da qeydə alınmışdır. Tədqiqatçılara görə, oronim nar (bitki adı) sözündən və -ca (burada "yer, məkan" mənasında işlənmişdir) şəkilçisindən ibarət olub "nar kolları bitən yer, narlıq" deməkdir. Lakin bu söz Şərqi Sibir toponimiyasında nerça variantında "bələdçi", Ural toponimiyasında isə nar/ner/nör variantlarında "iti uclu dağ zirvəsi", "təpə, yüksəklik", "çıxıntı, burun" mənalarında işlənməkdədir.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Narni
Narni — İtaliyanın Umbriya regionunda yerləşən kommunadır. == Əhalisi == 2017-ci ilin siyahıya alınmasına görə kommunada 19,252 nəfər yaşayır.
Parçı
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Afşin Noruzi
Afşin Noruzi (22 aprel 1985) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Afşin Noruzi İranı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Baluçi qoyunu
Baluçi qoyunu — cənub-şərqi Pakistan, şərqi İran və cənubi Əfqanıstandan gələn yağlı quyruqlu qoyun cinsi. Baluçi qoyunları yun üçün yetişdirilir. == Xüsusiyyətləri == Şərqi İranın quraq və subtropik bölgələri Baluçi qoyunlarının yetişdirilməsi üçün uyğundur. Baluçi qoyunlarının başları və ayaqları ağ-qara rəngdədir. Yetkin anaç qoyunların orta çəkisi 35 kq (77 funt) olur. Təqribən 120 gün süd verirlər. Laktasiya dövründə 35 to 40 kq (77 to 88 funt) süd verir.
Caraci (Urmiya)
Caraci (fars. ژراژي‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (113 ailə).
Diasperus niruri
Phyllanthus niruri (lat. Phyllanthus niruri) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Dilan Naputi
Dylan Pinaula Naputi (4 yanvar 1995-ci ildə anadan olub) — Quam milli komandasının futbolçusu. == Karyerası == Naputi öz futbol karyerasına Quamın Barriqada şəhərində yerləşən Corc Vaşinqton adına Ali Təhsil Məktəbində təhsil alarkən Kişilərdən ibarət Quam Futbol Liqasında mübarizə aparan Qualiti Distributors klubunda başlamışdır. 2013-cü ildə klubu tərk etdikdən sonra Payless Supermarket Straykers FK klubuna transfer olmuşdur. 5 yanvar 2016-cı ildə Naputi PDL klublarından olan Ventura Kantri Fujin klubuna transfer olmuşdur. == Milli komanda == Naputi Quam milli futbol komandası ilə ilk oyununa 2011-ci ildə çıxmışdır. === Milli komanda qolları === Nəticələr və qollar Quam hesablamasının birinci siyahısındadır.
Dylan Naputi
Dylan Pinaula Naputi (4 yanvar 1995-ci ildə anadan olub) — Quam milli komandasının futbolçusu. == Karyerası == Naputi öz futbol karyerasına Quamın Barriqada şəhərində yerləşən Corc Vaşinqton adına Ali Təhsil Məktəbində təhsil alarkən Kişilərdən ibarət Quam Futbol Liqasında mübarizə aparan Qualiti Distributors klubunda başlamışdır. 2013-cü ildə klubu tərk etdikdən sonra Payless Supermarket Straykers FK klubuna transfer olmuşdur. 5 yanvar 2016-cı ildə Naputi PDL klublarından olan Ventura Kantri Fujin klubuna transfer olmuşdur. == Milli komanda == Naputi Quam milli futbol komandası ilə ilk oyununa 2011-ci ildə çıxmışdır. === Milli komanda qolları === Nəticələr və qollar Quam hesablamasının birinci siyahısındadır.
Haruki Murakami
Haruki Murakami (yap. 村上 春樹; 12 yanvar, 1949 Kioto) — müasir yapon tərcüməçi və yazıçısı. == Həyatı == Haruki Murakami 12 yanvar 1949-cu ildə Kioto şəhərində dünyaya gəlmişdir. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki hələ gənc yaşlarından bəri ədəbiyyata meyl göstərmişdir. Uşaqlıq dövrünü öz əsərlərində tez-tez əks etdirən yazıçı bir çox müsahibələrində uşaqlıqda valideynlərindən öyrəndiyi faktların onun üçün əvəzsiz olduğunu bəyan etmişdir. Gənc Haruki gəncliyinin böyük bir hissəsini Kobe şəhərində keçirmişdir. Tokiyonun Vaseda Universitetinin ədəbiyyat fakültəsini bitirmiş yazıçı universitet illərində üslubiyyatın dərin sirlərini öyrənmiş, müxtəlif doğma və xarici əsərlərdən rəngarəng təəssüratlar almışdır. Yazıçı gənc yaşlarından kitablara, xüsusən də qərb ədəbiyyatına xüsusi meyl göstərmişdir. Bir çox əsərlərində bu marağı diqqət mərkəzinə çevirmiş yazıçı, tələbə olarkən Truman Kapote, Kurt Vonnequt, Frans Kafka, Kenzaburo Oe, Yasunari Kavabata kimi dahilərin əsərlərinə daha çox meyl göstərmişdir. Taleyin yollarında nicat ümidi ilə yaşayan Murakami əsərlərinin qəhrəmanları sanki daimi axtarışdadırlar.
Hideyo Noquçi
Hideyo Noquçi (野口 英世, Noquçi Hideyo, 9 noyabr 1876, İnavaşiro[d] – 21 may 1928, Akkra) və ya doğum adı ilə Seysaku Noquçi (野口 清作, Noquçi Seysaku) – Yaponiya bakterioloqu. O, sifilis xəstəliyinin törədicisi olan Treponema pallidum bakteriyasını kəşf etməsinə görə tanınır. == Həyatı və karyerası == Seysaku Noquçi 9 noyabr 1876-cı ildə Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində doğulmuşdur. 1878-ci ildə evdəki ocağa düşərək sol əlini yandırmışdır. 1892-ci ildə Kanae Vatanabe əlini əməliyyat etdirmiş və Noquçi baş barmağını yenidən hərəkət etdirə bilmişdir. Bu hadisədən sonra tibb sahəsinə maraq göstərməyə başlamışdır. 1896-cı ildə tibb təhsili almaq üçün Tokioya yola düşmüş və 1897-ci ildə milli imtahanı keçərək həkim olmuşdur. 1898-ci ildə Şibasaburo Kitasatonun başçılıq etdiyi Yoluxucu Xəstəliklər İnstututuna daxil olaraq bakterioloq olmağa qərar vermişdir. Bu dövrdə adını Seysakudan Hideyoya dəyişmişdir. O, Çinə gedərək taunla mübarizə aparmışdır.
Kamal Faruqi
Kamal Faruqi (27 avqust 1910, Konstantinopol – 27 yanvar 1988, Qahirə) —Türkiyənin keçmiş milli futbolçusudur. == Həyatı və karyerası == Kamal Faruqi 27 avqust 1906-cı ildə İstanbul şəhərində anadan olmuşdur. === Klub komandalarında karyerası === İstanbul Futbol Liqasının 1924–25 mövsümündə "Qalatasaray" ilə debüt edən Kamal 3 matçda meydana çıxdı. 1925–26 mövsümündə daha sonra 3 oyuna daxil edildi. 1926–27 mövsümündə komandasının oynadığı 7 liqa oyununun yalnız birində oynadığı zaman, irəli mövqedə Rəbii Ərkal, Muslihiddin Peykoğlu və Mehmet Ləbləbi arxasında ehtiyat oyunçular skamyasında oturdu. 1928–29 mövsümündə Billi Hanter rəhbərliyində komandada mütəmadi olaraq oynamaq şansı qazanan Kamal 8 qol vuraraq liqanı bombardir olaraq başa vurdu və komandasının çempionluğuna töhfə verdi. 1929–30 mövsümündə komandanın yenilənməsi və genişlənməsi sayəsində cəmi 2 matçda iştirak etdi və qol vurdu. 1930–31 mövsümündə, Qalatasarayın çempion olduğu dövrdə komandanı digər üç komanda yoldaşı Lətif Yalınlı, Rəbii Ərkal və Mehmet Ləbləbi ilə meydana gətirən Kamal, 14-də 13 qolla ikinci dəfə liqanın "bombardiri" adını qazandı. 1931–32 mövsümündə liqanın təşkil olunmadığı üçün komandası ilə yoldaşlıq görüşləri keçirdi. 1932–33 mövsümündə genişlənən və gəncləşən komandada özünə yer tapa bilməyən və yaşı irəliləyən Kamal, 1932–33 mövsümündə cəmi 2 matç oynadı, 1 qol vurdu və futbol karyerasına 32 yaşında son verdi.
Koci Noquçi
Koci Noquçi (d. 5 iyun 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Marumi Yamazaki
Marumi Yamazaki (d. 9 iyun 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.