FARUQİ

ə. ədalətli, insaflı.

FARUQANƏ
FASİD
OBASTAN VİKİ
Kamal Faruqi
Kamal Faruqi (27 avqust 1910, Konstantinopol – 27 yanvar 1988, Qahirə) —Türkiyənin keçmiş milli futbolçusudur. == Həyatı və karyerası == Kamal Faruqi 27 avqust 1906-cı ildə İstanbul şəhərində anadan olmuşdur. === Klub komandalarında karyerası === İstanbul Futbol Liqasının 1924–25 mövsümündə "Qalatasaray" ilə debüt edən Kamal 3 matçda meydana çıxdı. 1925–26 mövsümündə daha sonra 3 oyuna daxil edildi. 1926–27 mövsümündə komandasının oynadığı 7 liqa oyununun yalnız birində oynadığı zaman, irəli mövqedə Rəbii Ərkal, Muslihiddin Peykoğlu və Mehmet Ləbləbi arxasında ehtiyat oyunçular skamyasında oturdu. 1928–29 mövsümündə Billi Hanter rəhbərliyində komandada mütəmadi olaraq oynamaq şansı qazanan Kamal 8 qol vuraraq liqanı bombardir olaraq başa vurdu və komandasının çempionluğuna töhfə verdi. 1929–30 mövsümündə komandanın yenilənməsi və genişlənməsi sayəsində cəmi 2 matçda iştirak etdi və qol vurdu. 1930–31 mövsümündə, Qalatasarayın çempion olduğu dövrdə komandanı digər üç komanda yoldaşı Lətif Yalınlı, Rəbii Ərkal və Mehmet Ləbləbi ilə meydana gətirən Kamal, 14-də 13 qolla ikinci dəfə liqanın "bombardiri" adını qazandı. 1931–32 mövsümündə liqanın təşkil olunmadığı üçün komandası ilə yoldaşlıq görüşləri keçirdi. 1932–33 mövsümündə genişlənən və gəncləşən komandada özünə yer tapa bilməyən və yaşı irəliləyən Kamal, 1932–33 mövsümündə cəmi 2 matç oynadı, 1 qol vurdu və futbol karyerasına 32 yaşında son verdi.
Faruqilər sülaləsi
Faruqilər sülaləsi — Xandəşdə (Hindistan) 1370–1601-ci illər arasında hökm sürən bir İslam xanədanı. == Tarixi == Hindistanın qərbində, Bharuc və Surətdə Hind okeanına tökülən Narmada ilə Tapti çayları arasındakı torpaqlar XIV əsrdən etibarən Xandəş deyə tanınmışdır. Dəkkən və Malva yaylasının önəmli keçiş yeri olan Xandəş "xan ölkəsi" anlamına gəlir. Dehli sultanlıqlarından Xələcilər və Tuğluqlular Xandəşi ələ kəçirərək Hindli əhalisini ortadan qaldırmışlar və xan ünvanlı valilərlə ölkəni idarə etmişdilər. Bu valilərdən biri də Xani Cahan olub, oğlu Məlik Racə (Məlik Əhməd), Tuğluqlu hökmdarı III Firuz şah (1351–1388) adına Xandəşi idarə etmişdir. Məlik Əhməd daha sonra mərkəzi idarənin zəifləməsinə görə istiqlalini elan edərək Faruqilər xanədanını qurmuşdur (1370). Bu ad, xanədan mənsublarının Ömər əl-Faruqun soyundan gəldiyi iddiasından qaynaqlanmaqdadır. 231 il səltənət sürən Faruqilər hakim, xan və şah ünvanlı on altı sultan tərəfından idarə edilmişlərdir. Paytaxtları Asirgarh və Burxanpurdur. Asirgarh, Satpura dağlarının şərq ucunda Hindli racələrinin və onların əmrindəki Racputların oturduğu müstəhkəm mövqeyi idi.