Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həkəri
Həkəri (çay) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Həkəri (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində qəsəbə. Həkəri (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd.
Ləcədi
Ləcədi — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Ləcədi xalçaları ilə məşhurdur.
Nüvədi
Nüvədi (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Nüvədi (Meğri) — Zəngəzur mahalının Meğri rayonunda kənd. Nüvədi (Kövsər) Nüvədi (Şəbüstər) — Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd.
Nəqədə
Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub.Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır. Onlar indiki Nəqədədə kənd təsərrüfatı ilə məşğuldurlar.
Nəğədə

Nəşəvi
Nəşəvi — təxəllüs.- Naxçıvani təxəllüsnün sinonimi Əbu Əbdüllah əl-Müfərric Nəşəvi — XIII əsr memarı Əhməd ibn Hacəf Nəşəvi — Şihabəddin Məhəmməd ən-Nəşəvi — Həddad ibn Asim Əbül Fədd ən - Nəşəvi, əl - Müfərric ibn - Əbu Əbdullah ən Nəşəvi, Əbu - Əbdullah əl - Hafiz ən - Nəşəvi, Əbu Abbas ən - Nəbhani ən - Nəşəvi, Əbu Xatim Əbu ər - Rəhman ibn - Məhəmməd ən - Nəşəvə, - şəriət elmlərinin mahir bilicisi, geniş erudisiyalı, "Kitab əl - ənşab" əsərinin müəllifi kitabdar Əbu - l - Fədi Xadadad ibn - Bəkran ən - NəşəvəƏrəb alimlərindən Yaqut Həməvi özünün “Mücəm əl-buldan” əsərində Naxçıvan şəhərindən çoxlu alim çıxdığını və onların ən-Nəşəvi nisbəsilə məşhur olduqlarını göstərir.
Sepedi
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
Tekeli
Tekeli (qaz. Текелі) — Qazaxıstanın Almatı vilayətində, Almatı şəhərindən 310 km və Taldıkorqan şəhərindən 40 km məsafədə yerləşən bir şəhər. == Tarixi == 1933-cü ildə, Korinski dərəsindəki Tekeli bölgəsində, M. M. Yudiçevin rəhbərlik etdiyi bir geoloji kəşfiyyat ekspedisiyası polimetal filizlərinin, xüsusən də qurğuşunların böyük yataqlarını kəşf etdi, bundan sonra Sovet hakimiyyəti filizləri mədənləşdirməyə və işlətməyə qərar verdi. Artıq 1942-ci ildə Cunqar dağlarının ətəyində "Qurğuşun-Sink kombinatı" və onun altında bir işçi qəsəbəsi salınmışdır. Müəssisə Tekeli, Koksu və Tuyuk yataqlarını işlətdi. Böyük Vətən Müharibəsi illərində bu bitki hər səkkizinci güllə üçün ölkəni qurğuşunla təmin edirdi . Daha sonra, müharibədən sonrakı dövrdə Tekeli kəndi böyük ölçüdə artmağa başladı, yaşayış binalarının inşası heyranedici bir tikinti layihəsi elan edildi və Sovet İttifaqının hər yerindən könüllülər axını gəldi. Tekelinin evləri və sənaye obyektləri təkcə ziyarətçi inşaatçılar tərəfindən deyil, Yapon əsir əsgərləri tərəfindən də tikilmişdir. 1952-ci ildə qəsəbəyə şəhər statusu verildi. Tekeli sürətli şəkildə böyüdü və inkişaf etdi.
Təkəli
Təkəli (Sarvan) — Sarvan bələdiyyəsində kənd. Təkəli (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Təkəçi
Təkəçi (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Təkəçi (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Velədi
Velədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Velədi kənd məscidi dini icması fəaliyyət göstərir.
Vənədi
Vənədi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 996 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılara görə, bu oykonim vən (göyrüş ağacı) və talış dilindəki di (kənd) sözlərindən ibaritdir (-ə mənsubiyyət bildirən şəkilçidir). Kəndə belə ad bu ərazidə vən (göyrüş) ağacının çox olmasına görə verilmişdir.
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Alabama nərəsi
Sutkusi kürəkburunu (lat. Scaphirhynchus suttkusi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü.
Amur nərəsi
Amur nərəsi (lat. Acipenser schrenckii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Artemida Məbədi
Artemida məbədi, Artemision — e.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar Xersifronun layihəsi ilə inşa edilmiş Efesli Artemidanın məbədi. Artemision qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri hesab edilirdi. Bizanslı Filon "Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəlini, Rodos Nəhəngini, yüksək Misir piramidaların qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara doğru ucalan Efesdəki məbədi gördükdə, digərlərinin hamısının kölgədə qaldığını hiss etdim" deyə yazmışdır. Tanrı Artemis adına ilk türbə e.ə. 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə qurulmuşdur. Bəzən Diana da deyilən Efes tanrısı Artemida, yunan Artemidası ilə eyni deyildir. Yunan Artemidası ov tanrısıydı. Efes Artemidası isə belindən çiyinlərinə qədər bərəkət və doğruluq tanrısıydı.
Artemidanın məbədi

Artemis məbədi

Atsuta məbədi
Atsuta məbədi (熱田神宮, Atsuta-cinqu) – Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərinin Atsuta rayonunda yerləşən şintoist məbədi. Deyilənə görə əfsanəvi qılınc Kusanaqi bu məbəddə saxlanılır. == Tarixi == Əfsanəyə görə məbəd əfsanəvi döyüşçü Yamato Takerunun həyat yoldaşı tərəfindən IX əsrdən öncə tikilmişdir. Belə ki, Yamato Takeru Şərqi Yaponiyanı imperator hakimiyyətinə tabe etməyə çalışarkən Kusanaqi sayəsində möcüzəvi şəkildə sağ qalmışdır. Yerli əfsanəyə görə isə məbəd VIII əsrdə Çin imperatoru olmuş Syuan-tszunun sevimli məşuqəsi Yan Quyfeyə həsr olunmuşdur. Syuan-tszu Yaponiyanı işğal etmək planı qursa da, vaxtının çoxunu Yan Quyfeyə sərf etdiyi üçün Yaponiya xilas olmuşdur.808-ci ildə məbəd böyük populyarlıq qazanmağa başlamışdır, belə ki, həmin il ritualist İnbe no Hironari məbədin saraya qarşı olan laqeydliyinə etiraz etmişdir. Bu dövrdən etibarən məbəd ən yüksək dərəcəli məbəd olmuş və böyük ianələr qəbul etmişdir. Atsuta məbədi imperatorluq sarayının, XV əsrdən etibarən isə Muromaçi və Tokuqava şoqunluqlarının hamiliyində olmuşdur.Məbədin xüsusi statusu İmperator Meycinin 1868-ci ildə taxta çıxdığı vaxtda da tanınmışdır. Belə ki, bu zaman məbədə imperatorun nümayəndələri göndərilmişdir. Bu cür münasibət görən başqa bir məbəd təkcə Böyük İse məbədi olmuşdur.
Ağoğlan məbədi
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Aşağı Nüvədi
Aşağı Nüvədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Etimologiyası == "Nüvədi" tat və talış dillərində "Yeni kənd", "Təzə kənd" mənasında işlənmişdir. Oykonimin birinci komponenti isə kəndin yerləşdiyi coğrafi mövqeyi göstərir. == Coğrafiyası == Rayon mərkəzindən 6 kilometr cənubda , Astaraya uzanan magistral yolunun solunda, Bakı—Astara dəmiryolu kənarında, Lənkəran ovalığında yerləşir. Şərqdən Xəzər dənizi, cənubdan Kənarmeşə, Şilim, Seydəkəran, qərbdən Viyən, Gərmətük, şimaldan Velədi və Sütəmurdov kəndləri ilə əhatə olunmuşdur. Ərazisi 303 hektardır. 203 hektarı əkin yeri, 88 hektarı həyətyanı sahə, 9 hektarı örüş, 3 hektarı meşə zolağıdır.[mənbə göstərin] == Tarixi == Qəsəbə XDS İcraiyyə Komitəsi 1960-cı ilin mart ayında təşkil olunmuşdur. 1971-ci ildə şəhər tipli qəsəbə statusu verilib. 1992-ci ilin fevral ayında şəhər icra hakimiyyyəti başçısının qəsəbə üzrə icra nümayəndəliyi yaradılmışdır.
Baalşamin məbədi
Məbəd Qədim Finikiya mədəniyyətinin incilərindən hesab olunur və indiki Suriya ərazisinin şimal-qərb bölgəsində yerləşir.Yaxın Şərqdə islamaqədərki dövrə aid təfəkkürlə bağlı inşa olunmuşdur.Ad öz mənşəyini o dövrdə iki güc sahibi ilahlardan biri hesab edilən Bəaldan almaqdadır.Səma allahı hesab edilən Bəal həmçinin Hədad adı ilə də tanınırdı.Onun digər üstün qüvvə sahibi Bel ilə dünyaya nəzarət etdikləri zənn olunurdu.Onun şərəfinə Bel məbədi ucaldılmışdı.Qədim təsəvvürlərə görə onlar günəş ilahəsi Əklibul və ay ilahəsi Malekbehli yaratmışdır.Onun atributları qartal və işıq saçan əsasıdır. 2015-ci ilin avqustunda İŞİD silahlı qüvvələri tərəfindən dağıdılmışdır.
Bala Məşədi
== Həyatı == Bala Məşədi 1870-cu il Gəncə şəhərində anadan olmuşdur. Kərbəlayı Qasım kişinin 3 oğlan övladı olmuşdur. Bala Məşədi övladlardan kiçiyi olmuşdur. 1881-ci ildə Kərbəlayı Qasım kişinin ortancıl oğlunu quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah əldə edərək, qardaşının qisasını alır və axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir. Sonradan Bala Məşədi Gəncədə sayılıb seçilən bir şəxs olur. O dövrdə təşkil olunan cıdır yarışlarında dəfələrlə qələbə çalır. Deyilənə görə, o zaman Gəncənin xanı olan Hüseynqulu xan ona yaxınlaşaraq qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: “Sən xan, mən bəy. Mən söz götürən deyiləm.
Baqrati məbədi
Kutaisi məbədi və ya daha çox tanınan adı ilə Baqrati məbədi (gürc. ბაგრატის ტაძარი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən XI əsrə aid məbəd. Orta əsrlərdəki gürcü memarlığının şah əsəri olan məbəd, əsrlər boyu ağır ziyana uğramış və 1950-ci illərdən başlayıb, 2012-ci ildə yekunlaşdırılacaq mühüm bərpa işləri ilə tədricən başlayan bir proses ilə yenidən qurulmuşdur. Kutaisinin mərkəzində simvol abidə olaraq bilinən məbəd, Ukimerioni təpəsində yerləşir.
Bayizava (Nəqədə)
Bayizava (fars. بايزاوا‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər. yaşayır (11 ailə).