Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neftyanik stadionu
Neftyanik stadionu (İşimbay)
1966 Neftyanik mövsümü
1966 Neftyanik mövsümü — 1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur. Bu mövsüm yalnız çempionatda qalib olan komanda və Kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi. == Çempionat == Fevral ayında SSRİ İdman Cəmiyyətləri və Təşkilatları İttifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti keçən mövsüm son 3 pilləni tutaraq aşağı dəstəyə düşməli olan "Lokomotiv Moskva", "Torpedo Kutaisi" və Odessanın "OİK" klublarını liqada saxlamaq qərarını aldı. 1966-cı il futbol üzrə SSRİ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 17-də deyil, 10-da start götürdü və noyabr ayının 30-dək davam etdi. Çempionata hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi.
Neftyanik stadionu (Ufa)
Neftyanik stadionu (başq. «Нефтсе» стадионы) və ya BetBoom Arena — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki əsas idman qurğusu. Şəhərin Komarova yerləşir. Stadionun tutumu 15132 nəfərlikdir. Ufa şəhərinin eyniadlı "Ufa" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir. Stadionun əsası 1967-ci ildə qoyulmuşdur. 2012−2015-ci illərdə stadion əsaslı təmir edilmişdir. Yenidənqurmadan sonra buradakı ilk matç 2015-ci il avqustun 9-da keçirilmiş Rusiya Futbol Çempionatının oyunu idi. Həmin oyunda meydan sahibi "Ufa" qonaq komanda olan Sankt-Peterburq şəhərinin "Zenit" futbol klubuna 0:1 hesabı ilə məğlub olmuşdur. Stadionun tribunalarının yarısı üstüaçıq, digər yarısı isə üstübağlı formadadır.
Neftyanik stadionu (İşimbay)
Neftyanik stadionu (başq. «Нефтсе» стадионы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının İşimbay şəhərindəki əsas idman qurğusu. Şəhər mərkəzində olan Lenin meydanının yaxınlığında yerləşir. Stadionun tutumu 5000 nəfərlikdir. İşimbay şəhərinin "Neftyanik" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir. Stadionun direktoru İvan Kapoşkodur. Stadionun əsası 1937-ci ildə qoyulmuş, 1940-cı ildə isə açılışı olmuşdur. 1947-ci ildən "İşimbayneft"ə aid olmuş bu stadion, 2000-ci ildən şəhərin bələdiyyə qurumuna aiddir. Stadionun tribunaları üstüaçıq formadadır. Stadionun futbol meydançasının ölçüləri 105x68 m-dir.