Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikelin
Nikelin — mineral, NiAs. == Haqqında == Nikelin - Heksonal. Habitus prizmatik. İkiləşmə {101} üzrə, dördlüklər. Ayrılması {100} üzrə mükəmməl. Aqreqat: dənəli, böyrəkvari (sütun və radialşüalı quruluşlu), şəbəkəli və dendrit formalı. Rəngi açıq misi qırmızı. Sərtliyi 5-5,5. Xüsusi çəkisi 7,8. Elektriki yaxşı keçirir.
Yuri Nikulin
Yuri Nikulin (tam adı: Yuri Vladimiroviç Nikulin, rus. Юрий Владимирович Никулин; 18 dekabr 1921[…], Demidov, Smolensk quberniyası[d] – 21 avqust 1997, Moskva) — SSRİ və Rusiya aktyoru, SSRİ xalq artisti (1973). == Həyatı == Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu.
Nefelin
Nefelin — mineral. Bu qrupa 2 əsas mineral daxildir: nefelin Na3K[AlSiO4]4 və kalsilit. Seriyanın natriumlu sonuncu üzvü olan aşağı temperaturlu nefelin davamlıdır. Sonuncu 900° C-də yüksək temperaturlu nefelin, 1254° C-də isə karnegiitə keçir. Dərinlik süxurlarında və qneyslərdəki nefelin tərkibi nəzəri formulaya yaxındır və kaliumla zəngindir. Nefelin bəzən Ca daşıyır. Nizamlı və qeyri-nizamlı nefelin məlumdur. Heksaqonal Habitus prizmatik, qısa dirəkvari, qalın lövhəli. İkiləşmə {1010}, {3365}, {1122} üzrə. Ayrılma {1010} və {0001} üzrə qeyri-mükəmməl.
Nikotin
Nikotin (Nicotiana tabacum), (C10H14N2), quşüzümükimilər (Solanaceae) bitki fəsiləsində olan güclü uyuşdurucu və alkaloid == Etimologiyası == Fransız diplomat olan Jean Nico Portuqalya səfirliyi elədiyi 1559-1561-ci illər arasında tütün toxumlarını Fransaya yollayaraq adını tütündə olan aktiv maddələrdən biri və son dərəcə zəhərli maddə olan Nikotinə verilməsi üçün şərait yaratdı. == Siqaretdəki nikotin == Nikotiniya ailəsi bitkilərinin yarpaqlarından əldə edilir. Sigaret şəklində tütdürülərək və ya incə qıyılmış tütünü əmərək nikotin istifadə olunur. Normal bir siqaret 20 mg. nikotin daşıyır. Yanaraq çəkildiyindən 1-1.5 mg. nikotin alınır. Nikotin tütün yarpaqlarında rast gələn alkaloidlərdən ən əhəmiyyətlisidir. Tütündə (toxumunda və yarpaqlarında) nikotinin miqdarı 2-12%-ə qədər ola bilir. Nikotin, piridin və pirrolidin kimi iki heterotsiklik nüvənin birləşməsi olub, kimyəvi quruluşca 1-metil-2-β-piridilpirrolidindir.
Nivelir
Nivelir — Nisbi hündürlüyü nivelir adlanan alətlə ölçürlər. Nivelir (fr. nivelir-hamarlamaq) — Yer səthində olan nöqtələrin hündürlük fərqinin müəyyən edilməsi üçün geodeziya alətidir. Nivelirin əsas hissəsi düzgün olaraq üfüqi istiqamətdə qurulmuş baxış borusundan ibarətdir. Üzərində bölgüləri olan iki şaquli reykanın nivelrdən görünən rəqəmləri arasında fərq, reykanın qurulduğu nöqtələrin hündürlük fərqinə bərabərdir. Dəqiq nivelirləmə zamanı Yerin əyriliyi nəzərə alını, Günəş şüaları düz yayılır, üfüqi səth əyri görünür, xətaların aradan qaldırılması üçün nivelir iki reyka arsında qurulur. Nivelirlə hündürlüklər fərqinin müəyyən edilməsi nivelirləmə adlanır. Təpənin müəyyən yamaclarından ölçülən zaman nisbi hündürlük müxtəlif qiymətlər ala bilər. Ona görə mütləq hüdürlükdən istifadə olunur.
İvelin
İvelin (fr. Yvelines) — Fransanın şimali mərkəzində yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 76 .İnzibati mərkəzi — Versal. Əhalisi — 1 435 448 nəfər (departamentlər arasında 9-cu yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Sahəsi — 2284 km². Departamentin ərazisində Sena çayı axır. Departamentə 4 rayon, 39 kanton və 262 kommun daxildir. == Tarixi == İvelin — 1968-ci ildə Sena və Uaza ləğv edilmiş departamentlərin ərazisində yaradılmışdır.
Nikel
Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci elementi olub vacib ultramikroelementdir. Bitkilərdə orta hesabla kütləcə 0.00005% nikel olur. Bəzi bitkilər var ki, onlarda nikelin miqdarı kifayət qədər yüksəkdir. Bəzi bitkilər və mikroorqanizmlər nikelin "toplayıcılardır" və ətraf mühitə nəzərən min və hətta yüz min dəfələrlə çox nikelə malikdirlər. Çayda, kakaoda, kökdə, kahıda və s. nikel çox olur. Hələ eramızdan 200 əsr əvvəl nikelin digər metallarla (mis, sink) əmələ gətirdiyi ərintilərdən müxtəlif metal əşyalar, sikkə ərintisi hazırlayırmışlar. Nikel 1751–ci ildə A. Kronsdent tərəfindən alınmışdır. Kimyəvi mexaniki və termik davamlığa malikdir, sənayedə, xüsusən metallurgiyada geniş istifadə olunur. Oksidləşmir, yaxşı cilalanır, bu səbəbdən metal əşyaların nikelləşdirilməsində tətbiq olunur.
Afanasi Nikitin
Afanasi Nikitin (XV əsr, Tver, Tver knyazlığı – 1475, Smolensk[…]) — XV əsr rus səyahətçisi və taciri. Afanasi Nikitin Hindistanda ilk dəfə оlmuş rus səyyahıdır. == Həyatı == Ruslar ХV əsrin I yarısında artıq bir sıra şərq ölkələri ilə ticarət əlaqələri yaratmışdılar. 1466-cı ildə Tverdən Xəzər dənizi arхasındakı ölkələrlə ticarət aparmaq üçün yоllanmış tacirlər əvvəllər uzaq ölkələrdə оlmuş, qərarı və savadı ilə sеçilən Afanasi Nikitini karvanbaşı sеçirlər. Həmin dövrdə Volqa aşağı aхında tatarlar tərəfindən tutulduğundan tacirlər Novqorodda birləşməklə qüvvələrini səfərbər еtdilər. Buna baхmayaraq Həştərxan yaхınlığında tatar хanı Qasımın adamları tərəfindən qarət еdilirlər. Şamaхı səfirinin gəmisində оlan Afanasi Nikitin хilas оlur. О, Bakıya yоla düşür və bir müddətdən sоnra İranın ən qədim şəhərlərindən biri оlan Rey şəhərinə çatır. 1469-cu ildə İrana məхsus Hörmüz limanında müvəqqəti məskunlaşan A.Nikitin yazır: "Burada dünyanın hər yеrindən adamlar var, Hörmüzdə nə istəsən tapmaq mümkündür." Hörmüzdə bir ay qalmaqla aparılan ticarətlə yaхından tanış оlan A.Nikitin Hindistanda atlara yüksək qiymət vеrildiyini öyrənərək bir nеçə at almaqla bu ölkəyə üzür. Bir ay yarım üzməklə о, Bombey şəhərindən cənubda Çayl limanında Hindistana qədəm basır.
Aleksandr Nikitin
Aleksnadr Nikitin — Ukrayna aktyoru. == Həyatı == 30 noyabr 1971-ci ildə Latviyanın Skrunda şəhərində, hərbçi ailəsində anadan olub. 1983-cü ildə ailəsi ilə birgə Ukryanaya köçüb. Xarkov Dövlət İncəsənət İnstitutunun teatr fakultəsini bitirib. Xarkovda Puşkin adına, Donetskdə Artyom adına rus dram teatrının aktyoru, həmçinin Kiyevdə milli rus dram teatırında çalışıb.
Draqan Nikoliç
Draqan Nikoliç (serb. Драгослав (Драган) Николић; 20 iyul 1943 və ya 20 avqust 1943, Belqrad, Serbiyada Almaniya Hərbi İdarəsi[d], Üçüncü Reyx – 11 mart 2016, Belqrad) — Serbiya teatr və kino aktyoru. == Həyatı == Belqarad İncəsənət Universitetinin Drama Sənəti fakültəsini bitirmişdir. Filmlərdə çəkilməyi 1964-cü ildən başlamışdır. Jivoin Pavloviçin "Ölü və ağ olduğum zaman" (1967) adlı kinosunda rolu ona şöhrət gətirmişdir. 1969-cu ildə Atelye 212 teatr truppasına üzv oldu. Master və Margarita, Dib və digər tamaşalarda baş rollarda oynamışdır. Rejissor və ssenarist Jivko Nikoliç onun böyük qardaşıdır. Aktrisa Milena Draviç həyat yoldaşı idi.
Françeska Mikyelin
Françeska Mikyelin (it. Francesca Michielin; d. 25 fevral 1995, Bassano-del-Qrappa, Viçentsa, İtaliya) — İtaliya müğənnisi və bəstəkarı. O, İtaliyanın X Factor musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Onun debüt sinqlı "Distratto" İtaliya hit paradlarında zirvədə yer almışdır. Mikyelinin Riflessi di me adlı debüt albomu 2012-ci ilin oktyabr ayında işıq üzü görmüşdür. O, eyni zamanda İtaliyanın tanınmış reperlərindən olan Fedez ilə əməkdaşlıq etmiş və onlar "Cigno nero" və "Magnifico" mahnılarını birlikdə duet şəklində ifa etmişdirlər. Hər iki mahnı İtaliyada hitə çevrilmişdir. Mikyelinin ikinci Top-10 sinqlı isə 2015-ci ildə buraxılan "L'amore esiste" olmuşdur. 2016-cı ildə Mikyelin İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında iştirak etmiş və ifa etdiyi "Nessun grado di separazione" mahnısı ilə festivalda ikinci yerə layiq görülmüşdür.
Klement Miçelin
Klement Miçelin (11 may 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Miçelin həmçinin Fransanın gənclər yığmalarından olan U-17 komandasının üzvüdür. == Klub karyerası == === Tuluza === Miçelin Liqa 1-də debütünü 20 sentyabr 2016-cı ildə Lill klubuna qarşı oyunda etmişdir. O, 61-ci dəqiqədə İssiaqa Sillanı əvəz etmişdir. Həmim görüşdə Tuluza Lillə səfərdə 2-1 hesabı ilə qalib gəlmişdir.
Milan Nikoliç
Milan Nikoliç (2 iyul 1979, Yaqodina[d], Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Serbiya müğənnisi. == Həyatı == Milan Nikoliç 2 iyul 1979-cu ildə anadan olub. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Marko Kon ilə birlikdə təmsil edib.
Nikolay Nikitin
Nikolay Nikitin (rus. Николай Васильевич Никитин; 3 may 1926, İvanovka, İsmayıllı rayonu – 1994, İsmayıllı) — Sosialist Əməyi Qəhrəmanı, milli iqtisadiyyatın Sovet lideri Mixail Kalinin adına kolxoz sədri. == Həyatı == İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən kolxoz Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. "Sədri Nikitin, müzakirə idarəetmə istedadları ilə yanaşı, Azərbaycan, Heydər Əliyev Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi ilə Dostluq məşhur idi. Kollektiv ferma ofis Əliyev Jr başqa bir quote bir stel əvvəl: "Heydər Əliyev sizin zamin oldu və bu gün mən sizin zamin deyiləm." Bu sözləri Rusiya bir qonaq görünə bilər kimi Diqqətəlayiq deyil. "Zamin" — burada olduğu kimi, "prezident" deyil, ancaq zamin deyil — hər şey düşür ki, şərti bir. Bu mənada, prezidentlər Əliyev — həm də böyük və kiçik — toxunulmazlığı İvanovka zəmanətlər və onun təsərrüfatı var. == Xatirəsi == 1980-ci ildə Rauf Nağıyev tərəfindən Zirvəyə yol adlı qısametrajlı sənədli film həsr olunmuşdur.
Nikotin turşusu
Vitamin PP (B3) nikotin turşusu və ya niasin də deyilir. Vitamin B3 orqanizmə qida vasitəsilə daxil olur. Ətdə, böyrəkdə, xüsusilə, qaraciyər və bəzi bitkilərdə (düyü, buğda və s.) rast gəlinir. Orqanizmdə B3 vitamini triptofandan da alınır. Bu vitaminin sintezi aşağdakı reaksiya ilə alınır. B3 vitamininə olan gündəlik təlabat 25 mq-dır. Vitamin B3 bir sıra kofermentlərin tərkibində olub aşağıdakı biokimyəvi reaksiyalarda iştirak edir: Oksidləşmə-reduksiya reaksiyasında hidrogen daşınma funksiyasıni (NADH) yerinə yetirir; Allosterik effektor kimi nizamlayıcı rolunu oynayır; Sintetik reaksiyalarda substrat rolunu oynayır. Orqanizmdə B3 vitamini çatmadıqda pellaqra xəstəliyi əmələ gəlir. Pellaqra sözü yunanca pelle və aqra sözündən götürülüb, mənaca dərinin kələ-kötürləşməsi deməkdir. Əlamətləri aşağıdakılardan ibarətdir: dəridə yara əmələ gəlir, həzm sisteminin funksiyası pozulur, əqlin zəif inkişaf etməsi və s.
Nuklein turşuları
Nuklein turşuları — monomerləri nukleotidlər olan biopolimerlər. Nuklein turşularının iki əsas qrupu vardır: dezoksiribonuklein turşusu (DNT) və ribonuklein turşusu (RNT). Canlı orqanizmlərin genetik proseslərində vacib rol oynayırlar. Nuklein turşularını 1868-ci ildə İsveçrədə F. Mişer qızılbalığın hüceyrə nüvələrində aşkar etmişdir.
Qran-Mikelon
Lanqlad (Böyük Mikelon, fr. Grande Miquelon) — Sen-Pyer və Mikelon arxipelaqının Mikelon Lanqlad adalarının şimalında yerləşir. Sahəsi 105 km² təşkil edir. Səhra tipli iqlimə malikdir. Yaşayış məntəqəsi yarımadanın şimalında qərarlaşır (Le-Kap). Yarımada ərazisində çoxlu sayda su tutarları vardır. Onların bir qismi yağıntından asılı olaraq ərazisi dəyişir. Ancaq rütubətli iqlim səbəbindən göllər heç vaxt qurumur. Əsas etibari ilə bataqlıq bitkiləri üstünlük təşkil edir. Quruda isə Tundra bitkiləri hakimdir.
Sara Nikitin
Sara Nikitin (27 dekabr 1988) — Braziliyalı oxatan. Sara Nikitin Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sara Nikitin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Şimali Koreyanın nümayəndəsi Kang Un-Ju ilə üz-üzə gəldi. Həmin görüşdə Sara Nikitin rəqibinə 0:6 hesabı ilə uduzdu.
İvan Nikitin
İvan Savviç Nikitin (rus. Ива́н Са́ввич Ники́тин, 3.10.1824-28.10.1861)—Rusiya şairi.
Balian İbelin
İbelinli Baliyan — səlibçi zadəgan. == Həyatı == Balian İbelin Fransada doğulmuşdur. 1187-ci ildə Qüds kralı Gi De Luzinyanın orduları yürüşə yollananda Balian yürüşdən imtina edir. Gi de Luziyan Xittin döyüşündə Səlahəddin Əyyubiyə məğlub olur. Tezliklə müsəlmanlar Qüdsü mühasirəyə alırlar. Baliyanın rəhbərliyi ilə az sayda səlibçi şəhəri uzun müddət qəhrəmancasına qoruyurlar. Müsəlmanlar dəfələrlə hücuma keçsələr də itki verib geri çəkilirlər. Bu vaxt Baliyan qalada ehtiyatlarının tükəndiyini hiss edib, Səlahəddinə bütün xristiyanların və kraliçanın cıxıb getməsinə icazə verildiyi halda şəhəri təhvil verəcəyini bildirir. O, bildirir ki, əgər Səlahəddin buna icazə verməsə hər bir cəngavər ölənə kimi 10-12 müsəlman döyüşçüsünü öldürəcək. Səlahəddin məcbur qalıb xristiyanları buraxır.
Mauritsio Mikeli
Mauritsio Mikeli (it. Maurizio Micheli); 3 fevral 1947, Livorno, Toskana) — İtalyan aktyor, ssenarist və rejissor. == Həyatı == Mauritsio Mikeli 3 fevral 1947-cu ildə İtaliyanın Livorno şəhərində anadan olub. 1943-1945-ci illərdə anasının vətəni olan, Bari şəhərində yaşayıb. Bir neçə vaxtdan sonra Milan şəhərinə dönmüşdü, Piccolo Teatrında Dramatik Sənət Məktəbində oxuduğu və məzun olduğu. 2002-ci ildə Garibaldi amore mio romanını nəşr etdirdi. == Seçilmiş filmoqrafiya == Allegro Non Troppo (1976) Café Express (1980) Mani di fata (1982) Heads I Win, Tails You Lose (1982) I Am an ESP (1985) Il commissario Lo Gatto (1987) Roba da ricchi (1987) Rimini Rimini (1987) Rimini Rimini - Un anno dopo (1988) Cucciolo (1998) Commediasexi (2006) Vals (2007) The Cézanne Affair (2009) Pinocchio (2012) Women Drive Me Crazy (2013) Quo Vado?
Mikeli cili
Mikeli cili (lat. Carex michelii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Anielin oğlu Talorq
Anielin oğlu Talorq (v. 460) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == V əsrdə anadan olmuş, V və ya VI əsrin əvvəllərində vəfar etmişdir. Родился в V веке. "Piktlərin xronikası"na əsasən Anielin oğlu və I Nextonun qardaşı olmuşdur. Piktlərin kralları I Drestlə I Nexton arasındakı dövrdə 2 və ya dörd il müddətində? 480-484 və ya 513-516-c; illərdə hakimiyyətdə olmuşdur. == Mənbə == Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland.
Nigerin daxili deltası
Nigerin daxili delta — Mali ərazisində, Niger çayının orta axarında yerləşən daxili delta. Bəzən Masina adı ilə tanınır. == Təsviri == Delta 425 uzunluğa və 87 km enə malikdir. Nigerin əsas qollarınfdan biri olan Bani çayının yatağında vaxtı ilə axarsız bir göl olmüşdür. Hazırda bu ərazidə yalnız yağıçlar mövsümündə göl əməllə gəlir. Bu sulu ərazidə çoxlu sayda canlıları müşahidə etmək mümkündür. Dörd ay müddətində(iyuldan oktyabra qədər) ddeltanın sahəsi 3,9 mın. km²-dən 20 min. km² qədər artır. == Əhali == Deltanın yerləşdiyi ərazidə Fulbe və Doqon xalqları yaşayır.
Peptid nuklein turşusu
Peptid nuklein turşusu — Nuklein turşusu peptidi (PNA) DNT və ya RNT-yə bənzər süni şəkildə sintez edilmiş polimerdir. Nuklein turşularının sintetik peptid oliqomerləri son illərdə molekulyar biologiya prosedurlarında, diaqnostik analizlərdə və antisens terapiyasında istifadə edilmişdir. Daha yüksək bağlanma gücünə görə, adətən 20–25 əsasdan ibarət oliqonukleotid zondları tələb edən bu tətbiqlərdə istifadə üçün uzun PNA oliqomerlərinin hazırlanmasına ehtiyac yoxdur. PNA oliqomerlərinin uzunluğunun əsas vəzifəsi spesifikliyi təmin etməkdir. PNA-lar nükleazlar və ya proteazlar tərəfindən çətin tanınır, bu da onları fermentlər tərəfindən parçalanmaya davamlı edir. PNA-lar geniş pH diapazonunda da sabitdir. Dəyişdirilməmiş PNA hüceyrə membranından asanlıqla keçə bilməsə də, hüceyrəyə nüfuz edən peptidin PNA ilə kovalent bağlanması sitozolun çatdırılmasını yaxşılaşdıra bilər . == Struktur == DNT və RNT müvafiq olaraq deoksiriboza və riboza şəkər strukturuna malikdir, PNA stununa isə peptid bağları ilə bağlanmış təkrarlanan N-(2-aminoetil)-qlisin bölmələrindən ibarətdir. Müxtəlif purin və pirimidin əsasları metilen körpüsü (-CH) ilə əsas zəncirlə əlaqələndirilir. == PNA-nın digər nuklein turşularından çevrilməsi == Bir neçə laboratoriya DNT və ya RNT şablonlarından peptid nuklein turşularının ardıcıllıqla spesifik polimerləşməsini bildirdi .