Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Növhə
Növhə (ərəb. نوحة‎, fars. نوحه‎‎) — elekiya xarakterli qədim matəm nəğməsi. Növhə sözü ərəb dilindən gəlir, "hüznlü nəğmə", "ağı" deməkdir. Erkən orta əsrlərdən Yaxın və Orta Şərqə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Məzmunca mərsiyəyə yaxındır. Ənənəyə görə matəm mərasimlərində cənazə yanında mərsiyədən əvvəl qadınlar növhə oxuyardılar. "Şəbih" tamaşalarında da növhələr oxunmuşdur.
Benedito Novo
Benedito Novo (port. Benedito Novo) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 9578 nəfərdir. Ərazisi 385,402 кm²-dir. Əhalinin sıxlığı 24,9 nəfər/кm²-dir. Bələdiyyə 29 dekabr 1961-cı ildə yaradılmışdır.
Nove Zamki
Nove Zamki (slovak. Nové Zámky, alm. Neuhäusel‎, mac. Érsekújvár, türk. Uyvar) — Slovakiyanın cənub-qərbində, Nitra çayının sahilində yerləşir. Əhalisi 42 min nəfərə yaxındır. Nove Zamki 1573—1581-ci illər arasında, Osmanlı İmperiyasına qarşı inşa edilmişdi və o zamanki Avropanın ən müasir qəsri hesab edilirdi.Tədricən qəsr ətrafında şəhər inkişaf etməyə başladı. Osmanlı İmeriyası qəsrə 10 dəfə hücum etmişdi, lakin qələbə qazana bilməmişdi. Yalnız 1663-cü ildə türklər qəsri ələ keçirə bilmişdilər. Bunun səbəbi də qəsr kommendantı Adam Forqahın türk qoşunlarının gücünü hesablamaması səhvi nəticəsində baş vermişdi.
Novo Brdo
Novo Brdo və ya Artana (serb. Ново Брдо; alb. Novobërda və ya Novobërdë, və ya Artana və ya Artanë) — Kosovo və Metohiyaya aid şəhər, Priştina rayonuna aiddir. Orta əsrlərdə Novo Brdo (sözbəsöz tərcüməsi: Yeni dağ, Novus Mons, Novamonte, Nyeuberghe) böyük şəhər və strateji hərbi qala idi, mühüm mədən mərkəzi olduğu üçün ətrafdakı mədənlərdən dəmir filizi, qızıl və gümüş çıxarılırdı. Məşhur yazıçı Vladislav Qrammatik burada anadan olmuşdur. 1439-cu ildə Smederevonun süqutundan sonra 1441-ci ilə qədər şəhər Serbiya krallığının paytaxtı olmuşdur. Novo Brdo 1 iyun 1455-ci ildə qırx günlük mühasirədən sonra təslim olaraq Osmanlı hakimiyyəti altına düşdü.
Novo Vasilyevka
Kürkənd, Novo Vasilyevka — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. 15 may 2003-cü ilə qədər kəndin adı Novovasilyevka olmuşdur. Bu tarixdən sonra kəndin adı Kürkənd olaraq dəyişdirilmişdir. 17 iyun 2003-cü il tarixində Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 №-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilmişdir. Neftçala Peşə Məktəbi burada yerləşir. Məktəb 1978-ci ildə yaradılıb. Məktəbdə aşağıdakı ixtisasalar üzrə kadr hazırlanır: 1. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi 2. Traktorçu – maşinist 3.
Porto-Novo
Porto-Novo — Benin dövlətinin paytaxtı.
Abies novae-angliae
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Acaena novae-zelandiae
Acaena novae-zelandiae (lat. Acaena novae-zelandiae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Banksia novae-zelandiae
Bulbophyllum novae-hiberniae
Bulbophyllum novae-hiberniae (lat. Bulbophyllum novae-hiberniae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dendrobium novae-hiberniae
Dendrobium bracteosum (lat. Dendrobium bracteosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pedilonum bracteosum (Rchb.f.) Rauschert === Heterotipik sinonimləri === Dendrobium bracteosum var. album Sander Dendrobium bracteosum var. roseum Sander Dendrobium chrysolabrum Rolfe Dendrobium dixsonii F.M.Bailey Dendrobium dixsonii var. eborinum F.M.Bailey Dendrobium eitapense Schltr. Dendrobium leucochysum Schltr. Dendrobium novae-hiberniae Kraenzl. Dendrobium quadrialatum J.J.Sm. Dendrobium trisaccatum Kraenzl.
Eupatorium novae-angliae
Eupatorium novae-angliae (lat. Eupatorium novae-angliae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Novoye Vremya (qəzet)
Novoye Vremya — 1868–1917-ci illərdə Peterburqda nəşr olunan gündəlik burjua qəzeti.
Prunella novae-angliae
Lactuca terrae-novae
Lactuca biennis (lat. Lactuca biennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Persicaria novae-angliae
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Chulusium amphibium (L.) Raf.
Polygonum novae-angliae
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Chulusium amphibium (L.) Raf.
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
Novo-Bəyazid qəzası
Yeni Bəyazid qəzası (Novobayazid) — ərazisinə (4239 kv. verst) görə quberniyanın ən böyük qəzası idi. Göyçə gölü ilə birlikdə ərazisi İrəvan və Şərur-Dərələyəz qəzalannın ərazisindən böyük olmuşdur (13, 40–42). Qəza inzibati cəhətdən 4 nahiyəyə bölünürdü: I. Dərəçiçək II. Göyçə III. Gözəldərə IV. Məzrə. Ümumilikdə, Yeni Bəyazid qəzasının 4 nahiyəsinə 16 kənd icması, bu kənd icmalarına da 127 kənd daxil idi. Аганбирское — с. Аганбир, Арза-Кендское — с. Alapars , Ахтинское-Нижнее армянское — с. Ахты-Нижнее армянское, Ахтинское-Нижнее русское — с. Ахты-Нижнее русское, Базаргечарское — с.
Üçüncü növbə (film, 1984)
Salix novae-angliae aequalis
Salix boothii (lat. Salix boothii ) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix novae-angliae aequalis Andersson Salix pseudocordata Andersson Salix pseudocordata var. aequalis (Andersson) C.R.Ball Salix pseudomyrsinites var.
Nove Mesto nad Vahom
Nove Mesto nad Vahom (slovak. Nové Mesto nad Váhom, alm. Neustadt an der Waag / Neustadt‎, mac. Vágújhely) — Slovakiyanın qərbində şəhər. Vah çayının sahilində yerləşir. Əhalisi 21 min nəfərə yaxındır. Nove Mesto nad Vahom Pieştyanıdan 20 km şimalda yerləşir.
Tanacetum huronense var. terrae-novae
Eupatorium leucolepis var. novae-angliae
Eupatorium novae-angliae (lat. Eupatorium novae-angliae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Trillium cernuum var. terrae-novae
Trillium cernuum (lat. Trillium cernuum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü. Trillium cernuum var.
Gövdə
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilli Əksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Nivoz
Nivoz (fr. nivôse, lat. nivosus — qarlı) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IV ay (21/23 dekabr — 19/21 yanvar) .
Norge
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Novdej
Novdej — İranın Kirman ostanının Mənucan şəhristanının Aseminun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,510 nəfər və 1,210 ailədən ibarət idi.
Nöqtə
Nöqtə (.) – yazıda nəqli cümlənin bitdiyini göstərmək üçün işlədilən durğu işarəsi. Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Məsələn: Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlinir. Məsələn: 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün. Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Məsələn: Onlar seçkiləri rəsmən müşahidə etməyiblər.
Növcü
Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Kəndin adının mənşəyi Lerik rayonun Nücü kəndi ilə bağlıdır.
Nöqtə, nöqtə, vergül...
Nöqtə, nöqtə, vergül… — rejissor Aleksandr Mitta tərəfindən 1972-ci ildə "Mosfilm" studiyasında çəkilmiş bir komediya və musiqili film janrında olan film. Filmin ilham aldığı Mixail Lvovskinin hekayəsi 1971-ci ildə Pioner jurnalında Hündürlüyə atla başlığı altında nəşr olunmuşdur. Premyerası 30 dekabr, 1973-cü ildə baş tutdu.. 8 A sinfində Lyoşa Jiltsov təhsil alır. Sinifdə Lyoşadan başqa hər kəs özünü şəxsiyyət hesab edir. Bir gün sinifə yeni qız şagird Jenya Karetnikova gəlir. O, Lyoşa ilə dostlaşır. Onunla ünsiyyət quran Lyoşa, bütün çətinliklərini öz tənbəlliyindən və istəksizliyindən irəli gəldiyini başa düşür. O buna görə də çalışır və tədricən daha güclü, cəsarətli, daha çalışqan və bacarıqlı olur. Onun yeni keyfiyyətlərini göstərməsi üçün lazım olan gün gəlir.
3 nömrə, 4 nömrə, 5 nömrə...
3 nömrə, 4 nömrə, 5 nömrə… — 1920-ci illərin ikinci yarısında Bakıda meydana çıxan rəqs melodiyalarıdır. Bu rəqslər, xüsusilə "5 nömrə" və "6 nömrə" indi də məşhurdur. "3 nömrə" və "5 nömrə" kimi aram templi, həzin rəqsləri yalnız qadınlar oynayırlar.