Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Göksel
Göksel Demirpençe (25 noyabr 1971, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Göksel 1971-ci ildə İstanbulda doğulub. İlk və orta məktəbi İstanbulda tamamlayıb. 1988-ci ildə Boğaziçi Universiteti Fəlsəfə bölməsini qazanan sənətçi, musiqiyə olan əlaqəsinin artmasıyla 1991-ci ildə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 1989-cu ildə Aroyo Odo Çox Səsli Xorunda iştirak edib. Musiqi işlərinə xüsusi solfec və şan dərsləri götürərək başlayıb. İstanbul Universiteti təhsil vəzifəlisi Gül Sabar və İran əslli musiqiçi Evlim Bahçebandan xüsusi dərslər götürdü. Musiqilə peşəkar olaraq məşğul olmağa qərar verən Göksel xüsusi musiqi işləri ilə bərabər bir çox orkestrdə solistlik etdi. 1995-ci ildə Sezen Aksu və Sertab Erenerin işlərində vokalist olaraq vəzifə götürdü. Elə həmin il məşhur musiqiçi Onno Tuncla tanış olmasıyla birlikdə musiqi həyatına bir albom ilə inteqrasiya olunmağa qərar verdi.
Piksel
Piksel (bəzən də pel, ing. pixel, pel — pix element sözlərinin ixtisarıdır) — rastr qrafikasında ikiölçülü rəqəmsal təsvirin ən kiçik məntiqi elementi və ya təsviri formalaşdıran ekran matrisinin fiziki elementi. Piksel bölünməz düzbucaqlı və ya yumru formadan təşkil olunmuşdur və müəyyən rənglə xarakterizə edilir. Rastr kompüter təsviri sətirlər və sütünlarlar üzrə yerləşmiş piksellərdən ibarətdir. Həmçinin Pikseli səhvən işığa həssas matrisin (sensel — sensor element) elementi də adlandırırlar. Təsvir nə qədər çox pikseldən ibarətdirsə, təsvirin keyfiyyəti də bir o qədər yüksəkdir. Əgər təsvirin miqyası böyüyürsə, piksellər böyük hissələrə çevrilir. İnterpolyasiya vasitəsilə pilləlilik hamarlamaq olar.
Voksel
Voksel (Voxel) – həcmli görüntü elementi; üçölçülü fəzada rastr elementinin qiymətini özündə saxlayır. “Volumetric pixel” (“həcmli piksel”) sözlərindən yaranıb. Voksellər üçölçülü fəzada piksellərin analoqudur. Voksel modellərdən çox zaman tibbi və elmi informasiyaları vizuallaşdırmaq üçün istifadə olunur. Piksellərdə olduğu kimi, voksellər də fəzadakı koordinatları haqqında informasiyanı özündə saxlamır. Onların koordinatları üçölçülü matrisdəki yerlərinə görə hesablanır. Bununla voksellər vektor qrafikası obyektlərindən fərqlənir, belə ki, vektor qrafikasında obyektlərin dayaq nöqtələrinin (təpələrin) koordinatları və başqa parametrlər məlum olur. Hər bir vokselin müəyyən qiyməti, məsələn, rəngi olur. Voksel modeli saxlamaq üçün X×Y×Z ölçülü massivdən istifadə olunur. Sıxılmamış voksel modelləri vektor modellərlə müqayisədə emal üçün yaddaşda daha çox yer tutur.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Kizel
Kizel — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Öksən
Öskən (əvvəlki adı: Oskən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi Öskən kəndi adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, oykonim "geniş yer" mənasındadır. Tədqiqatçılar isə kəndin adını türk dillərindəki öski sözü ilə bağlayaraq "yüksəklikdə yerləşən kənd" mənasında izah edirlər. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Göksəl Dəmirpəncə
Göksel Demirpençe (25 noyabr 1971, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Göksel 1971-ci ildə İstanbulda doğulub. İlk və orta məktəbi İstanbulda tamamlayıb. 1988-ci ildə Boğaziçi Universiteti Fəlsəfə bölməsini qazanan sənətçi, musiqiyə olan əlaqəsinin artmasıyla 1991-ci ildə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 1989-cu ildə Aroyo Odo Çox Səsli Xorunda iştirak edib. Musiqi işlərinə xüsusi solfec və şan dərsləri götürərək başlayıb. İstanbul Universiteti təhsil vəzifəlisi Gül Sabar və İran əslli musiqiçi Evlim Bahçebandan xüsusi dərslər götürdü. Musiqilə peşəkar olaraq məşğul olmağa qərar verən Göksel xüsusi musiqi işləri ilə bərabər bir çox orkestrdə solistlik etdi. 1995-ci ildə Sezen Aksu və Sertab Erenerin işlərində vokalist olaraq vəzifə götürdü. Elə həmin il məşhur musiqiçi Onno Tuncla tanış olmasıyla birlikdə musiqi həyatına bir albom ilə inteqrasiya olunmağa qərar verdi.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Knut Viksel
Yuhan Qüstav Knut Viksel (isv. Johan Gustaf Knut Wicksell; 20 dekabr 1851[…], Mariya-Maqdalena[d] – 3 may 1926[…], Danderyud[d], Stokholm leni[d]) — Avstriya məktəbinin konsepsiyalarını ilk dəfə sintez edən İsveç iqtisadçısı, Stokholm məktəbinin müəllimlərindən biri, Viksell effektinin müəllifi. == Bioqrafiyası == Knut 20 dekabr 1851-ci ildə Stokholmda anadan olmuşdur. Üç bacısı və bir yaş böyük qardaşı Aksel vardı. Atası İohan Viksel iş adamı və emlakçı idi. Knut hər iki valideynini də erkən itirdi: anası Kristina 6 yaşında ikən 1858-ci ildə vəfat etdi, 1861-ci ildə ikinci dəfə evlənən atası, Knut 15 yaşında olarkən 1867-ci ildə qəfildən öldü. 1869-cu ildə riyaziyyat və fizika təhsili almaq üçün Uppsala Universitetinə daxil oldu, 1872-ci ildə magistr dərəcəsini fərqlənmə diplomu ilə aldı və 1885-ci ildə riyaziyyat doktoru, 1895-ci ildə iqtisadiyyat doktoru, 1899-cu ildə hüquq diplomu almışdır. 1873–1874-cü illərdə Uppsala orta məktəbində müəllim işləyir, 1874–1875-ci illərdə fərdi müəllimliklə məşğul olur. 1885-ci ildə Londonu ziyarət etdi və 1887-ci ildə Viksel, Almaniyada və Avstriyada iqtisadiyyat təhsili almaq üçün Lauren Fondundan üç illik qrant aldı. Hüquq dərəcəsi aldıqdan sonra, yalnız 1899-cu ildə, 48 yaşında, Uppsala Universitetinin İqtisadiyyat və Hüquq Bölməsində dosent vəzifəsini ala bildi.
Korsel (En)
Korsel (fr. Corcelles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01119. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi.
Piksel sənəti
Piksel Sənət (ing. Pixel Art) — şəkillərin piksel səviyyəsində düzəldildiyi proqram təminatı ilə yaradılan rəqəmsal sənət formasıdır. Bu cür qrafiklər, qrafik kalkulyatorlar kimi digər məhdud sistemlər ilə yanaşı, 8-bit və 16-bit kompüter və oyun konsollarından gəlir. Piksel şəkillərində istifadə olunan rənglər əsasən məhduddur. Bəzən sadəcə 2 rəngdəndə istifadə olunur. Bunu bir hobbi olaraq edən icmalar spriting adlanır. Bu müddət kompüter qrafikində istifadə olunan sprite terminindən gəlir. Müasir piksel sənəti, 20. Əsrin əvvəllərində Nyu-Yorkun elektron reklam lövhələrində 1937-ci ildə mövcud olan lampalı sadə monoxromatik displeylərində peyda oldu. Hal-hazırda piksel art klassik videooyunlarda, xüsusilə klassik Space Invaders (1978), Pac-Man (1980) və Nintendo Entertainment System (1983) tipli 8-bit konsollarında iştirak edir.
Kisəli göbələklər
Kisəli göbələklər (lat. Ascomycota) — fungi aləminə aid göbələk şöbəsi. Bu şöbə 30000-dən artıq növü birləşdirir ki, bu da məlum göbələk növlərinin 30 %-ni təşkil edir. Kisəli göbələklərin əsas əlaməti cinsi proses nəticəsində kisələrin və ya askların, yəni sabit sayda, adətən 8 ask sporundan təşkil olunmuş təkhüceyrəli strukturun əmələ gəlməsidir. Kisələr ya birbaşa ziqotdan ya da bu ziqotdan meydana gələn askogen hiflər əsasında yaranır. == Ümumi xarakteristikası == Bu göbələklərin vegetativ cismi şaxələnmiş haploid mitselilərdən təşkil olunmuşdur, onlarda septalaşaraq arakəsmələrə malikdir. Kisəli göbələklərin hüceyrə divarının tərkibi xitin və qulikan, o cümlədən, D-qlükozanın polimerlərindən ibarətdir. Kisəli göbələklərin vegetativ çoxalması ya mitselinin fraqmentləşməsi, ya da mayayabənzər hüceyrələrin bölünməsi yolu ilə həyata keçirilir. Bu göbələklər arasında qeyri-cinsi çoxalma da geniş yayılmışdır. Bu göbələklərin qeyri-cinsi çoxalması həmişə ekzogen sporlar və ya konidilər vasitəsilə həyata keçirilir.
Kisə
Kisə (qab) — çox sayda dağıla bilən əşyaların , ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan məişətidə istifadə edilən xüsusi qab. Kisə (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Kisə (hamam əşyası) — yuyunarkən bədəndən çirki (kiri) çıxarmaq üçün cod parçadan tikilən və ələ keçirilərək istifadə edilən torbacıq.
Oşel
Oşel — Tatarıstanın Tetüş rayonuna aid olan bu qədim yaşayış məntəqəsinin adı rus dilinə adaptasiya nəticəsində taninmaz dərəcədə dəyişmişdir. Belə dəyişmələr Aş çayının adında (indi Oş) və bu çayın üzərindəki Aş adlı üç kəndin adında (İndi Oşa) və Əşnək (indi Oşnyak) Kama çayının sağ qolu və Əştərə (Ştir) Tatarıstanın Arski rayonunda kənd adlarında özünü göstərir. Deməli, qədim tayfa adı olan Aş, sonradan rus sayağı dəyişmə nəticəsində Oş şəklinə çevrilmişdir. Çox şübhəsiz, Aş (As) tayfa adı və ya həmin tayfaya məxsus ölkə adını bildirən bu söz Aşlı (Oşel) ərazisində yaşayan Bulqar qəbiləsinin adı ilə bağlıdır. Tərkibində aş komponentli adlara Tatarıstanın hüdudlarından kənarda da rast gəlinir. Başqırdıstanın Belokatay rayonunda Aşit və Aşinski adında iki başqırd kəndi vardır. Mari Muxtar vilayətində Aşinski qəsəbəsi və Malaya Oşla çayı, eləcə də, Mokşa çayının qolu Oşla, Çını çayının (Oka höfzəsində) qollarından biri Aşlı çayı adları, Çelyabinsk vilayətində Aşinski şəhəri, Zabaykalyedə Onon çayının sol qolu Aşinqa, Xocənd vilayətində Aşit qəsəbəsi, Başqırdıstanda 1781-ci ilə qədər adı Aşkadar olan (indi Sterli Tamaq) şəhər adları Aş (As)larla əlaqədardır. Eşnek adında İrəvan-Talin qəzasında nahiyyə olması sənədlərdə rast gəlinir. Ehtimal etmək olar ki, Krımda Eşkene (indi Serovo), Aştaraq (Ermənistanda) adlarının da tərkibində Aş (As) hissəsi iştirak etmişdir. Türk toponimlərinin böyük bir qismi ruscaya uyğunlaşdırılmışdır ki, bu da yer adlarının mənşəyi və tarixi etimoloji şərhini, işlənməsini, həmçinin linqvistik araşdırmanın aparılması işini çətinləşdirir.
Ketrin Mişel
Ketrin Mişel (isp. Catalina Micaela de Austria, 10 oktyabr 1567, Madrid – 6 noyabr 1597, Turin) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. == Həyatı == Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi. === Evliliyi === Savoy hersoqu I Çarlz Emanuel Fransaya qarşı ispan dəstəyini qazanmaq məqsədilə II Filippə qızıyla evlənməyi təklif etdi. Cütlüyün toy mərasimi 11 mart 1585-ci ildə Saraqosada baş tutdu və 10 avqustda yaşayacaqları Turin şəhərinə gəldilər.
Kinel bayrağı
Kinel bayrağı — Samara vilayətində yerləşən Kinelin bayrağı
Mişel Cenneke
Mişel "Şelli" Cenneke 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarında gümüş medal qazanmış Avstraliyalı atlet və modeldir. 2010-cu ildə Avstraliya Atletika Çempionatında qalib olaraq Rio Olimpiya oyunlarına vəsiqə qazanmışdır. O, 2012-ci ildə bütün dünya mediasının diqqətini qaçışdan öncə isinmə hərəkətləri edərkən etdiyi rəqslə cəlb etmişdir. Cenneke Avstraliyanın Kenthörst adlanan vilayətində anadan olmuşdur. Orta təhsilini The Hills Grammar School məktəbində almışdır. Müsahibələrinin birində o, hobbilərinə Avstraliya futbolu, Həndbol, Futbol və ağaca dırmanma olduğunu demişdir. O, Sidney Universitetinini elektrik mühəndisliyi və mexaniki birləşdirmə fakültəsini bitirmişdir. 2010-cu ilin martında Avstraliya Gənclər Çempionatında Cenneke 100 metrlik qaçış məsafəsini birinci başa vuraraq Avstraliyada qadınlararası sprint rekordunu qırmışdır. Onun şəxsi ən yaxşı göstəricisi 2015-ci il martın 29-da Brisbendə keçirilmiş Avstraliya Atletlər Çempionatında 12.82 saniyə olmuşdur. 2014-cü ildə o Avstraliya yığmasının Birlik Oyunlarındakı heyətinə daxil edilmişdir.
Mişel Cenner
Mişel Cenner Husson (isp. Michelle Jenner Husson; 14 sentyabr 1986, Barselona) — İspaniya aktrisası.