Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Otsuki Bansui
Otsuki Qentaku (大槻 玄澤, 9 noyabr 1757 – 25 aprel 1827, Edo[d]) və ya Otsuki Bansui (大槻 磐水) – Yaponiya ranqaku alimi və həkimi. == Həyatı və fəaliyyəti == 1757-ci ildə Senday hanının vassalı olan İçinoseki hanının xidmətindəki bir həkimin oğlu kimi doğulmuşdur. O, 1778-ci ildə Qərb tibbini öyrənmək və Suqita Qenpakunun şagirdi olmaq üçün Edoya getmişdir. Maeno Ryotakudan holland dilini öyrənmişdir. 1785-ci ildə Naqasakiyə səfər edərək Decimada yerləşən holland ticarət postunun şoqun tərcüməçisi olan Motoki Yoşinaqanın şagirdi olmuşdur. 1786-cı ildə Edoya qayıtdıqdan sonra Senday hanının Edodakı həkimi vəzifəsini tutmuşdur. 1786-cı ildə Şirando məktəbini açmışdır. İnamura Sanpaku, Udaqava Qenzui və onun övladlığa götürdüyü oğlu Qenşin şagirdləri olmuşdurlar. Qenzui və Qenşin daxili tibb haqqında olan hollandca əsərləri yapon dilinə tərcümə etmişdirlər. Məktəbində hər il Qriqori təqviminə əsaslanan, 1 yanvarda baş tutan Yeni il tədbirinə Edonun əsas ranqaku alimləri qatılırdı.
Otsuki Qentaku

Yaqub Şevki Subaşı
Yaqub Şevki Subaşı (türk. Yakup Şevki Subaşı; 1876, Elazığ – 20 dekabr 1939, İstanbul) — Osmanlı və Türkiyə hərbçisi. Balkan müharibələri, Birinci dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 4 fevral 1913-cü il tarixində Çatalca Ordusu Artilleriya Komandanlığı baş qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə olarkən Balkan müharibəsində iştirak etmişdir. 31 avqust 1915-ci ildə Mustafa Kamal Paşanın yerinə 19-cu diviziya komandanı vəzifəsinə təyin olunmuşdur. 15 oktyabr 1915-ci ildə 3-cü Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. 21 oktyabr 1915-ci il tarixində 15-ci Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. 5 oktyabr 1916-cı ildə Qalisiyada 15-ci Ordu Korpusu komandanı vəzifəsində xidmət edərkən Mirliva rütbəsinə yüksəlmiş və "Paşa" adı almışdır. 18 noyabr 1916-cı ildə 14-cü Ordu Korpusu komandanı, 10 avqust 1917-ci ildə yenidən təşkil olunan 3-cü Ordunun tabeçiliyi altında olan 2-ci Qafqaz Ordu Korpusu komandanı vəzifəsinə təyin olundu.
İbrahim Şevki Atasaqun
İbrahim Şevki Atasaqun (1899 İstanbul, Osmanlı İmperiyası – 28 may 1984 Ankara) – Türkiyəli, siyasətçi, dövlət xadimi. O, 1966-cı ildə Prezident Camal Gürsəl ABŞ-da müalicə olunduğu müddətdə onun yerinə 55 gün prezident səlahiyyətlərini icra edib. İbrahim Şevki Atasaqun hərbi tələbə kimi daxil olduğu İstanbul Darülfünunun Tibb məktəbindən məzun olub. O, Qərb Cəbhəsində Türkiyə Qurtuluş Savaşında həkim leytenant kimi iştirak edib və baş leytenant rütbəsinə yüksəlməklə İstiqlal medalı qazanıb. Gülhanə Hərbi Tibb Akademiyasına danışıqlar aparan həkim olaraq təyin edilib. 1926-cı ildə daxili xəstəliklər üzrə mütəxəssis hazırlığını bitirib. Baş Qərargahın icazəsi ilə girdiyi Tibb Fakültəsi gigiyena üzrə dosentlik imtahanını qazandıqda, ordu ilə əlaqəsinə xələl gətirmədən beş il müddətinə məzuniyyətə çıxıb. İbrahim Şevki 1933-cü il 3 oktyabrda Ərzurum Hərbi Xəstəxanasına təyin edilib. 1934-cü ildə mayor olub. Təkirdağ Hərbi Xəstəxanasından sonra Siirt Hərbi Xəstəxanasına təyinat alıb.