Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Perak
Perak (jawın: ڨيرق) — Malayziya Federal Dövlətini meydana gətirən 13 ştatdan biridir. Malayziya nın qərbində Malakka boğazı kənarında yerləşir. Qərbdə Andaman dənizi nə sahili vardır, şimalda isə Tayland ilə qonşudur.
Bolşoy Mediak
Bolşoy Mediak — Çelyabinsk vilayəti, Arqayaş rayonunun Kuluyevo kənd yaşayış məntəqəsində kənd. == Coğrafi mövqeyi == Kən rayonun cənub-şərq hissəsində, Mediaak gölünün sahilində yerləşir. Kuluyevin mərkəzinə gedən yol boyunca məsafə 12 km-dir. == Tarixi == Kənd 19-cu əsrin 2-ci yarısında Muxametqulu volostunda (Orenburq quberniyasının Çelyabinsk qəzası) qurulmuşdur. Vətəndaş müharibəsi illərində burada qırmızıların iyirmi yeddinci atıcılıq diviziyası və ağların on üçüncü Sibir atıcılıq diviziyası arasında şiddətli döyüşlər baş vermişdi. == Əhalisi == == Küçələri == 8 Mart döngəsi 8 Mart küçəsi Daçnaya küçəsi == İnfrastrukturu == Kitabxana Məktəb "Kuluyevo" QSC == İstinadlar == == Xarici keçidlər == Кулуевское сельское поселение. Официальный сайт Аргаяшского муниципального района.
Luiza Pesyak
Luiza Pesyak (sloven. Luiza Pesjak 12 iyun 1828, Lyüblyana – 1 mart 1898, Lyüblyana) — Sloven əsilli yazıçısı, şair və tərcüməçi. == Bioqrafiyası == 12 iyun 1828-ci ildə Lyublyanada vəkil Blaz Krobazın ailəsində anadan olmuşdur. Ailənin birinci övladı olur Fröhlichov adlı xüsusi bir müəssisədə oxuyur. Burada qızların adi təhsili ilə yanaşı, roman dilləri və ədəbiyyatı üzrə biliklər qazanır. 1844-cü il onun poeziyasının başlanğıc ili olur. Sloven və alman dillərində əsərlər yazır. Sloveniyalı yazıçı, dramaturq və tənqidçi Fransez Levstick Luiza müasirləri arasında ona böyük təsir göstərir. Atasının ölümündən sonra, 1848-ci ildə Luisa, zəngin tacir və təşəbbüskar Simon Pesyak (sloven. Simon Pesjak) ilə evlənir.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. == Yayılması == Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. == Terminologiya == Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Stiven Peddok
Stiven Kreyq Peddok (ing. Stephen Craig Paddock, 9 aprel 1953, Klinton[d], Ayova – 1 oktyabr 2017, Mandalay-Bey[d], Nevada) — 1 oktyabr 2017 tarixində ABŞ-nin Nevada ştatında, 59 insanın ölümü və 489 insanın yaralanmansıyla nəticələnən Las-Veqas Stripdə baş vermiş hadisəni törədən amerikalı kütləvi qatil. == Həyatı == Stiven Kreyq Peddok 9 aprel 1953 tarixində ABŞ-nin Ayova ştatında anadan olmuşdur. 1969-cu ildə 15 yaşındaykən həbsxanadan qaçan bir bank soyğuncusu olan Bencamin Hoskins Peddokun oğlu olaraq, Kaliforniyanın San Velley qonşuluğunda böyümüşdür. 1971-ci ildə Con H. Fransis adına Politeknik Liseyini bitirmiş və 1977-ci ildə Kaliforniya Dövlət Universitetini biznes administrasiyasında dərəcə ilə bitirmişdir. Məhkəmə qeydlərinə görə Peddok iki dəfə evlənmiş və boşanmışdır. İlk evliliyi 1977–1979-cu illərdə, ikinci evliyi isə 1985–1990-cı illərdə olmuşdur. 1985–1988-ci illərdə Lakiid Martin şirkətinin sələfi üçün "daxili auditor" işləmişdir. 2013–2015-ci illərdə Peddok, Florida ştatının Melburn şəhərində, təqaüdçü cəmiyyətində yaşamışdır. 2016-cı ildə Las-Veqasın təxminən 80 kilometr şimal-şərqindəki Nevada ştatının Meskit şəhərindəki yeni bir təqaüdçü evinə qardaşı Erikin köməyi ilə köçmüşdür.
Vedmak (ağac)
Vedmak (pol. Wiedźmin), həmçinin Meşko (pol. Mieszko) —— Polşanın Lyobuş voyevodinası, Krosnenski rayonu, Komorov kəndində böyüyən hamar qarağac ağacı. Avropanın ən böyük qarağacı olaraq, rəsmiləşdirilmişdir. == Adı == Ağacın adı Andjey Sapkovskinin eyni adlı romanının adı ilə adlandırılmışdır. Bu ad yerli səsvermənin nəticələrinə əsasən seçilmişdir. İkinci adı olan «Meşko» Polşa şahzadəsi I Meşkonun şərəfinə adlandırılmışdır. Bu ad yerli meşəbəylər tərəfindən istifadə olunur. == Ölçüləri == Ağacın daxilində enli bir boşluq mövcuddur. Gövdənin qalınlığı 1,3 m yüksəklikdə 930 sm-ə çatır (2011-ci il məlumatına görə).
Sedrak Abramov
Sedrak Karapetoviç Abramov (28 aprel 1900, Vartaşen, Nuxa qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsinin birinci katibi (1949–1952), Azərbaycan SSR xalq balıq sənayesi komissarı (1939–1945). == Həyatı == Sedrak Karapetoviç Abramov 1900-cü ildə Nuxa qəzasının Vartaşen kəndində (hazırkı Oğuz) çəlləkçi ailəsində doğulmuşdur. Kənd məktəbini bitirdikdən sonra əvvəlcə kənd təsərrüfatı sahəsində çalışmış, sonra isə Nuxa şəhərinə köçərək tütün fabrikində fəhləlik etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurularkən bolşeviklər partiyasına üzv olmuş və Fəhlə-Kəndli Qırmızı Ordusunun sıralarında ağqvardiyaçılara qarşı vuruşmuşdur. Sedrak Abramov 1922-ci ildə ordudan tərxis edilərək Azərbaycana qayıtmış və 3 il Nuxa şəhərində sovet və həmkarlar işində çalışmışdır. 1925-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasında təlimatçı vəzifəsinə təyin edilərək Bakıya köçmüş, sonrakı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında müfəttiş vəzifəsində işləmişdir. 1932-ci ildə Azərbaycan Neft İnstitutunu bitirərək "Azərneft"in əmtəə-nəqliyyat idarəsinin plan-maliyyə şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş və 4 il bu vəzifədə işləmişdir. 1936–1937-ci illərdə ixtisaslı neft sənayesi işçilərinin hazırlanması sahəsində çalışmış, 1937-ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali məktəb və elmlər şöbəsi müdirinin müavini təyin edilmişdir. 1938-ci ilin sentyabr ayında isə Azərbaycan KP Bakı Şəhər Komitəsinin ikinci katibi seçilmişdir. Sedrak Abramov 1929–1939-cu illərdə vəzifələrdə çalışmaqla bərabər ictimai-iqtisadi elmlər üzrə pedaqoji fəaliyyət də göstərmişdir.
Adolf Pedan
Adolf Melentyeviç Pedan (ukr. Педан Адольф Мелентійови; 20 aprel 1936, Burın[d], Çerniqov vilayəti – 8 yanvar 1999, Kiyev) — Ukrayna rəssamı, rəssam-multiplikator. == Həyatı == Adolf Pedan 1936-cı il aprelin 20-də Burında (Sum vilayəti) müəllim ailəsində anadan olmuşdur. Lvov Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir (1967). "Kiyevnauçfilm" studiyasının Cizgi filmləri yaradıcılıq birliyində rəssam-multiplikator işləmişdir. Ukrayna Kinematoqraflar Birliyinin üzvü olmuşdur. 1999-cu il yanvarın 8-də Kiyevdə vəfat etmişdir.
Elfak Daşdəmirov
Elfak Daşdəmirov (26 aprel 1996, Qazax rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elfak Eltun oğlu Daşdəmirov 1996-cı il aprelin 26-da Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2002-2011-ci illərdə K. Kərimov adına Fərəhli kənd orta məktəbində, 2011-2013-cü illərdə isə Qazax şəhərində S. Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elfak Daşdəmirov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elfak Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elfak Daşdəmirov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfak Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Pedra-Lavrada
Pedra-Lavrada (port. Pedra Lavrada) — Braziliyanın Şimal-şərq regiounun Parayba ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 6573 nəfərdir. Ərazisi 351,688 кm²-dir. Əhalinin sıxlığı 18,7 nəfər/кm²-dir.
Pikes Peak
Pikes Peak, Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətindəki Rocky Dağlarında yerləşən bir zirvədir. Dağ Colorado Springsdən 19.3 km cənubda yerləşir və 4.302 metr hündürlükdədir. Amerikalı tədqiqatçı Zebulon Pikenin adını daşıyır. Pikes Peak, xüsusilə illik Pikes Peak International Hill Climb avtoyarışı ilə məşhurdur. Dağ həm də xizək kurortuna ev sahibliyi edir. Pikes Zirvəsi 1961-ci ildən Milli Tarixi Abidə elan edilmişdir.
Soy-Peda
Soy-Peda (çeç. Цӏайн-пхьеда rus. Цой-Педе ) - Çeçenistanın İtum-Kali rayonunun Soy-Peda kəndi yaxınlığında, Çanti-Arqun və Meşihi çaylarının birləşməsində yerləşən Qafqazın ən qədim nekropollarından biri. == Coğrafiyası == İtum-Kali kəndinin 40 km cənub-qərbində yerləşir. Burada Meşihi buzlaq çayının Çanti-Arquna töküldüyü yerdə şimaldan cənuba uzanan və Tsoy-Pedaya girişi 3 tərəfdən əhatələyən burun formalaşmışdır. Abidəyə çatmaq üçün qalan tək yolda Kyorelam təpəliyinin ayaq tərəfindəki sıldırım qayalı yollardır. Abidə təbii istehkamlarla əhatələnmişdir. == Tarixi == XV-XVIII əsrə aid olduğu düşünülən abidənin qəhrəman döyüşçülərin öldükdən sonra dəfn edildiyi qəbiristanlıq ya da epidemiya zamanı ölənlərin cəsədlərini uzaqlaşdırmaq üçün istifadə edildiyi iddiaları ortaya atılsa da, buranın dəqiq tikilmə səbəbi sirr olaraq qalmaqdadır. == Abidələri == Kənddə ölülər şəhərinin girişini qoruyan iki qurbangah sütunu, üzərində qoruyucu svastikalar, xaçlar və günəşvari spirallar olan divarlar var. Dəvam etdikdə çoxusunun üzərində üçkünc damı olan, dərin oyuqlu 42 qəbir (çeç.