Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Penis
Penis başı
Penis başı, penis başlığı, penis ucu insan penisinin uc hissəsidir. Bu hissə bənövşəyi rəngdə olur və içərisindəki kanallardan sidik, sperma və pre-eyakulyasiya çıxır. Penisin sərtləşməsi penisin qanla dolması və qan axınının sürətlənməsi yolu ilə baş verir. Penis yetkinlik dövründə yetişməyə başlayır. Penis başı penisin ən həssas hissəsi hesab olunur. Kişi sünnət edildikdə, penis başı penis dərisi ilə birlikdə əhatələnmiş formada görünmür.
Benis
Benis - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Həmin mənbədə deyilir ki, kənddə 7 xristian ailəsi yaşayır.
Denis
Denis — kişi adı. Bu adı olan tanınmışlarDenis Qolovanov — Rus tennisçi. Denis Rader — dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biri. Denis Suarez — Barselona FK oyunçusu. Denis Lou — şotland veteran futbolçu.
Pernis
Arıyeyən (lat. Pernis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Eniş
Eniş (fr. L'aurore, ing. Dawn) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1881 - ci ildə işlənmiş rəsm əsəri. Əsərdə suya enən Aurora təsvir edilmişdir. Bu səbəbdən də əsər bəzən "Auroranın enişi" də adlandırılır. "Eniş" əsəri hazırda İngiltərənin Birmingerm İncəsənət Muzeyində saxlanılmaqdadır.
Artin Penik
Artin Penik (1921, Konstantinopol, Osmanlı imperiyası – 15 avqust 1982, İstanbul) - Erməni əsilli türk vətəndaşı. Artin Penik həyatının 20 ilini Türkiyədən kənarda yaşamışdır. Uzun müddət ABŞ-də yaşayan Artin Penik sonralar Türkiyə qayıtmışdır. Əsənboğa hava limanında terror aktının törədilməsindən sonra, ASALA terror təşkilatına etiraz olaraq, Artin Penik 1982-ci il, 15 avqust tarixində İstanbul şəhərinin Taksim meydanında üzərinə benzin tökərək, özünü yandırmışdır. Dərhal xəstəxanaya çatdırılmış və 2 saat müddətində üzərində ağır cərrahi əməliyyat aparılmışdır. Bədənin böyük bir qisminin yanması, səbəbindən Artin Penik -1 dərəcəlik otaqda saxlanılmışdır. Həkimlərin bütün cəhtlərinə baxmayaraq, Artin Penik xəstəxanaya gətirildikdən 5 gün sonra vəfat etmişdir. Artin Penik vəfat etməsindən iki gün əvvəl Türkiyə dövlət televiziyasına müsahibə vermişdir. Müsahibədə, özünü yandırdığına görə peşman olmadığını və bu addımı heç kimin təsirinə düşmədən atdığını bildirmişdir. == İstinadlar == == Xarici keçidlər == Artin Penikin ilk və son müsahibəsi (VIMEO) Artin Penikin müsahibəsiı (Youtube) Hüriyyət qəzetində Artin Penik haqqında xəbər və onun özünü yandırmazdan əvvəl yazdığı məktubu.
Böyük Pelis
Böyük Pelis adası — Yapon dənizində, Böyük Pyotr körfəzi ərazisində, Rimsk-Korsakov arxipelaqına daxil olan ən böyük ada Vladivostokdan 70 km cənub-şərqdə yerləşir. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Xasan rayonu ərazisinə daxildir. Uzaqşərq dəniz qoruğunun bir hissəsini təşkil edir. Adada daimi əhali yoxdur. Yay-payız ayları adanı turistlər ziyarət edir. == Tarixi == Böyük Pyotr körfəzinincənub-qərbində yerləşən adaları fransız dənizçiləri "Kapriz" briqində kəşf edirlər. Onlar adanı "Iles Pelees" (tərcümədə "çılpaq adalar" mənasını verir. 1854-cü ildə Pallada freqatı və Vostok şxunu adalara yan alaraq onları Korkasov olaraq adlandırmışlar. 1862–1863-cü illərdə adaları podpolkovnik Vasili Matveeviç Babkin tərtqiq edərək adaları "Vostok" şxununun kapitan-leytinantı Voin Andreeviç Rimski-Korkasovun şərəfinə adlandırır. 1863-cü ildə Vasili Matveyeviç Babkin "Kalevala" gəmisində arxipelaqı tətqiq edir.
Bənis (Şəbüstər)
Bənis (fars. بنیس‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Bağlar və yaşıllıqlar əsasən dağdan gələn su kanalları ilə sulanır. Kənd meydanının ətrafında məscid, ictimai hamam və müxtəlif mağazalar var. Əsas yol asfaltlaşdırılmışdır. == Əhalisi == Yaz aylarında Benisin əhalisi əhəmiyyətli dərəcədə artır. Kənd təsərrüfatı Benisdə yerli bir sənayedir və inkişaf etməyə davam edir. XIX əsrdə kənddən köçlərin çoxu İstanbul, Bakı və Tiflis kimi xarici şəhərlərə olmuşdur. Rusiya İnqilabından sonra Benisdən İran daxilinə və Abadan, Əhvaz və Tehran kimi şəhərlərə daha çox köç yaşanmışdır. Bir çox işçi əsasən, qənnadı istehsalı, karbamid və kağız emalı müəssisələrində işləyirlər.
Cenis Bremner
Cenis Bremner (15 iyul 1974) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Cenis Bremner Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cenis Bremner Olimpiadanın gümüş medalına sahib olub.
Cenis Coplin
Cenis Coplin (ing. Janis Lyn Joplin; 19 yanvar 1943[…], Port-Artur[d] – 4 oktyabr 1970[…], Hollivud, Kaliforniya) — amerikalı musiqiçi. === Həyatı === == İlk illər: 1943–1961 == 19 yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi karyerası üzərində işləməyə qərar verdi. == Kaliforniya Həyatı == 1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu.
Denis Adeyev
Denis Adeyev (d. 14 dekabr 1997) — Rusiyalı üzgüçü. Denis Adeyev Rusiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Denis Adeyev birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:43.6 saniyəlik nəticə ilə 25-ci yeri tutdu və yarışı başa vurdu.
Denis Barvinko
Denis Barvinko (ukr. Денис Анатолійович Барвінко; 16 fevral 1994, Dnepr – 10 sentyabr 2021, Dnepr) — Ukrayna Premyer Liqasında Metallist Xarkov FK klubunda oynayan peşəkar ukraynalı futbol müdafiəçisidir. == Həyatı və karyerası == Denis Barvinko 16 fevral 1994-cü ildə Dneprdə anadan olmuşdur. 2007-2009-cu illərdə Ukrayna Uşaq və Gənclər Futbol Liqasında Metallurq Zaporojye futbol komandasının üzvü olaraq karyerasına başladı. Bundan sonra Metallist Xarkov futbol koBmandasına gəldi. 2011-ci ildə bu komandanın üzvü olaraq turnirlərdə iştirak etdi. 12 avqust 2011-ci ildə Ukrayna Gənclər Çempionatında Kiyevin Obolon komandasına qarşı səfər matçında debüt etdi (1:0). Barvinko oyunun bütün dəqiqəsində iştirak edirdi. Ukrayna Kubokunun 1/16 final matçında Bereqvideykoya qarşı oyunda iştirak etdi (0: 3). 60-cı dəqiqədə onu Robert Heqedos əvəz etdi.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. == Klub Kariyerası == Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. == Şəxsi həyatı == Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Denis Fonvizin
Denis İvanoviç Fonvizin (rus. Денис Ива́нович Фонви́зин, 14.4.1745-12.12.1792) — Rusiya ədibi. == Həyatı == Rus ədəbiyyatında maarifçi realizmin görkəmli nümayəndəsi kimi tanınan, milli komediyanın banisi Fonvizin Denis İvanoviç 14 aprel 1745-ci ildə zadəgan ailəsində anadan olmuşdur. 1755-1762-ci illərdə Moskva Universitetinin nəzdində gimnaziyada oxumuşdur. 1762-ci ildə Peterburq şəhərinə köçmüş, tərcüməçilik ilə məşğul olmuşdur. “Xəzinədar tülkü” (1762) təmsilində və “Nökərlərimə məktublar”ında (1764-1766) təhkimçiliyə tənqidi münasibət öz əksini tapmışdır. Onun ”Briqadir” (1768-1769) məişət komediyasında əcnəbi mədəniyyətə sitayiş masqaraya qoyulur. “Nadan övlad” (nəşri 1783, tamaşası 1782) satirik komediyasında təhkimçilik, zadəgan əxlaqı, hakim təbəqələrin kütbeyinliyi ifşa olunur. Fonvizinin publisistik məqalələri, xatirələri var. Yaradıcılığı realist rus ədəbiyyatı və teatrın inkişafına güclü təsir göstərmişdir.
Denis Lou
Denis Lou (24 fevral 1940, Aberdin) — şotland veteran futbolçu. == Həyatı == Futbol həyatının böyük hissəsini İngiltərədə keçirib. Mançestr Yunayted tarixinin ən çox qol vuran futbolçularından biridir. Lou Bobbi Çarlton'dan sonra klubun ən çox qol vuran futbolçusudur. Mançestr Yunayted forması ilə 309 oyunda 171 qol vurub.
Denis Matsukeviç
Denis Matsukeviç (rus. Денис Сергеевич Мацукевич; Minsk, Belarusda 28 mart 1986-cı ildə anadan olub) — Rusiyanı təmsi ledən peşəkar tennisçidir. O, karyerası ərzində 5 dəfə Gedişat turnirlərinin qalibi olmuşdur. Denisin baş məşqçisi VAleri Şliardır.
Denis Papin
Deni Papen (fr. Denis Papin; d. 22 avqust 1647 - ö. 1712) — fransız ixtiraçı. == Həyatı == 1681-ci ildə fitli çayniki icad etmişdir.
Denis Prokopenko
Denis Hennadiyovıç Prokopenko (ukr. Денис Геннадійович Прокопенко; 27 iyun 1991) — Ukrayna Milli Qvardiyasının mayoru, Azov alayının komandiri,, Rusiya-Ukrayna müharibəsinin iştirakçısı, Ukrayna Qəhrəmanı (2022). Rusiya-Ukrayna müharibəsi zamanı o, Ukrayna rəhbərliyi tərəfindən düşmən hücumlarını dəf etmək və qəhrəman şəhər Mariupolu qorumaq üçün effektiv fəaliyyətinə görə fərqləndirilib.Prokopenko həm də Redis kimi tanınır ((ukr. Ре́діс) köhnə futbol azarkeşi ləqəbi onun hərbi çağırış ləqəbinə çevrildi. Onun tabeliyində olanların ona qeyri-rəsmi olaraq "Qardaş Redis" və ya "Yoldaş Redis" deyə müraciət etdikləri bildirilir ("Дру́же Ре́діс", "Drúže Rédis", [ˈdruʒe ˈrɛd⁽ʲ⁾is]) == Həyatı == Denis Prokopenko etnik karel nəslindəndir. Babası SSRİ–Finlandiya müharibəsinin iştirakçısı olub. Kiyev Milli Linqvistik Universitetinin Alman filologiyası fakültəsini ingilis dili müəllimi ixtisası üzrə bitirib. Eyni zamanda idmanla da məşğul olub. O, "Dinamo" (Kiyev) futbol klubunun aktiv azarkeşlərindən (ultra) biridir.2014-cü ildən Ukraynanın şərqində keçirilən antiterror əməliyyatında iştirak edib, Azovda taqım və tabora komandirlik edib. 2017-ci ilin sentyabrında Azov Əlahiddə Xüsusi Təyinatlı Dəstəsinin komandiri təyin edilib.
Denis Pronin
Denis Aleksandr oğlu Əliyev (doğum adı: Denis Aleksandroviç Pronin; (26 may 1989, Xətai rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu)) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Denis Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. Milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Denis Qolovanov
Denis Qolovanov (rus.:Денис Голованов) (27 mart 1979, Soçi) — Rus tennisçi.
Denis Rader
Denis Rader dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biridir. Denis 1974-1991-ci illərdə Kanzasda ən az 10 nəfəri qətlə yetirib. BTK (bind, torture, kill-bağla, işgəncə ver, öldür) adı ilə tanınır. Hər cinayıtindın sonra isə polisə qurbanını necə əzab verərək öldürdüyünü təsvir edən məktublar göndərib. Çox maraqlı öldürmə üsulu olub. Əvvəlcə qurbanını tutub kəndirlə bağlayır, sonra qəsdən qaçmasına şərait yaradır və bu prosesi dəfələrcə təkrarlayaraq onların cinsi fəal vəziyyətə gəlməsinə səbəb olurdu. Daha sonra isə onları zorlayaraq öldürürdü. Bir maraqlı fakt isə odur ki, BTK mühafizə şirkətinin əməkdaşı olub, işi isə evlərə qatillərdən qorunmaq üçün siqnalzasiya sistemin quraşdırmaq olub.
Denis Ritçi
Denis Macalistair Ritçi (ing. Dennis MacAlistair Ritchie; 9 sentyabr 1941[…] – 12 oktyabr 2011[…]) — kompüter mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin və UNIX və Multics əməliyyat sistemlərinin işlənməsində iştirakına görə tanınır. == Həyatı == Ritçi 9 sentyabr 1941-ci ildə Nyu Yorkun Bronksvill qəsəbəsində anadan olub. Atası Alister Ritçi Bell Labs şirkətində alim kimi işləyirdi. O ailəsi ilə Nyu Cersi ştatının Sammit şəhərinə köçüb. Və orada Sammit orta məktəbini oxudu. Ritçi Harvardda fizika və tətbiqi riyaziyyat üzrə bakalavr təhsili alıb. 1967-ci ildən Bell Labs şirkətində işləməyə başlayıb.
Denis Silva
Adətən Denis Silva və ya Denis kimi tanınan Denis Silva Kruz (28 dekabr 1985-ci il təvəllüdlü) — Rio Branko-ES-də müdafiəçi mövqeyində oynayan Braziliyalı peşəkar futbolçudur. == Karyerası == Denis peşəkar karyerasına 2006-cı ildə "İmperatriz" klubunda başladı. Bir mövsüm bu klubda forma geyinən Denis, 2007/08 mövsümü üçün "Qama" futbol klubuna transfer olundu. 2008-ci ildə klubla yollarını ayırdı və Lənkəranın Xəzər klubuna transfer olundu. 2010-cu ilə qədər Azərbaycan klubunda forma geyinən Denis, komandası üçün keçirdiyi 42 oyunda 3 qolla yadda qaldı.2010-cu ildə komandadan ayrılaraq "Qremio Barueri" klubuna keçdi və klubda 12 oyun keçirdi. Qısa müddət ərzində Braziliyadan yenidən Azərbaycana qayıdan Denis, bu dəfə "Neftçi" klubunda forma geyindi. "Neftçi" ilə UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün təsnifat mərhələsində, Dinamo Zaqreb klubuna qarşı keçirilən ilk matçda start heyətində yer aldı. Ardıcıl 2 mövsüm ərzində Bakı klubunda forma geyinən Denis, 59 oyunda iştirak etdi və 2 qol vurmağı bacardı. 2012-ci ildə klub onu, Braziliyaya icarəyə göndərdi, bu 2010-cu ildə Denisin formasını geyindiyi "Qremio Barueri" klubu idi. 2013-cü ildə yenidən "Neftçi"yə qayıdan braziliyalı futbolşu komandası üçün 58 oyunda 4 qol vurmağı bacardı.
Denis Suarez
Denis Suarez (6 yanvar 1994, Salseda de Kaselas[d], İspaniya) — Yarımmüdafiəçi.