1. Müxtəlif istiqamətdə hərəkət etmə, gedib-gəlmə. Gediş-gəliş azalmışdı.
– Gediş-gəliş çox az idi.
Artıq qaş qaralırdı. Küçələrdə gediş-gəliş azalırdı.
Dumana görə yolda gediş-gəliş də kəsilmişdi.
2. məc. Münasibət, əlaqə. Qonşu ilə gedişgəlişi kəsmək.
– …Müsəlman içində əgər birinin bir böyük ilə münasibəti, gediş-gəlişi və dostluğu olmadı, onu saymırlar…
3. məc. Canlanma, səs-küy, hərəkət.
[Çopo:] Həyətdə bir gediş-gəliş vardı.