Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cüzeppe Penone
Cüzeppe Penone (it. Giuseppe Penone; 3 fevral 1947, Qaresio, İtaliya) — italyan heykəltaraşı. == Həyatı == Cüzeppe Penone 1947-ci ildə Qaresio (Pyemont bölgəsi) şəhərində anadan olub. Albertinin Gözəl Sənətlər Akademiyasında (Turin) və Paris Milli Milli Gözəl Sənətlər Məktəbində oxumuşdur. Hazırda Turində yaşayır və fəaliyyət göstərir. == "Bürünc əl" == Cüzeppe Penone, təbiətə və insan əlaqələrinə yönəlmiş sənət əsərləri ilə tanınır. Ağaclar Panonenin işlərinin əksəriyyətində aparıcı rol oynayır. Bu əsərlərin ən məşhurlarından biri sənətçinin 1968-ci ildə düzəltdiyi «Bürünc əl» heykəlləridir. Giuseppe Penone bürünc əli illər əvvəl Dallasdakı Nasher Heykəl Mərkəzində yeni əkilən ağacın üzərinə yerləşdirir. Zamanla ağac böyüdükcə və gövdəsi qalınlaşdıqca, heykəldə yeni bir görünümə bürünür.
Jenşen
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Kensen
Kensen (fr. Quinssaines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Molyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03212. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1245 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 759 nəfər (15-64 yaş arasında) arasında 560 nəfər iqtisadi fəal, 199 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 70.6%). Fəal 560 nəfərdən 528 nəfər (280 kişi və 248 qadın) işləyir, 32 nəfər işsizdir (17 kişi və 15 qadın). 199 hərəkətsiz 38 nəfər arasında şagird və ya tələbə, 113 nəfər pensiyaçı, 48 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Pensər
Pensər — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Pensər kənd adının tərkibindəki penə sözü talış dilindəki «yuxarı» və sə «baş», «hündür» sözlərindəndir (Yuxarıbaş kəndi). == Tarixi == Kəndin qədim adı Butəsərdir. Şeyx Zahid Gilani Astaranın Butəsər ( indiki Pensər) kəndində XIII əsrin sufi alimi Seyid Cəmallədindən dərs almışdır. Cəmallədin Gilani 1253 -cü il noyabrın 28-də vəfat etmiş, məzarı Astara rayonunun Pensər kənd qəbristanlığındadır. Astarada bir neçə əsrin yadigari olan kərpic kürəsi aşkar olunub. Bu kürə vasitəsi ilə bişirilən kərpiclərlə rayonda ilk ümumtəhsil müəssisəsi olan Rus-Tatar məktəbi titkilib. İndi bu kürə Astaranın Pensər kəndində qorunub saxlanılır. Kərpic Kürəsi kəndin sakini İntizar Mürsəlov tərəfindən aşkarlanıb. O, iki il əvvəl həyətində ağac əkmək üçün çala qazarkən hansısa tikilinin kərpicləri üzə çıxır.
Penten
Penten kimyəvi formulu С5Н10olan alkendir . Onun molekulunda bir ədəd ikiqat rabitə var. Bu sinifdə cəmi altı müxtəlif birləşmə vardır.Bu birləşmələr xətti və ya şaxəli quruluşda olub sis-trans izomerlik əmələ gətirirlər. == Xətti quruluşlu izomerləri == Penten-1 alfa olefindir. Çox vaxt penten-1 neftin katalitik və ya termik krekinqinin əlavə məhsulu kimi və ya karbohidrogenlərin termik krekinqi zamanı etilen və propilen ilə birlikdə alınır. Penten-1-in yeganə istehsalcısı Sasol Ltd onu Fişer-Trops prosseslərindən alır.Penten-2 2 həndəsi izomerə, sis-penten-2 və trans-penten-2-yə malikdir. Sis-2-penten olefin istehsalında istifadə olunur. == Şaxəli quruluşlu izomerləri == Pentenin şaxəli izomerləri 2-metilbuten-1, 3-metilbuten-1 (izopenten) və 2-metilbuten-2-dir (izoamilen). == Yanacaq kimi == Propilen, izobuten və amilenlər alkilləşdirmə kontur emalı zavodlarında xammal kimi istifadə olunur.Amilenlər ən yaxşı təyyarə yanacqları kimi istifadə olunur.
Vensen
Vensen (fr. Vincennes) — Paris şəhərinin cənub-şərqində Vensen meşəsində (Bois de Vincennes) yerləşən Val-de-Marn departamentinin kommunası. Vensendə əsas tarixi yer Valya qəsri (XIV əsr) hesab edilir. Qəsr böyüklüyü ilə nəzəri cəlb edir. Əvvəllər qəsr həbsxana kimi istifadə edilsə də, hal-hazırda burada hərbi muzey yerləşir. Paris metrosunun stansiyalarından biri ("Chateau de Vincennes") bu qəsrin yaxınlığında yerləşir. == Tarxi == XI əsrdə Filip Avqust meşədə qəsr tikilməsini əmr etmişdir.Qala Valua tərəfindən inşa edilmişdir.Qalanın inşası 1334-cü ildə VI Filipin vaxtında başlanmış və 1370-ci ildə V Karlın hakimiyyəti illərində başa çatmışdır.XVI əsrdə kral Versalda yaşamağı Vensendən üstün tutduğu üçün onun yaşadığı qəsr həbsxanaya çevrilmişdir. 1756-cı ildə türmə ləğv edilərək çini qablar istehsal edən fabrikə çevrilmişdir. Napoleon Bonapart qəsrdən hərbi sursat anbarı tək istifadə etmişdir.1814- cü ildə qalanın mühafizəsinin başında durmuş general Domesnil müttəfiqlərin ordusuna ciddi müqavimət göstərmişdir. Sonralar qala Parisin müdafiəsi məqsədilə bastiona çevrilmişdir.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Ənənə
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Arne Jensen
Arne Jensen (25 fevral 1998) — Tonqalı oxatan. Arne Jensen Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Arne Jensen birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Niderlandın nümayəndəsi Sjef van den Berg ilə üz-üzə gəldi. Həmin görüşdə Arne Jensen rəqibinə 3:7 hesabı ilə uduzdu.
Censen Ekls
Censen Ross Ekls (ing. Jansen Ackles d.1 mart, 1978 Texas, ABŞ) - Amerikalı aktyor, model. == Həyatı == Censen əvvəlcə modelliklə məşğul olub. 1997-ci ildə Berkener High School-da məzun olduqdan sonra ilk rolunu "Days of Our Lives" serialında oynadı. Bu serialdan sonra Ceyms Kemeronun "Qaranlıq mələyi" serialında oynamaq üçün Vankuverə getdi.2003-də "Dawson's Creek" adlı serialında CJ rolunu canlandırdı. 2004-cü ildə Smallville serialına çəkilmək üçün yenidən Vankuverə getdi və burada Ceyson Tigi rolunu oynadı. 2005-ci ildə CW kanalında yayımlanmağa başlayan Fövqəltəbii serialı ilə yanidən ekranlara qayıtdı. O bu serialda Din Vinçester rolunu oynadı. Axırıncı dəfə isə 2009-cu ildə Qanlı Valentin filminə çəkilib. Fövqəltəbii serialında həmkarları Cared Padaleki və Mişa Kollins ilə yaxın dostdur.
Jenşen (cins)
Pensər bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ponsen (En)
Ponsen (fr. Poncin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Vensen meşəsi
Vensen meşəsi (fr. Bois de Vincennes) — Fransa meşəsi.Qalanın ətrafında yerləşdiyi Vensen meşəsi Parisin ən böyük parkı olub sahəsi 995 hektardır. == Mövcud vəziyyət == İndi parkda dörd göl var: Qravel, Minim, Sen-Mande və Domenil. XX-ci əsrdə çoxsaylı süni kanallar və çeşmələr sementlənmişdir. Vensen meşə yollarından avtomobil yolları keçir. Artıq bir neçə on ildən çoxduki yollar nəqliyyat üçün bağlanıb və yalnız piyadalara və velosipedçilərə açıqdır. Vincennes meşəsində hipodrom, Milli İdman və Bədən Tərbiyəsi İnstitutu, tropik və botanika bağları, velodrom, buddist pagoda və digər obyektlər var. Meşədə kiçik hind-çin xramı, akvarium, gül parkı, tropik kollar var.Meşənin yaxınlığında zoopark yerləşir.Sahəsi 17 hektar olan zooparkda 72 metr hündürlüyündəki süni qaya dağ keçiləri üçün nəzərdə tutulmuşdur. Meşədə 700 quş və 600 növ isə digər heyvanlar mövcuddur. == Görünüşü == == Xarici keçidlər == Vikianbarda Vensen meşəsi ilə əlaqəli mediafayllar var.
Yalançı jenşen
Yalançı jenşen (lat. Panax pseudoginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. == Yarımnövləri == P. pseudoginseng ssp. himalaicus P. pseudoginseng ssp. pseudoginseng P. pseudoginseng ssp.
Yohannes Yensen
Yohannes Vilhelm Yensen (dan. Johannes Vilhelm Jensen; 20 yanvar 1873[…] – 25 noyabr 1950[…], Kopenhagen) — danimarkalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1944). == Həyatı == İkinci dünya müharibəsinin başlanması ilə İsveç Akademiyası bütün sahələr üzrə Nobel mükafatının verilməsini dayandırmışdı. Proses savaşın artıq başa çatmaqda olduğu 1944-cü ildə bərpa edildi. Danimarka yazıçısı Yohannes Vilhelm Yensen müharibədən sonrakı dövrün ilk laureatı oldu. Danimarkalı veterinar oğlu təhsilini evdə — valideynlərindən almışdı. Sonra yerli məktəbdə, özəl müəllim yanında və Vıborq kafedral məktəbində oxumuşdu. Nəhayət, ali təhsilini Kopenhagen universitetində tamamlamışdı. Burada tibb və təbiət elmləri üzrə ixtisaslaşsa da, ədəbiyyata böyük maraq göstərmişdi. Danimarka müəllifləri ilə bir sırada Şekspir, Heyne, Zolya yaradıcılığını diqqətlə öyrənmişdi.
Üçyarpaq jenşen
Üçyarpaq jenşen (lat. Panax trifolius) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü.
Adi jenşen
Adi jenşen (lat. Panax ginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. == Tarixçə == Jenşen bitkisi haqqında ilk tarixi məlumat e. ə. I əsrə aid olan və "Şennunbentsao" adlanan dərman maddələri haqda qədim çin yazısında qeyd olunub. Buna baxmayaraq şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. Əhali arasında ona "həyat kökü", "dünyanın möcüzəsi", "ölməzlik zərbəsi" kimi adlar verilmişdi. Bitkinin belə qeyri-adi şöhrəti “jenşen qızdırmasının” yaranmasına və bir çox cinayət və bədbəxtliklərə səbəb olmuşdur.
Peşə
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Adət-ənənə
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Bense Balzam
Bense Balzam (27 iyul 1999) — Serbiyalı üzgüçü. Bense Balzam Serbiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Bense Balzam birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 1:00:11.2 saniyəlik nəticə ilə 53-cü yeri tutdu və yarışı başa vurdu.
Bense Buyaki
Bense Buyaki (25 sentyabr 1993) — Macarıstanlı peşəkar kişi BMX velosipedçisi. Bense Buyaki Macarıstanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bense Buyaki 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.733 saniyəlik nəticəsi ilə 67-ci yeri tutdu.
Bense Talas
Bense Talas (d. 7 iyun 1991; Budapeşt, Macarıstan) — Azərbaycanı təmsil edən Macarıstan əsilli idman gimnastı. == Karyerası == Bense Talas birinci ciddi yarışına 2017-ci ildə qatıldı. Həmin ildə Talas, "FIG Dünya Kuboku" turnirində halqa ilə çıxışları təsnifat mərhələsində 13.066 xal topladı və 19 gimnast sırasında 10-cu yeri tutdu.
Jan Peske
Jan Peske Meçeslav oğlu (fr. Jean Misceslas Peské, pol. Jan Mirosław Peszke; 27 iyul 1870, Qolta, Ananyevskiy, Xernonskaya quberniyası) — Peske təbiəti çəkən, rəssam Polşa əslli impresionistdir. == Həyatı == Ukraynada Polşa həkimi Yana Peskeviça və Antonettanın ailəsində anadan olmuşdur. Kievdə və Odessada təhsil almışdır. 1891-ci ildə atasından miras almış və Fransaya miqrasiya etmişdir. 1889-cu ildə Parisə köçmüş R. Jülyen Akademiyasında Jan Pol Loranın rəhbərliyi altında təhsil almışdır. 1891-ci ildən fr. La Revue Blanche jurnalının əməkdaşları sırasına daxil olmuşdur. == Yaradıcılığı == Rəssamın əsərləri Parisin, Ruananın, San — Tropenin və Fransanın müxtəlif şəhərlərində, həmçinin Cenevrədə və Varşavada saxlanılır.