ZƏNƏNƏ

sif. [ fars. ] Qadınlara məxsus, qadınlara aid. Zənənə ayaqqabı.
– Sarı başmaq zənənə; Gözəl çoxdu, mənə nə? Qoy ilqar qənim olsun; İlk yarından dönənə. (Bayatı).
Pəri xanım … zənənə paltarını geydi. (Nağıl).

◊ Zənənə hamam dan. – çox hay-küylü yer.
ZƏNƏN
ZƏNG

Digər lüğətlərdə