Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dominia
Dominia — Rusiya metal musiqi qrupu. == Haqqında == Qrupun qurucusu vokalist Anton Rosa 1999-cı ildə gitarsit Denis Suxarov ilə simfonik black metal janrda olan "Tentamentum" qrupunu yaratdılar. Daha sonra qrupa yeni üzvlər gələrək 2000-ci ildə adlarını "Dominia"ya dəyişdirərək dark və simfonik metal janrda çıxış etdilər. 2001-ci ildə isə ilk demo mahnılarını - "Dancing with Marie Jane" yazdılar.
Dominika
Dominika (ing. Dominica) və ya rəsmi adı ilə Dominika Birliyi (ing. Commonwealth of Dominica) — Karib dənizində ada-dövlət. Dominika Kiçik Antil adalarındakı Dominika adasında yerləşən mikrodövətdir. Dominikanın şimal-qərbində Qvadelupa, cənub-şərqində Martinika əraziləri yerləşir. Paytaxtı və ən böyük şəhəri Rozo, ümumi sahəsi 750 kvadrat kilometr, əhalisinin sayı 71 min nəfərdir. Ada-dövətin ən yüksək nöqtəsi 1444 m-lə Morn Diablotindir. Dominikanı 1493-cü ildə Xristofor Kolumb kəşf etmişdir. Dominika 1768-ci ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. 1978-ci ilin noyabrın 3-dən etibarən isə müstəqil dövlətdir.
Promina
Promina (xorv. Promina) — Xorvatiyanın cənubundakı icma, Şibensko-Knin əyalətinin bir hissəsidir. İcmanın inzibati mərkəzi Oklay şəhəridir. Zaqora rayonunda yerləşir. Promina icmasının (bələdiyyəsi) tərkibinə kəndlər də daxildir. 2011-ci ilin siyahıalınmasına görə, oranın əhalisi bu qədərdir:1991-ci il əhalinin siyahıya alınmasına görə Promin icmasında 2574 sakin yaşaıyrdı ki, onların 85%-ı xorvatlar, 14%-ı serblər idi. İvan Aralika (d. 1930) — Xorvatiya yazıçısı və dramaturqu.
Dominika bayrağı
Dominika bayrağı — Dominikanın Dövlət bayrağı.
Dominika boğazı
Dominika boğazı (ing. Dominica Passage; fr. Canal de la Dominique) — Fransanın asılı ərazisi olan Qvadelupanın tərkibinə daxil Mari-Qalant adasının şimalını Dominika adasının cənubdaan ayıran boğaz. Boğazın eni 26 km, uzunluğu 58 km-dir. Atlantik okeanını Karib dənizi ilə birləşdirir. 1987-ci ildə Fransa ilə Dominika arasında Dominika boğazında sərhədin delimitasiyası haqqında saziş imzalanmışdır.
Dominika ordusu
Dominika ordusu — Dominika Birliyinin milli hərbi qüvvələrinə verilən ad. Dominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi (RTS) təmin edir. Dominika Polis Qüvvəsini Vətəndaş Birliyinin bir Xüsusi Təyinatlı Vahidi var. Müharibə və ya fövqəladə hal vəziyyətində hakimiyyət tərəfindən elan edilibsə, ölkənin polis qüvvəsi ordu kimi fəaliyyət göstərə bilər.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Rodinka (Arxangel)
Rodinka (başq. Родинка, rus. Родинский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 23 km, kənd sovetliyindən (Bakaldı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Vole Şoyinka
Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/ Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı. İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı. Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü.
Dominika Kroys
Dominika Kroys (pol. Dominika Anna Krois) — Polşa dövlət xadimi və diplomatı. 2019-cu ilin noyabr ayından Polşanın BMT-nin Vyana ofisində daimi nümayəndəsidir. == Bioqrafiya == Dominika Kroys 1972-ci ildə anadan olub. O, Yagellon Universitetinin Hüquq fakültəsini bitirmiş, 2006-cı ildə həmin universitetdə fəlsəfə doktoru elmi dərəcəsini almışdır, , Korrupsiya Probleminə Qarşı Beynəlxalq İctimai Hüquq dissertasiyasını müdafiə etmişdir. O, həmçinin Vyana Diplomatik Akademiyasında təhsil alıb. Polyak dilindən əlavə ingilis, fransız və alman dillərini mükəmməl bilir. Xorvat, ispan və rus dillərində danışır. == Fəaliyyət == 1999-cu ildə Dominika Kroys Polşa Xarici İşlər Nazirliyində işə başlayıb. O, Berlindəki Səfirlikdə Avropa İttifaqı məsələləri üzrə ikinci katib (2001-2005), sonra Polşanın BMT-nin Vyanadakı Bürosu və beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi, müşaviri və birinci müşaviri, təhlükəsizlik, nüvə silahı, terrorizm və silahların yayılmaması üzrə inkişaf məqsədlərinə rəsmi yardım (2006-2010) məsul vəzifələrdə çalışıb.
Qriqori Kosınka
Qriqori Mixayloviç Kosınka (ukr. Григо́рій Миха́йлович Косинка; əsl soyadı Strelets, ukr. Стрілець; 17 (29) noyabr 1899, Kiyev quberniyası – 15 dekabr 1934, Kiyev) — Ukrayna-sovet yazıçısı və tərcüməçisi. Ukraynanın edam edilmiş İntibahının nümayəndələrindən biri. Qriqori Strelets 1899-cu ildə Rusiya imperiyasında, indiki Ukraynanın Kiyev vilayətinin Obuxov rayonuna bağlı Şerbanivka kəndində bir kəndli ailəsində anadan olmuşdur. O, ikiillik məktəbi bitirmiş və 1914-cü ildə Kiyevə köçmüşdür. Strelets drada dolanışığını təmin etmək üçün müxtəlif işlər görərək altı illik məktəbi bitirmişdir. Nəhayət, o, qısaməzmunlu nəsr əsərləri yazmağa başlamışdır. Strelets ilk dəfə 1919-cu ildə Qriqori Kosınka təxəllüsündən istifadə etmişdir. Rusiyada vətəndaş müharibəsi illərində əvvəlcə Daniil Terpilo ilə, sonra isə Ukrayna Xalq Respublikasının ordusu ilə döyüşmüşdür.
Anna Polina
Anna Polina (11 sentyabr 1989, Leninqrad[d]) — Rusiya-Fransa pornoaktrisası və fotomodeli.
Polina Bonapart
Polina Bonapart(fr. Marie Paulette Bonaparte; 20 oktyabr 1780 – 9 iyun 1825)—Napoleonun sevimli bacısı. Polina Napoleon Bonapartın bacısı idi. Bu parlaq, gözəl qadın Avropanın əksər məşhur kişilərinin qəlbini ələ almışdı. Bəziləri desələr də ki, knyaginyanın çox iti çənəsi və düz burnu olub, bu, heç də onun gözəlliyini pozmurdu. Knyaginya pərəstişkarlarına heç nədən imtina etmirdi. Pərəstişkarlar isə çox idi - hədsiz çox. Ətrafındakılar Polinanı Avropanın ən əxlaqsız qadını hesab edirdilər. Çox gənc yaşda kişilərlə tanış olan Polina sonradan özünə heç nəyi qadağan etmədi. O, kişilərlə roman yaşayır, kobud əyləncələr tərtib edir, bədənini ortaya qoyurdu.
Polina Gagarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Osipenko
Polina Osipenko (rus. Полина Денисовна Осипенко) — Rus əsilli qadın sovet pilotu, Sovet İttifaqı Qəhrəmanı. Ən məşhur qadın sovet pilotlarından biri hesab olunur. 1939-cu ildə gündəlik uçuşlar zamanı keçirdiyi qəzada həlak olmuşdur.
Polina Qaqarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Rəhimova
Polina Rəhimova (5 iyun 1990, Fərqanə) — azərbaycanlı voleybolçu, dünya rekordçusu. O, Yaponiyada keçirilən oyunda 58 xalı tək oyunda qazanaraq dünya rekordu qırıb. Azərbaycan qadın milli voleybol komandasının və İndoneziyanın "Petrokimia Gresik" voleybol klubunun oyunçusudur. Hərbçi ailəsində doğulan Polina Rəhimova Fərqanə şəhərində anadan olub. Böyük bacısı voleybolla məşğul olduğundan Polina hələ uşaq yaşlarından bu idman növünə maraq göstərib. İlk dəfə voleybola Ukraynanın Zaporojye şəhərində Lyubov Pribinosun rəhbərliyi altında başlayıb. 16 yaşı olanda Azərbaycana gəlib və burada Faiq Qarayevin təşəbbüsü ilə milli komandaya cəlb olunub. 2011-ci ildə "Azərreyl"lə Avropanın nüfuzuna görə 3-cü böyük turniri olan Avropa Qadınlar Çağırış Kubokuna sahib olub. 2011/2012-ci il Çempionlar Liqasında debüt edən Polina qrup mərhələsindən sonra 206 xalla liqanın bombardiri olub. 2014-cü ildə Cənubi Koreya klubu Hyunday ilə anlaşaraq rəsmi sözləşmə imzaladı.
Romina Pauer
Romina Pauer (2 oktyabr 1951[…], Los-Anceles, Kaliforniya) — dünyaca məşhur ABŞ-italyan müğənni, aktrisa və rəssamı,aparıcı. Romina Pauer 2 oktyabr 1951-ci ildə Hollivudda zəngin ailədə doğulub. Onun atası məşhur Hollivud aktyoru Tayron Pauer, anası isə aktrisa Linda Kristian idi. Romina uşaqlıqdan qeyri-adi vokal istedadı olan çox gözəl bir qız idi.[kimə görə?] Onu şahzadə kimi böyütmüş, hər istəyini yerinə yetirmişdilər. Anası inanırdı ki, Romina aktrisa olacaq və onun özünə müyəssər olmayan bir karyera quracaq. 1956-cı ildə valideynləri boşandıqdan sonra, o və kiçik bacısı Taryn anası ilə müxtəlif yerlərdə, əsasən Meksikada və İtaliyada yaşayırdı, Romina Pauer ilk təhsilini İngiltərədəki kollecini bitirir. Musiqiyə marağı 1950-ci illərdən etibarən Amerikalı musiqiçilərə, 1960-cı illərdən Meksikanın Mariachi qruplarına və İtalyan musiqilərini daha çox sevən Romina Paueri Pauer Beatles və Bob Dylan'ı kəşf etdi və Doğum günü hədiyyəsi olaraq bir gitara hədiyyə etdilər, Romina həmin gitaranı öyrədikdən sonra məhz ilk mahnılarınıda həmin gitarada yazdı.O, 14 yaşından etibarən əsasən italyan dilində bir neçə filmdə, o cümlədən 1968-ci ildə Marquis de Sade'nin eyniadlı romanı əsasında çəkilən rejissor İsa Frankonun "Justine" filimdə Justine obrazı ona daha çox uğur gətirdi.1960-cı illərdəki filmlərdə çıxış edən müğənni və aktrisa Romina Pauer Al Bano Karrizi ilə tanış oldu.1970-ci ildə təkcə İtaliya üçün deyil, bütün dünya üçün ən gözəl və istedadlı cütlük olan Al Bano Karrizi ilə Romina Pauer evlənirlər. Romina Pauer iki qızını təklkdə böyüdən və bütün kişilərə nifrət edən anasının təsiri altına düşməməyi bacarır,Amerika stereotiplərindən də imtina etməyi və qadının tamamilə ərinə, ailə başçısına tabe olduğu möhkəm katolik ailəsi qura bilir. Və İtaliyada Rominanı "özümüzünkü" adlandıraraq ona çəp baxmaqdan əl çəkirlər. Axı onlar ideal cütlük idilər.Xanım şeirlər yazır, əri isə mahnı bəstələyirdi.1975-ci ildə onlar İtaliya, Almaniya, Avstriya, İspaniya, Fransa, Yunanıstan, Latın Amerikası, Şərqi Avropa və SSRİ-də tanındılar və sevildilər , müxtəlif dillərdə bir çox albomları çıxdı.Onların ən böyük hitləri "Felicità", "Sharazan", "Tu soltanto tu", "Ci sarà", "Sempre sempre" və "Libertà" mahıları oldu.Romina Puaer və həyat yoldaşının musiqilərinin motivləri əsasında 7 film çəkilib.Filmlərin əksəriyyərində o, və əri baş rollarda çəkilib.1970-ci ildə onların ilk övladları – qızları İleniya, üç ildən sonra oğlu Yari, sonra qızları Kristel və sonbeşikləri Romina dünyaya gəlir.
Pomona (Kaliforniya)
Pomona — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər.
Dominika Silahlı Qüvvələri
Dominika ordusu — Dominika Birliyinin milli hərbi qüvvələrinə verilən ad. Dominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi (RTS) təmin edir. Dominika Polis Qüvvəsini Vətəndaş Birliyinin bir Xüsusi Təyinatlı Vahidi var. Müharibə və ya fövqəladə hal vəziyyətində hakimiyyət tərəfindən elan edilibsə, ölkənin polis qüvvəsi ordu kimi fəaliyyət göstərə bilər.
Müqəddəs Dominika kilsəsi
Müqəddəs Dominika kilsəsi (qalis. Iglesia de San Domingos) — İspaniyanın Qalisiya bölgəsində, Pontevedra şəhərində yerləşən qədim kilsə. 1895-ci ildən İspaniya Mədəni Maraq Mülkiyyəti siyahısındadır. Hazırda Pontevedra muzeyinin bir parçasıdır. Kilsənin 1-i böyük olmaqla 5 yarımqübbə şəklində darvazası, cənub divarı, 1282-ci ildə tikilən girişi hələ də salamat qalmışdır. Giriş 1282-ci ildə tikilsə də, işlərin yarımçıq qalması səbəbi ilə kilsənin tikintisinə 1383-cü ilə başlanılmışdır və XV əsrdə davam etmişdir. Kilsə 8 dekabr 1836-cı ildə bağlanmış və bir müəssəsəyə (isp. Junta de Enajenación de Edificios y Efectos de los Conventos Suprimidos de la Provincia de Pontevedra) verilmişdir. Daha sonra 1840-cı ilin mayında sığınacaq kimi Şəhər şurasına əmanət edilmişdir. 1869-cu ilə qədər qadın həbsxanası üçün istifadə olunmuş, 1869-cu ildə Santa Klara uşaq məktəbinə çevrilmişdir.
Omiçka Omsk QVK
"Omiçka" (rus. Омичка) — 1965-ci ildə yaradılmış qadın voleybol klubudur. Komanda Rusiyanın Omsk vilayətində yerləşən Omsk şəhərini təmsil edir. Komandanın tarixindəki ən böyük uğuru CEV Qadınlar Çempionlar Liqasının 2013-14 mövsümü üçün olan yarışlarında son 12-yə qalmasıdır. 2005-ci ildən klubunun prezidenti rus biznesmen Vladimir Sumakovdur.
Omiçka Omsk VK
"Omiçka" (rus. Омичка) — 1965-ci ildə yaradılmış qadın voleybol klubudur. Komanda Rusiyanın Omsk vilayətində yerləşən Omsk şəhərini təmsil edir. Komandanın tarixindəki ən böyük uğuru CEV Qadınlar Çempionlar Liqasının 2013-14 mövsümü üçün olan yarışlarında son 12-yə qalmasıdır. 2005-ci ildən klubunun prezidenti rus biznesmen Vladimir Sumakovdur.
Viburnum opulus var. pimina
Adi başınağacı (lat. Viburnum opulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir. Çiçəkləri ağ rəngli, ətirli olub, iri, sıx olmayan qalxanaoxşar yastı çiçək qrupunda toplanmışdır, orta çiçəkləri kiçik, ikicinsli düzgün olub, qıfaoxşar-zınqırovvari tacı vardı, kənar çiçəklər isə bar verməyən, iriləşmiş ağappaq çarxşəkilli bölümlü tacı vardır. Meyvələri giləmeyvəyə bənzər olub, lətli, ovaldır, parlaq-qırmızı rəngdədir, dadı acıdır, diametri 8–10 mm-dir. Toxumları təkdir və yastıdır. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Ekoloji qrup və bitdiyi yerlər == Kseromezofitdir, meşə-kol və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çay kənarlarında seyrək bitir.
Dominika 2016 Yay Olimpiya Oyunlarında
Dominika, 2016-cı ildə Braziliyanın böyük şəhəri olan Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olunub. Bu olimpiada Dominikanın müstəqil ölkə kimi yarışlara qatıldığı sayca altıncı olimpiada olub. Dominika yığması Oyunlarda yalnız iki yüngül atlet ilə təmsil olunmuşdur: Üçtəkanla tullanma yarışlarında Tea LaFond və açılış mərasimində bayraqdar kimi iştirak edən, əslən Kubalı olan Yordanis Duranona iştirak etmişdir. Lakin Dominika bu oyunlarda da ilk Olimpiya medalını qazana bilmədi.