Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Ratuşa
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus‎ — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır. Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi. Ölkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır. Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi" İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu" Fransa: Otel de ville (fr.
Vatsap
WhatsApp (azərb. Votsap‎) — smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Müxtəlif platformalarda Android, BlackBerry OS, BlackBerry 10, iOS, Series 40, Symbian (S60) və Windows Phone. Messenceri yaratmış şirkət Yan Kum və Brayan Akton tərəfindən 2009-cu ildə əsası qoyulmuşdur. Şirkətin mərkəzi ofisi Santa-Klara, Kaliforniya ştatında yerləşir. WhatsApp-ın köməyi ilə hər gün 2 milyard mesaj (2012-ci il aprel ayında) göndərilirib. (cari ilin avqust ayında 10 milyarddan çox olmuşdur. 2015-ci ilin yanvar ayında isə bu rəqəm 30 milyardı ötmüşdü. İstifadəçilərin dəqiq miqdarı açılmır, amma Benedict Evans (Enders Analysis) analitikinin qiymətləndirilmələrinə görə oktyabrda (2012-ci il) 100 milyonu ötürdü.
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Ravesa Lleşi
Ravesa Lleşi — 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı-nın Cenevrə-dəki Ofisində Albaniya-nın daimi nümayəndəsi oldu. Ravesa Lleşi 1 iyun 1976-cı ildə anadan olub və Hollandiya-da Tilburq Universitetini beynəlxalq və Avropa ictimai hüququ üzrə magistr dərəcəsi ilə bitirib. İngilis və Holland dillərini yaxşı bilir.2010-cu ildən 2014-cü ilə qədər Tiranada, Nyu-Yorkun Tirana Universitetinin təklif etdiyi müəssisədə dərs verdi. Xarici İşlər Nazirinin müşaviri olduğu 2018-ci ilin yanvar ayına qədər ölkəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı missiyasına rəhbərlik etdiyi vaxtdan 2018-ci ildə Avstriya-da idi.2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Ofisində Albaniyanın Daimi Nümayəndəsi oldu. Lleşi, ölkəsinin Dünya Fikri Mülkiyyət Təşkilatındakı təmsilçiliyindən də cavabdehdir, məsələn, 2019-cu ildə Darjeeling çayı kimi regional məhsullara qoruma təmin edəcək beynəlxalq bir müqaviləyə imza atanlardan biri idi.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Eucalyptus ovata
Eucalyptus ovata (lat. Eucalyptus ovata) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus gunnii var. ovata (Labill.) H.Deane & Maiden == Yarımnövləri == Eucalyptus ovata subsp. grandiflora (Maiden) D.Nicolle Eucalyptus ovata subsp.
Hvasa (müğənni)
An He-cin (kor. 안혜진), 23 iyul 1995, Concu) və ya səhnə adı ilə Hvasa (kor. 화사) – Cənubi Koreyalı müğənni, repçi, mahnı müəllifi, bəstəkar və model. 2014-cü ildə Mamamoo qız qrupunun üzvü olaraq debüt etmişdir. Musiqisinə təsir etmiş ifaçı kimi Beyonse-ni göstərir. Yazı və bəstəkarlıqda iştirak etdiyi "Twit" rəqəmsal sinqlı ilə 2019-cu ilin fevral ayında solo sənətçi kimi debüt etmişdir. 2020-ci ilin mart ayında Hvasa ingilis müğənni Dua Lipa ilə birlikdə Lipanın "Physical" mahnısının remiksi üçün koreyaca sözləri əlavə edib. 2020-ci ilin avqust ayında isə 10 oktyabrda "Don't Touch Me" adlı sinql ilə debüt edən dörd nəfərdən ibarət "Refund Sisters" adlı (kor. 환불 원정대) superqrupun üzvü biri olaraq debüt etmişdir. "Maria" adlı EP-i ilə Hvasa ABŞ iTunes albomları çartında üst sıralarda yer alan ilk koreyalı qadın solo sənətçisi olmuşdur.
Listera ovata
Neottia ovata (lat. Neottia ovata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Mahaşiva Ratra
Mahaşiva Ratra (Şiva allahının böyük geçəsi) - Hindistanda Şiva allahının şərəfinə keçirilən bayram. == Bayramın keçirildiyi tarix == Mahaşiva Ratra bayramı hər il (yanvar-fevral) ayında yeni ayın görünməsi ilə keçirilir. 2017-ci ildə Hindistanda Mahaşiva Ratra bayramı 24-25 fevralda keçirilmişdir. == Bayram necə keçirilir == Bayram, adətən yerli vaxtla günəşin batdığı andan başlayır. Bayramla eyni zamanda Şivanın şərəfinə oyaq qalma və oructutma gecəsi başlayır. Buna görə də bayram Şivaratra (maha-böyük deməkdir) bayramı da adlanır. Oruc tutanlar gündüz vaxtı özlərini yeməklə "mükafatlandırırlar", çünki bundan sonra oruc mərasimi başlayır. Bu bayram qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Onlar Parvatiyə (Əfsanəyə görə Şivanın arvadıdır) onlara uğurlu ailə həyatı, gözəl uşaqlar bəxş etməsi üçün dua edirlər. Dindarlar "katha"-Şiva haqqında tarixi oxuyur, onun şərəfinə həsr olunmuş himnləri ifa edirlər.
Melongena ovata
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.
Mentha ovata
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Plantago ovata
Plantago ovata (lat. Plantago ovata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Prunella ovata
Raisa Atambayeva
Raisa Atambayeva (qırğ. Раиса Атамбаева; d. RSFSR, SSRİ) — Qırğızıstan Respublikasının birinci xanımı. Tibb elmləri namizədi. Raisa Minəhmədova Rusiya Federasiyasının Ural bölgəsi ərazisində dünyaya gəlmişdir. Milliyyətcə tatar olan Raisanın valideynləri sonradan Qırğızıstana köçərək orada məskunlaşıblar. Raisa xanım Oş şəhərində yerləşən Lomonosov adına orta məktəbi bitirmişdir. Orta təhsili başa vurduqdan sonra o, Qırğızıstan Dövlət Tibb Universitetinə daxil olmuş və oranı bitirmişdir. Tibb elmləri namizədidir. Ali həkimlik dərəcəsinə malik olmasına baxmayaraq, heç bir yerdə işləmir və evdar xanımdır.
Raisa Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878 və ya 15 avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" Yeni il mahnısının sözlərinin müəllifidir. Litvanın Gedroyts sülaləsinin zadəgan ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. Uşaqlıqdan şeir yazırdı.
Raisa Nedaşkovskaya
Raisa Nedaşkovskaya (17 fevral 1943) — Ukrayna aktrisası. O, 1943-cü il fevralın 17-də Ukraynanın Malin şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəqslə məşğul olmuş, xoreoqrafik ansamblın solisti olmuşdur. 1960-cı ildə Viktor İvçenkonun "Meşə mahnısı" filmində Mavka rolunu ifa etmişdir. 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirmiş və A.Dovjenko adına Kiyev kinostudiyasının aktrisası olmuşdur. Onun ən yaxşı işlərindən biri "Telefonçu qız" filmində baş rolun ifası olmuşdur.
Raisa Sarbi
Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi. 1998-1999-cu illərdə DGTYB-nin katibi olmuşdur. Çuvaşıstanın əməkdar incəsənət xadimidir.
Raisa İsmayılova
Raisa Hüseyn qızı İsmayılova (5 noyabr 1939, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Hüseyn qızı İsmayılova 5 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1958–1960-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirmişdir. Raisa İsmayılova 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etməyə başlamışdır. Burada o, Məhmənə Banu ("Məhəbbət əfsanəsi"), Frigiya ("Spartak"), Odetta-Odilliya ("Qu gölü"), Gözəllər gözəli ("Yeddi gözəl") kimi partiyaları canlandırmışdır. 1970–1979-cu illərdə Raisa İsmayılova Moskvadakı Böyük Teatrda fəaliyyətini davam etdirmişdir. Boyarınya ("İvan Qroznı"), ikinci həyat yoldaşı ("Baxçasaray fontanı"), tacirə ("Daş çiçək"), saray rəqqasəsi ("Məhəbbət əfsanəsi") partiyalarını və ispan ("Don Kixot"), macar, ispan ("Qu gölü") rəqslərini ifa etmişdir. Raisa İsmayılova 7 iyul 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüş və 21 may 1970-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
Raisa Əhmədova
Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928, Qroznı, RSFSR, SSRİ – 29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlər və inquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır. 13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.
Rhus ovata
Rhus ovata (lat. Rhus ovata) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü.
Ritsa gölü
Ritsa gölü (gürc. რიწა; abx. Риҵа; rus. Рица) ― de fakto olaraq tanınan Abxaziya dövlətinin şimalında yerləşən dağ gölü. Göl subalp çəmənlikləri, dağ meşələri ilə əhatə olunmuşdur. Suyu təmiz və soyuqdur. Ətrafında hündürlüyü 2 220–3 500 metr olan dağlar yerləşir. Euksin-Kolçik enliyarpaqlı meşələri buradadır və xeyli şümşad ağacı bitir. 70 metrə qədər hündürlükdə gölün ətrafında Şərqi Qaradəniz küknarının nümunələri tapılmışdır. Gölü qorumaq üçün 1930-cu ildə Ritsa Dövlət Təbiət Qoruğu (162,89 km²) qurulmuşdur.
Salvia vasta
Salvia vasta (lat. Salvia vasta) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Scutellaria ovata
Scutellaria ovata (lat. Scutellaria ovata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü.
Raisa Belyaeva
Raisa Vasilyevna Belyayeva (rus. Раиса Васильевна Беляева; 25 dekabr 1912, Kirov – 19 iyul 1943, Voronej) — ilk rus qadın qırıcı pilotlarından biri. Lidiya Litvyak ilə birlikdə döyüşmüş və üçə qədər hava qələbəsi qazanmışdır. Belyaeva 1943-cü ildə naməlum səbəblərdən döyüşdə həlak olub. Belyayeva Kirovdakı dabbağlar üçün texniki institutda oxuyub. O məktəbi bitirdikdən sonra köhnə dostu, Leninqradda uçuş təlimatçısı olan Olqa Yamşikovadan ona uçmağı öyrətməsini xahiş etmişdir. Belyayeva müharibədən əvvəl yüzlərlə paraşütçüyə təlimat vermişdir. O, həmçinin Moskva yaxınlığındakı Tuşino aerodromunda təşkil olunmuş bir çox aviaşoularda iştirak edib. Belyayeva Stalinqrad döyüşündə iştirak etmiş və Nikita Xruşşovun müşayiətçi pilotu kimi uşmuşdur. O, 19 iyul 1943-cü ildə baş vermiş qəzada həlak olub.