Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rokuci Morimoto
Rokuci Morimoto (森本六爾, Morimoto Rokuci, 2 mart 1903, Nara prefekturası – 22 yanvar 1936) – Yaponiya arxeoloqu. == Həyatı == Rokuci Morimoto 1903-cü ildə Yaponiyanın Nara prefekturasında doğulmuşdur. Nara şəhərində yerləşən Unebi orta məktubunu bitirən Morimoto gənc yaşlarından etibarən arxeologiyaya maraq göstərməyə başlamışdır. 1924-cü ildə Yonekiçi Miyakedən arxeologiya üzrə dərslər almış və Tokio Ali Normal Məktəbində müəllim köməkçisi olmuşdur. 1929-cu ildə Tokio Arxeologiya Cəmiyyətini (東京考古学会, Tokyo Koko Qakkay) qurmuş və təşkilat tərəfindən nəşr olunan "Kokogaku" jurnalının redaktoru olmuşdur. 1931–32-ci illərdə Fransada təhsil almışdır. Morimotonun maraq dairəsinə Yayoy dövrünün yaş düyü təsərrüfatı texnologiyası və qədim Yaponiyanın kofunları daxil idi. == Əsərləri == "Nihon noko bunka no kiqen" (1941, "Yaponiyada kənd təsərrüfatının mənşəyi") "Nihon kokoqaku kenkyu" (1943, "Yaponiya arxeologiyası üzrə tədqiqatlar") == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha.
Villar-Reküla
Villar-Rekyula (fr. Villard-Reculas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38550. Kommunanın 1999-cı il üçün əhalisi 57 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 826 ilə 2058 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənubda, Qrenobldan 27 km şimal-qərbdə yerləşir.
Rekul-Prevenkyer
Rekul-Prevenkyer (fr. Recoules-Prévinquières, oks. Recolas-Previnquièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12196. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1195 nəfərdən (15-64 yaş) 870 nəfəri iqtisadi cəhətdən fəal, 325 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 70.6%) idi.