Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alan Rikman
Alan Sidni Patrik Rikman (ing. Alan Sidney Patrick Rickman, 21 fevral 1946[…] – 14 yanvar 2016[…], London) - teatr tamaşaları və filmlərdə daha çox antoqonist xüsusiyyətli obrazları ilə yadda qalmış ingilis aktyor olmuşdur. Rikman klassik və modern teatr tamaşaları təqdim edən Kral Şekspir kompaniyasının üzvü olmuşdur. Televiziyada ilk dəfə 1982-ci ildə görünsə də, Kristofer Hemptonun "Təhlükəli əlaqələr" pyesinin 1985-ci il teleadaptasiyasında canlandırdığı Vikomt de Valmont obrazı ilə məşhurlaşmış və bu roluna görə Toni mükafatına namizəd göstərilmişdir. Rikman "Məğlubedilməz" filmində yaratdığı Hans Qruber və "Harri Potter" filmlər seriyasında yaratdığı Severus Sneyp obrazları ilə daha çox diqqət çəkmişdir. Rikman "Robin Hud:Oğrular şahzadəsi" filmində Notingem şerifi, "Həqiqətən, dəlicəsinə, dərindən" filmində Ceymi, Enq Linin "Ağıl və hiss" filmində Kolonel Brendon, "Gerçək sevgi" filmində Harri, "Dəhşətli böyük macəra" filmində P.L. O'Hara, "Qalaktika axtarışında" filmində Aleksandr Deyn, Stiven Sondhaymın myuziklı əsasında çəkilmiş "Suini Todd:Flit-stritdən olan şeytan bərbər" filmində Hakim Turpin obrazlarını yaratmışdır. 1995-ci ildə "Rasputin" filmində yaratdığı Rasputin obrazına görə Qızıl Qlobus, Emmi və Ekran Aktyorları Gildiyasının mükafatına layiq görülmüşdür. "Robin Hud" filmindəki roluna görə, Rikman Britaniya Akademiya Film mükafatını qazanmışdır. Aktyor Tom Byörkun xaç atasıdır. Rikman 14 yanvar 2016-cı ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Neoseiulus micmac
Neoseiulus micmac (lat. Neoseiulus micmac) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Rieman inteqralı
Riemann inteqralı — riyaziyyatın həqiqi analiz olaraq bilinən sahəsində bir intervalda təyin edilmiş funksiyaların inteqralını hesablamağa istiqamətlənmiş ilk tam qaydadır. Adını Bernard Riemandan alan anlayış nəzəri məqsədlər üçün çox da rahat deyilsə də, çox asan anlaşıla bilir. f {\displaystyle f} , [ a , b ] {\displaystyle [a,b]} intervalında bir həqiqi qiymətli funksiya və S = { ( x , y ) | 0 < y < f ( x ) } {\displaystyle S=\{(x,y)|0<y<f(x)\}} , f {\displaystyle f} funksiyanın altında və [ a , b ] {\displaystyle [a,b]} intervalının üstündə qalan müstəvi səthi olmaq şərtiylə ∫ a b f ( x ) d x {\displaystyle \int \limits _{a}^{b}f(x)\,dx} ifadəsi bu sahəni təyin etmək üçün istifadə edilir.
İMac
iMac<ay-mək> – Apple Inc. şirkətinin istehsalı olan monobloklu fərdi kompüterlər seriyası. İlk iMac G3 modeli 1998-ci ildə təqdim olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bernhard Riman
Bernhard Riman (ing. Bernhard Riemann; 17 sentyabr 1826[…], Yameln[d] – 20 iyul 1866[…], Verbaniya[d], Pyemont) — alman riyaziyyatçısı. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsində həndəsi istiqamətin əsasını qoymuşdur. O, həndəsəyə istənilən bircins obyektlərin kəsilməz yığımı haqqında təlim kimi baxmış, kəsilən funksiyaları öyrənmişdir. Riyaziyyata Riman fəzası adlanan fəza daxil etmiş və onun nəzəriyyəsini (Riman həndəsəsi) yaratmışdır; diferensial tənliklər nəzəriyyəsi, triqonometrik sıralar, inteqral hesabı sahələrində çalışmışdır. == Həyatı == 1826-cı ildə doğulub. 1866-cı ildə vəfat edib.
Rifah Partiyası
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. == Tarixi == 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Rifah iqtisadiyyatı
Rifah iqtisadiyyatı — iqtisadi sakitçilik, firavanlıq, bütövlükdə iqtisadiyyat səviyyəsində qiymətləndirmək üçün mikroiqtisadi yanaşma və texnika ilə işləyən iqtisadi elm bölməsi; böyük ölçüdə iqtisadi səmərəlilik və faydaların son bölgüsü arasında iqtisadiyyatda ümumi tarazlığın təmin edilməsidir. Sosial rifah iqtisadiyyatının vacib vəzifəsi nəyin arzuolunan və nəyin olması lazım olduğunu mühakimə edə biləcəyi etik meyarların hazırlanmasıdır. Bu meyarlar kifayət qədər subyektivdir; onların həqiqəti və ya yalanlığı qətiyyətlə müəyyən edilə bilməz. Bununla birlikdə, məntiq və empirik biliklərə əsaslanaraq, uyğun etik meyarları inkişaf etdirmək və bu meyarlara dair sosial razılığın “məqbul səviyyədə” olmasını təmin etmək mümkündür. Rifah iqtisadiyyatı prinsiplərini tətbiq etmək cəhdləri, ictimai rifahı yaxşılaşdırmaq üçün hökumətin müdaxiləsini araşdıran iqtisadiyyat bölməsi olan dövlət sektoru iqtisadiyyatının ortaya çıxmasına səbəb oldu. Rifah iqtisadiyyatı, eyni zamanda dövlət sektoru iqtisadiyyatının, xərc-mənfəət təhlili daxil olmaqla xüsusi tədbirlərinin nəzəri əsaslarını inkişaf etdirir, rifah iqtisadiyyatı və davranış iqtisadiyyatı birləşməsi yeni bölünməyə — davranış rifahı iqtisadiyyatına səbəb oldu.Rifah iqtisadiyyatının öyrənilməsi sahəsi iki əsas teoremlə sıx əlaqəlidir. Birincisi, müəyyən şərtlər daxilində sərbəst rəqabət bazarının effektiv son nəticələr yaratdığını söyləyir (Paretoya görə); Adam Smithin görünməz əli prinsipini əks etdirir . İkincisi, əlavə məhdudiyyətlər altında Pareto-səmərəli nəticələrin hər hansı birinin rəqabətli bazarların tarazlıq vəziyyəti kimi çıxış edə biləcəyini iddia edir . Nəticə etibarilə bərabərliyi təmin edən təsirli bir son nəticə tapmaq üçün birdəfəlik köçürmələr sistemi ilə sosial rifah funksiyasından istifadə etməklə rəqabətli ticarətə nail olmaq mümkündür . Rifah iqtisadiyyatı ilə sosial seçim nəzəriyyəsi arasındakı sıx əlaqəyə görə, Errou teoremi bəzən üçüncü əsas teorem kimi bilinir.
Rifat Hacıselimoviç
Rifaə Təhtavi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. == Fəlsəfəsi == İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Riman həndəsəsi
Riman həndəsəsi (elliptik həndəsə) — qeyri-Evklid həndəsələrindən biri; Evklid həndəsəsinin aksiomlarından fərqli aksiomlara əsaslanan həndəsi nəzəriyyə. Üçölçülü Riman həndəsəsinin əsas obyektləri (elementləri) nöqtə, düz xətt və müstəvi, əsas anlayışları isə aidlik (nöqtənin düz xəttə və müstəviyə aidliyi), tərtib (məsələn, düz xətt üzərində nöqtələrin tərtibi və ya müstəvidə götürülmüş nöqtədən çıxan düz xətlərin tərtibi) və fiqurların konqruyentliyidir. Riman həndəsəsi Bernhard Rimanın "Ueber die Hypothesen, welche der Geometrie zu Grunde liegen" (Həndəsənin əsaslandığı fərziyyələr haqqında) adlı ilk mühazirəsində ifadə etdiyi nəzəri baxışların əsasında formalaşmışdır. Riman həndəsəsi R3 fəzasındakı səthlərin diferensial həndəsəsinin çox geniş və mücərrəd bir ümumiləşməsidir. Riman həndəsəsinin inkişafı səthlərin həndəsəsi və onların geodezik əyrilərin (geodeziklərin) davranışı ilə bağlı müxtəlif nəticələrin sintezi, daha yüksək ölçülü diferensiallanan çoxobrazlıların tədqiqində tətbiq oluna bilən üsulların meydana çıxmasıyla nəticələndi. O, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin formalaşmasına imkan verməklə yanaşı qrup nəzəriyyəsi və təqdimat nəzəriyyəsinə, eləcə də riyazi analizə dərin təsir göstərdi və cəbri və diferensial topologiyanın inkişafına təkan verdi. == Giriş == Riman həndəsəsi ilk dəfə 19-cu əsrdə Bernhard Riman tərəfindən ümumiləşmiş formada irəli sürmüşdür. O, metrik xassələri nöqtədən nöqtəyə dəyişən genişhəcmli həndəsi aralıqlarla, o cümlədən qeyri-Evklid həndəsəsinin standart növləri ilə məşğul olmuşdur. Hər bir hamar çoxobrazlı Riman metrikasını qəbul edir ki, bu da bir çox hallarda diferensial topologiya məsələlərini həll etməyə kömək edir. Həmçinin o (dörd ölçüdə) ümumi nisbilik nəzəriyyəsinin əsas obyektləri olan psevdo-Riman çoxobrazlılarının daha mürəkkəb strukturu üçün giriş səviyyəsi kimi yararlıdır.
Riman inteqralı
Riemann inteqralı — riyaziyyatın həqiqi analiz olaraq bilinən sahəsində bir intervalda təyin edilmiş funksiyaların inteqralını hesablamağa istiqamətlənmiş ilk tam qaydadır. Adını Bernard Riemandan alan anlayış nəzəri məqsədlər üçün çox da rahat deyilsə də, çox asan anlaşıla bilir. f {\displaystyle f} , [ a , b ] {\displaystyle [a,b]} intervalında bir həqiqi qiymətli funksiya və S = { ( x , y ) | 0 < y < f ( x ) } {\displaystyle S=\{(x,y)|0<y<f(x)\}} , f {\displaystyle f} funksiyanın altında və [ a , b ] {\displaystyle [a,b]} intervalının üstündə qalan müstəvi səthi olmaq şərtiylə ∫ a b f ( x ) d x {\displaystyle \int \limits _{a}^{b}f(x)\,dx} ifadəsi bu sahəni təyin etmək üçün istifadə edilir.
Rimas Kurtinaytis
Rimas Kurtinayts (lit. Rimas Kurtinaitis; 15 may 1960, Kaunas) — SSRİ və Litva basketbolçusu və basketbol məşqçisi. Olimpiya və Avropa çempionu. == Məşqçilik fəaliyyəti == 2002-2006-cı illərdə Azərbaycanda işləmiş, Azərbaycan millisinin və "Qala"nın baş məşqçisi olmuşdur. == Ailəsi == Ruta ilə evlilikdən Gedryus adlı oğlu və Laura adlı qızı var. Oğlu basketbolçu, qızı isə hüquqşünasdır. == Mükafatları == 1985 - "Əmək igidliyinə görə" medalı.
Rimma Abdullayeva
Rimma Əli qızı Abdullayeva ((24 oktyabr 1931, Ağdam – 27 yanvar 2017, Bakı) — Azərbaycanın əməkdar mədəniyyət işçisi (2007), film direktoru, prodüser. == Həyatı == Rimma Abdullayeva 24 oktyabr 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra "Mosfilm" kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb. Rimma Abdullayeva "Bir cənub şəhərində", "Qətldən sonra yeddi gün", "Yol əhvalatı", "Qaladan tapılan mücrü", "Qəm pəncərəsi", "Avqust gələndə", ЭSahilsiz gecəЭ və digər ekran əsərlərində film direktoru işləyib, Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib. Rimma Abdullayeva 27 yanvar 2017-ci ildə vəfat etmişdir. == Filmoqrafiya == Abşeron ritmləri (film, 1970) — rol: direktor Avqust gələndə (film, 1984) Bir axşam... (film, 1985) Bir cənub şəhərində (film, 1969) Dantenin yubileyi (film, 1978) Ən vacib müsahibə (film, 1971) İmtahan (film, 1987) Qaladan tapılan mücrü (film, 1982) Qəm pəncərəsi (film, 1986) Qətldən yeddi gün sonra (film, 1991) Ötən ilin son gecəsi (film, 1983) Sahilsiz gecə (film, 1989) Sumqayıtın əks-sədası (film, 1992) Ürək... Ürək...
Rimma Kazakova
Rimma Fyodorovna Kazakova (rus. Ри́мма Фёдоровна Казако́ва; 27 yanvar 1932, Sevastopol, Krım MSSR – 19 may 2008) — rus şairəsi. == Həyatı == Rimma Kazakova 27 yanvar 1932-ci ildə Sevastopolda doğulub. 19 may 2008-ci ildə Odintsovoda vəfat edib.
Rıfat Bağırov
Rıfat Bağırov (10 oktyabr 1979) — azərbaycanlı şahmatçı, qrosmeyster (2002). 1999-cu ildə Batumidə Avropa çempionatında Azərbaycan milli komandasında çıxış edib. 200-cü ildə Azərbaycan milli komandasının bir hissəsi kimi, İstanbulda keçirilmiş 34-cü olimpiadada iştirak edib. 2010-cu ildə Rusiyanın Vladimir şəhərində keçirilən “Vladimir Open-2010” beynəlxalq şahmat turnirini 26-cı yerdə başa vurmuşdur. 2011- ci ildə Azərbaycan çempionatının qalibi olub 2011-ci ildə Açıq Fərdi Avropa Çempionatında 238-ci yer tutub.
Taleb Rifai
Taleb Rifai (d. 1949, İordaniya) — Ümumdünya Turizm Təşkilatının baş katibi (2010-cu ildən). == Həyatı == Taleb Rifai 1949-cu ildə İordaniyada anadan olmuşdur. == Ailəsi == Ailəlidir. 5 övladı var.
Rimma Zyubina
Rimma Zyubina (ukr. Римма Анатоліївна Зюбіна; 23 avqust 1971, Ujqorod) — Ukraynalı teatr və kino aktrisası, teleaparıcı, ictimai xadim. 2017–2019-cu illərdə "Ukraynada çəkiliş" reytinqinə görə ən yaxşı aktrisa kimi tanınıb. Çoxsaylı teatr mükafatlarının, o cümlədən iki dəfə Kiyev Pektoral Mükafatının, eləcə də bir sıra beynəlxalq mükafatların laureatı olmuşdur. == Bioqrafiya == Rimma Zyubina Zakarpatiyanın Ujqorod şəhərində anadan olub. Atası hərbçi olduğu üçün üç yaşından yeddi ilinədək Macarıstanda yaşayırır. Məhz Macarıstanda bacısının baş rolda oynadığı "Zoluşka" tamaşasına baxandan sonra uşaq arzusu olaraq aktrisa olmaq fikrinə düşür. Uşaqlıqdan baletlə məşqul olur, musiqi məktəbində oxuyur, həmçinin 17 yaşından etibarən Zakarpatiya Dram Teatrının nəzdində fəaliyyət göstərən "Rovesnik" uşaq teatrında, studiya teatrında iştirak edir. Ujqorod Mədəni-Maarif Məktəbini fərqlənmə diplomu ilə bitirir, bundan sonra bir neçə teatrda işləməyə dəvət edilir, lakin o, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetini seçir. Bir il burada oxuduqdan sonra Ujqoroda qayıdır və yerli dram teatrında işə düzəlir.
Georq Vilhelm Rixman
Qeorq Vilhelm Rixman (alm. Georg Wilhelm Richmann‎) – Alman əsilli Rusiya fizikidir. Elektrik hadisələri üzərində M.V.Lomonosov və Q.V.Rixmanın apardığı tədqiqat, mahiyyət etibarilə ən dəyərlidir. Bu alimlər hava hissəciklərinin müxtəlif atmosfer cərəyanları zamanı bir-birinə sürtünməsi nəticəsində elektriklən-məsini və buradan da ildırım hadisəsinin elektrik təbiətli olmasını isbat etmişlər. Lakin Qeorq Rixman təcrübə zamanı Kürəvi ildırımın zərbəsindən həlak olmuşdur. Onun ölümü zamanı M.V.Lomonosov bura gəlmiş və yerdə qara ləkənin olduğun görmüşdür. Bu hadisədən sonra bir müddət Rusiyada elektrik üzərində araşdırmaya qadağan qoyulmuşdur. Qeorq Rixman tarixdə təcrübə zamanı ölmüş ilk alimdir.
Qeorq Vilhelm Rixman
Qeorq Vilhelm Rixman (alm. Georg Wilhelm Richmann‎) – Alman əsilli Rusiya fizikidir. Elektrik hadisələri üzərində M.V.Lomonosov və Q.V.Rixmanın apardığı tədqiqat, mahiyyət etibarilə ən dəyərlidir. Bu alimlər hava hissəciklərinin müxtəlif atmosfer cərəyanları zamanı bir-birinə sürtünməsi nəticəsində elektriklən-məsini və buradan da ildırım hadisəsinin elektrik təbiətli olmasını isbat etmişlər. Lakin Qeorq Rixman təcrübə zamanı Kürəvi ildırımın zərbəsindən həlak olmuşdur. Onun ölümü zamanı M.V.Lomonosov bura gəlmiş və yerdə qara ləkənin olduğun görmüşdür. Bu hadisədən sonra bir müddət Rusiyada elektrik üzərində araşdırmaya qadağan qoyulmuşdur. Qeorq Rixman tarixdə təcrübə zamanı ölmüş ilk alimdir.
Rieman zeta funksiyası
Rieman zeta funksiyası — riyaziyyatda alman riyaziyyatçı Bernard Rieman tərəfindən 1859-cu ildə tapılmış, müəyyən bir qiymətdən kiçik ədədlər üzərinə aid edilən, ədədlərə aid qanunlarda önəmli yeri olan xüsusi bir funksiya. Riemann zeta funksiyası fərqli formalarda ifadə edilsə də ən geniş yayılmış halı ζ ( s ) = ∑ n = 1 ∞ 1 n s = 1 1 s + 1 2 s + 1 3 s + ⋯ {\displaystyle \zeta (s)=\sum _{n=1}^{\infty }{\frac {1}{n^{s}}}={\frac {1}{1^{s}}}+{\frac {1}{2^{s}}}+{\frac {1}{3^{s}}}+\cdots \;\;\;\;\;\;\;\!} şəklindədir.
Rixman — Nyuton qanunu
Rixman — Nyuton qanunu — istilik başlığı ilə müxtəlif cisimlər arasındakı istilik axını ifadə edən empirik nizamlılıq. İstilik mübadiləsi — istilik daşıyıcısı və bərk arasında istilik mübadiləsi prosesidir. İstilik ötürülməsi, istiliyin onları bir-birindən ayıran bir divar vasitəsilə bir mühitdən digərinə ötürülməsi prosesidir. Qanunda deyilir Cisimlərin sərhədindəki istilik axınının sıxlığı (Vt/m² ilə ifadə olunur) onların temperatur fərqinə (bir söznən temperatur rəhbəri) mütənasibdir: q = α Δ T . {\displaystyle q=\alpha \Delta T.} == İstilik ötürmə əmsalı == Uyğunluq əmsalı α {\displaystyle \alpha } — istilik ötürmə əmsalı — Vt/m² ilə ölçülən 1 K istilik fərqində istilik axını sıxlığı. Əslində, həmişə sabit deyildir və hətta temperatur fərqindən də asılı ola bilər, qanunu təqribən düzəldir. İstilik axını bir vektor hesab etsək, o, axdığı yer səthinə perpendikulyar yönəldilmişdir. α {\displaystyle \alpha } — vahid temperatur başında vahid vaxtına 1 m² səthdən verilən istilik miqdarı. Bu asılıdır: soyuducu növündən və onun temperaturundan; təzyiqin istiliyindən, konveksiya növündən və axın rejimindən; səthin vəziyyətindən və axın istiqamətindən; bədən həndəsəsindən.Buna görə α {\displaystyle \alpha } istilik ötürmə prosesinin bir funksiyasıdır; Cədvəl yox, təxmini dəyər; eksperimental olaraq təyin olundu. Ekvivalentin yazılışı: d d t ∂ ∂ S Q = α Δ T .
Rifah Partiyası (Türkiyə)
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. == Tarixi == 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Yenidən Rifah Partiyası
Yenidən Rifah Partiyası və ya qısaca YENİDEN REFAH (həmçinin YRP) — Türkiyə Respublikasında 23 noyabr 2018-ci ildə Fatih Ərbakanın rəhbərliyində qurulan Milli Görüş ideologiyasında fəaliyyət göstərən sağ yönümlü, islamçı siyasi partiya. Onun rəsmi abbreviaturası partiya nizamnaməsinə görə "Yenidən Rifah"dır.
Rima Məmmədova
Rima Məmmədova — Azərbaycan kino aktrisası, xoreoqraf, pedaqoq. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının dosenti == Həyatı == Rima Məmmədova 1942-ci ildə Rusiyanın Saratov şəhərində anadan olub. Bakı Xoreoqrafiya məktəbində təhsil alıb. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət inistutuna da rejissorluq təhsili alıb. 1967-ci ildə isə təhsilini bitirib. 1972–1974-cü ildən Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiyasının İnistutunun aspirantura şöbəsinə çalışıb. == Pedaqoji fəaliyyəti == 1960–1967-ci ilə kimi Azərbaycan Opera və Balet Teatrının balet artisti kimi fəaliyyət göstərib. 1967–1987-ci illərdə İncəsənət İnustutunda müəllim kimi çalışıb. 1978-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin direktoru vəzifəsinə daxil olmuşdur.
Rima Sen
Rima Sen(benq. রিমা সেন, Reema Sen; 29 oktyabr 1981, Kəlkətə) — hind aktrisası və modeli. == Həyatı == Əsl adı Riya Dev Vermadır. 29 oktyabr 1981-ci ildə Kəlküttə şəhərində anadan olmuşdur. Subaydır.