Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sardina
Sardina — Siyənəkkimilər fəsiləsinə daxil olan üç bioloji balıq cinsinin sənaye əhəmiyyətli ovunu nəzərdə tutur — avropa sardinası (Sardina), Sardinops (Sardinops) və Sardinella (Sardinella). Sardelka və sardel (it. sardella — sardina) — sardina sözünün köhnəlmiş variantıdır. == Miqrasiya == Bu yaxınlarda əldə edilən məlumata görə 5 milyard balıq, uzunluğu 7 km olan böyük bir dəstə yaradır. Sardinalar soyuq cərəyanlarla hərəkət edir. Bu balıq sürüsünü minlərlə delfin, köpəkbalığı, balina, quş təqib edir.
Sardana
Sardana və yaxud sardans (kat.sardanes)-kataloniyalıların milli rəqsi olub. Rəqs yallı xarakteri daşıyır. Rəqs edənlər cərgəyə düzülüb əl-ələ tutaraq musiqi sədaları altında müəyyən rəqs hərəkətləri ifa edirlər. Sardananın harda və nə zaman yaranması tarixi dəqiq məlum deyil. Məlumdur ki, bu rəqs XVII –ci əsrdən məşhurdur. Sardana kataloniyalıların milli ruhunu əks etdirir. Bu rəqs həm də “etiraz rəqsi” adlanır. Cünki bu rəqsi peşəkar rəqqaslar səhnədə, sadə insanlar isə meydanda ifa edir. Frankonun diktaturası zamanı sardana rəqsi rəsmi olaraq qadağan edilmişdi. Müasir zamanda bu rəqsin iki növü yayılmışdır.
Sardana Oyunskaya
Sardana Platonovna Oyunskaya (rus. Сардана Платоновна Ойунская; 6 sentyabr 1934, Yakutsk – 13 iyul 2007) — yakut folklorşünası, ədəbiyyatşünas, filoloq, Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin fəxri veteranı, filologiya elmləri namizədi, Elmlər Akademiyasının Sibir filialının əməkdar veteranı. == Həyatı == Sardana Oyunskaya Moskvada yakut ədəbiyyatşünası Platon Oyunskinin ailəsində anadan olmuşdur. 1962-ci ildə Yakutsk Dövlət Universitetini bitirdi və həmən universitetin Dil, Tarix və Ədəbiyyat İnstitutunda işləməyə başladı. Yakut xalq nağılları və xalq mahnıları toplamaq ilə məşğul idi. 1962–2007-ci illərdə Elmlər Akademiyasının Humanitar Tədqiqatlar İnstitutunda işləmiş və laboratoriya işçisindən elmi işçi vəzifəsinə qədər qalxmışdır. 1989-cu ildə "Yakut xalq tapmacaları" mövzusunda filologiya elmləri üzrə alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etdi. 1988-ci ildə Platon Oyunskinin ədəbi və elmi irsinin öyrənilməsi və nəşri ilə məşğul olmağa başladı. Yakut ədəbiyyatına nəzərə çarpan töhfəni verən onun "Atanın parlaq adı" (Yakutsk, 1999, 2003) kitabı oldu. Kitabda onun poetik əsərləri, esseləri, populyar elmi məqalələri, atası və onun ətrafındakıları ilə bağlı xatirələri yer aldı.
Paraseiulus sarcina
Paraseiulus sarcina (lat. Paraseiulus sarcina) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Sardin dili
Sardiniya dili(sard. sardu, limba / lingua sarda, it. sardo, lingua sarda) İtaliyanın Sardiniya adasının əksər yerlərində danışılan və yazılan Roman dillərindəndir. 1997-ci ildən Sardiniya dili adada danışılan başqa dilləri ilə birlikdə, Sardiniyanın rəsmi dili olmuşdur.
Sarina (Mortal Kombat)
Sarina (ing. Sareena) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Xarakteristika == Kuan Çiyə xidmət edən üç qatildən biridir. Kuan Çi Sab-Zironu öldürmək üçün Sarinanı ardınca göndərir. Sab-Ziro ilə rastlaşan zaman onunla döyüşür və məğlub olur. Lakin Sab-ziro onu öldürmür və Sarina onunla dost olur. Bir müddətdən sonra peyda olan Şinnok Sarina öldürür və ruhunu yeraltı dünyaya göndərir. Sarina ruhu buradan azad olduqdan sonra Sab-Ziro-kiçik qardaşa qoşulur və Şao Kannın döyüşçülərinə qarşı vuruşur. Bleyz üzərində qələbədən sonra Sarina "Buz gücü"nü əldə edir. Kuan Çi ilə qarşılaşan zaman onu buza döndərir və Sab-Ziro ilə birlikdə Lin Kueyin qərargahında gizlədir.
Sardiniya
Sardiniya (it. Sardegna) — Aralıq dənizində, Appenin yarımadasından qərbdə yerləşən ada. İtaliya muxtar vilayətlərindən biri. Sahəsi 24 min km²-dir. Relyefi əsasən, dağlıqdır. Maksimal hündürlüyü 1834 metdrdir (La-Marmora dağı). Cənub-qərbdə Sardiniyanın mərkəzi hissəsindəki dağlardan Kampidano ovalığı ilə ayrılan İqleziyente massivi yerləşir. İqlimi subtropik, Aralıq dənizi tiplidir. İllik yağıntı 600–1000 mm-dir. Kserofit kolluqlar və palıd meşələri var.
Sardiniya dili
Sardiniya dili(sard. sardu, limba / lingua sarda, it. sardo, lingua sarda) İtaliyanın Sardiniya adasının əksər yerlərində danışılan və yazılan Roman dillərindəndir. 1997-ci ildən Sardiniya dili adada danışılan başqa dilləri ilə birlikdə, Sardiniyanın rəsmi dili olmuşdur.
Sardiniya krallığı
Sardiniya krallığı (it. Regno di Sardegna; sard. Regnu de Sardigna) və ya Pyemont-Sardiniya — 1720-1861-ci illərdə Avropada mövcud olmuş dövlət. Paytaxtı Turin şəhəri, sahəsi 76 000 km²; əahlisi — 5 167 000 nəfər olmuşdur.
Teti, Sardiniya
Teti (sardin: Tèti) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 43,91 km²-dir. Kommunanın əhalisi 674 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 15 nəfərdir.
Teti (Sardiniya)
Teti (sardin: Tèti) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 43,91 km²-dir. Kommunanın əhalisi 674 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 15 nəfərdir.
Serdika edikti
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur.Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Serdika fərmanı
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur.Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Arzuların ardınca...
Arzuların ardınca... — tammetrajlı bədii filmi rejissor Ramil Ağasıyev tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Film rejissorun ilk böyük işidir. Əsas rolları Ziya Ağa və Zarina Qurbanova ifa edirlər. == Məzmun == Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil (Ziya Ağa) tənha yaşayır. Bütün həyatını tənhalıqda keçirən və sevginin nə olduğunu bilməyən Kamil mövcudluğunun mənasını yalnız işləməkdə görür. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir.
Günəş ardınca, sağlamlıq ardınca (film, 1971)
== Məzmun == Reklam filmi Azərbaycanın İttifaqda məşhur olan kurortları — Naftalan, Abşeron, İstisu, Nabran haqqındadır.
Avstriya-Sardiniya müharibəsi
İkinci İtaliya İstiqlaliyyət müharibəsi, Avstriya-İtaliya-Fransa müharibəsi, Fransa-Avstriya müharibəsi, Avstriya-Sardiniya müharibəsi və 1859-cu il İtaliya müharibəsi (it. Seconda guerra d'indipendenza italiana; fr. Campagne d'Italie) — 1859-cu ildə İkinci Fransa imperiyası və Sardiniya krallığının Avstriya imperiyasına qarşı apardığı müharibə. Bu, İtaliyanın birləşməsi prosesində həlledici rol oynamışdır. == Müharibə == İtalyan xalqı üçün İtaliyanı birləşdirmək uğrunda (Lombardiya və Venesiya Avstriyanın tabeliyində idi) milli azadlıq müharibəsi olan bu müharibə 29 aprel 1859-cu ildə başlamışdır. Müttəfiqlər Avstriya qoşunlarını bir neçə dəfə məğlub etmiş, lakin Prussiyanın Reynə qoşun toplamasından, İtaliyada milli azadlıq hərəkatının genişlənməsindən qorxan, vahid və qüvvətli İtaliya dövlətinin yaranmasını istəməyən III Napoleon müvəffəqiyyətli döyüş əməliyyatlarını dayandırmış və 1859-cu ildə Avstriya ilə separat Villafranka barışığı imzalamışdır. Lombardiya Sardiniyaya birləşdirilmiş, Venesiya Avstriyanın hakimiyyətində qalmışdır. 1860-cı ildə Sardniya bağlanmış Turin müqaviləsinə görə, İtaliyanın Savoyya və Nitsa vilayətləri Franasaya verilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Blumberg, Arnold. A Carefully Planned Accident: The Italian War of 1859 (Susquehanna University Press.
Sarınca palçıq vulkanı
Gülbəxt palçıq vulkanı yaxınlığında, Gülbəxt-Sarınca strukturunun qərb periklinalına yaxın bir sahədə yerləşmişdir. Onun təpəsində 1600 m2lik bir sahə palçıq vulkanı brekçiyası ilə örtülmüşdür ki, burada da 18-20 sopka və qrifon vardır. Bunlardan bəçiləri aç miqdarda su və qaç ayırır. Vulkanın geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri, Məhsuldar qat və Pont çöküntüləri iştirak edirlər. Bərk tullantıların yaşı Paleosendən qədim deyil. Bütün sopka və qrifonlar şimal-qərb-cənub-şərqə doüru istiqamətlənmişdir. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Şerbinka
Şerbinka — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Arzuların ardınca... (film, 2015)
Arzuların ardınca... — tammetrajlı bədii filmi rejissor Ramil Ağasıyev tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Film rejissorun ilk böyük işidir. Əsas rolları Ziya Ağa və Zarina Qurbanova ifa edirlər. == Məzmun == Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil (Ziya Ağa) tənha yaşayır. Bütün həyatını tənhalıqda keçirən və sevginin nə olduğunu bilməyən Kamil mövcudluğunun mənasını yalnız işləməkdə görür. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir.
Siciliyalı Mariya Kristina (Sardiniya kraliçası)
Siciliyalı Mariya Kristina (isp. María Cristina Amelia Teresa de Borbón-Dos Sicilias; it. Maria Cristina Amalia Teresa di Borbone-Napoli) (17 yanvar 1779, Kazerta, Kampaniya – 11 mart 1849, Savona, Liquriya) — Sardiniya kralı Çarlz Feliksin xanımı. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 6 aprel 1807-ci ildə Çarlz Felikslə Palermoda evləndi. Ərinin 1821-ci ildə Sardiniya kralı olmasının ardından Mariya Kristina da kraliça elan edildi. Cütlüyün övladı olmadı və kralın 1831-ci ildə vəfatının ardından Mariya Kristina qalan ömrünü Turin, Neapol, digər İtaliya şəhərlərində keçirdi. == Mənbə == Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans [Genealogy up to the fourth degree inclusive of all the Kings and Princes of sovereign houses of Europe currently living] (in French). Bourdeaux: Frederic Guillaume Birnstiel. 1768.
Bardana
Atpıtrağı (lat. Arctium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Carlina
Yumaqotu (lat. Carlina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Jardine
Vilyam Jardin; Ser Vilyam Jardin (ing. William Jardine) — Şotlandiya ornitoloqu. Zoologiya sahəsində əsərləri nəşr olunub. == Bəzi əsərləri == The natural history of humming-birds (1833) The natural history of fishes of the perch family (1835) The natural history of the Nectariniadae, or sun-birds (1843) Memoirs of Hugh Edwin Strickland, M. A. (1858) == İstinadlar == Christine Elisabeth Jackson, Peter Davis: Sir William Jardine. A Life in Natural History.
Kardinal
Kardinal — xristian katolik kilsəsinin ruhani rütbəsiː Papadan sonra ikinci adam. Papa rütbəsinə namizədlər həmişə kardinallar arasında seçilir. Kardinal geyimləri == İstinadlar == Viktor Hüqo — Paris Notr-Dam Kilsəsi, s 9.
Nandina
Nandina (lat. Nandina) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.