Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anri Le Sidane
Anri Ejen Oqüsten Le Sidane (fr. Henri Eugène Augustin Le Sidaner; 7 avqust 1862[…], Port-Lui – 16 iyul 1939[…], Paris) — müxtəlif incəsənət cərəyanlarında çalışan fransız rəssam (İmpressionizm, simvolizm və baş.). == Həyat və yaradıcılığı == Rəssam gəmi kapitanı ailəsində anadan olmuşdur . 1870–1871-ci illərdə Franko-Prussiya müharibəsinin bitməsindən sonra, Le Sidane ailəsi Fransaya qayıdır və Dunkirkdə yaşayır. Burada, Anri ilk rəsm dərslərini yerli bir sənətçi Aleksandr Desmitdən alır. 1880-ci ildə Parisə gələn Le Sidane, 1882-ci ildə rəssam Aleksandr Kabanelin sinfində Paris Gözəl Sənətlər Məktəbinə daxil oldu olur . 1882–1887-ci illərdə Etaplda (Pa-de-Kale) yaşayır.
Suidae
Donuzlar (lat. Suidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. 8 növü var. Donuzkimillər orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox səyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir. Donuzlar hər ayaqlarından daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur.
Brüs Svidien
Brüs Svidien - Qremmi mükafatlı səs mühəndisi və muiqi prodüseri. Kuinsi Consla birgə işlədiyi layihələrlə tanınıb.
Anna Skidan
Anna Skidan (14 may 1992) — Ukraynanı və Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Anna Skidan 2009-cu ildə Finlandiyada baş tutan Avropa Gənclər Olimpiya Festivalını 54.55 metr nəticə ilə beşinci pillədə, İtaliyada baş tutan gənclər arasında Dünya Çempionatını isə 48.30 metr nəticə ilə 12-ci pillədə başa vurdu. 2012-ci ilin avqustunda Anna Skidan Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Anna Skidan olimpiadanın təsnifat mərhələsində 68.50 metr nəticə göstərdi və mərhələni 18-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı. 2015-ci ildə Anna Skidan beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında mübarizə aparmağa başladı. Anna Skidan həmin ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə apardı. Nəticələrə əsasən o, lövhə atma turnirində 50.50 metr nəticə ilə üçüncü pillənin, nüvə itələmə turnirində 68.32 metr nəticə ilə üçüncü pillənin, çəhic atma turnirində isə 14.76 metr nəticə ilə isə beşinci pillənin sahibi oldu. Komanda hesabında Azərbaycan yığması 388 xalla Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu. Anna Skidan həmin ilin iyulunda Cənubi Koreyanın Kvanju şəhərində baş tutan Universiada Oyunlarında çıxış elədi və 70.68 metr nəticə ilə turnirin qalibi oldu. Anna Skidan növbəti həmin ilin avqustda Çində baş tutan Dünya Çempinatı olfu.
Simane tayfası
Simane tayfası Bu tayfa dünyada ən sağlam ürək-damar sisteminə malik xalq Boliviyanın cəngəlliklərində yaşayır. Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur. 13 min nümayəndədən ibarət tayfanın əhalisi 85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütünün nə olması barədə onlarda məlumat yoxdur, arabir maniokadan pivə düzəldilib içilir.
Şibanə (Sərdəşt)
Şibanə (fars. شيبانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (11 ailə).
Şimane prefekturası
Şimane prefekturası — Yaponiyanın Çuqoku regionunda prefektura. Ərazisi 6 707 kvadrat kilometr, əhalisi 716 000 nəfərdir. İnzibati mərkəzi Masue şəhəridir.