KLON

I
сущ. биол. клон (потомство растительного или животного организма, образующееся путем вегетативного, бесполого размножения)
II
прил. клоновый. Klon seleksiyası клоновая селекция
KLOAKALILAR
KLOUN
OBASTAN VİKİ
Klon (teleserial, 2001)
Klon (port. O Clone) — Globo televiziya şirkəti tərəfindən istehsal olunan və 2001-2002-ci illərdə yayımlanan melodram teleserialı. Braziliyada istehsal olunan televiziya serialında ilk dəfə olaraq müsəlmanların həyat tərzi ətraflı şəkildə göstərilib. Həmçinin Braziliya teleserialı tarixində ilk dəfə olaraq klonlaşdırma mövzusuna toxunulur. Serialın digər mühüm mövzusu narkotik asılılığıdır. Serialda əsas personaj olan Jadi rolunu Covanna Antonelli oynayıb. == Məzmun == 1980-ci illərin əvvəlləri Rio de Janeyro, Braziliya. Gənc müsəlman qız Jadi (Covanna Antonelli) anası öldükdən sonra yetim qalır və əmisi Əlinin yaşadığı Mərakeşə getməli olur. Problem ondadır ki, Jadi İslam ölkəsinin mədəniyyətindən çox fərqli mədəniyyətə malik bir ölkədə yaşayırdı. Beləliklə, o, Mərakeşə gəldikdən sonra bütün yeni adət və ənənələri öyrənməli, yeni həyat tərzinə uyğunlaşmalı və ziddiyyətli şəxsiyyətinə və dininə zidd hərəkətlərinə görə məruz qalacağı bütün cəzalarla üzləşməlidir.
Ulduz müharibələri: Klon müharibələri (teleserial, 2008)
Ulduz müharibələri: Klon müharibələri — Corc Lukas tərəfindən yaradılmış, "Ulduz müharibələri" mövzusunda, 2008-ci ildə yayımlanmağa başlayan animasiyalı üçölçülü ABŞ elmi fantastika teleserialı. İlk dəfə 3 oktyabr 2008-ci ildə "Cartoon Network"da yayımlanmışdır. Xronoloji olaraq teleserialdakı hadisələr prikvel trilogiyasının ikinci epizodunun hadisələrindən təxminən iki ay sonra başlayır, üçüncü epizoddan qısa müddət sonra isə nəticələnir. Hər birinin müddəti 19 dəqiqədən 26 dəqiqəyə qədər olan 133 epizod yayımlanmışdır. İlk dörd mövsüm hər biri 22 epizoddan ibarətdir. Teleserialın buraxılışından əvvəl bunun pilot seriyası olan eyniadlı tammetrajlı cizgi filmi də yayımlanmışdır. Teleserialın ilk treyleri 2007-ci ilin mayında yayımlanmışdır.2013-cü ilin martında "Lucasfilm" teleserialın ləğv ediləcəyini elan etmişdir. Şirkət qalan epizodları "bonus məzmun" olaraq xarakterizə etmiş, onların nə vaxt tamamlanacağı və tamaşaçılara təqdim ediləcəyi barədə sonradan məlumat verəcəyini əlavə etmişdir. 2014-cü ilin fevralında məlum olmuşdur ki, teleserialın altıncı mövsümünün 13 seriyasını "Netflix" platformasında nümayiş olunacaq. 19 iyul 2018-ci ildə "San Diego Comic-Con"da teleserialın 10-cu yubiley panelində 12 epizoddan ibarət mövsüm üzərində işlərin getdiyi elan edilmişdir.
Klona-syur-Varez
Klona-sür-Varez (fr. Clonas-sur-Varèze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38114. Kommunanın 1999-cu il üçün əhalisi 1281 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 157 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Klona-sür-Varez
Klona-sür-Varez (fr. Clonas-sur-Varèze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38114. Kommunanın 1999-cu il üçün əhalisi 1281 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 157 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Klonal seleksiya nəzəriyyəsi
Klonal seleksiya nəzəriyyəsi Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir.Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957 ci ildə irəli sürülmüşdür.Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir.Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır.Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər.Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər.Ona görə də ,orqanizmdə hazır şəkildə,antigenlə qarşılaşmaqdan asılı olmayaraq ,milyonlarla müxtəlif reseptorlar mövcuddurlar.Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir.Adi,normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan,onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər.Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir.Yəni ,antigenin özü bu prosesin induktoru və hərəkətverici qüvvəsi kimi çıxış edir. Aktivləşmiş hüceyrələr (limfositlər) bir neçə gün ərzində müxtəlif böyümə və inkişaf faktorlarının təsirindən bölünüb çoxalır(klonun ekspansiyası) və differensiasiyaya uğrayaraq effektor və yaddaş hüceyrələrinə çevrilirlər.B-limfositləri üçün bu effektor hüceyrələri plazmatik hüceyrələrdirlər.Onlar bir neçə gün ərzində intensiv sürətdə anticisimlər sintez etdikdən sonra məhv olurlar.Aktivləşmiş T-limfositləri isə bölünüb-çoxalıb,differensiasiyaya uğrayaraq sonra sitotoksikliyə malik effektor hüceyrələrinə çevrilirlər. Yaddaş hüceyrələri uzunömürlüdürlər.Onlar orqanizmdə uzun müddət dövr edir,və antigenlə yenidən qarşılaşdıqda aktivləşərək ona qarşı əvvəlkindən daha güclü immunoloji reaksiya yaradırlar.İmmunitetin yaranması məhz yaddaş hüceyrələrinin fəaliyyəti ilə əlaqədardır.
Klonazepam
Klonazepam — benzodiazepinlər qrupundan olan dərman preparatıdır. Qıcolmaların, panik pozulmaların, akatiziya kimi məlum olan davranış pozulmalarının müalicəsində istifadə olunur.
Klondayk qızıl hərisliyi
Klondayk qızıl hərisliyi (ing. Klondike Gold Rush; digər adları Yukon qızıl hərisliyi, Alyaska qızıl hərisliyi, Sonuncu böyük qızıl hərisliyi — Yukon Gold Rush, Alaska Gold Rush, Last Great Gold Rush) — 1896-1898-ci illərdə Kanadanın Yukon əyaləti ərazisində baş vermiş qızıl hərisliyi. Klondayk qızıl hərisliyi 100 minə yaxın qızılaxtaranın bu ərazilərə gəlməsinə səbəb olmuşdur. 1896-cı ilin 16 avqust tarixində ərazidə ilk qızıl mədənləri aşkarlandı, bir il sonra isə bu xəbər Sietl və San-Fransisko şəhərlərinə çatdırılmış və burada minlərlə qızılaxtaran Alyaska və Yukona getmək üçün ciddi hazırlıqlara başlamışlar. Ərazinin soyuq iqlimə malik olması, hündür dağlardan, təpələrdən ibarət olması səbəbindən 30-40 minə yaxın qızılaxtaran Klondayk mədənlərinə çatmadan geri qayıtmışdır. Klondayk qızıl hərisliyi zamanı cəmi 4 min qızılaxtaran öz məqsədinə çatmışdır. Qalan qızılaxtaranların çoxu ya yarı yoldan qayıtmış, ya da ki, qızıl tapa bilməmişdilər. == Mədəniyyətə təsiri == Klondayk qızıl hərisliyi və həmin ərəfədə baş vermiş digər qızıl hərislikləri XIX əsrin sonu - XX əsrin əvvələrində Amerika mədəniyyətinə öz təsirini göstərmişdir. 1897-ci ilə özü də qızılaxtaranlara qoşulan Cek London, sonradan bu mövzuya həsr olunmuş çox sayda bu gün də məşhur olan roman və hekayələr yaratmışdı. 1925-ci ildə çəkilmiş və Çarli Çaplinin baş rolda oynadığı Qızıl hərisliyi filmində Avara ləqəbli baş qəhrəmanın Klondayk qızıl hərisliyində iştirak etməsindən bəhs olunur.
Klonlaşdırma
Klon – yunan sözü olub, «budaq», «gövdə» mənalarını verir və hər şeydən əvvəl vegetativ çoxalmanı nəzərdə tutur. 4 min ildən çoxdur ki, kənd təsərrüfatında qələm vasitəsilə klonlaşdırma edilir. Bitkilər toxumlama zamanı, zoğ təbəqələşməsində toxumalar totipotent (istənilən toxumanın yaranmasını təmin edə bilən) xüsusiyyətlərini itirmirlər. Yəni nüvədəki bütün genetik informasiyanı realizə etmək bacarığını qoruyurlar. Buna görə də, demək olar ki, istənilən bitki toxumu təbəqələşmə zamanı yeni orqanizmə başlanğıc verə bilər. Bitki toxumalarının bu xüsusiyyəti bir çox genetika və seleksiya metodlarının əsasını təşkil edir. == Tarixi == Ötən əsrin 70-ci illərinin sonunda alimlər suda-quruda yaşayan canlılar üzərində apardıqları təcrübələri məməlilərə (siçan, qoyun) tətbiq etdilər. 80-ci illərdə isə tədqiqatçılar qoyunun rüşeymində nüvə inkişafının 16 toxumalıq mərhələsində totipotentliyin saxlandığını müəyyənləşdirdilər. 1989-cu ildə Smit və Yan Uilmut əvvəlcə 16 toxumalı embrionu, daha sonra isə ilkin blastositləri qoyun yumurtalıqlarının mayalanmamış nüvələrinə transplantasiya etdilər. Birinci halda fenotipi öz donorları ilə uyğunluq təşkil edən iki dişi quzu alındı.

Digər lüğətlərdə

диспле́й пестротка́ный пригрести́ прода́вливать расчища́ть чино́вница гипнотизи́рующий замыча́ть иссу́шивание ля́пис от ве́ка по-чече́нски слюдяно́й типи́чно эроге́нность bring out busty double face jostle messenger-pigeon nevermind nonconcurrence леопард патриций эвакопункт