Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seneqal
Seneqal — Afrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan Qvineya və Qvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur. == Coğrafiya == . Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir. Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m. Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir.
Sinovac
CoronaVac və ya Sinovac — Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd. Namizəd peyvəndi 2020-ci ilin ortalarından bəri III klinik sınaqlardan keçirilmişdir. Oktyabrın 19-da Braziliyada keçirilmiş III mərhələ tədqiqatının ilkin nəticələri CoronaVac-ın COVID-19-a qarşı etibarlı bir müdafiə olduğunu göstərdi. Braziliyada bir nəfər könüllünün intihar etməsindən sonra noyabrın 10-da III mərhələ sınaqlarını qısa müddətə dayandırdı və daha sonra noyabrın 11-də bərpa etdi.. Dekabrın 3-də Braziliyaya bir milyondan çox doza CoronaVac gətirildi. Dekabrın 6-da isə İndoneziya 1,2 milyon doza CoronaVac-ın ilk partiyasını aldı.. Dekabrın 13-də da Butantan İnstitutu III mərhələ sınaqlarında təsdiqlənmiş COVID-19-a yoluxmuşların sayının 170-ə çatdığını və bu ilkin analiz üçün tələb olunan 151 hadisəni aşdığını və tam peyvəndləşmənin başlaması üçün sənədlərin həm ANVISA-ya, həm də Milli Tibbi Məhsullar İdarəsinə 23 dekabr tarixinə qədər təqdim ediləcəyini açıqladı. CoronaVac vaksini inaktiv peyvənddir. Belə ki, onun kimyəvi tərkibi genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.2021-ci il yanvarın 7-də effektivlik dərəcəsinin necə hesablandığını açıqlamadan, Butantan İnstitutu peyvəndin 13.000 könüllüdən 220 COVID-19 hadisəsinə əsaslanan yüngül hallarda 78%, ağır və orta infeksiyalara qarşı 100% təsirli olduğunu elan etdi.Türkiyə 7371 könüllü üzərində aparılan sınaqlarda 1322 iştirakçının məlumatlarına əsasən 29 mənfi nəticələr aşkar olduğundan sınaqların 91,25% effektiv olduğunu bildirmişdir.İndoneziya Bandunq şəhərində sınaq iştirakçılarından yalnız 1600 nəfərin məlumatlarına əsasən 65,3% effektivlik dərəcəsini elan etmişdir. == Texnologiyası == CoronaVac vaksini inaktiv peyvənddir.
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Seyval
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. == Xüsusiyyətləri == Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir. Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir. Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir. Boğazlıq dövrü 10,5–12 aydır.
Şəvval
Şəvval - Hicri təqviminin 10-cu ayı. == Tarixi günlər == Şəvvalın 1-i - Ramazan bayramı Şəvvalın 25-i İmam Sadiqin (ə) vəfatı.
Acacia senegal
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Senegalia senegal
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Seneqal Respublikası
Seneqal — Afrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan Qvineya və Qvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur. == Coğrafiya == . Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir. Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m. Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir.
Seneqal akasiyası
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Seneqal bayrağı
Seneqal bayrağı — Seneqalın Dövlət bayrağı
Seneqal pərttəgözü
Seneqal pərttəgözü (lat. Burhinus senegalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Seneqal tiralyeri
Seneqal tiralyeri (fr. Tirailleurs Sénégalais ) — əsasən Qərbi Afrika xalqlarının nümayəndələrindən ibarət Fransa müstəmləkə qoşunlarının birləşmələri. == Tarixi == Seneqal tiralyerlərinin ilk alayı 1857-ci ildə Fransa Seneqalında yaradılmışdır. Başlanğıcda xidmətə cəlbetmə prosesi yerli kölə sahiblərindən gənc və sağlam kölələrini satması, habelə münaqişələr zamanı əsir götürülmüş hərbi əsirlərin istifadə edilməsi yolu ilə həyata keçirilirdi. Seneqal tiralyerlərinin birliklərinin sayı artdıqca yerli əhali arasında müqaviləli əsgərlərin xidmətə cəlb edilməsi və hərbi çağırış yolu ilə xidmətə cəlb olunmasına başlanmışdır. Onların arasında indiki Qvineya, Mali, Burkina-Faso, Niger, Çad ərazisindən çoxlu immiqrantlar, həm xristianlar, həm də müsəlmanlar var idi. Seneqal tiralyerlərinin zabitləri fransız idi, lakin bu bölmələrdə xidmət etmək istəyən kifayət qədər fransız zabiti olmadığına görə hər otuz Seneqal tiralyerinə yalnız bir zabit düşürdü. Seneqal tiralyerləri XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər Afrikada müxtəlif müstəmləkə müharibələrində (xüsusən Dahomeya, Bornu, Aqadez kimi dövlətlərin fəthində) iştirak etdilər. Müharibələrarası dövrdə Seneqal tiralyerləri Fransanın Afrikadakı mülklərində müstəmləkə rejiminin saxlanmasında iştirak etməyə davam etmiş, xüsusən də Mərakeşdəki rif üsyanının yatırılmasında rol oynamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Илья Полонский.
Seneqal şiri
Seneqal şiri (lat. Panthera leo senegalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Sentral park
Sentral park və ya Mərkəzi park (ing. Central park) — Amerika Birləşmiş Ştatlarının, Nyu York şəhərinin, Manhetten rayonunda yerləşən 341 hektar ərazisi olan çox böyük ümumi bir şəhər parkıdır. İllik orta hesabla 25 milyon ziyarətçisi ilə Mərkəzi Park, Birləşmiş Amerikada ən çox ziyarət edilən şəhər parkıdır. Bir çox film və televiziya şouları bu parkı dünyada ən məşhur şəhər parkı etmişdir və həmçinin Mərkəzi parkda üzmək qanunlara ziddir. Sentral park, Dünyanın ən məşhur şəhər parklarından biridir və Nyu Yorkun simvollarındandır. == Tarixi == Nyu-york şəhərinin Manhetten rayonunda yerləşən xəstəlik saçan və nizamsız sahəyə sahib bir bataqlıq, şəhər xalqının nəfəs ala biləcəyi, zaman keçirə biləcəyi bir sahəyə çevrilməsi tələb olunmuşdur. Bunun üçün 1857-ci ildə Mərkəzi Park komissiyası sahə tənzimləmə müsabiqəsi keçirmişdir. Frederik Lo Olmsted və tərəfdaşı Calvert Vaux bu müsabiqəyə qatılmağa qərar vermişdi. Hazırladıqları layihə 33 layihədən birinci seçilmişdir. Olmsted mühəndis olaraq Sentral Park layihəsinin başına keçmişdir.
Seneqal bağrıqarası
Seneqal bağrıqarası (lat. Pterocles senegallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Leptailurus serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Poli Genova
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır. Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır. Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. == Həyatı və musiqi karyerası == === Erkən illəri və Bon-Bon === Poli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir.
Renova FK
Renova – Makedoniyanın futbol klubu.
Sendal Berqman
Sendal Berqman (ing. Sandahl Bergman) - ABŞ aktrisası, kaskadyoru və rəqqasəsidir. Arnold Şvartsenegger ilə iki filmdə rol almışdır. İlk mükafatını 1982-ci ildə qazanmışdır. Sendal Barbar Konan filmində "Valeriya" obrazını canlandırdığına görə Qızıl Qlobus mükafatına layiq görülmüşdür. == Həyatı == Sendal Berqman 14 noyabr 1951-ci ildə ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində anadan olmuşdur. Sendal uşaqlıqdan çox sarışın qız olmuş və boyu nisbətən hündür olubdur. 20 yaşında olarkən ABŞ horeoqrafı Bon Fossun diqqətini cəlb etmişdir. Məhz həmin horeoqraf tərəfindən Sendal film karyerasına başladı. İlk dəfə televiziyada musiqili şoularda peyda olmuşdur.
Şevval Sam
Türkdəniz Şevval Sam (11 Noyabr 1973, İstanbul), Türk aktrisa və müğənni. Sənətçi Ləman Samın qızıdır. == Həyatı == Şevval Sam, 11 noyabr 1973-cü ildə İstanbulda doğuldu.Anası Ləman Sam müğənni, atası Səlim Sam isə musiqiçidir. Özündən iki yaş böyük olan Şahnaz adlı böyük bacısı var. İbtidai və orta məktəbdə təhsil alan Hasan Ali Yücel İbtidai məktəbində, İstanbul Zincirlikuyu İnşaat Texniki və İnşaat Peşə Liseyinin bərpa şöbəsində orta məktəbdə oxudu. Ali təhsilini Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafika şöbəsində tamamladı. 1993–1999 arasında, Beşiktaşın əfsanəvi keçmiş futbolçusu, Sarı Fırtına ləqəbli Mətin Təkin ilə evləndi və bu evlilikdən Tarık Emir adlı bir oğlu oldu. Şevval Sam müxtəlif filmlərdə və seriallarda rol alıb. == Diskoqrafiya == Albomları Sek (2006) Istanbul's Secrets (2007) Qaradəniz (2008) Has Arabesk (2010) // Tək (2012) Tanqo (2012) Torpaq iyi (2015) Nanninom (2016)Single'ları "Aşk olsun" (2017) "Dinmir" (Nejat Özgür ilə) (2019)Qonaq olduğu albomlar Güldünya Mahnıları (2009; ailə içi şiddətə son kampaniyası daxilində "Kibritçi Qız" adlı mahnını səsləndirdi.) 7 ərli Hörmüz (2010;kinoteatr filmi üçün "Bu Gecə lazımdır", "Sadəcə Qullar" mahnılarını səsləndirdi.) Fikrət Şeneş Mahnıları (2019;"Sənsiz illərdə" adlı mahnını səsləndirdi.) == Filmoqrafiya == Filmlər Qağayılar və İstanbul(2002) (Dr. Pınar) Həyatın Kənarında(2007) Bu filmdə qonaq aktrisa olan Şevval Sam ben seni sevduğumi adlı mahnısını səsləndirdi.
Azərbaycan–Seneqal münasibətləri
Azərbaycan–Seneqal münasibətləri — Azərbaycan Respublikası ilə Seneqal Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin martın 14-də qurulmuşdur. Azərbaycan ilə Seneqal arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcud olmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Sabir Məmməd oğlu Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 13 iyul 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. == Mədəni əlaqələr == === Qardaşlaşmış şəhərlər === Hər iki ölkənin paytaxtları – Bakı və Dakar qardaşlaşmış şəhərlərdir. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. Dakar şəhərinin şərəfinə Azərbaycan paytaxtındakı meydanlardan biri Dakar meydanı adlandırılmışdır.
Sen-Lui (Seneqal)
Sen-Luis və ya yerli dildə Ndar — Seneqalda şəhər. Seneqalın şimal-qərbində, Seneqal çayının mənsəbi yaxınlığında və Seneqalın paytaxtı Dakardan təxminən 320 km şimalda yeləşir. Şəhərin əhalisi 2005-ci ildə rəsmi olaraq 176,000 kimi dəyərləndirilib. Sen-Luis, paytaxt Dakara köçürüldüyü zaman 1673-cü ildən 1902-ci ilə qədər Seneqal Fransız koloniyasının, 1895-ci ildən 1902-ci ilə qədər isə Fransız Qərbi Afrikasının paytaxtı idi. Şəhər 1920-ci ildən 1957-ci ilə qədər qonşu Mavritaniya koloniyasını paytaxtı kimi də xidmət etmişdir. == Adlar == Şəhər 13-cü əsrdə Fransa kralı olan IX Lüdovikin (ing. Louis IX) şərəfinə Sen-Lui (fr. Saint-Louis) adlandırılmışdır. Ad həmçinin dolayı yolla 1659-cu ildə, adanın məskunlaşıldığı dövrdə Fransada hakimiyyətdə olan kral XIV Lüdovikə də istinad edir.Adanın yerli və Fransız istilasından əvvəlki adı Ndar-dır və Volof dilində bir növ ada üçün istifadə edilir.Ndar Tout və ya Tout, Volof adının "Kiçik" və ya "Kiçik Sent Luis" mənasını verən fransızlaşmış bir formasıdır. == Coğrafiya == Sen-Luis, Seneqalın şimalında, Mavritaniya ilə sərhəddə, Seneqal açyında yerləşir.
Seval Birinci
Şükür Şənol
Əliyev Şükür Məmiş oğlu (Şükür Şənol) (11 fevral 1955, Yevlax) — postmodern yazıçı, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü. == Həyatı == Şükür Şənol 11 fevral 1955-ci ildə Yevlax şəhərində anadan olub. Əslən Füzuli rayonunun Böyük Bəhmənli kəndindəndir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında, "İşıq" nəşriyyatında, "Kommunist" ("Xalq qəzeti"), "Azernews" qəzetlərində işləyib. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiridir. == Yaradıcılığı == "Ağ qoç, qara qoç" (1988), "Nə, gözəl onu andı, sevdi, düşündü hər türk" (1989), "Son bahar rüzgarları" (1999), "... bu eşqin bır anlamı" (2007), "...aramızdakı bir mələk" (2007), "Yüz ildən bir sətir" (2009) və s. kitabların müəllifidir. Yazarın "...aramızdakı bir mələk" (2007) kitabına erkən gənclik illərində və XX əsrin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir.
Şənol Günəş
Şənol Günəş (1 iyun 1952, Trabzon) — Türkiyəli köhnə futbolçu və məşqçi. Türkiyə yığmasının keçmiş baş məşqçisi == Klub Karyerası == === Futbolçuluq karyerası === Şenol Güneş futbol karyerasına "Erdoğdu Gençlik" komandasında başlayıb. Bundan sonra Trabzonspor komandasının həvəskar komandasına keçərək, buradan da "Sebat Gençlik" komandasına transfer olundu və peşəkar futbolçuluq həyatına başlayıb. 1972-ci ildə "Trabzonspor" komandasına transfer edildi. 15 ilə yaxın "Trabzonspor"da qapıçılıq edib. "Trabzonspor"un heyətində 1975–2011 arasında yeddi dəfə çempion olub, eyni zamanda milli yığma komandasında 31 dəfə (beş dəfə kapitan qismində) iştirak edib. Türk idmanının tarixində birinci liqada ən çox qol buraxmama rekordu ona məxsusdur. === Məşqçilik karyerası === ==== Futbol klublarındakı karyerası ==== Sonradan "Trabzonspor" komandasının məşqçisi vəzifəsinə təyin olunub, Corc Likens kibi məşqçilərin köməkçisi vəzifəsini tutmağa müvəffəq olub. 1987–1988 "Trabzonspor", 1988–1991 "Boluspor", 1991–1992 "İstanbulspor", 1992–1996 yenidən "Trabzonspor", 1996–1997 "Antalyaspor", 1997–1998 sezonunda isə "Sakaryaspor" komandalarını hazırlaşdırıb. "Trabzonspor" 2005-ci ilin yanvar ayında Şenol Güneş ilə üç il yarımlıq bir müqavilə imzalayaraq onu yenidən komandanın məşqçisi vəzifəsinə qaytardı.