Azərbaycan–Seneqal münasibətləri — Azərbaycan Respublikası ilə Seneqal Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Seneqal münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Seneqalin Azərbaycandaki səfirliyi | |||||
Səfir | Şeyx Qeye[1] | ||||
Digər | |||||
Quruluş tarixi | 14 mart 1996 | ||||
Dövriyyə | 62,01 min doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin martın 14-də qurulmuşdur[2].
Azərbaycan ilə Seneqal arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcud olmuşdur[3].
Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır.[4] Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri var.
Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Sabir Məmməd oğlu Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[5] O, 13 iyul 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.[6]
11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.[7]
Seneqal və Azərbaycan arasında diplomatik münasibətlər olsa da, lakin indiyədək iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr formalaşmayıb.[8] İqtisadiyyatın konkret sahəsi üzrə Seneqalın ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri 2014-cü ilin 7-13 sentyabrında olmuşdur.[9] Həmin vaxt Seneqal Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi Baş Gömrük İdarəsi rəhbərinin müavini Aliou Ndiayenin başçılıq etdiyi nümayəndə heyəti[8] ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində keçirilmiş görüşlərdə gömrük işi sahəsində əlaqələrin vəziyyəti, mövcud imkanlar və gələcək perspektivlər müzakirə edilmişdir.[9]
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[10] | 44,90 | 0,26 | 45,16 |
2021[11] | 393,75 | 0,19 | 393,94 |
2022[12] | 60,93 | 1,08 | 62,01 |
Hər iki ölkənin paytaxtları – Bakı və Dakar qardaşlaşmış şəhərlərdir. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. Dakar şəhərinin şərəfinə Azərbaycan paytaxtındakı meydanlardan biri Dakar meydanı adlandırılmışdır. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir[13][14].
Seneqal mövzusu Azərbaycan rəssamı Arif Əzizin yaradıcılığına güclü rəng hissiyyatı, plastika, emosional siluet gözəlliyi, formanın möcüzəli bədiiliyini bağışlamışdır.[15] O, iki dəfə – 1983 və 1987-ci illərdə Seneqalda olmuş[16] və həmin diyarın həyatına, memarlıq və təbiətinə həsr etdiyi onlarla baxımlı əsər yaratmışdır.[15] Onun "Seneqal maskaları", "Oyanma", "Dakarda məscid", "Rəqs" və "Seneqal mənzərələri" adlı əsərləri əvvəl Dakarda, daha sonra isə Moskvada, Bakıda uğurla nümayiş olunmuşdur.[16] Həmin vaxt onun "Seneqal panoramı" sərgisi qardaşlaşmış Dakarla Bakının sıx əlaqələrini ifadə edirdi.[16]
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |