Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sistit
Sistit — sidik kisəsinin selikli qişasının iltihabı. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20–25 %-i müxtəlif formada sistit keçirirlər, 10 %-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0,5 %-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur. Sistitə meyilliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır: sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 4–6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz. menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri. Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər.
Sistik fibroz
Sistik fibroz xəstəliyi ağciyərdə olan və irsən keçən bir xəstəlikdir. Bu xəstəlik nəfəs alma, həzm sistemi problemləri yaradır. Ağciyərlərin təmiz qalmasını sağlayan salğı bezlərinin incə və axışqan olan maye, sistik fibroz xəstələrində daha çox yoğunlaşaraq axıcılıqları azalır.
Sistin Madonna
Sikstin Madonnası (it. Madonna Sistina) — Rafael Santinin əsəri. İtalyan intibahının ən məşhur əsərlərindən biri. Drezden qalereyasında saxlanılır. Ölçülərinə görə çox nəhəng olan bu əsər Roma Papası II Yulinin sifarişi ilə Pyaçenzada yerləşən Müqəddəs Sikst kilsəsi üçün 1513–1514-cü illərdə yaradılıb. II Yuli bu əsəri fransız qoşunlarının İtaliyadan qovulmasının və Pyaçenzanın Papa vilayəti elan olunmasının şərəfinə sifariş etmişdir. Portretdə əlində körpə olan Madonna, Papa Sikst, Müqəddəs Barbara və 2 mələk təsvir olunub.
Böyrək sisti
Böyrək sistlərinə tez-tez rast gəlinir. Morfoloji cəhətdən onlar müxtəlif olur. Böyrək sistlərinin əksəriyyəti anadangəlmə xarakter daşıyır. Bunlara misal olaraq seroz solitar sistlər, böyrək polisistozları, böy- rək exinokokku və s. göstərmək olar.Böyrəklərin sistoz xəstəlikləri zamanı USM-də böyrəklərin ölçüsünün böyüməsi və konturlarının nahamar olması aşkar olunur. Sist dəqiq və aydın kontura malik dairəvi və oval formada, homogen daxili struktura malik törəmə kimi görünür. Bəzən paraservikal sistlərə rast gəlinır. Sistin arxa divarı ön divara nisbətən daha aydın görünür ki, bu da onu sərt toxumadan fərqləndirən vacib əlamətdir. Böyrək sistlərini KT-nın köməkliyi ilə də aşkara çıxarmaq olar (0,3 sm və daha böyük ölçüdə). Sistin əsas xarakter əlaməti onun aşağı sıxlığa malik olması (9,2 vahid), kontrast maddələrə qarşı reaksiyanm baş verməməsi, dəqiq və hamar konturlara malik olmasıdır.
Çistı Klyuç
Safbulaq (əvvəlki adı: Çistı Klyuç) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Çistı Klyuç kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Altıağac qəsəbə Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çistı Klyuç kəndi Safbulaq kəndi adlandırılmışdır. Kəndin keçmiş rusca adı olan Çistı Klyuç "təmiz, saf" mənasındakı "çistı / çistıy" və "bulaq, çeşmə" mənasındakı "klyuç" sözlərindən ibarət idi. Bu ad hərfi tərcümə yoluyla Safbulaq olaraq rəsmiləşdirilmişdir.