Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mini
Mini, 1950-ci illərin sonunda çıxarılmağa başlanan, 60-cı illərin simvolu olaraq görülən bir avtomobil markasıdır. Ən məşhur İngilis istehsalı avtomobildir. 1950-ci illərdən 1999-cu ilə qədər təxminən 40 il kiçik cüzi dəyişikliklərlə eyni model olaraq istehsalda qalmışdır. Geniş diametrli bir anketə görə Ford Model-Tdən sonra ən təsir edici avtomobil modelidir. İndiki vaxtda Mini markası, BMW qrupuna aid bir markadır. 2001-ci ildə, BMW bünyəsində inkişaf etdirilmiş tamamilə yeni 2-ci nəsil bazara təqdim edilmişdir və bu model, retro dizaynı sahəsində günümüzdəki ən müvəffəqiyyətli tətbiqlərdən biri olmuşdur. Ayrıca bu model sanki go-kart hissi verən üstün yol tutuşuyla dünya mətbuatında və istifadəçilər arasında bir çox tərif almışdır. Markanın ən yeni 3-cü nəsil modelləri isə 2006-cı ilin sonlarında dünya mətbuatına tanıdılmışdır. Satışı isə 2007 ili içərisində Avropada başlamışdır.
Tibi
Tibi (isp. Tibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 70,38 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1745 nəfərə çatmışdır.
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Tivi
Tivi (Ordubad)
Çini
Çini və ya Fağfur (türk. farfur, fağfur, fars. fağfur, rus. farfor) — su və qaz keçirməyən keramika növu. İlk dəfə Çində yarandığı üçun ölkəmizdə "Çini" adıyla məşhudur. Taxta çubuqla yüngülcə vurulduqda, özunə xarakterik yüksək tonlu aydın bir səs çıxarır. Məhsulun forma və qalınlığından asılı olaraq ton fərqli ola bilər. İngilis dilli ədəbiyyatdakı "çini" terminini ifadə etmək üçun istifadə edilən "porcelain" ( / ˈp ɔ ː r s ə l ɪ n /) termini, tez-tez tibbi və texniki keramika üçün istifadə olunur. == Tərkibi və növləri == Çini kaolin (Al 2 O 3 * 2SiO 2 * 2H 2 O), kvars (SiO 2), feldispat (seriya K [Alsi 3 O 8] — Na [Alsi 3 O 8] — Ca [Al 2 Si 2 O 8 ]) və plastik gil (əsasən kaolin, ionların daxilolmaları ilə — xromoforlar ) qarışdırılaraq bişirilmə yolu ilə əldə edilir. Çini kütləsinin tərkibinə görə yumşaq və sərt olmaqla iki qrupa bölünür.
Tin
Tin—etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi . == İstinadlar == == Həmçinin bax == Etrusklar == Xarici keçidlər == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Achinoam Nini
Aton dini
Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı.
Buğumayaqlılar tipi
Buğumayaqlılar (lat. Arthropoda) — heyvanlar aləminə aid heyvan tipi. == Ümumi xarakteristika == Buğumayaqlılar tipinin nümayəndələri istər növlərinin çoxluğuna, istərsə də müxtəlifliyinə görə daha çox diqqəti cəlb edir. Yaşayış mümkün olan elə bir yer yoxdur ki, orada buğumayaqlılara rast gəlinməsin. Tipin 1500000-dən artıq növü məlumdur. Onlar dəniz və okeanlarda, şirin su hövzələrində, quru mühitin müxtəlif sahələrində geniş yayılıblar. Bir çox növləri parazit həyata uyğunlaşmışdır. Parazitliklə əlaqədar olaraq, bəzi növlər öz formalarını elə dəyişmişdir ki, onları buğumayaqlılara oxşatmaq elə də asan olmur. === Müxtəlifliyi === ==== I yarımtip Qəlsəmətənəffüslülər-Brabnchiata ==== ===== I sinif. Xərçənkimilər-Crustacea ===== 1 yarımsinif.
Bəhai dini
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir.Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur. Son dövrlərin bilinən Peyğəmbərləri 2 soydan gəlmişlər, İbrahim peyğəmbərin soyundan — Musa (peyğəmbər), İsa, Məhəmməd, Hind soyundan — Krişna, Budda, Zərdüşt.
Cini Korrado
Cini Korrado (23 may 1884[…] – 13 mart 1965[…], Roma) — İtalyan iqtisadçısı, statistik, demoqraf. Onun əhalinin tsiklik artım nəzəriyyəsinə əsasən əhali iqtisadiyyatın inkişafı ilə əlaqədar artımın üç fazasını keçir: yüksək artım, stasionar vəziyyətə qədər ləngidici artım, əhalinin azalması.Üçüncü faza zamanı Cini Korrado xarici iqtisadi amillərdən istifadə etməyi təklif edir.Cini Korradonun fikrincə, belə yanaşma iqtisadiyyatın normal inkişafını patoloji inkişafdan fərqləndirməyə imkan verir. Ən məşhur əsəri 1912-ci ildə nəşr olunmuş "Əhalinin variativliyi və dəyişkənliyi" ("Dəyişkənlik və qeyri-stabillik") kitabıdır.
Cini indeksi
Cini indeksi – gəlirlərin təmərküzləşmə əmsalı, gəlirin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir. Onun bərabər bölgüsü zamanı hər bir qrup öz sayına mütənasib olaraq gəlir əldə edir. Qeyri-bərabər bölgü zamanı xüsusi çəkisinə görə bank olmayan qrupda gəlirlərin ümumi məbləğinin üstün hissəsi cəmləşir. Təbiidir ki, ideal bərabərlik zamanı Cini indeksi sıfıra, mütləq qeyri-bərabərlik şərtlərində isə – vahidə bərabərdir. Cini indeksi Lorents əyrisi (S) və ideal bərabərlik xətti ilə məhdudlaşan sahənin düz ideal bərabərlikdən aşağı olan (SABC) ümumi sahəyə nisbəti ilə müəyyən olunur. Cini indeksi yalnız əhalinin gəlirlərini yox, həm də müxtəlif qrup işçilərin (cins əlamətinə görə, məşğulluq xarakterinə görə və s.) əmək haqlarının qeyri-bərabər bölgüsü dərəcəsini müəyyən etmək üçün istifadə oluna bilər. Belə ki, 1988-ci ildən etibarən ABŞ-də Cini indeksinin kəmiyyətləri dərc olunur.
Dalayıcılar tipi
== Ümumi xarakteristika == Bu tipin nümayəndələri, əsasən, dənizlərdə yaşayır, bəzi növlərinə isə şirin su hövzələrində də rast gəlmək olar. Onlar üçün radial simmetriya xarakterikdir. Bu heyvan tipinə aid olan canlılar knidosit (nematosit) adlanan xüsusi tutucu, qoruyucu hüceyrələrə malikdir. Bu hüceyrələr şikarın ovlanması və düşmənlərdən müdafiə məqsədi daşıyır. Bədən quruluşları sadə olan bu canlıların 11000-dən çox növü məlumdur. Bədənləri ektoderma və endodermadan ibarətdir. Onların arasında mezoqley qatı yerləşir. == Həyat tərzi == Bu canlılar tipinin xarakterik nümayəndələri dəniz sularında yaşayan, hərəkətsiz həyat tərzi keçirən, koloniyalar yaradan mərcan polipləri, aktiv hərəkətdə olan, tək-tək yaşayan meduzalardır. == Dalayıcı hüceyrə == Hər bir dalayıcı hüceyrə həssas tükcüyə malikdir. Bu tükcük dalayıcı sapın atılmasını, zəhərin şikarın bədəninə düşməsini həyata keçirir.
Dini ekstremizm
Fundamentalizm (ing. fundamentalism; fr. Fondamentalisme) — dini əsaslı əsl qaydalara geri dönmə tələbiylə özünü müəyyən edən və bu qaydalara qatı bir şəkildə bağlı olan digər görüşlərə qarşı toleranssız və dünyəvilik əleyhdarı dini hərəkət və ya dünyagörüşü. Kökdən dinçilik, ümumiyyətlə dini təbiətdəki bir sıra qaydaya bağlı, müasir ictimai və siyasi həyat ilə əlaqədar üzərində uzlaşılmış prinsiplərə qarşı reaksiyası olan inancı ifadə edər. Kökdən dinçilik termini İncilin sözcüyü sözcüyünə oxunub müdafiə olunması, həyata keçirilməsi üçün başladılan protestant hərəkata deyilirdi, zamanla genişlənərək bütün dini hərəkatlardakı ideoloji özə vurğu edən bir xarakterə bürünmüşdür. Dinin təməl prinsiplərinə bağlı, bu prinsiplərə dönməyi müdafiə edən, modernizm və sekülerizm əleyhdarı dini cərəyanları təyin etmək üçün istifadə edilər. Dini mətnləri ümumiyyətlə söz mənalarıyla anlarlar və yeni şərhlərə qarşı çıxarlar. Bu anlayış sıxlıqla radikalizm qarışdırılmışdır. == Fundamentalizmin yaranması və yüksəlişi == Fundamentalizm sözü, latınca "təməl" mənasını verən "fundamentum" kökündən törəmişdir. Bu anlayış ilk dəfə 1910-1915-ci illər də (XX əsrdə) Amerikada yevangelist protestantlar tərəfindən istifadə edilməyə başlanmışdır.
Dini icma
Dini icma — eyni dinə etiqad edən insanlar birliyi. Bu ifadə dar və geniş mənada istifadə olunur. Özlərinin xüsusi bir dinə etiqad etdiyini müəyyən edən edən insanlar həmin dinin icmasının üzvləri hesab olunurlar. Daha geniş mənada bu termin qruplar şəklində yaşayan və ya həmin dinə yaxın və ya həmin dinə qarışmış başqa dinlərə mənsub olan şəxslərlə yaşayan eyni dinə mənsub olan şəxslərin birliyi kimi başa düşülür. Gündəlik həyatda həmin şəxslər bir yerdə, məsələn, kilsə və ya məscid kimi həmin dinə məxsus məbədlərdə və ya ayrılıqda ibadət edə bilərlər. Nümunə kimi Belfastın Katolik icmasını və ya Fransada Yəhudi icmasını göstərmək olar. Bəzən şəxsin hər hansı icmanın üzvü kimi tanınması üçün onun həmin icma tərəfindən rəsmi olaraq qəbul edilməsi tələb oluna bilər. İsraildə ancaq eyni dini icmaya mənsub olan cütlüklər evlənə bilərlər. Dar mənada dini icma dedikdə dini məqsədlər üçün xüsusi olaraq bir araya gələn eyni dinə mənsub insanlar birliyi başa düşülür, məsələn, monastırda dini andlar kimi formal öhdəliklərin icrasını bura aid etmək olar.
Dini milliyətçilik
Dini millətçilik — millətçiliyin müəyyən bir dini inanc və ya doğma ilə olan əlaqəsidir. == Mahiyyəti == Bu əlaqə iki yerə ayırıla bilər: Din siyasəti Dinin siyasət üzərindəki təsiriPaylaşılan bir din millətin vətəndaşları arasında ortaq bir əlaqə olan birlik duyğusuna əlavə dəyər yükləyir. Dinin digər bir siyasi tərəfi, bəzi hallarda paylaşılan etnik mənsubiyyət, dil və ya kültür kimi milli kimliyi dəstəkləməsidir. == Xristianlıq və millətçilik == Xristian millətçilər xristianlıq qanunlarını keçərək, daxili siyasıtə daha çox diqqət ayırırlar. Birləşmiş Krallıqda Xristian millətçiliyi mühafizəkar olmağa daha meyillidirlər. XX əsrin ilk yarısındakı müharibələr dövründə xüsusi olaraq müxtəlif Avropa ölkələrində siyasi görüşlərin sağ cinahında dini millətçilik və ya din millətçiliyinin (klero-millətçilik və ya kretizm-millətçiliyi) müəyyən radikallaşmış formaları ortaya çıxırdı. Polşada millətçilik hər zaman Katolik kilsəsinə bağlı olmuşdur. Polşa Milli Dirilməsi kimi qruplar, Vielka Polska Katolicka (Böyük Katolik Polşa) kimi şüarlardan istifadə edirlər, cinsi azlıq evliliklərinin və abortun qanuniləşdirilməsinə şiddətlə qarşı çıxırlar. Radio Maryja ilə əlaqəli mühafizəkar dini qruplar, əsasən millətçi və anti-semit mövqelərinə görə günahlandırılırlar. Şərqi Ortodoks və milli Ortodoks Kilsələrinə ortaq olaraq bağlılıq ilə xarakterizə olunan dini millətçilik, bir çox Şərqi Avropa ölkəsində və Rusiya Federasiyasında var.
Dini millətçilik
Dini millətçilik — millətçiliyin müəyyən bir dini inanc və ya doğma ilə olan əlaqəsidir. == Mahiyyəti == Bu əlaqə iki yerə ayırıla bilər: Din siyasəti Dinin siyasət üzərindəki təsiriPaylaşılan bir din millətin vətəndaşları arasında ortaq bir əlaqə olan birlik duyğusuna əlavə dəyər yükləyir. Dinin digər bir siyasi tərəfi, bəzi hallarda paylaşılan etnik mənsubiyyət, dil və ya kültür kimi milli kimliyi dəstəkləməsidir. == Xristianlıq və millətçilik == Xristian millətçilər xristianlıq qanunlarını keçərək, daxili siyasıtə daha çox diqqət ayırırlar. Birləşmiş Krallıqda Xristian millətçiliyi mühafizəkar olmağa daha meyillidirlər. XX əsrin ilk yarısındakı müharibələr dövründə xüsusi olaraq müxtəlif Avropa ölkələrində siyasi görüşlərin sağ cinahında dini millətçilik və ya din millətçiliyinin (klero-millətçilik və ya kretizm-millətçiliyi) müəyyən radikallaşmış formaları ortaya çıxırdı. Polşada millətçilik hər zaman Katolik kilsəsinə bağlı olmuşdur. Polşa Milli Dirilməsi kimi qruplar, Vielka Polska Katolicka (Böyük Katolik Polşa) kimi şüarlardan istifadə edirlər, cinsi azlıq evliliklərinin və abortun qanuniləşdirilməsinə şiddətlə qarşı çıxırlar. Radio Maryja ilə əlaqəli mühafizəkar dini qruplar, əsasən millətçi və anti-semit mövqelərinə görə günahlandırılırlar. Şərqi Ortodoks və milli Ortodoks Kilsələrinə ortaq olaraq bağlılıq ilə xarakterizə olunan dini millətçilik, bir çox Şərqi Avropa ölkəsində və Rusiya Federasiyasında var.
Dini plüralizm
Dini plüralizm — (ing. Religious Pluralism) — Dinlərarası münasibətlərin müəyyənləşdirilməsində əsas fəlsəfi yanaşmalardan biri. Dini plüralizm qısa formada, müxtəlif din və məzhəbləri təsdiqləmək və onların hamısının həqiqəti olmasına hökm etmək mənasındadır. Dini pluralizm, dinlərin haqq olması barəsində olan suala verilən bir cavabdır. == Dini plüralizm nədir? == Bəşər həyatının müxtəlif sahələrindəki və çoxluğu və müxtəlifliyi təbliğ edən və eyni zamanda onların hamısını eyni vaxtda təsdiq edən cərəyan "Plüralizm" adlanır. Plüralizm latın dilində plüralist sözündən götürülmüş və çoxlu mənasını ifadə edir. Plüralizmin din sahəsindəki cərəyanı və bu cərəyanın digər dini baxışlarla fərqini araşdırmaq bizim əsas məqsədimizdir. Plüralizim çoxluğa meyllilik mənasındadır. (plural- cəm) Bu mövzu müxtəlif sahələrdə o cümlədən, din və əxlaq fəlsəfəsində, hüquq və siyasi və sair … sahələrdə çoxluğa tərəf meyl mənasında olub, müxtəlif istifadələri var və bütün bu mənalar arasında müştərək məna, təkliyə meyllilik və ya münhəsirliyin (Exclusivism) qarşısında çoxluğa meylliliyin rəsmi tanınması mənasıdır.Amma dini plüralizm (Religious pluralism) bu mənadadır ki, həqiqət və xoşbəxtlik tək bir dində cəm olmayıb, bəlkə də bütün ilahi dinlərdə bu həqiqət var.
Dini satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir.Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Ellis, Bill, Raising the Devil: Satanism, New Religions and the Media (Lexington: University Press of Kentucky, 2000).
Dini simvollar
Dini simvollar == Bəhailik == Bəhai dinində ən çox yayılmış simvol- doqquzkünclü ulduzdur (doqquz - müqəddəs rəqəmdir), Ən Böyük Ad simvolu və «Üzükdə simvoldur» (Ringstone symbol). == Buddizm == Buddizmin simvolu — Dharmaçakra və ya qanun təkəridir. Təkərin mərkəzi kiçik dairədir, qəlb işığı yayan işıqlı dərketmə nöqtəsini göstərir. Onun proyeksiyasında in-yan — qadın və kişi başlanğıcı vardır, səkkiz mil budda təlimin səkkiz başlanğıc mənasını əks etdirir: düzgün görüntü, düzgün dərketmə, düzgün nitq, düzgün davranış, düzgün həyat tərzi, düzgün səy, düzgün anlayış, düzgün diqqət etmə (şüurun daxili aləminə diqqətin yönəlməsi).
Dini turizm
Dini turizm (inanc turizmi və ya mənəvi turizm) - dini hökmləri yerinə yetirmək, dini abidələri ziyarət etmək və ya dinlərin müxtəlif dövr tarixlərini öyrənmək məqsədiylə edilən səyahətlərdir. Analoji olaraq mənəvi turizm mənəvi məqsədlərlə edilən səyahətləri əhatə edir. Bu, dini turizm ola bilər, amma bəzən daha geniş mənalar da daşıya bilər. == Həcc ziyarətləri == Həcc əsasən uzun məsafədə dini, yaxud mənəvi motivli səyahətdir. Antik dövrlərdən bəri bir çox dinlərdə müxtəlif cür yerinə yetirilir. Dünyada ən böyük həclərdən biri müsəlmanları Məkkəyə etdikləri həcc ziyarəti hesab olunur.
Dini ədəbiyyat
Dini ədəbiyyat — ilahiyyata, dini müqəddəslərin (peyğəmbərlər, imamlar və başqaları) həyat və fəaliyyətinə dair əfsanə, rəvayət və hekayətlər, həmçinin müxtəlif növ janrlarda yazılmış dini məzmunlu bədii əsərlər. Dünya ədəbiyyatında qədim dövrlərdən (əsasən, monoteist dinlərin yayıldığı vaxtdan) yaranmağa başlamışdır (atəşpərəstliyin banisi Zərdüştün, xristianlığın əfsanəvi yaradıcısı İsa peyğəmbərin, islamın əsasını qoyan Məhəmməd peyğəmbərin həyatı ilə bağlı rəvayətlər və s.). Hələ qədimdən müxtəlif dinlərin (bütpərəstlik, hinduizm, buddizm, konfutsiçilik, iudaizm, xristianlıq, manilik, islam və s.) intişar tapdığı bütün ölkələrdə dini ədəbiyyat mövcuddur. İslam dininin yaranması və yayılması Yaxın və Orta Şərq ölkələrində dünya ədəbiyyatın inkişafına zəmin yaratmışdır. İslam dininin banisi Məhəmməd ibn Abdullah (570 - 632) haqqında söylənən çoxlu əhvalat və rəvayətlər dildən-dilə keçərək, əvvəlcə Ərəbistana və Yaxın Şərq ölkələrinə, sonra isə bütün dünyaya yayılmışdır. Yəhudiliyin və xristianlığın müqəddəs kitabı "Bibliya", müsəlmanların müqəddəs kitabı "Quran" dünya ədəbiyyatının klassik abidələridir. Dini ədəbiyyatın geniş yayılmış janrları hədis, rəvayət, hekayət, risalə və dastanlardır. Mərsiyə, minacat, nət və s. klassik şeir növ və şəkillərindən də geniş istifadə edilir. Azərbaycanda dini ədəbiyyatın ilk nümunələri dini təsəvvürlərin formalaşmağa başladığı çağlarda yaranmışdır.
Dövlət dini
Dövlət dini həmçinin rəsmi din — rəsmi statusu müvafiq dövlət tərəfindən təsdiq edilmiş din. Dövlət dini olmayan dövlətləri dünyəvi və ya sekulyar dövlətlər adlandırırlar. == Dövlət dininin atributları == == Müasir dövrdə vəziyyət == Harvard Universitetinin 2000-ci ilə olan məlumatlarına görə 188 dövlətdən 75-i bu və ya digər dini özlərinin rəsmi dini elan etmiş, 113 ölkənin isə rəsmi dini olmamışdır. == Rəsmi dini olan dövlətlər == === Xristianlıq === ==== Katoliklik ==== Argentina Vatikan (teokratiya) Dominikan Respublikası Kosta-Rika Lixtenşteyn Malta Monako Salvador San-Marino İsveçrə (bəzi kantonları) ==== Protestantlıq ==== ===== Kalvinizm ===== Şotlandiya. İngilis monarxı bu kilsənin başçısı yox, yalnız üzvüdür. İsveçrə (bəzi kantonları) ===== Lüteranlıq ===== Danimarka İslandiya NorveçFinlandiyada kilsə və dövlət arasında münasibətlər xüsusi razılaşmalar ilə tənzimlənir. Kilsənin fəaliyyətinə dair xüsusi qanunvericilik mövcuddur. Kilsə xüsusi kilsə vergisi yığmaq hüququna malikdir (dövlət strukturlarının köməkliyi ilə könüllülük prinsipi əsasında toplanır). Amma hüquqi baxımdan Finlandiya Kilsəsi dövlət kilsəsi deyil. İsveçdə İsveç Kilsəsinin rəhbərinin kral olmasına baxmayaraq 2000-ci ildən kilsə dövlətdən ayrı fəaliyyət göstərir.
Dünya dini
Dünya dini — müxtəlif xalqlar arasında yayılmış din. Hal-hazırda bu termin bir neçə dinə aid edilir: Bəhailik, buddizm, islam və xristianlıq. Yəhudilik, hinduizm, konfusianlıq, daosizm, şintoizm çoxsaylı tərəfdarlarına baxmayaraq milli din sayılırlar.