Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tolima
Tolima (isp. Tolima) — ölkənin mərkəzi-qərb hissəsində yerləşən, Kolumbiyanın 32 departamentindən biri, ölkənin mərkəzi-qərb hissəsində, Maqdalena çayının vadisində yerləşir. Şərqdən Kaldas, şimaldan Kundinamarka, cənubdan Uila və qərbdən Kauka departamentləri ilə həmsərhəddir. İnzibati mərkəzi İbaqe şəhəridir.
Tolik
Tolik (Tarix Əliyev, 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb.
Tarix Əliyev (Tolik)
Tolik (Tarix Əliyev, 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb.
Etoliya
Etoliya (q.yun. Αἰτωλία) — tarixi Orta Yunanıstanın qərb hissəsində vilayət. Şimalda Epirlə, qərbdə Axeloy çayı boyunca Akarnaniya ilə, şərqdə Enida və Lokrida ilə həmsərhəd idi. Əsasən dağlıq vilayət olan Etoliyanın cənub hissəsini Korinf körfəzinin sahilləri təşkil edir. Ən böyük şəhərləri Ferm, Kalidon, Plevrondur. Etoliya uzun müddət öz inkişafında Yunanıstanın digər vilayətlərindən geri qalmış, lakin ellinizm Etoliya ittifaqının mövcudluğu sayəsində etoliyalılar Yunanıstanın siyasi həyatında çox mühüm rol oynamağa başladılar. E.ə. 189-cu ildə Etoliya Roma tərəfindən fəth edilmişdir.
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Molina
Bakxaris (lat. Baccharis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Baccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Baccharis acutata (Alain) Borhidi Baccharis alamosana S.F.Blake Baccharis alaternoides Kunth Baccharis albida Hook. & Arn. Baccharis × alboffii F.H.Hellw. Baccharis albolanosa A.S.Oliveira & Deble Baccharis aliens Rusby Baccharis alleluia A.S.Oliveira & Deble Baccharis alnifolia Meyen & Walp. ex Meyen & Walp. Baccharis alpestris Gardner Baccharis alpina Kunth Baccharis altimontana G.Heiden & al. Baccharis amambayensis Zardini & Soria Baccharis angusticeps Dusén ex Malme Baccharis angustifolia Michx.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Qotika
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Soliva
Soliva (lat. Soliva) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Taliça
Taliça — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Tolimak
Alfa Sentavr (α Sentavr, qısaldılmış Alfa Sen, α Sen) — Günəş Sisteminə ən yaxın ulduz sistemidir və Günəşdən 4.37 işıq ili (1.34 pr) məsafəsindədir. Alfa Sentavr (həmçinin Rigil Kentaurus adlanır) α Sentavr, α Sentavr A, α Sentavr B və kiçik qırmızı cırtdan α Sentavr C ( bu ulduz həmçinin Proksima Sentavr adlandırılır) -dən ibarət üçlü ulduz sistemidir. Adi gözlə, bu üç komponent vizual ulduz ölçüsü -0.27 olan bir ulduz kimi görünür. α Sentavr gecə göyündə Sirius və Kanopusdan sonra üçüncü parlaq ulduz kimi müşahidə olunur. Proksima Sentavr (α Sen C) günəşdən 4.24 işıq ili (1.30 pr) məsafəsindədir və günəşə ən yaxın ulduzdur, buna baxmayaraq o, adi gözlə görünmür. α Sentavr A kütləsi 1,1 Günəş kütləsi və parlaqlığı 1,519 Günəş parlaqlığı tərtibindədir, α Sentavr B isə daha kiçik və soyuqdur kütləsi 0,907 Günəş kütləsi, parlaqlığı 0,445 Günəş parlaqlığı tərtibində. 79,91 illik period ərzində ortaq mərkəz ətrafındakı məsafə Günəş ilə Pluton arasındakı məsafə (35,6) tərtibindən Günəş İlə Saturn arasındakı məsafə tərtibinə (11,2) azalmışdır. α Sentavr adi gözdə tək ulduz hesab edilir və Erboğanın cənub bürcündə parlaq ulduza verilir. -0,27 Sirius və Canopusdan daha həddindən artıq olan vizual ölçülü (A və B ölçülərindən hesablanır) görünür. Gecə göyün ən parlaq ulduzu Arcturusdur.
Toşima
Toşima — Tokionun xüsusi rayonlarından biri.
Tulipa
Dağlaləsi (lat. Tulipa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Latınca adı fars mənşəli toliban (çalma, əmmamə) sözündən götürülüb. Soğanağı yumurtavarı, çiçəkləri iri, çiçəkyanlığı ağ (bəzən qırmızı və ya sarı), meyvəsi qutucuqdur. Gövdəsinin hündürlüyü 6 sm-dən 50 sm-ədək olur. Onun ucunda günəşli havada açılan, axşamlar və tutqun havada bükülən al rəngli bir (bəzən bir neçə) çiçəyi olur. Çarpaz tozlanır. May–iyun aylarında çiçəkləyir. Çiçəkləmə müddəti 30 günə qədərdir. İlk dəfə 16-cı əsrdə Türkiyədə becərilmişdir.
Tunika
Tunika (lat. Tunica) — Ağ yundan və kətandan qədim Roma geyimi. Qısa qollu uzun köynək idi. Üst paltarın altından geyilirdi. E.ə. 1-ci minilliyin əvvəllərinə aid aşşur təsvirlərində midiyalılar üstdən heyvan dərisi bərkidilmiş tunika ilə təsvir edilirdilər. ASE, "Tunika", Bakı, 1986, səh. 373.
Tolmiea
Tolmiea (lat. Tolmiea) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. Leptaxis Raf. Tolmiea diplomenziesii Judd, Soltis & P.S.Soltis Tolmiea menziesii (Pursh) Torr.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Eri Tosaka
Eri Tosaka (d. 30 avqust 1993, Takaoka, Yaponiya) — Yaponiyanı təmsil edən qadın güləşçi. Eri Tosaka 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların qızıl medalını qazandı. Tosaka həm də 2013, 2014 və 2015-ci illərdə Dünya Çempionatlarının qızıl medalını qazanıb. == Karyerası == Eri Tosaka 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Tosaka birinci görüşdə Qazaxıstan güləşçisi Ulduz Yeşimovanı 6:0, ikinci görüşdə Amerika Birləşmiş Ştatları güləşçisi Haley Auqellonu 11:2, üçüncü görüşdə isə Çin Xalq Respublikası nümayəndəsi Sun Yananı 8:3 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Eri Tosaka Azərbaycan güləşçisi Mariya Stadniki gərgin görüşün yekununda, sona 3 saniyə qalmış 3:2 hesabı ilə məğlub etdi və XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Etoliya ittifaqı
Etoliya ittifaqı q.yun. Κοινὸν τῶν Αἰτωλῶν) — Qədim Yunanıstanın Etoliya vilayətində yaşamış icmaların siyasi birliyi. İlk əvvəl tayfa ittifaqı xarakteri daşıyırdı. E.ə. III əsrin ikinci yarısında öz qüdrətinin ən yüksək zirvəsinə çatmışdır. Etoliya ittifaqının tərkibinə Etoliyadan başqa, Orta Yunanıstanın bir sıra vilayətləri, Fessaliyanın bir hissəsi, Peloponnesin bəzi şəhərləri də daxil idi. Etoliya ittifaqı federativ və demokratik əsaslar üzərində qurulmuşdu, bura daxil olan icmalar xeyli dərəcədə daxili muxtariyyətini saxlayırdı, lakin mühüm məsələlərin həlli, xüsusən də xarici siyasət ittifaq hökumətinə aid idi. Etoliya ittifaqının Romaya qarşı durmaq cəhdləri e.ə. 189-cu ildə tam məğlubiyyət və Romanın tabeliyinə keçməklə nəticələnmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == John D. Grainger (1999) The League of the Aitolians (Google Books).
Eugenia polita
Eugenia polita (lat. Eugenia polita) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Farm Tomita
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Kolıma çayı
Kolıma (saxa Халыма) — Saxa və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir. == Coğrafiyası == Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür. Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya Kolıma və Çukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir. == Hidrologiya == Çayın qidalanması qarışıqdır.
Larisa Dolina
Larisa Aleksandrovna Dо́lina (qızlıq soyadı Kudelman, ilk evliliyində Mionçinskaya; 10 sentyabr 1955, Bakı) — Sovet və Rus estrada və caz müğənnisi, aktrisa ; Rusiya Federasiyasının xalq artisti (1998) . Üç dəfə milli rus musiqi mükafatı "Ovasiya" (1994, 1996, 1997). Vahid Rusiya partiyasının üzvü. == Tərcümeyi-hal == Larisa Kudelman (Dolina) 10 sentyabr 1955-ci ildə Azərbaycan SSR-in paytaxtı - Bakı şəhərində yəhudi ailəsində anadan olumuşdur. Atası - Aleksandr Markusoviç Kudelman, anası - Qalina İzrailevna Kudelman (qızlıqda Dolina). Üç yaşında valideynləri ilə birlikdə onların doğma şəhərinə - Odessaya köçmüşdür. Altı yaşında Odessa uşaq musiqi məktəbinə daxil oldu və onu 1970-ci ildə violonçel sinfi üzrə bitirmişdir. Odessada orta məktəbi ekstern kimi bitirmişdir . Müğənninin musiqi karyerası 1971-ci ildə "Biz odessitik" estrada orkestrində başladı. Daha sonra Konstantin Orbelyan rəhbərliyi ilə "Ermənistan Dövlət Estrada Orkestri" və Polad Bülbül oğlu rəhbərliyi altında "Azərbaycan Dövlət Estrada Ansamblı" kimi musiqi qrupların solisti olmuşdur .