Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
TrES-2b
TrES-2b (TrES-2 və ya Kepler −1b) Günəş sistemindən 750 işıq ili uzaqlıqda yerləşən GSC 03549–02811 adlı ulduzun ətrafında dövr edən planetdir . Planet üzərinə düşən işıq şüalarının 1%-dən daha azını əks etdirir, və bu xüsusiyyətinə əsasən planet 2011-ci ildə ən qaranlıq ekzoplanet kimi müəyyən edilib. Planetin kütləsi və radiusu onun Yupiterə bənzər tərkibə malik qaz nəhəngi olduğunu göstərir, lakin Yupiterdən fərqli olaraq, digər ulduzlar ətrafında aşkar edilmiş bir çox planetə bənzəyir, TrES-2b öz ulduzuna çox yaxın yerləşir və isti Yupiterlər kimi tanınan planetlər sinfinə aiddir. Bu sistem Kepler kosmik gəmisinin baxış sahəsində idi . Bu planet digər layihələr tərəfindən hələ də öyrənilməyə davam edir və parametrlər davamlı olaraq təkmilləşdirilir. 2008-ci ildə aparılan bir araşdırma, TrES-2 sisteminin ikili ulduz sistemi olduğu qənaətinə gəldi. == Kəşf == TrES-2b 21 avqust 2006-cı ildə Trans-Atlantik Ekzoplanet Tədqiqatı (Trans-Atlantic Exoplanet Survey, TrES) tərəfindən kəşf edilmişdir. Kəşf WM Keck Rəsədxanası tərəfindən 8 sentyabr 2006-cı ildə TrES-2b-nin yerləşdiyi ulduzun radial sürətinin ölçülməsi ilə təsdiqləndi. == Fırlanma bucağı == 2008-ci ilin avqustunda ana ulduz və planetin orbiti arasındakı əlaqənin daha ətraflı təfərrüatları paylaşıldı. Orbitin ulduz ekvatorundan − 9± 12° əyilmiş olduğu müəyyən edildi.
Treş-metal
Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkor və pank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında Venom və Motorhead qruplarının böyük əməyi olmuşdur. == Ümumi məlumat == Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir. "İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.
Treş metal
Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkor və pank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında Venom və Motorhead qruplarının böyük əməyi olmuşdur. == Ümumi məlumat == Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir. "İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.
Ares
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir. 12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər. == Ares və Afrodita == Apollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi.
Arəş
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir.10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür. Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.
Trel
Trel (it. trillare — cingildəmək) — melizmlərin ən çox işlənilən növlərindən biri olub, əsas səs ilə onun üst qonşu səsinin mümkün qədər tez – tez növbələşməsini göstərir.
Trep
Trep (fr. Trept) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38515. Kommunanın 2006-cı il üçün əhalisi 1785 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. == Mənbə == Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Trew
Xristof Yakob Trev (alm. Christoph Jacob Trew‎ və ya alm. Christoph Jakob Trew‎, 16 aprel 1695 — 18 iyul 1769) — alman botaniki, anatomu, həkim, tibb elmləri doktoru, arxiyatr. Karl Linney südləyənkimilər fəsiləsinə aid olan Trewia L. bitki cinsini Xristof Yakob Trevin şərəfinə adlandırmışdır. == Elmi əsərləri == Hortus nitidissimus. 1750—1786. Plantae selectae. 1750—1773. Plantae rariores. 1763.
Ərəş
Yaşayış məntəqələriƏrəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Stres
Stres – orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxması. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Teş
Teş (fr. Têche) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38500. Kommunanın 2012-ci il üçün əhalisi 581 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 162 ilə 411 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 27 km qərbdə yerləşir.
Acianthera teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Arəş (müğənni)
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir.10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür. Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.
Bulbophyllum teres
Bulbophyllum teres (lat. Bulbophyllum teres) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Humboldtia teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Kres-Mepyo
Kres-Mepyö (fr. Creys-Mépieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38139. Kommunanın 1999-cu il üçün əhalisi 1091 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Mətanət Eres
Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa. == Həyatı == Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə Tək olanda qorxma...
Pleurothallis teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Tərs funksiya
Tutaq ki, y = f ( x ) {\displaystyle y=f(x)} , x ∈ D ( f ) {\displaystyle x\in D(f)} ədədi funksiya verilmişdir. Onda hər bir x 0 ∈ D ( f ) {\displaystyle x_{0}\in D(f)} ədədinə yeganə y 0 = f ( x 0 ) ∈ E ( f ) {\displaystyle y_{0}=f(x_{0})\in E(f)} ədədi uyğundur. Funksiyanın verilən y 0 {\displaystyle y_{0}} qiymətinə görə arqumentin uyğun qiymətinin tapılmasına, daha doğrusu f ( x ) = y 0 {\displaystyle f(x)=y_{0}} , y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} tənliyinin x {\displaystyle x} -ə nəzərən həllinə tez-tez rast gəlinir. Həmin tənliyin bir yox, bir neçə və hətta sonsuz sayda həlli ola bilər. y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının qrafiki ilə y = y 0 {\displaystyle y=y_{0}} düz xəttinin kəsişdiyi bütün nöqtələrin absisləri f ( x ) = y 0 {\displaystyle f(x)=y_{0}} tənliyinin Əgər f {\displaystyle f} funksiyası hər bir y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} qiymətini ancaq yeganə bir x 0 ∈ D ( f ) {\displaystyle x_{0}\in D(f)} qiymətində alırsa, onda o funksiya dönən adlanır. Belə funksiyalar üçün f ( x ) = y {\displaystyle f(x)=y} tənliyini istənilən y ∈ E ( f ) {\displaystyle y\in E(f)} qiymətində x-ə nəzərən birqiymətli həll etmək olar, daha doğrusu hər bir y ∈ E ( f ) {\displaystyle y\in E(f)} qiymətinə yeganə x ∈ D ( f ) {\displaystyle x\in D(f)} qiyməti uyğundur. Bu uyğunluq funksiya təyin edir, özü də f {\displaystyle f} funksiyasının tərsi adlanır və f − 1 {\displaystyle f^{-1}} simvolu ilə işarə olunur. Qeyd edək ki, hər bir y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} üçün y = y 0 {\displaystyle y=y_{0}} düz xətti dönən y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının qrafikini yeganə ( x 0 , y 0 ) {\displaystyle (x_{0},y_{0})} nöqtəsində kəsir, burada f ( x 0 ) = y 0 {\displaystyle f(x_{0})=y_{0}} . Tərs funksiyanın arqumentini x {\displaystyle x} hərfi ilə, onun qiymətini isə – y {\displaystyle y} hərfi ilə işarə edərək, f {\displaystyle f} funksiyasının tərs funksiyasını y = f − 1 ( x ) , x ∈ D ( f − 1 ) {\displaystyle y=f^{-1}(x),x\in D(f^{-1})} , şəklində yazırlar. Sadəlik üçün f − 1 {\displaystyle f^{-1}} simvolu əvəzinə g {\displaystyle g} hərfindən istifadə edəcəyik.
Tərs matris
Tərs matris — n tərtibli A kvadrat matrisinin tərsi elə bir B matrisinə deyilirki, A B = B A = E n {\displaystyle AB=BA=E_{n}} şərti ödənilsin. Burada En, n tərtibli vahid matrisdir. E n = ( 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋮ ⋮ ⋱ ⋮ 0 0 ⋯ 1 ) {\displaystyle E_{n}={\begin{pmatrix}\mathbf {1} &\mathbf {0} &\cdots &\mathbf {0} \\\mathbf {0} &\mathbf {1} &\cdots &\mathbf {0} \\\vdots &\vdots &\ddots &\vdots \\\mathbf {0} &\mathbf {0} &\cdots &\mathbf {1} \\\end{pmatrix}}} Tərs matrisi B=A−1 kimi işarələyirlər. Buradan belə nəticəyə gəlmək olar ki, A A − 1 = A − 1 A = E n {\displaystyle A{A^{-1}}=A^{-1}A=E_{n}} bərabərlik şərti ödənilməlidir.
Tərs qəfəs
Tərs qəfəs-mücərrəd üçölçülü bir fəzada qurulmuş nöqtəvi qəfəsdir. Bunun hansı fəzada necə qurulduğunu və ümumiyyətlə nəyə yaradığını yaxşı anlamaq üçün tərs qəfəs anlayışının bərk cisimlər fizikasındakı roluna nəzər salaq. Kristallik bərk cisimlərin bütün fiziki xassələri, əsas etibarı ilə iki faktor əsasında formalaşır. Bunlardan biri bərk cismi təşkil edən atomların quruluşu, ikincisi isə bərk cisimlərin öz kristal quruluşudur. Bir bərk cismin kristal quruluşa sahib olması nəzəri problemlərin həllində xüsusi əhəmiyyət kəsb edir. Beləki bərk cismin fiziki xassəsini ifadə edən və koordinatın funksiyası olan hər bir fiziki kəmiyyət koordinatın üçölçülü periodik funksiyası olur. Bu o deməkdir ki, bir nəzəri məsələnin həlli üçün yazılacaq tənliklərin bərk cismi təşkil edən bütün atomlar üçün deyil, periodun müəyyən elədiyi oblastda yer alan atomlar üçün yazılması kifayətdir. Period isə kristal qəfəsin köçürmə simmetriyasını müəyyən edən a → 1 , a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{1},{\vec {a}}_{2},{\vec {a}}_{3}} vektorları ilə verilir. Bu vektorlara qəfəsin bazis vektorları və onların ədədi qiymətləri olan a , b , c {\displaystyle a,b,c} -lərə qəfəs sabitləri deyilir. Hər bir qəfəs üçün a → i {\displaystyle {\vec {a}}_{i}} vektorları üzərində qurulumuş paralepiped həmin qəfəsin elementar özəyi adlanır və onun həcmi V 0 = ( a → 1 [ a → 2 a → 3 ] ) {\displaystyle V_{0}={\Bigl (}{\vec {a}}_{1}[{\vec {a}}_{2}{\vec {a}}_{3}]{\Bigr )}} .
Tərs yer
Tərs yer — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Samanlıq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tərs yer kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 138 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Tərs çay
Tərs çay və ya Tərs çay qışlağı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında qışlaq. == Tarixi == Tərsa çayının sahilində salındığı üçün yaşayış məntəqəsinin adı «Tərs çay qışlağı» adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1897-ci ildə burada 10 nəfər azərbaycanlı, 18 erməni, 4 rus yaşamışdır. XX əsrin əvvəllərində ləğv edilmişdir.
Ərəş (Yevlax)
Ərəş (əvvəlki adı: Şilyan) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Yevlax rayonunun Şilyan kəndi Ərəş kəndi və müvafiq olaraq Şilyan kənd Soveti Ərəş kənd Soveti adlandırılmışdır.