Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tupac Shakur
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını == Həyatı == Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.