TOPUQ

Ayağın baldırla birləşdiyi yerdə iki çıxıntı var, topuq (лодыжка) və ya topuq sümüyü adlanır. Formaca topa oxşadığı, yəni yumru olduğu üçün ona bu adı ve­rib­­lər. “Щиколотка” anlamını verən topuq sözü isə (aşıq, сустав) “oynaq” de­mək­dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TOPONİMİKA
TOR
OBASTAN VİKİ
Topuqlu
Totuqlu və ya Topuqlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gədəbəy rayonunun Qoşabulaq inzibati ərazi vahidliyindədir. Topuqlu oyk., sadə. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Totuqlu variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsi 1910-cu illərdə Totux adlı bir nəfərin saldığı binə yerində yarandığı üçün belə adlanmışdır. Topuq toponimiyada daban termininin sinonimi olub, kəndin dağ ətəyində, aşağıda yerləşdiyini bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Digər lüğətlərdə