Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tengir Ordo
Tengir Ordo – yəni Tenqrinin xalqı. 2005-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə qırğız millət vəkili Dastan Sarıqulov tərəfindən qurulan və türkçülüyə əsaslanan təşkilat. == Haqqında == Sovet İttifaqı dağılandan sonra bu rejimdən qurtulan türk xalqları yenidən öz köklərini və milli şəxsiyyətlərini axtarmağa başladılar. Bu inkişaf əvvəlcə Tatarıstanda 1990-cı illərdə, daha sonra Rusiya və Qırğızıstanda meydana gəldi. Tatarıstanda bu hərəkatın adı əvvəlcə "Bizneng yol" (Bizim yolumuz) idi, lakin sonradan "Tengirizm" (Tengrisizm) daha tez-tez eşidilirdi. Zaman keçdikcə Tengrisizm xalq arasında geniş yayılmış bir həvəs olmağı dayandırdı və dövlət tərəfindən dəstəklənməyə və institutlar qurulmağa başladı. 5.000 üzvünün olduğu deyilən Tengir Ordonun hədəfləri tenqriçilik adı verilən islam öncəsi türklərin inanc və mədəniyyətini araşdırmaq və bu təməl üzərinə yeni türk millətçiliyi inşa etməkdir. Orta Asiya türkləri arasında islam öncəsi mədəniyyəti daha yaxşı yayma və daha önəmlisi bir-birinə yadlaşdırılan türk xalqlarını yenidən bir-birinə yaxınlaşdırma məqsədindədir. Qırğızıstanda, xüsusilə Konversiya Universitetində aktivdir. Bu günə qədər Qırğızıstanda yox, həmçinin Qazaxıstanda da uğurlu olmuşdurlar.
Təhqir
Təhqir — şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirmək. == Ümumi məlumat == Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbir etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq?
Təndir
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Tənqid
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. == İnsan nə üçün tənqid edir? == Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar.
Sosial tənqid
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
Tengiz Abuladze
Tengiz Yevgeniyeviç Abuladze(gürc. თენგიზ აბულაძე; 31 yanvar 1924[…], Kutaisi – 6 mart 1994[…], Tbilisi) — sovet kinorejissoru, pedaqoqu. SSRİ xalq artisti (1980). == Həyatı == Tengiz Yevgeniyeviç Abuladze 31 yanvar 1924-cü ildə Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdu. Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda oxumuşdu. Tengiz Abuladze Giorgi Leonidzenin eyni adlı hekayələr toplusu üzrə “Arzu ağacı” bədii filmini çəkmişdir. Yazıçı burada uşaqlıq dövrünün əhvalatlarını xatırlayır, böyüdüyü mühiti təsvir edir, özünə yaxın olan adamları hekayələrinin personajlarına çevirir. Tengiz Abuladze müxtəlif hekayələrinin (“Pupala”, “Tsitsikore”, “Marita” və s.) qəhrəmanlarının əhvalatlarını ümumiləşdirir, yeni personajlar daxil edir, bir çox epizodları dəyişdirir. Məsələn hekayədə kənddən didərgin düşmüş Marita dərd çəkməkdən ölür, filmdə isə rəhmsiz avam camaat onunla haqq-hesab çəkir. Lakin filmdə Leonidzenin əsərinin əsas fikir xətti saxlanmışdır.
Tengiz Siqua
Tengiz İppolitoviç Siqua (gürc. თენგიზ სიგუა; 9 noyabr 1934, Lentexi[d], Raça-Leçxumi və Aşağı Svaneti diyarı – 21 yanvar 2020, Tbilisi) — gürcü siyasi və dövlət xadimi, 1990—1991 və 1992—1993-cü illərdə Gürcüstan hökumətinə başçılıq edirdi. == Həyatı == 1934-cü il noyabrın 9-da Gürcüstanın qərbində yerləşən Lentexi kəndində hərbçi ailəsində anadan olmuşdur. O, 1957-ci ildə metallurq mühəndisi ixtisası üzrə Gürcüstan Politexnik İnstitutunu bitirdi. Həmin ilin avqust ayında Siqua Rustavi metallurgiya zavodunda mühəndis işləyirdi, 1962-ci ildən isə baş elmi işçi, laboratoriya müdiri və Gürcüstan SSR Elmlər Akademiyasının Metallurgiya İnstitutunda direktor müavini vəzifələrində çalışmışdır, 1989-cu ildə isə institutun direktoru təyin edildi. 1982-ci ildən Yenidənqurmaya qədər Sov.İKP üzvü idi. Siqua Zviad Qamsaxurdiyanın hökumətində 1990-cı il noyabrın 15-dən 1991-ci il avqustun 18-dək Nazirlər Şurasının Sədri idi. Qamsaxurdiya devrildikdən sonra müvəqqəti olaraq baş nazirin vəzifələrini icra edicisi təyin edildi. Bu vəzifəsi 1992-ci il noyabrın 8-də yeni Parlament tərəfindən təsdiqləndi. 6 avqust 1993-cü ildə Parlament hökumətin təqdim etdiyi büdcəni rədd etdikdən sonra istefa vermişdi.2011-ci ilin avqustunda RİA Novosti xəbər agentliyinə müsahibəsində bildirmişdir ki, 2008-ci ilin avqustunda Cənubi Osetiyaya qarşı müharibəni Gürcüstan başlayıb.
Tengiz gölü
Tenqiz gölü (qaz. Теңіз — "dəniz, böyük göl", Teniz, Denqiz) — Qazaxıstan alçaq təpəliyi, Tenqiz-Kurqal vadisində yerləşən tund-şor göl. Göl Qazaxıstanın Akmola vilayəti ilə Karağandı vilayəti arasında Korqaljın rayonu ərazisində yerləşir. Göl həmdə Korqaljın qoruğunun tərkibinə daxildir. Qoruq özü isə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.Tektonik çökəklikdə yerləşir. Gölün sahəsi 1590 km²; uzunluğu 74,4 km, eni isə 40,2 km təşkil edir. Maksimal dərinliyi 7,75 metrdir. Gölün orta dərinliyi 2,5 metr təşkil edir. Dənz səviyyəsindən 405 metr yüksəkliyə malikdir. Suyunun şəfaflığı 0,5–4,0 metrdir.
Tenqer (səhra)
Tenqer (monqolca: Тэнгэр цөл (Tenqer tsöl), çincə: 腾格里沙漠 (pinyin (transkripsiyası): Ténggélǐ Shāmò) — Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonunun qərbini, və Qansu vilayətinin mərkəzi hissəsini əhatə edən səhra. Onun monqol dilindəki adı olan "Tenqer tsöl" hərfən "Tanrı çölü", yəni «göy, səma çölü, səhrası» mənasını verir. Alaşan səhrasının cənub-şərq hissəsini əhatə edir. Qərbdən və şərqdən Yabray-Yançan və Helanşan dağları, cənubdan isə Böyük Çin səddi ilə əhatələnir. Sahəsinə görə Çinin dördüncü səhrasıdır. Səhranın sahəsi 36700 km² təşkil edir. Ərazisinin böyük hissəsi 1200 metr hündürlükdə yerləşir, və müxtəlif reylef formalarına malikdir. Ərazisində 400 göl vardır, lakin göllərin böyük qismi axarsız olub duzludurlar. Həmçinin ərazisinin 70%-i dyunlarla örtülüdür. Dyunların böyük qismi 10-30 metr hündürlüyə malikdir, ən hündür dyunlar isə 100 metr təşkil edir.
Tenqiz Kitovani
Tenqiz Kitovani (gürcü: თენგიზ კიტოვანი; 9 iyun 1938, Tbilisi) — təqaüdçü gürcü siyasətçi və hərbi komandirdir. 1990-cı illərin əvvəllərində Gürcüstan Milli Qvardiyasına komandanlıq edərkən və Müdafiəçi vəzifəsində çalışdığı zaman Gürcüstanda Vətəndaş Müharibəsində yüksək rolu ilə fərqlənmişdir. Kitovani və müttəfiqlərinin Prezident Zviad Qamsaxurdiyaya qarşı başlatdığı uğurlu çevrilişdən sonra ölkəyə rəhbərlik etməyə dəvət olunmuş Eduard Şevardnadze tərəfindən tədricən kənarda qaldı. == Erkən həyat və karyera == Tbilisidə anadan olan Kitovani Tbilisi İncəsənət Akademiyasını bitirib, Tetritskaro şəhərində internat məktəbində dərs demiş, sonra 1967-1969 -cu illərdə Tbilisi Dövlət Reklam Bürosunda əsas rəssam işləmişdir. Kitovani milli siyasətə 1990-cı illərin əvvəllərində müstəqillik hərəkatının Sovet Gürcüstanında zirvəyə çatdığı zaman daxil oldu. Elə həmin il Gürcüstanın Ali Şurasına seçilən Kitovani, 1991-ci ildə Ali Şuranın Rəyasət Heyətinin sədri və nəticədə Gürcüstanın Prezidenti olmuş sovet dövrünün dissidenti Zviad Qamsaxurdiya ilə yaxından əlaqədə idi. 1990-cı ilin dekabrında Qamsaxurdiya Gürcüstan Milli Qvardiyasının yaradılması haqqında fərman verdi və Kitovanini başçı təyin etdi. Ancaq 1991 -ci ilin avqustunda Qamsaxurdiya onu Milli Qvardiya komandiri vəzifəsindən uzaqlaşdırdı. Kitovani sonradan Qamsaxurdiyanın Milli Qvardiyasını ləğv etmək niyyətində olduğunu və Sovet İttifaqında qısa müddətdə hakimiyyəti ələ keçirmiş Moskva Putsçunun rəhbərləri tərəfindən buna əmr verildiyini iddia etdi, lakin bunu təsdiqləyən sənədləri təqdim etmədi. Kitovani onun işdən çıxarılmasını qəbul etmədi və Rkoni dərəsinə girmək üçün qoşunlarının çoxu ilə Tbilisidən ayrıldı.
Tenqiz Turabov
Tenqiz Turabov Məmməd oğlu – 20 yanvar şəhidi. == Həyatı == 1966-cı ildə Gürcüstan SSR Bolnisi rayonundakı Kəpənəkçi kəndində anadan olmuşdur. Tenqiz işləmək üçün İrkutska getmişdi. İnşaatda işləyirdi, tibb məktəbinin 1 kurs tələbəsi idi. Həkim olmaq istəyirdi. Azərbaycandakı hadisələri daima izləyirddi. Məzuniyyət götürüb Bakıya gəldi. O gecə L. Şmidt adına zavodun qarşısında güllə yarası aldı. Aldığı güllə yarası nəticəsində dünyasını dəyişərək şəhid oldu. Şəhidlər xiyabanında dəfn edilmişdir.
Təndir kababı
Təndir kababı — Əsasən Orta Asiya xalqlarına məxsus ətdən hazırlanan kabab növü == Qısa məlumat == Tandır kavap və ya tono kavap (uyğurca tono kavap — tonur kavap) və ya tandır kabob (özbəkcə - tandir kabob) — Mərkəzi Asiyada ətdən hazırlanmış məşhur qızardılmış yeməyin adıdır. "Tandıre" adlanan xüsusi sobada bişirilir. Özbəklər onun öz milli yeməyi hesab edirlər. == Hazırlanması == Yeməyin hazırlanması üçün adətən quyruqlu qoyunların ətindən və dağlıq rayonlarında keçilərin ətindən istifadə olunur. Yemək tez-tez ardıcın ( Asiyada ardıcın müxtəlif dağlıq növləri vardır) iynəyarpağıyla (iynəyarpaqlı ağacın budağıyla) ədviyyat vurulur və bu da ona xüsusi dadı verir. Bu yeməyi təndirdə hazırlayırlar. Havanın girişini məhdudlaşdırılmaqla və təndirin ağzının sıx tıxanmasıyla yüksək temperatur əldə edilir. Sonra onu dəmir tavaya çıxardırlar . Qədimdən Türkistanın ərazisində xüsusi yolla hazırlanmış qoyun əti köçərilərin, döyüşçülərin və səyahətçilərin sevimli yeməyi idi. Yürüş zamanı hazırlanan bu üsul olduqca sadədir.
Təndir çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. == Ümumi məlumat == Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Xan-Tenqri
Xan-Tenqri (qaz. Хан Тәңірі, qırğ. Кан-Теңири, çin. 汗腾格里峰) — Tyan-Şan dağ silsiləsində yerləşən dağ zirvəsi. Xan-Tenqri İsıkgölün şərqində Çin-Qırğızıstan-Qazaxıstan sərhəddində yerləşir. Onun geoloji hündürlüyü 6,995 metrdir, ancaq onun buz örtüyü ilə birlikdə hündürlüyü 7010 metrə çatır. Buna görə alpinizm dairələrində və SSRİ-də Qar bəbiri mükafatı kriteriyasında bu dağ hündürlüyü 7000 metrlik zirvə sayılır. Xan-Tenqri adının hərfi mənası Qazaxca Kral Səması mənasına gəlir və çox güman ki, bu ad ilahi Göy Tanrıya istinad edir. Bəzi digər yerli dillərdə Xan Tenqri Şingi, Kan-Too Çokusu, Pik Xan-Tenqri, və Xantenqri Fenq kimi də adlanır. Xan-Tenqri Tyan-Şanda hündürlüyünə görə ikinci dağ zirvəsidir.
Zəngir (Germi)
Zəngir (fars. زنگير‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 494 nəfər yaşayır (110 ailə).
Ədəbi tənqid
Әdəbi tənqid — әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ədəbi tənqidin tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir. == Ümumi məlumat == müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır. Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir.
Özünü tənqid
Özünütənqid — insanın öz-özünə refleksiv münasibətidir. Bu öz səhvlərini sərbəst axtarmaq, davranışını və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Özünütənqid insanın psixoloji durumu ilə bağlıdır. Həddən ziyadə özünütənqid xəstəlıik əlaməti kimi də qiymətləndirilə bilər.
Chanteius tengi
Chanteius tengi (lat. Chanteius tengi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chanteius cinsinə aid heyvan növü.
Təngi-İrəm
Təng Erəm— İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,928 nəfər və 637ailədən ibarət idi.
Təngi kanyonu
Təngi kanyonu da Şimal-Şərqi Azərbaycanda, Qaraçay dərəsindən cənub-şərqdə yerləşir və şaquli qoyulmuş mərmərləşmiş malm-neo­kom əhəngdaşılarından təşkil olunmuş Təngi ön silsiləsini kəsib keçən Vəlvə­lə­çayın yaratdığı təbiət abidəsidir. Eni 50 metrə ancaq çatan kanyonun uzun­lu­ğu 500 metr, meşə ilə örtülmüş dik divarlarının hündürlüyü 1500 metrdən çoxdur. Vəlvələçayın hövzəsində yerləşən çoxsaylı dağ kəndlərini Xəzər­yanı ovalıqla birləşdirən, yeganə keçid kimi xidmət göstərən kanyon bütün zamanlarda strateji əhəmiyyətə malik olmuşdur.
Tengiz bəy Rumlu
Tengiz bəy Rumlu (ö. 1613) — Səfəvilər dövründə yaşamış tacir. Rumlu tayfasından olub, Şah Abbasın səfiri kimi İspaniyaya göndərilmişdi. == İspaniya səfəri == 1609-cu ildə Şah Abbas tərəfindən portuqal keşiş Antonio de Quvea ilə birlikdə İspaniyaya Osmanlı imperiyasına qarşı ittifaq yaratmaq üçün göndərilmişdi. İspaniya kralına satılmaq üçün 100 top ipəklə yola salınmışdı. 1611-ci ildə İspaniya kralı III Filippin sarayına çatanda böyük bir anlaşmazlıq yaranmışdı - deyilənə görə satış üçün nəzərdə tutulmuş ipəyin yarısından çoxunu yolda öz xeyrinə satmışdı. Keşiş de Quvea çıxış yolu tapmaq üçün qalan ipəyi krala hədiyyə vermişdi. Ticarət anlaşması əldə olunsa da, heç vaxt reallaşdırılmamışdı. Bununla belə Tengiz bəyin xahişi ilə Antonio de Quvea Kirenaika yepiskopu və İsfahandakı ermənilərin vikarı təyin edilmişdi. == Səfərdən qayıdışı və ölümü == 1612-ci ilin martında Lissabondan hədiyyələrlə geri dönən Tengiz bəyə zireh və III Filippdən şəxsən xahiş etdiyi bir qılınc bağışlanmışdı.
Tenqri İlmiş xaqan
Tenqri İlmiş xaqan — Türgiş xaqanlığının Çin tərəfindən 753-cü ildə təyin olunmuş hökmdarı. An Luşan üsyanının başlaması ilə Çinin təsiri azalmış, Türgişlərin hər bir kiçik boyu hakimiyyət uğrunda mübarizəyə başlamışdır.
Alçaldılmış və təhqir olunmuşlar
Alçaldılmış və təhqir olunmuşlar (rus. Униженные и оскорбленные) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1861-ci ildə nəşr edilən romanı. Fyodor Dostoyevskinin ən uğurlu əsərlərindən biri olan "Alçaldılmış və təhqir olunmuşlar"da, yazıçı digər romanlarında da etdiyi kimi ruh təhlil etmələrinə tez-tez yer vermiş, oxucunun xarakterlərin psixologiyasına bürünməsini təmin etmişdir. Romanda cəmiyyətdə həmişə alçaldılan və xor görülən insanların, nüfuzlu kəslərin eqoistcə hesabları arasında əzilmələri və sarsılmaları təsvir olunur. Dostoyevski seçdiyi sıravi, amma fövqəladə həyatlar, heyrət doğuran xarakterlər ilə oxucuda ürpərti qarışıq bir maraq doğurur. Yazıçı ustaca fantastikası, oxucunu sıxmayan izahatı ilə "Alçaldılmış və təhqir olunmuşlar"ı ən müvəffəqiyyətli romanlarından biri olaraq ədəbiyyat dünyasına qazandırmışdır. == Obrazlar == İvan Petroviç - baş qəhrəman. Əsərdə Vanya adı ilə anılır. Uşaqlıq dostu Nataşanı sevir. Nataşa Nikolayevna - Nikolay Sergeyeviçin və Anna Andreyevnanın qızıdır.
Materializm və Empirio-tənqid
Materializm və Empirio-tənqid (rus. Материализм и эмпириокритицизм, Materializm i empiriokrititsizm) — Vladimir Leninin 1909-cu ildə çap olunan fəlsəfi əsəri. Əsər "Marksist-Leninist fəlsəfə" adlanan kurikulumun bir hissəsi və dialektik materializmin başlıca nümunəsi kimi SSRİ-dəki bütün ali təhsil müəssisələrində məcburi olaraq oxunurdu. Lenin insanın persepsiyalarının obyektiv xarici dünyanı düzgün və dəqiq şəkildə əks etdirdiyini iddia edirdi.Lenin bu sözləri ilə idealizm və materializm arasında fundamental təzad yaradır: "Materializm obyektlərin öz-özlüyündə, başqa sözlə desək, şüurun xaricində mövcud olduğunu təlqin edir; ideyalar və sensasiyalar isə bu obyektlərin surəti və ya əksidir. Buna əks doktrina olan idealizm isə obyektlərin şüurun xaricində mövcud olmadığını və "sensasiyaların birləşməsi" olduğunu deyir". == Arxa plan == Tam adı Materializm və Empirio-tənqid. Reaksionist fəlsəfəyə dair tənqidi şərhlər olan əsər 1908-ci ilin oktyabr ayı boyunca, Lenin Cenevrə və Londonda sürgündə olarkən yazılır və Zveno nəşriyyatı tərəfindən 1909-cu ilin mayında Moskvada çap edilir. Əsərin yazılması üçün toplanmış məlumatlar və əsərin orijinal əlyazması itirilmişdir.Londonda keçirdiyi bir ayı çıxmaq şərti ilə, Lenin əsərin böyük əksəriyyətini Cenevrədə olarkən yazır. O, müasir fəlsəfə və təbiət elmi haqda materiallar toplamaq üçün Britaniya muzeyinə gedir. Kitabda 200-dən çox mənbənin siyahısı qeyd olunub.1908-ci ilin dekabrında Lenin Cenevrədən Parisə köçür və 1909-cu ilin aprelinə qədər əsərdə təqdim etdiyi sübutları düzəltməklə məşğul olur.
Bakı Azad Tənqid-Təbliğ Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir.1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır. == Tamaşaları == Hazırda teatrın səhnəsində dünya klassiklərinin və Azərbaycan yazıçılarının əsərləri səhnələşdirilir.