təhqiqat
təhlil
OBASTAN VİKİ
Təhqir
Təhqir — şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirmək. == Ümumi məlumat == Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbir etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq?
Alçaldılmış və təhqir olunmuşlar
Alçaldılmış və təhqir olunmuşlar (rus. Униженные и оскорбленные) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1861-ci ildə nəşr edilən romanı. Fyodor Dostoyevskinin ən uğurlu əsərlərindən biri olan "Alçaldılmış və təhqir olunmuşlar"da, yazıçı digər romanlarında da etdiyi kimi ruh təhlil etmələrinə tez-tez yer vermiş, oxucunun xarakterlərin psixologiyasına bürünməsini təmin etmişdir. Romanda cəmiyyətdə həmişə alçaldılan və xor görülən insanların, nüfuzlu kəslərin eqoistcə hesabları arasında əzilmələri və sarsılmaları təsvir olunur. Dostoyevski seçdiyi sıravi, amma fövqəladə həyatlar, heyrət doğuran xarakterlər ilə oxucuda ürpərti qarışıq bir maraq doğurur. Yazıçı ustaca fantastikası, oxucunu sıxmayan izahatı ilə "Alçaldılmış və təhqir olunmuşlar"ı ən müvəffəqiyyətli romanlarından biri olaraq ədəbiyyat dünyasına qazandırmışdır. == Obrazlar == İvan Petroviç - baş qəhrəman. Əsərdə Vanya adı ilə anılır. Uşaqlıq dostu Nataşanı sevir. Nataşa Nikolayevna - Nikolay Sergeyeviçin və Anna Andreyevnanın qızıdır.
İranda azərbaycanlıların təhqir olunmasına qarşı etiraz aksiyaları (2015)
İranda azərbaycanlıların etiraz aksiyaları və ya "Fitilieh" verilişi qalmaqalı (fars. جنجال برنامه فیتیله‎) — İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində azərbaycanlıları təhqir edən proqramdan sonra 9 noyabr 2015-ci il tarixindən İranda başlayan etiraz aksiyaları. == Arxa plan == İrandakı azərbaycanlıların sayı ilə bağlı fikirlər müxtəlifdir. Beləki Britannika ensiklopediyasına əsasən 21-ci əsr ərzində İranda 15 milyondan artıq azərbaycanlı qeydə alınıb. Avraham Selanın 2002-ci ildə çap olunmuş "The Continuum Political Encyclopedia of the Middle East" kitabında isə İranda 20 milyon azərbaycanlının yaşadığı qeyd olunur. "Encyclopedia of the Stateless Nations" kitabında isə qeyd olunur ki İrandakı azərbaycanlıların sayını müəyyən etmək çətindir çünki İrandakı statistik məlumatlar İranın etnik strukturu haqqında heç bir məlumat vermir. Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına görə İrandakı azərbaycanlıların sayı 30 milyondur. İrandakı azərbaycanlıların haqqları uğrunda mübarizə aparan təşkilatlar da bu sayın 30-40 milyon arasında olduğunu qeyd edirlər. Azərbaycanlılar əsasən İranın şimal qərbində yəni Cənubi Azərbaycanda cəmləşiblər. Əsas yerləşdikləri bölgələr Şərqi və Qərbi Azərbaycan ostanları, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Gilandır.

Digər lüğətlərdə

всклепа́ть вычёркивать шелкопря́д бок о́ бок ве́домственный военкома́товский крэк окра́сить остро́жный отёчность призы́вный форд dunce cap hearthrug mushroom bullet parenthesis repp skating toxic viscid worm out Yonkers загогулина неисправный тема