Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uqarit
Uqarit — indiki Suriyada qədim şəhər-dövləti. Dünyada ən qədim partitura Uqaritdə tapılmış gil lövhəsində həkk olunmuşdu.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V.V.Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Qalat
Qalat (Qəzvin)
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. == Həyatı == Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Urasa
Urasa - türk, anadolu və altay xalq mədəniyyətində və şamanizmdə nəfəs müalicəsi. İndiki vaxtda bir az da fərqli anlayışlarla qarışdırılaraq üfləməadı verilən, fövqəltəbii güclərlə əlaqəya keçilərək tətbiq olunan müalicə üsulu. Urasalamaq; bu əməliyyatı etməyi ifadə edir. == Uraz == Uraz - türk mədəniyyətində və xalq inancında taleh deməkdir. Uras, Oraz, Iraz olaraq da deyilir. Bəxt, şans deməkdir. Təsadüfləri təşkil etdiyine inanılan, yaxşı və ya pis vəziyyətləri təyin edən mücərrəd gücdür. Urasa anlayışı ilə əlaqəlidir. Namus, şərəf, ləyaqət kimi mənaları da vardır. == Etimologiya == (Ur) kökündən törəmişdir.
Qalat (Qəzvin)
Qalat (Qəzvin) (fars. قلات‎) iranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (113 ailə). === Milli tərkibi === Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Din == Kəndin yaxınlığında İmamzadə Zeynalabdin türbəsi yerləşir.
Qalat (Soyuqbulaq)
Qalat (fars. قلات‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Qalat (Tarım)
Qalat (az.-əbcəd قالات‎, fars. قلات‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 607 nəfər yaşayır (184 ailə).
Uaset (nom)
Necefet-pehtet (q.misir wAst, yun. ὁ Διοσπολίτης νομός, lat. Nomos Diospolites) — Yuxarı Misirin IV nomu (əyaləti). Nomun mərkəzi və Yuxarı Misirin paytaxtı Teben şəhəri olmuşdur. Əsas tanrısıları Amon, Mut, Xonsudur.
YAŞAT Fondu
YAŞAT Fondu və ya tam və orijinal adı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu. == Tarixi == “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. == Məqsədi == Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə; == Himayəçilik Şurası == Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fondun vəsaitinin formalaşdırılmasına və xərclənməsinə nəzarəti həyata keçirir; Fondun vəsaitinin formalaşdırılması və xərclənməsi istiqamətlərinə dair müzakirələr aparır, habelə daxil olan vəsaitin məbləği nəzərə alınmaqla, onun xərc istiqamətlərini müəyyən edir; Fondun vəsaitinin idarə edilməsi ilə bağlı kənar auditor yoxlamalarının keçirilməsinə dair tədbirlər görür; Fondun vəsaitinin idarə edilməsi ilə bağlı digər məsələləri həll edir.Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Abdullayev Çingiz Akif oğlu Alızadə Sevinc Əsgərxan qızı Aslanov Novruzəli Davud oğlu Aşina Məsud İbrahimov Mənsum İsrafil oğlu İsgəndərov Anar Camal oğlu Qasımov Balakişi Ələkbər oğlu Novruzov Cahangir Mütəllib oğlu Ramaldanov Şair Ramaldan oğlu Səfərəliyeva Rəna Teymur qızı Zəkiyev İlham Əzizağa oğluFondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Müvafiq Fərmanla Dövlət Agentliyi üçün aşağıdakı vəzifələr müəyyən edilib: Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmanı təmin etsin; Fiziki və hüquqi şəxslərin Fonduna könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların (ianələrin) bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin; Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın; Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin; Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin; Fondun vəsaitindən istifadəyə dair Himayəçilik Şurasına təkliflər versin; Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, habelə digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim etsin.Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin həmin şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını, habelə bu sahədə informasiya mübadiləsini təmin etmək üçün müvafiq informasiya sistemlərinin inteqrasiyasını təşkil etsinlər. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə QAYDASI təsdiq edilib.
Əhməd Yaşat
Əhməd Yaşat — mühacir, həkim, Azərbaycan Demokrat Birliyinin üzvü, Azərbaycan Kültür Dərnəyinin sədri. Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri. == Haqqında == Əhməd Şirinzadə 1917-ci ildə Şəkidə anadan olub. İbtidai və orta təhsilini Şəkidə bitirdikdən sonra Bakıda tibb üzrə təhsil alıb. Qış müharibəsi dövründə Əhməd Şirinzadə fin cəbhəsinə həkim kimi göndərilib. II Dünya Müharibəsində ön cəbhədə həkim kimi xidmət edən Əhməd Şirinzadə xidmət etdiyi hərbi birliyin tərkibində əsir düşüb. Əsirlikdən qurtulduqdan sonra Yaşat arxa cəbhədə həkim kimi çalışıb. II Dünya Müharibəsi bitdikdən sonra Almaniyadakı azərbaycanlıları qorumaq və onların SSRİ-yə verilməsinin qarşısını almaq üçün Rəsulzadənin təlimatı ilə Azərbaycan Demokrat Birliyi yaradılıb. Birliyin ilk üzvlərindən biri də Əhməd Yaşat olub. Müharibədən sonra Yaşat bir müddət Hannoverdə həkimlik edib.
Oqast Karl Rayşauer
Oqast Karl Rayşauer (ing. August Karl Reischauer; 4 sentyabr 1879, Consboro[d], İllinoys – 10 iyul 1971) – amerikalı presviterian missioneri. Yaponiyadakı fəaliyyətinə görə tanınır. 1918-ci ildə Tokio Qadınlar Xristian Universitetinin, 1920-ci ildə isə həyat yoldaşı ilə birlikdə Yaponiya Karlar Danışıq Məktəbinin əsasını qoymuşdur. == Həyatı == Oqast Karl Rayşauer 1879-cu ildə ABŞ-nin İllinoys ştatının Consboro şəhərində doğulmuşdur. 1902-ci ildə Hanover kollecindən, 1905-ci ildə isə Makkormik Teologiya Seminariyasından məzun olduqdan sonra Yaponiyaya getmişdir. Rayşauer xristianlığın digər dinlərlə əlaqəsi ilə maraqlandığı üçün 1917-ci ildə "Yaponiyada buddizm tədqiqatları" adlı elmi işini nəşr etdirmişdir. O, həmçinin Yaponiyada təkrarlanan protestant missionerlik cəhdlərini aradan qaldırmağa və məzhəb seminariyalarını möhkəmləndirməyə cəhd etmişdir. 1917-ci ildə Nyu-York Universiteti tərəfindən fəxri dərəcə ilə təltif olunmuşdur.1941-ci ildə Yaponiyanı tərk etmiş və bir neçə il Nyu-York şəhərindəki Birlik Teologiya Seminariyasında müqayisəli dinlər mövzusunda dərslər vermişdir. Əsas əsərlərinə "Yaponiyada tapşırıq: Müasir missionerlik prinsiplərinin tədqiqi" (1926) və "Oco yoşu: Cənnətdə doğum haqqında esselər" (1930) aiddir.
Uğaş (Xudafərin)
Uğaş (fars. اوغاش‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qanat-i Bağırbəy (Çaypara)
Qanat-i Bağırbəy (fars. قنات باقربيك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (104 ailə).
Qanat-i Mirzə Cəlil (Çaypara)
Qanat-i Mirzə Cəlil (fars. قناتميرزاجليل‎‎‎) və Kəhriz - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (144 ailə).
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003)
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz — Arif Məhərrəmovun filmi.Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib. == Məzmun == Köç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itgin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud "Çarə yalnız Basatdır" deyir. Gördüyü yuxu nəticəsində səfərdən yarımçıq qayıdan Basat Təpəgözə hiylə quraraq ona qalib gəlir və xalqı bəladan qurtarır.
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz — Arif Məhərrəmovun filmi.Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib. == Məzmun == Köç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itgin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud "Çarə yalnız Basatdır" deyir. Gördüyü yuxu nəticəsində səfərdən yarımçıq qayıdan Basat Təpəgözə hiylə quraraq ona qalib gəlir və xalqı bəladan qurtarır.