Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zuko
Zuko (çin. 祖寇 zǔ kòu və ya 蘇科 sū kè) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Seriala Zukonun əlavəsi icra prodüser Erik Kolmanın fikri idi. Erkən istehsal zamanı, baş antaqonist Od Lordu Ozay olmalı idi. Kolman isə məsləhət verib ki, onlara Avatar yığmasını təqib edən personaj lazımdır. Zuko əvvəl yetkin olmalı idi, amma Kolman onun yaşını azaldıb. Bundan sonra Brayan Konietzko ona çapıq vermək istəmiş və Kolman bununla razılaşıb. Beləliklə, serialın yaradıcıları Konietzko və DiMartino Kolmanı "Zukonun xaç atası" adlandırıb. Əlavə məlumatı verən Avatar Extras serialında deyilib ki, əvvəl Kataranın personajı Zukonu sevməli idi. Lakin, DiMartino və Konietzko bunu inkar ediblər.
Loko Moko
Loko Moko- Havayi mətbəxinə aid təam. Onun müxtəlif variantları mövcuddur, lakin ənənəvi Loko Moko hamburger çörəyi üzərinə düyü, yumurta, qəhvəyi qrevi qoymaqla hazırlanır. Digər növlərində tərkibinə Çili bibəri, basdırma, vetçina, Spam, linquiça, teriyaki toyuğu və müxtəlif ət növləri əlavə edilir. == Tarixi == Loko Moko ilk dəfə 1949-cu ildə, Hiloda, Linkoln Qril restoranında Riçard İnuye və həyat yoldaşı Nensi tərəfindən yeniyetmələr üçün hazırlanmışdır. İlk Loko Moko düyü və hamburger çörəyi üzərinə qrevi tökməklə hazırlanmışdır. Yumurta sonradan əlavə edilmişdir. Yeniyetmələr bu yeməyi onların üzvü olan Corc Okinotonun "Dəli"(ingiliscə:crazy) ləqəbinə uyğun adlandırıblar. Hilo orta məktəbində ispanca təhsil alan Corc Takanaşi "Loko" adını təklif edir ki, bu da ispancadan dəli mənasını verir. Moko hissəsi hissə loko sözü ilə uyğun olduğu üçün əlavə edilir.
Sonuncu hava maqı. Prikvel: Zuko Əhvalatı
Zuko Əhvalatı (ing. Zuko's Story); tam adı Sonuncu hava maqı. Prikvel: Zuko Əhvalatı (ing. The Last Airbender Prequel: Zuko's Story) — M. Nayt Şyamalanın Sonuncu hava maqı filmin prikvel komiksi.
Anko
Anko, adzuki tortu, şirin lobya tortu - şəkər tozlu və ya ballı paxlalı tort. Anko Çində ilk dəfə bişirilib. Yapon, çin və koreya mətbəxində istifadə olunur. == Növləri == Ankonun hazırlanması üçün müxtəlif konsentratlardan istifadə edilir. === Çin mətbəxi === Bərk anko - şəkər tozunu qaynadılır və sonra torta əlavə edilir. Torta əlavə olunan konsentrasiyadan asılı olaraq dadı fərqlənir. Yumşaq anko - paxlanı şəkərisz qaynadıllar və sonra xəmirə əlavə edilir. === Yapon mətbəxi === Çubu an (yap. 粒餡) - tamamilə lobya, az miqdarda şəkər tozu. Çubusi an (yap.
AzKP
Azərbaycan Kommunist Partiyası — Azərbaycanda fəaliyyət göstərən siyasi partiya. Hüquqi olaraq 1993-cü ildə Ramiz Əhmədov tərəfindən təsis edilmiş və 1994-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. 4 may 2023-cü ildə Hacı Hacıyevin rəhbərlik etdiyi partiyanın buraxıldığı ilə bağlı bəyanat yayılıb. Partiya yarandığı gündən daxili parçalanmalar yaşadı və hər bir fraksiya əsl Azərbaycan Kommunist Partiyası olduğunu iddia etdi. == Tarixi == Azərbaycan Kommunist Partiyası 27 noyabr 1993-cü ildə Ramiz Əhmədovun rəhbərliyi altında 1920-ci ildə qurulan Azərbaycan Kommunist Partiyasının varisi olaraq quruldu. Partiya rəhbərliyi və Mərkəzi İcraiyyə Komitəsi seçildi. Jurnalist Eynulla Fətullayev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir dövr Azərbaycan Kommunist Partiyasının qurucu üzvü olduğunu iddia etmişdir. 2 mart 1994-cü ildə partiya dövlət qeydiyyatına alındı və rəsmi sənədlər Ramiz Əhmədova təqdim edildi. 26 oktyabr 1996-cı ildə partiya daxilində bir qrup şəxs Firudun Həsənovun rəhbərliyi ilə Növbədənkənar Qurultay təşkil etdi. Mərkəzi İcraiyyə Komitəsi ləğv edildi və Mərkəzi Komitə ilə əvəz edildi.
Beko
BEKO – Türkiyənin Arçelik A.Ş. şirkətinin tərkibinə daxil olan əmtəə nişanı. Məişət texnikasının istehsalı üzrə ixtisaslaşmışdır. Kompaniya Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmışdır. Koç öz biznesinə tikinti materiallarının satışı ilə başlamışdır. O, 20 il Koçzade Ahmet Vehbi Trading Company adlanan ailə şirkətində işlədikdən sonra fəaliyyət çevrəsini genişləndirmək qərarına gəlir. 1944-cü ildə Koç Türkiyədə ilk olaraq avtomobillərin satışı üzrə şirkət açır. On ildən sonra isə Koç Bejerano şirkəti ilə birgə BEKO markasını qeydiyyatdan keçirir. Bu brend altında iki şirkət konservlər və tomat şirəsi istehsalını təşkil etmək istəyirdilər. Əmtəə nişanının adı Bejerano və Koç adlanan şirkətlərin birinci hərflərini özündə birləşdirirdi. Lakin yeni biznesin açılması zamanı ortaya problemlər çıxdı.
Cunko
Cunko — Yaponiya qadın adı. Cunko İşida — keçmiş Yaponiya qadın futbolçusu. Cunko Ozava — keçmiş Yaponiya qadın futbolçusu.
Deko
Deko kimi tanınan Anderson Luis de Souza SHO (27 avqust 1977[…]) — karyerasını bitirmiş peşəkar Portuqaliya futbolçusu; karyerası dövründə o, hücumameyilli və orta yarımmüdafiəçi mövqeyində çıxış edirdi.
Düzköy
Düzköy (türk. Düzköy) — Trabzon ilinin ilçəsi.
Hako
Hako — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd Kənd əhalisi əsasən Yezidilərdən ibarətdir. Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
İsko
Fransisko Roman Alarkon Suares Rika İsko (doğumu. 21 Aprel 1992 , Malaqa ) İsbaniya millisinin Real Madridin və yarımmüdafiəçi. Bu Anda la liqada Real Madriddə Çıxış edir .Real madriddən əvvəl Malaqa ,və Valensiyada onun oynayıb . Artıq Real onun üçün doğmalaşıb .Bu mövsüm Real Madriddə 22 nömrə iləçıxıç edib.bu mövsüm bir dəfə du-bil də edib bunu Real Madrid-Qranada maççında edib . Maçda Real M 5-0 hesabı ilə qələbə qazandı . Çempionlar Liqasında da 1 qol vurub .
İzyo
İzyo (fr. Izieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01193. 2010-ci ildə əhalinin sayı 201 nəfər təşkil edirdi.
Ezio
Ezio Auditor — (ing. Ezio Auditore da Firenze) " Assassin's Creed II ", " Assassin's Creed : Brotherhood " və " Assassin's Creed: Revelations ". Desmond Milesin əcdadı . Leonardo da Vinçinin dostu . Sahibi Monteriggioni . == Haqqında == Ezio Auditore de Firenze, sonradan İtaliyada Qardaşlığın usta lideri olmuş bir İntibah qatili idi. 24 iyun 1459-cu ildə anadan olub, o, serialdakı digər əsas personajların əcdadı idi: Desmond Miles və Subject 16 (Clay Kaczmarek) . Tez-tez soyadın bir hissəsi kimi qəbul edilən De Firenze ləqəbdir və "Florensiyadan" və ya "Florensiyalı" deməkdir. Ezio on yeddi yaşına çatana qədər gələcək taleyindən şübhələnmədi, lakin Auditor ailəsinə qarşı sui-qəsd və atasının və iki qardaşının asılması şəklində sonrakı cəza öz işini gördü: qəhrəman öz taleyini öyrənə bildi. Bacısını və anasını qorumaq üçün Ezio yaşayış yerini daha sakit və sakit bir yerə dəyişmək qərarına gəldi və nəticədə əmisi Mario Auditore ilə Villa Monteriggioni- də məskunlaşdı.
Koko
Koko bu mənalara gələ bilər:
Fuko
Mişel Pol Fuko (fr. Michel Foucault, 15 oktyabr 1926[…], Puatye, Vyenna, Fransa – 25 iyun 1984[…], XIII arondisman, Fransa və ya Paris) — fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi. == Həyatı == Mişel Fuko 15 oktyabr 1926-cı ildə Fransanın Puatye şəhərində orta səviyyəli bir ailədə dünyaya gəldi. Atası cərrah, anası isə cərrahın qızı idi. Fuko həyatda "qüsurlu" olduğuna görə onu təhqir edən atası ilə problemli münasibətinin olduğunu vurğulamışdır. 1948-ci ildə ilk dəfə intihara cəhd etdi və bir müddət psixiatriya xəstəxanasına yerləşdirildi. Bu təcrübələrin hər ikisi onun homoseksuallığı ilə əlaqəli görünür, çünki psixiatr onun intihar cəhdinin cəmiyyətdəki marjinal statusu ilə motivasiya edildiyinə inanırdı. Hər ikisi də onun intellektual inkişafını formalaşdırmış və sapma, dəliliyin diskursiv çərçivəsinə diqqət yetirmişdir. Atası məşhur cərrah idi və istəyirdi ki, oğlu da onun yolunu davam etdirsin.1971-ci il may ayının 1-i Fuko və Jan — Mari Domenak "Sante" Paris həbsxanasının qapısında kriminalistika dosyelərini məhv etməyə çağırış vərəqələri payladıqları üçün saxlanmışdırlar.16 dekabr 1972-ci ildə şübhəli şəraitdə komissarlıqda öldürülmüş əlcəzairli işçi Məhəmməd Diabanın xatirəsinə həsr olunmuş mitinq zamanı polis tərəfindən saxlanılır. 1984-cü il 2 iyunda Fuko qəşş etdi və xəstəxanaya yerləşdirildi.
Edin Ceko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.
Edin Dzeko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.
Eyko Nakayama
Eyko Nakayama (28 sentyabr 1970, Matsumoto, Naqano prefekturası) — Yaponiyanı təmsil edən skeletonçu. Eiko Nakayama, Yaponiyanı 2002 və 2006-cı illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Eyko Nakayama, 2002-ci ildə Yaponiya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Eyko Nakayama, 1-ci gedişdə 54.00 saniyə, 2-ci gedişdə isə 54.72 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 12-ci yerdə başa vurdu. Eyko Nakayama, 2006-cı ildə İtaliyanın Turin şəhərində baş tutan XX Qış Olimpiya Oyunlarınada qatıldı. Eyko Nakayama, 1-ci gedişdə 1:01.82 saniyə, 2-ci gedişdə isə 1:02.10 saniyə nəticə göstərdi və yarışları 15 idmançı sırasında 14-cü yerdə başa vurdu.
Françesko Koko
Françesko Koko it. Francesco Coco — italyan futbolçu, müdafiəçi. == Bioqrafiyası == "Milan"ın akademiyasının yetirməsinə böyük ümidlər bəslənilirdi. Əvvəlcə o, bu ümidləri doğruldurdu. Gənc yaşlarında Koko iki dəfə "skudetto"ya sahib çıxdı, sonra İtaliya millisində oynamağa başladı. Lakin məntiqi ardıcıllıq gəlmədi. Dönüş nöqtəsi, yəqin ki, 2002-ci ildə "İnter"ə keçidi oldu. Françesko nə qədər çalışsa da, əsas heyətin tamhüquqlu üzvü ola bilmədi. Nəticədə də "skuadra Azzura"da da yerini itirdi. Son aylarda isə "nerazzura"nın baş məşqçisi Roberto Mançini, elə bil, onun adda oyunçunu tanımırdı.
Goko Haciyevski
Goko Haciyevski (mak. Ѓокица "Ѓоко" Хаџиевски; 31 mart 1955, Yuqoslaviya) – Makedoniya futbol mütəxəssisi. == Məşqçilik karyerası == Haciyesvki məşqçi karyerasına 1988-ci ildə vətənində Pelister klubunda başlayıb. 1991–1993-cü illərdə Vardarı çalışdırdıqdan sonra Bolqarıstana üz tutub və Sofiyanın ÇSKA klubu ilə anlaşıb. Bir mövsüm bu klubda işlədikdən sonra vətəninə dönərək, yenidən Vardarın başına keçib. 1995–1996 mövsümünü Serbiyanın Voyvodina klubuna başçılıq etdikdən sonra – 1996-cı ildə Makedoniya millisinin baş məşqçisi təyin olunub. Hacievskinin 1999-cu ildək başçılıq etdiyi millinin ən uğurlu dövrü də məhz bu illərə təsadüf edir. 1998-ci ildə Dünya Çempionatının seçmə mərhələsində baş məşqçi Makedoniya milli futbol komandasına 13 xal qazandırıb və komanda 4-cü yerdə qərarlaşıb. 2000-ci ildə Yaponiyaya üz tutan Yubilo Qvata klubu ilə anlaşıb. 2000-ci ildə Vardara dönüb, 2003–2004 mövsümündə Kastoriaya başçılıq edib və 2004-də Yunanıstana yollanaraq, Doxa Dramanın başına keçib.
Kiko Kasilla
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Kiko Kasilya
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Kiko Mizuhara
Kiko Mizuhara (yap. 水原 希子; 15 oktyabr, 1990, Dallas) — yaponiyalı fotomodel və aktrisa. ViVi və Seventeen glamur moda jurnallarının eksklüziv modelidir. == Həyatı və yaradıcılığı == Kiko Dallasda (Texas ştatı) anadan olmuşdur. Onun anası koreya əsilli Yaponiya vətəndaşıdır, atası isə amerikalıdır. Ashley (Yuka) adlı kiçik bacısı var. Kikonun 1 yaşı olanda o valideynləri ilə Tokioya, sonradan isə Kobeyə köçür. 2003-cü ildə, Kikonun 13 yaşı olanda valideynləri boşanır. Atası ABŞ-yə qayıdır, Kiko isə anası ilə Kobe də qalır. == Karyera == 2001-ci ildə Kikonun model karyerası başlayır.
Kiko Yokota
Kiko Yokota (d. 11 may 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Kiko Yokota 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. Yokota həm də 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Kiko Yokota 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Rie Matsubara, Sakura Noşitani və Sayuri Sugimoto ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Koko Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, I arondisman) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. == Həyatı == Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
Kusko krallığı
Kusko krallığı (keçya dilində: Qusqu, ispan dilində: Cusco (Cuzco)) — 1197–14380 — And dağlarında mövcud olmuş, çox da böyük olmayan dövlət, XII əsrə yaxın inklər tərəfindən əsası qoyulmuş şəhər dövlət. Zaman keçdikcə müharibələr və ya dinc assimilyasiya vasitəsilə krallıq öz ərazisini genişləndirərək inklərin imperiyasına çevrilmişdir. == Tarixi == Kusko ərazisində inklər XII əsrə yaxın tayfa kimi görünmüşlər. Manko Kapakanın rəhbərliyi ilə onlar tezliklə Kusko şəhər-dövlətinin əsasını qoymuşlar. 1438-ci ildə İnk imperiyasının doqquzuncu hökmdarı Paçakutinin (1438–1471) rəhbərliyi ilə fəal işğalçılıq siyasətinə başlamışlar. Tezliklə Paçakuti Andın bütün ərazisini işğal etməyə müvəffəq oldu. Paçakuti Kusko krallığını imperiyaya çevirdi, o, federal idarəetmə sistemi yaratdı, bu idarəetmə sistemi mərkəzi hökumətdə inklərlə birlikdə dörd əyalətin yerli güçlü liderlərinin də təmsil olunmasına imkan yaradırdı. Mülahizələrə görə Maçu-Pikçu şəhərinin əsası da Paçakuti tərəfindən qoyulmuşdur. == Hökmdarları == Tarixi mənbələrə əsasən Kusko krallığının hökmdarları aşağıdakılar olmuşdur: Manko Kapak — (1200–1230) Sinçi Roka — (1230–1260) Loke Yupanki — (1260–1290) Mayta Kapak — 1290–1320 Kapak Yupanki — 1320–1350 Inka Roka — 1350–1380 Yauar Uakak — 1380–1410 Virakoça İnka — 1410–1438 Kusko krallığının ilk hökmdarlarının adları məlum deyil, sonralar Kapak səhra komandiri, Sinçi lider mənasında işlənilmişdi. Sülalənin əsasının 1200-cü ildən başlandığı ehtimal olunur.