Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alıkənd
Alıkənd — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Alıkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Aqkənd
Ağkənd (fars. آق کند‎) İranın Şərqi Azərbaycan ostanında şəhər. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 35 km şərqdədir. Təbrizdən 232 kilometr cənub-şərqdə yerləşir. 2006-cı il əhali sayına görə əhalisi 1832 nəfərdir. Ağkənd Xalxal bölgəsinin əski bölmələrindən idi və 1980-ci ildən bu yana dövlət tərəfindən Miyanə bölgəsinin içinə keçirilmişdir. Ağkənd, Kağızkonan bölməsinin mərkəzidir və 100-dən artıq kəndi olaraq, ən önəmli kəndi Qarabulaqdır ki, Tülkü Divanının (Sö'ləbiyyənin) yardıcısı, Azərbaycanın böyük və adlı şairi olan Məhəmməd Bağır Xalxalinin doğma kəndidir.
Ağkənd
Azərbaycanda Ağkənd (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Ağkənd (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağkənd (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. (əvvəlki Təzəkənd) Ermənistanda Ağkənd (Dərələyəz) — Dərələyəz mahalının Keşişkənd rayonunda kənd. Ağkənd (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd. Ağkənd (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Düzkənd
Düzkənd (Amasiya) — əvvəllər Amasiya rayonunda, hazırda isə Ermənistanın Şirak mərzində kənd. Düzkənd rayonu — Şörəyel mahalında rayon. Düzkənd (Şörəyel) — Şörəyel mahalının Düzkənd rayonunda kənd. Düzkənd (Talin) — Talin rayonunda kənd. Düzkənd — Sərdarabad rayonunda kənd. Düzkənd (Mahnişan) — İranın Zəncan ostanı, Mahnişan şəhristanında kənd.
Kürkənd
== Kəndlər == Kürkənd (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Kürkənd (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Kürkəndi — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Bələdiyyələr == Kürkənd bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Minkənd
Minkənd — Azərbaycan Respublikasının Laçın rayonu Minkənd kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyannaməsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunmuşdur. == Tarixi == Minkənd kəndi Qarabağ yaylasındadır. Etnooykonimdir. Kənd öz adında qədim türkdilli minqımın (mənbələrdə adi minqat kimi də çəkilir) tayfasının adını əks etdirir. VII-VIII əsrlərdə təkuz Oğuz konfenderasiyasına daxil olan minqlər XII-XIII əsrlərdə qipçaqların, XIII-XIV əsrlərdə isə Qızıl Ordanın iri tayfa birləşmələrindən biri olmuşlar. Teymurun dövründə (XIV əsr) baş vermiş siyasi hadisələrdə fəal iştirak edən minqlər sonralar müxtəlif ərazilərdə məskunlaşmışlar. Azərbaycanda minqlərin yeni saldiqları yaşayış məntəqələri, о cümlədən Minkənd onların adı ilə adlanmışdır. Hazırda Azərbaycanlılar yaşayan kənd əhalisinin etnik tərkibi müəyyən tarixi hadisələrlə əlaqədar bir neçə dəfə dəyişmişdir. Mincivan qəsəbəsi (Zəngilan rayonu), Mingiz məhəlləsi (Ordubad şəhəri), Minqışlaq, Minqlər, Kattaminq, Minqon (Özbekistan) və Mingistan (Tacikistan) toponimləri də minqlərlə əlaqədardır.
Pirkənd
Pirkənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 4000 nəfərdir (2016-cı il). == Toponimikası == Kəndin adı onun ərazisindəki pirlərlə (Soltanpaşa, Ziyəddin bibi, Yelpiri və b.) bağlı yaran­mışdır. Oykonim “pir olan kənd” mənasın­dadır.
Pulkənd
Pulkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1918 də dağıdılmışdır. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı. == Toponimi == Toponim fars dilində "körpü" mənasında işlənən pül (pul) sözünə, "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.
Silend
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. == Tarixi == Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Süskənd
Süskənd — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Süskənd kəndi Fıstıqlı, Çinarlı və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir. == Toponimikası == Süskənd oyk, mür. Qax r-nunun Qum i.ə.v.-də kənd. Qum çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XVIII əsrin ikinci yarısında, İlisu sultanı Xanbaba bəy dövründə Əmircanlı kəndinə məxsus sahədə salınmışdır. Oykonim yaxınlıqda axan Süs çayının adı ilə bağlıdır. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Süskənd kəndində milli tərkibi muğallardan ibarət 20 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
Tubikənd
Tubikənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 22 nəfərdir ki onunda 13 nəfəri kişi, 9 nəfəri qadındır.
Çimkənd
Çimkənd (Şımkent / Шымкент) — Türkistan vilayətinin inzibati mərkəzi, əhalisinə görə Qazaxıstanın üçüncü şəhəri, ölkənin ən iri sənaye, ticarət və mədəni mərkəzlərindən biri. == Etimologiyası == Çimkənd şəhərinin adı iki hissədən ibarətdir: çim (otlağın üst qatı) və kənd (yaşayış məntəqəsi). == Tarixi == Müasir Çimkənd ərazisində məskənlər artıq XI–XII əsrlərin kəsişməsindən mövcuddur. Bununla belə, mütəxəsislərin fikrincə, V-VI-ci əsrlərə aid arxeoloji qazıntılar əsasında, onun daha erkən yaranması barədə ehtimal var. İlk dəfə Çimkənd barədə Şərəfəddin Əli Yəzdi (1425), Teymurun hərbi uğurlarını təsvir edən, özünün "Zəfərnaməsi"ndə qeyd edir. XIII əsrin əvvəlində Mavəraünnəhrdəki Sayram oazisi tərəfdən Çingiz Xanın orduları daxil oldu, bundan sonra şəhər çingizlilərin irsi oldu. XIV Ağ Orda və Altun Ordaya qarşı uğurlu əməliyatlarının nəticəsində Teymur onu öz dövlətinə daxil etdi. XVI əsrin əvvəlində Çimkənd Qazax xanlığının tərkibinə daxil oldu, sonra isə XVII–XVIII əsrlər ərzində cunqarların işğal obyektinə çevrildi. Aramsız müharibələrə və dağıntılara baxmayaraq, Sayram oazisi yüksək inkişaflı əkinçilik, bağçılıq və sənətkarlıq məntəqəsi olaraq qalırdı. XVIII əsrin sonunda və XIX əsrin birinci yarısında Çimkənd uğrunda Kokand və Buxara xanlıqları mübarizə aparırdılar.
Özkənd
Özkənd(qırğ. Өзгөн, özb. Ўзган, O'zgan) — Qaraxanlı dövlətinin paytaxtı olmuş, günümüzdə Qırğızistan sərhəd-sınırları içində olan tarixi şəhər. == Coğrafiyası == Qırğızistanın cənub-qərbində Özbəkistan sərhəd-sınırına çox yaxın bir kəsimdə Qaradəryanın sağ tərəfində dəniz səviyəsindən 1012 m. yüksəklikdədir. == Tarixi == Müasir Qırğız dilində Özgön, Uzqen olaraq yazılan şəhərin adı İslam tarixi qaynaqlarında Yüzkənd, bəzən də Özcənt şəklində qeyd olunur. "Divanü lüğətit-Türk"ə görə Özkənd, Fərqanə qəsəbəsinin bir adıdır və "özümüzün şəhəri" anlamına gəlir. Özkəndin içində olduğu Fərqanə hövzəsi tarixin ilk dövrlərindən etibarən Türkistan coğrafiyasının ən önəmli bölgələrindən biri olmuşdur. Qədim Çin qeydlərində Dayüan (böyük bağça) adıyla qeyd edilən Fərqanə vadisi Böyük Hun imperiyası zamanında Wusunlara yurd olmuşdu. Zamanla hunlara bağlandı.
Şuşikənd
Şuşikənd və ya bəzən Şuşakənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşikənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildən 2020-ci ilin noyabr ayının əvvəlinə gədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şuşikənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Toponimikası == Şuşikənd kəndi Qarabağ silsiləsindədir. Tədqiqatçılara görə, oykonim eranın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfaların özləri ilə gətirdikləri addır. II əsr müəllifi Tatsit Şimali Qafqazda dondarların mərkəz şəhərinin şoşu (latın dilində ş səsi olmadiğına görə müəllif onu Sosu kimi qeyd etmişdir) adlandığını yazmışdır. III-IV əsrlərdə şərqdən Cənubi Avropa çöllərinə gəlmiş hunlar dondarları da özlərinə tabe etmişlər. Ehtimal ki, dondarlar hunlarla birlikdə Azərbaycana gəlib məskunlaşdıqda yaratdıqları bəzi yaşayış məntəqələrinə şoşu şəhərinin adını vermişlər.
Əlikənd
Əlikənd (Ucar) — Azərbaycanın Ucar rayonunun Qazıqumlaq inzibati ərazi vahidində kənd. Əlikənd (Göyçay) — Azərbaycanın Göyçay rayonunun inzibati ərazi vahidində kənd.
Mikena
Mikena (q.yun. Μῠκῆναι və Μῠκἠνη) — Arqolisdə, Mikena mədəniyyətinin, sonralar isə yunan sivilizasiyasının mərkəzlərindən biri olan qədim şəhər. Eramızdan əvvəl II minilliyə aid edilir. Peloponnesdə yerləşən, Afinanın cənub-qərbində yerləşir. Hazırda xarabalıqları qalıb. == Tarixi == Rəvayətə görə, şəhər Persey tərəfindən salınmışdır . Burada Elisdən köçən Danaya və Amifaonidlərin nəsilləri, sonra isə Pelonidlər yaşayırdılar, onların altında çox yüksəklikdə olan qonşu Arqos Mikenanı tabe etmişdi. Troya müharibəsi zamanı (e.ə. XII əsr) şəhər kralı Aqamemnon qardaşı, Sparta kralı Menelay, İtaka adasının kralı Odissey və Axilles ilə birlikdə Troyanın mühasirəsində iştirak etdi. Troya müharibəsindən sonra evə qayıtdıqdan sonra Aqamemnon axeylərin Troyaya qarşı yürüşündən əvvəl qızı İfigeniyanı qurban verməsi səbəbilə həyat yoldaşı Klitemnestra və sevgilisi Eqistus tərəfindən öldürüldü.
Alıkənd (Göyçay)
Alıkənd, Əlikənd — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Göyçay rayonunun Mırtı inzibati ərazi vahidində kənd. Göyçay rayonunun mərkəzində, Mırtı, Şəkər, Veysəlli kəndlərə yaxın, Şirvan düzündə yerləşir. == Toponimikası == Alıkənd oykonimi “Alı” (antr.) və “kənd” (yaşayış məntəqəsi termini) sözlərindən düzəldilib, “Alıya məxsusu kənd” deməkdir. 1933-cü ildə Göyçay rayonunun Ramal və Şəkər inzibati ərazi vahidlərində iki Alıkənd kəndi qeydə alınmışdır. == Əhalisi == Əhalisinin sayı 547 (2009) nəfərdir == Tanınmışları == Asif Bəkirli — SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi.
Alıkənd (Kəlbəcər)
Alıkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Oktyabrkənd inzibati ərazi vahidində yerləşən kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Alılıdır. Yerli əhalinin məlumatına görə, kəndi XIX əsrdə kəlbəcərli Alı Kərbəlayi Avaz oğlu özünə məxsus binə yerində salmış və yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdır (Alılı kənd/Allıkənd/Alı kənd). Oykonim Alı (antr.) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "Alıya məxsus kənd" deməkdir. 1933-cü ildə Göyçay r-nunun Ramal və Şəkər inzibati ərazi vahidlərində daha iki Alıkənd kəndi qeydə alınmışdır. == Yaylaqlar == Alagöllər yaylağı, Bədirbəy yurdu, Yalyurd, Taxtadüz yurdu, Köhnəyurd, Heydərin yurdu, Qazıxanlı yurdu, Sandıq bulağın yurdu.
Ağkənd (Bicar)
Ağkənd (fars. آغكند‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 31 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 190 nəfər yaşayır (45 ailə). Əhalisini kürdlər təşkil edir.
Ağkənd (Dərələyəz)
Ağkənd — Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşişkənd rayonunda bir kənd. == Tarixi == Kəndin əhalisi 1918-ci ilə qədər yalnız türklərdən və azərbaycanlılardan ibarət olmuşdur. 1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən kənddən qovulmuşdur. Sovet hökuməti qurulduqdan sonra, 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kənddə ermənilərlə qarışıq yaşamışlar. Ağkəndə ilk erməni ailələri (ilkin olaraq 172 nəfər) 1922–1925-ci illərdə məskunlaşmağa başlayıblar. XX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi sıxışdırılıb çıxarılmışdır. 1966-cı ildə kənd ermənicə Aşotavan adlandırılmışdır. Bəzi mənbələrə görə kəndin keçmiş adı Əxikənd olmuşdur, == Əhalisi == 2001-ci ildə Ermənistan hökuməti tərəfindən həyata keçirilən siyahıyalmanın nəticələrinə görə kənddə 449 nəfər yaşayır. Hal-hazırda kəndin bütün əhalisi buraya sonradan gəlmiş ermənilərdən ibarətdir. == İqtisadiyyatı == == Tarixi abidələri == Kəndin yaxınlığında 14-cü əsrdə tikilmiş Səlim karvansarası yerləşir.
Ağkənd (Həmədan)
Ağkənd - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Sərdrud kəndistanında, Rəzən qəsəbəsindən 9 km cənub-qərbdədir.
Ağkənd (Kəbudərahəng)
Ağkənd — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 48 km şimal-qərbdədir.
Ağkənd (Mahnişan)
Ağkənd (fars. اق كند‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mahnişan şəhristanının Uryad kəndistanında, Mahnişan qəsəbəsindən 9 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 580 nəfər yaşayır (137 ailə).
Ağkənd (Miyanə)
Ağkənd (fars. آق کند‎) İranın Şərqi Azərbaycan ostanında şəhər. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 35 km şərqdədir. Təbrizdən 232 kilometr cənub-şərqdə yerləşir. 2006-cı il əhali sayına görə əhalisi 1832 nəfərdir. Ağkənd Xalxal bölgəsinin əski bölmələrindən idi və 1980-ci ildən bu yana dövlət tərəfindən Miyanə bölgəsinin içinə keçirilmişdir. Ağkənd, Kağızkonan bölməsinin mərkəzidir və 100-dən artıq kəndi olaraq, ən önəmli kəndi Qarabulaqdır ki, Tülkü Divanının (Sö'ləbiyyənin) yardıcısı, Azərbaycanın böyük və adlı şairi olan Məhəmməd Bağır Xalxalinin doğma kəndidir.
Ağkənd (Qafan)
Ağkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XX əsrin əvvəllərində ləğv edilmişdir. Toponim qədim türk dilində «kiçik» mənasında işlənən ağ sözünə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.