Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fırlar, sesidilər
Fırlar, sesidilər - xüsusi növ törədicilərin bitki orqanlarında əmələ gətirdiyi yerli patoloji yeni törəmələr. == Ümumi məlumat == Onurğasızların törətdiyi fırlar bəzən zoosidi, göbələklərin törətdiyi fırlar isə mikosesidi adlanır. Fırların meydana gəlməsi hallogenez, törədicisi isə hallogenlər adlanır. Viruslar, bakteriyalar, göbələklər, nematodlar, parazit həyata keçirən cücülər fırların törədiciləridir. Bir çox fırların törədiciləri kənd təsərrüfatına və meşə təsərrüfatına böyük zərər vurur. Bəzi fırların törədiciləri alaqlara qarşı bioloji mübarizədə istifadə olunur.
Adıqlar
Adıqlar, (Çərkəzlər) — Şimali Qafqaz dil ailəsinə bağlı xalq. == Tarixi == Bir vaxt onlar Qafqazın ən çoxsaylı xalqlarından və rus işğalına qarşı mətanətlə sinə gərərək bu yolda on minlərlə şəhid verən, bölgədə Rusiya ilə bərabərhüquqlu dövlət quran və ona öz şərtlərini diktə etdirən, 1739-cu ildə isə onu özünün dövlət müstəqilliyini tanımağa məcbur edən qəhrəman və olduqca döyüşkən xalqlardan biri hesab edilirdilər. Qafqaz tarixində Rusiyanın işğalçılıq siyasətinə qarşı çeçenlər istisna olmaqla, onlar qədər qızğın müqavimət göstərən ikinci bir xalq yoxdur. Söhbət Qafqazın ən qədim xalqlarından biri hesab edilən çərkəzlərdən gedir. Çərkəzlər Şimali Qafqaz dil ailəsinə mənsub olan abxaz-adıq budağının kabardin-çərkəz dialektində danışırlar. Qafqazın digər xalqları kimi, çərkəzlər də XVIII əsrdən başlayaraq öz həyatlarının ən ağır dövrlərini yaşamalı oldular. Buna da səbəb Rusiyanın işğalçılıq siyasəti idi. Rusiyanın çərkəzlər yaşayan əraziləri ələ keçirərək Qara dəniz sahillərinə çıxış yolu axtarması rus zülmünə dözməyən çərkəzlərin özlərinə yaxın hesab etdikləri Anadoluya köç prosesinin əsasını qoydu. 1828-ci ildə çərkəzlərin (adıqların) ana yurdu olan Anapanın ruslar tərəfindən işğalından sonra orada yaşayan əhalinin bir hissəsinin Anadoluya köçü başladı. Həmin dövrdə Türkiyənin Qara dəniz sahillərində 370 adıq (çərkəz) ailəsindən ibarət ilk yaşayış məskəni əmələ gəldi.
Aşıqlar
Aşıqlar (qrup)
Filler
Filler (mac. fillér) — 1892-ci ildən 1999-cu ilə qədər dövriyyədə olan Macarıstanın xırda sikkəsi. Müxtəlif dövrlərdə filler Avstriya-Macarıstan kronu, Macarıstan kronu, pengö və forintin yüzüncü hissəsi olmuşdur. Adı "dörd" mənasını verən Vierer alman sözündən gəlir, bu termin həmçinin 4 kreytser dəyərində olan Avstriya-Macarıstan sikkəsinin adı idi. Son fillerlər 1999-cu ildə zərb olunmuşdur, hal-hazırda real pul dövriyyəsində iştirak etmirlər, lakin yenə də Macarıstan forintinin ayrılmaz hissəsi hesab olunurlar. == Avstriya-Macarıstan kronu == Avstriya-Macarıstan kronu 1892-ci ildə Avstriya-Macarıstanın pul vahidi kimi dövriyyəyə daxil oldu. İmperiyanın Avstriya hissəsində xırda pula "heller", Macarıstan hissəsində isə "filler" deyilirdi. 1900-cü ilə qədər köhnə sikkələr də dövriyyədə idi, onların nisbətləri: 1 qulden (florin) = 2 krona, 1 kreytser = 2 filler (heller). Filler sikkələri Kremnitsa zərbxanasında zərb olunurdu və onlar (heller sikkələri kimi) imperiyanın bütöv ərazisində qanuni ödəniş vasitəsi sayılırdı. Birinci Dünya müharibəsinin başlaması 2, 10 və 20 filler dəyərində sikkələr dəmirdən zərb olunmağa başlandı və 1 filler sikkələrin zərb edilməsi dayandırıldı.
Fillər
Fillər (Elephantidae) — Məməlilər sinfinin xortumlular dəstəsindən fəsilə. Bitkilərlə qidalanan Fillər quruda yaşayan ən böyük məməli heyvanlardır, yəni bala doğurur və onu südlə bəsləyir. Fillərin böyük cüssəsindən dolayı ovçusu yoxdur. Şirlər ancaq bala, xəstə, yaxud çox yaşlı filləri ovlaya bilirlər. Dişi fillər sürü halında yaşayır və bu baxımdan sosial canlılar olaraq qəbul olunurlar. Erkək fillər cinsi yetişkənliyə yetişəndə qruplara atılır. Erkək fillər də bəzən sürülər şəklində də yaşayır. Onların tük örtüyü seyrəkdir, sadəcə quyruğun ucunda bir qədər sıx və uzundur. == Afrika fili == Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır.
Finlər
Finlər (İsveçcə: finnar) — Fin-uqor xalqlarından biri, Finlandiyanın əsas əhalisi.
Fiumar
Fiumar- Aralıq dənizi ölkələrində səhralarda yayda quruyan yalnız ilin yağışlı dövründə (payızda və qışda) su olan çay belə adlanır.
Maqlar
Maqlar (Qədim fars dilində. 𐎶𐎦𐎢𐏁 (maguš), q. yunan dili. Μάγοι, lat. magus) — qədim İranda, eləcə də İranla qonşu olan bir sıra ölkələrdə keşişlər və kahinlər kastasının üzvləridir. Midiya tayfalarından biri olan Herodota görə və eyni zamanda Midiya falçıları və kahinləri maqlar kimi adlanırdı. Bəzi tədqiqatçıların fikrincə, maqlar öz dini baxışlarında monoteizmə sitayiş etmişlər.Zərdüştiliyin Qərbi İranda yayılması ilə maqlar Zərdüştün öz peyğəmbəri kimi tanıyaraq onun kahinləri kimi fəaliyyət göstərirlər (tədqiqatçılar bu hadisəni müxtəlif yollarla qeyd edirlər: eramızdan əvvəl 7-ci əsrdən 5-ci əsrin sonu - IV əsrin əvvəlinə qədər). Maqlar Qədim İranın siyasi həyatında böyük rol oynamışlar; dövlətçiliyin ilkin mərhələlərində qəbilə zadəganlarına qarşı mübarizədə ümumiyyətlə kral hakimiyyətini dəstəkləyirdilər; Sasanilər dövründə maqlar əsasən ictimai həyatın mühafizəkar normalarının əsas dayağı idi. Ellinizm dövründə və sonralar “maqlar” sözü sehrbazlar, astroloqlar və s. sözlərin kimi istifadə olunurdu.Yuri Rapoportun fikrincə, "maqlar sərgiləmə adətini kaspilərdən və ya orta Asiya tayfalarından götürmüşlər.
Qırlar
Qırlar — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Qızlar
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Qıçlar
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Sıflar
Tağlar
== Yaşayış məntəqələri == Böyük Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Köhnə Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Tağlar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Digər == Tağlar mağarası — Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində mağara.
Vağlar
Vağlar (lat. Ardeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi. == Cinsləri == === Yarımfəsilə Tigrisomatinae === ==== Cins Cochlearius ==== Qayıq dimdikli vağ (Cochlearius cochlearius)Cins Tigrisoma Meksika pələng vağı (Tigrisoma mexicanum) Tigrisoma fasciatum Pələng vağı (Tigrisoma lineatum) ==== Cins Tigriornis ==== Afrika pələng vağı (Tigriornis leucopha) ==== Cins Zonerodius ==== Zonerodius heliosylus === Yarımfəsilə Botaurinae === ==== Cins Zebrilus ==== Zebrilus undulatus ==== Cins Ixobrychus ==== Xırda balaban (Ixobrychus minutus) Ixobrychus dubius Ixobrychus novaezelandiae (nəsli tükənib 1890) Ixobrychus cinnamomeus Ixobrychus involucris Ixobrychus exilis Ixobrychus sinensis Ixobrychus eurhythmus Ixobrychus sturmii Ixobrychus flavicollis ==== Cins Botaurus ==== Botaurus lentiginosus Adi balaban (Botaurus stellaris) Botaurus pinnatus Botaurus poiciloptilus === Yarımfəsilə Ardeinae === ==== Cins Nycticorax ==== Gecə vağı (Nycticorax nycticorax) Nanken gecə vağı(Nycticorax caledonicus) ==== Cins Nyctanassa ==== Nyctanassa carcinocatactes (nəsli 17-ci əsrdə tükənib.) Sarı taclı gece vağı (Nyctanassa violacea) ==== Cins Gorsachius ==== Gorsachius leuconotus Gorsachius magnificus Gorsachius goisagi Gorsachius melanolophus ==== Cins Butorides ==== Butorides virescens Butorides sundevalli Yaşıl arxalı balıqcıl (Butorides striata) ==== Cins Agamia ==== Agamia agami ==== Cins Pilherodius ==== Pilherodius pileatus ==== Cins Ardeola ==== Ardeola grayii Adi vağ (Ardeola ralloides) Ardeola bacchus Ardeola speciosa Ardeola idae Ardeola rufiventris ==== Cins Bubulcus ==== Misir vağı (Bubulcus ibis) ==== Cins Ardea ==== Böyük mavi vağ (Ardea herodias) Boz vağ (Ardea cinerea) İri vağ (Ardea goliath) Ardea cocoi Ardea pacifica Ardea melanocephala Ardea humbloti Ardea insignis Ardea sumatrana Erquvani vağı (Ardea purpurea) İri ağ vağ (Ardea alba) Ardea picata ==== Cins Syrigma ==== Fit çalan vağ (Syrigma sibilatrix) ==== Cins Egretta ==== Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) Qar vağı (Egretta thula) Qızılı vağ (Egretta rufescens) Egretta vinaceigula Qara vağ (Egretta ardesiaca) Louisiana vağı (Egretta tricolor) Egretta novaehollandiae (və ya Ardea novaehollandiae) Xırda mavi vağ (Egretta caerulea) Egretta sacra (ya da Ardea sacra) Sahil vağı (Egretta gularis) Egretta dimorpha Egretta eulophotes ==== Cins Mesophoyx ==== Mesophoyx intermedia == Azərbaycanda yayılması == Azərbaycanda 8 növü yaşayır: Erquvani vağı (Ardea purpurea) Boz vağ (Ardea cinerea) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) İri ağ vağ (Ardea alba) Misir vağı (Bubulcus ibis) Adi vağ (Ardeola ralloides) Gecə vağı (Nycticorax nycticorax) Adi balaban (Botaurus stellaris)2023-cü ildə adətən su hövzələrində rast gəlinən vağ quşları qeyri-adi hal kimi Masallı rayonunun Viləş kəndindəki meşə zolağında məskən salmışlar.
Yağlar
Yağ — su ilə qarışmayan bir sıra kimyəvi maddələrin qarışığına deyilir. Yağlar üçatomlu spirt olan qliserinin və birəsaslı alı yağ turşularının mürəkkəb efirləridir. belə birləşmələrin ümumi adi triqliseridlərdir. Triqliseridləri əsas etibarı ilə palmitin və stearin, həmçinin olein tuşuları əmələ gətirir. Syearin turşusunun triqliseridi ilk dəfə 1854-cü ildə M.Bertlo tərəfindən sintez edilib Yağlar üç qrupa bölünürlər: piylər, neft məhsulları və efir yağı. Yemək üçün 1 (Qarğıdalı yağı) 2 (günəbaxan yağı)Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. == Fiziki xassələri == təbii yağda normalquruluşlu və cüt karbon atomu olan irimolekullu (C10 -dan C24 dək) alifatik turşular da iştirak edir. Yağlar sudan yüngüldür və onda həll olmur. onlar üzvi həlledicilərdə - benzolda, karbon 4-sulfiddə (CS2), efirdə və s. yaxşı həll olur.
Şıxlar
AzərbaycandaŞıxlar (Göyçay) — Göyçay rayonunda kənd. Şıxlar (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Şıxlar (Qax) — Qax rayonunda kənd. Şıxlar (Qaradağ) — Qaradağ rayonunda kənd. Şıxlar (Masallı) — Masallı rayonunda kənd. Şıxlar (Sabirabad) — Sabirabad rayonunda kənd. Şıxlar (Yardımlı) — Yardımlı rayonunda kənd. Şıxlar (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Şıxlar (Xaçmaz) — Xaçmaz rayonunda kənd. Şıxlar (Ağdam) — Ağdam rayonunda kənd.
Figma
Figma — macOS və Windows üçün iş masası proqramları tərəfindən aktivləşdirilən əlavə oflayn funksiyalara malik interfeys dizaynı üçün birgə veb proqramdır. Figmanın funksiyalar dəsti müxtəlif vektor qrafik redaktoru və prototipləmə alətlərindən istifadə etməklə real vaxt əməkdaşlığı imkanı ilə istifadəçi interfeysi və istifadəçi təcrübəsi dizaynına fokuslanıb. Android və iOS üçün Figma mobil proqramı mobil və planşet cihazlarında real vaxt rejimində Figma prototiplərinə baxmaq və onlarla əlaqə saxlamağa imkan verir. Adobe 15 sentyabr 2022-ci ildə Figmanı təxminən 20 milyard dollara nağd pul və səhm şəklində alacağını elan etdi. == Tarix == Dylan Field və Evan Uolles 2012-ci ildə Braun Universitetində kompüter elmləri üzrə təhsil alarkən Figma üzərində işləməyə başladılar. Uolles qrafika üzrə təhsil alıb və Kompüter Elmləri Departamentinin Müəllim köməkçisi olub, Field isə CS Departamentinin Bakalavr Qrupuna sədrlik edib.Figmanın arxasında duran orijinal məqsəd "hər kəsin brauzerdə pulsuz, sadə, yaradıcı alətlər yaradaraq yaradıcı ola bilməsini" təmin etmək idi. Field və Uolles veb-əsaslı qrafik redaktor proqram təminatı üzərində qərarlaşmazdan əvvəl dronlar üçün proqram təminatı və mem generatoru da daxil olmaqla müxtəlif ideyaları yoxladı. Şirkətin ilkin əhatə dairəsi 2012-ci ildə Brown Daily Herald-da dərc olunan məqalədə qeyri-müəyyən bir şəkildə "istifadəçilərə onlayn olaraq özlərini yaradıcı şəkildə ifadə etməyə imkan verəcək texnoloji başlanğıc" kimi təsvir edilmişdir. Həmin məqalədə bildirilirdi ki, şirkətin ilk ideyaları 3D məzmunun yaradılması ətrafında fırlanır, sonrakı ideyalar isə fotoşəkillərin redaktəsi və obyektlərin seqmentasiyasına yönəlib.
Folar
Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir.Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Siqar
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədovİlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi.
"Aşıqlar" qrupu
"Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılıb. == Qrupun tarixi == Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjemanda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi. Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər.
Asimmetrik dağlar
Asimmetrik dağlar- qarşı-qarşıya duran yamacları müxtəlif diklikdə olmnası ilə səciyyələnir.Asimmetriklik müxtəlif səbəbdən yarana bilər. a) tektonik; b) iqlim; c) yamacların səmtliyinin müxtəlifliyi və s.
Ağ finlər
Ağfinlər (həmçinin ağ finlər; fin valkoiset – «ağ») — Finlandiyada vətəndaş müharibəsinin burjua milli hökumətinin, antikommunist və antisovet qüvvələrinin tərəfində olan iştirakçıları. Onlar ağ qvardiya və yeger hərəkatında təşkil edilmişdilər. Finlandiyada "ağlar" termini Rusiyada vətəndaş müharibəsində iştirak edən ağ ordu ilə bənzətmə nəticəsində yaranmışdır. Onlar 1918-ci ildə hərbi qarşıdurmada qalib gəlmişdilər. "Ağ finlər" termini Sovet Rusiyasında yaranmış və sovet təbliğatında mənfi kontekstdə istifadə olunmuşdur. == Ədəbiyyat == Keränen, Jorma. Suomen itsenäistymisen kronikka. Jyväskylä: Gummerus. 1992. ISBN 951-20-3800-5.