Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fodurant
Fodurant — "Ulduz müharibələri" kainatında uydurma planet. Fodurantda Yeni Respublikanın həbsxanası var. YDS 19-cu ildə Lyuk Skayvolker quldur bazasının nəzarətçisi tərəfindən xəbərdar edilmişdir ki, onlar Fodurantın onları 20 il müddətinə həbs etmək üçün dəlil əldə etmək istədiyini bilirdilər. YDS 25-ci ildə Yuujan-von ilə müharibə zamanı Rek Deş Kuat-Sitidə gizli görüşə getmişdir. Əsrarəngiz bir telbun onu ordu və bütün Yeni Respublika kəşfiyyatı ilə hədələmiş və bildirmişdir ki, tutulacağı təqdirdə Fodurantda ömürlük həbs cəzası alsa, bəxtəvər olar. == İstinadlar == == Xarici keçidlər == Fodurant — Vukipediya saytında.
Ekoloji miqrant
Ekoloji miqrant — yerli mühitdə qəfil və ya uzunmüddətli dəyişikliklər səbəbindən öz bölgəsini tərk etməyə məcbur olan şəxsdir. Bu dəyişikliklər özlərinin və ya ailələrinin rifahını təhdid edir və onlara quraqlıq, səhralaşma, dəniz səviyyəsinin qalxması və mövsümi hava şəraitinin pozulması kimi təbii hadisələr daxildir. Ekoloji miqrantlar başqa ölkələrə və ya öz ölkələrinin digər bölgələrinə köçürlər. Hazırda ekoloji miqrasiyanın vahid və dəqiq tərifi olmasa da, siyasətçilər, ekoloqlar və sosioloqlar iqlim dəyişikliyinin və ətraf mühitin deqradasiyasının potensial sosial təsirlərini müəyyən etməyə çalışdıqca bu ideya daha çox diqqəti cəlb edir. == Tərif == “Ekoloji miqrantı” anlayışı qaçqınların qanunla müəyyən edilmiş təriflərinin heç birinə uyğun gəlmir. Tədqiqatçılar elmi əsaslandırmanın olmaması və əksər miqrasiyaların real siyasi səbəblərini gizlətmək üçün “miqrasiya təhlükəsini saxtalaşdırmaq” cəhdləri səbəbindən ekoloji miqrantlar ideyasını şübhə altına alırlar. Ekoloji fəlakətlərdən qaçan insanlar adətən müvəqqəti və qısa məsafələrə miqrasiya edirlər. "Ekoloji miqrant" termini ilk dəfə 1976-cı ildə Lester Braun tərəfindən istifadə edilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatı ekoloji miqrantların aşağıdakı tərifini təklif edir: == Ekoloji miqrantların növləri == Beynəlxalq Miqrasiya Təşkilatı ekoloji miqrantların üç növünü fərqləndirir: Ekoloji fövqəladə vəziyyətə görə miqrantlar ekoloji fəlakətdən və ya ani ekoloji problemdən müvəqqəti olaraq qaçmağa məcbur olan insanlardır. Məsələn, bu kateqoriyaya qasırğa, sunami, zəlzələ və s.-dən qaçmağa məcbur olan insanlar daxildir.
Miqrant işçi
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Avropa miqrant böhranı
Avropa miqrant böhranı və ya Avropa qaçqın böhranı — Avropa İttifaqına qaçqınların və miqrantların Aralıq dənizini və ya cənubi-şərq Avropadan nəticəsində yaranmışdır. == Zəmin == == Mühacirlik == === Statistika === ==== AB-yə dəniz və quru yolu ilə gələnlər ==== ==== Miqrant marşrutları ==== Avqust 2015-də, Frontex Avropa İttifaqına daxil olmaq üçün qeyri-qanuni miqrantların istifadə etdiyi dəniz və quru marşrutları qeyd edib: Qərbi Afrika marşrutu Qərbi Aralıq marşrutu Mərkəzi Aralıq Dənizi marşrutu Apulia və Kalabriya marşrutu Albaniyadan Yunanıstana keçən dairəvi marşrut Qərbi Balkan marşrutu. Şərqi Aralıq marşrutu Şərqi Avropa sərhədləri marşrutuBundan əlavə, Sentyabr 2015-ci ildə Arktika marşrutu yaranmışdır. ===== Macarıstan ===== 17 iyun 2015-ci ildə olan gərginlik Macarıstan öz səhədini bağlaması ilə qaçqınların şimala olan yolda digər marşrut tapmaq üçün Xorvatiya və Sloveniyaya üz tutmağa məcbur olması ilə artıb. == Reaksiya == == Sağlamlıq təlimatı == == Siyasi müzakirələr == === Avropa Birliyi === 19 aprel 2015-ci ildə İtaliyanın Baş naziri Matteo Renzinin reaksiyası Avropa miqrant böhranına belə idi: ”Əgər 40 min insan məsələsində razılığa gələ bilmirsinizsə, özünüzü avropalı kimi təqdim etməyə haqqınız yoxdur. Əgər sizin Avropa idealınız budursa, özünüzə saxlayın. Ya həmrəylik olmalı, ya da vaxtımızı boş yerə almayın”.