miqnatis
miqrasiya
OBASTAN VİKİ
Ekoloji miqrant
Ekoloji miqrant — yerli mühitdə qəfil və ya uzunmüddətli dəyişikliklər səbəbindən öz bölgəsini tərk etməyə məcbur olan şəxsdir. Bu dəyişikliklər özlərinin və ya ailələrinin rifahını təhdid edir və onlara quraqlıq, səhralaşma, dəniz səviyyəsinin qalxması və mövsümi hava şəraitinin pozulması kimi təbii hadisələr daxildir. Ekoloji miqrantlar başqa ölkələrə və ya öz ölkələrinin digər bölgələrinə köçürlər. Hazırda ekoloji miqrasiyanın vahid və dəqiq tərifi olmasa da, siyasətçilər, ekoloqlar və sosioloqlar iqlim dəyişikliyinin və ətraf mühitin deqradasiyasının potensial sosial təsirlərini müəyyən etməyə çalışdıqca bu ideya daha çox diqqəti cəlb edir. == Tərif == “Ekoloji miqrantı” anlayışı qaçqınların qanunla müəyyən edilmiş təriflərinin heç birinə uyğun gəlmir. Tədqiqatçılar elmi əsaslandırmanın olmaması və əksər miqrasiyaların real siyasi səbəblərini gizlətmək üçün “miqrasiya təhlükəsini saxtalaşdırmaq” cəhdləri səbəbindən ekoloji miqrantlar ideyasını şübhə altına alırlar. Ekoloji fəlakətlərdən qaçan insanlar adətən müvəqqəti və qısa məsafələrə miqrasiya edirlər. "Ekoloji miqrant" termini ilk dəfə 1976-cı ildə Lester Braun tərəfindən istifadə edilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatı ekoloji miqrantların aşağıdakı tərifini təklif edir: == Ekoloji miqrantların növləri == Beynəlxalq Miqrasiya Təşkilatı ekoloji miqrantların üç növünü fərqləndirir: Ekoloji fövqəladə vəziyyətə görə miqrantlar ekoloji fəlakətdən və ya ani ekoloji problemdən müvəqqəti olaraq qaçmağa məcbur olan insanlardır. Məsələn, bu kateqoriyaya qasırğa, sunami, zəlzələ və s.-dən qaçmağa məcbur olan insanlar daxildir.
Miqrant işçi
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Avropa miqrant böhranı
Avropa miqrant böhranı və ya Avropa qaçqın böhranı — Avropa İttifaqına qaçqınların və miqrantların Aralıq dənizini və ya cənubi-şərq Avropadan nəticəsində yaranmışdır. == Zəmin == == Mühacirlik == === Statistika === ==== AB-yə dəniz və quru yolu ilə gələnlər ==== ==== Miqrant marşrutları ==== Avqust 2015-də, Frontex Avropa İttifaqına daxil olmaq üçün qeyri-qanuni miqrantların istifadə etdiyi dəniz və quru marşrutları qeyd edib: Qərbi Afrika marşrutu Qərbi Aralıq marşrutu Mərkəzi Aralıq Dənizi marşrutu Apulia və Kalabriya marşrutu Albaniyadan Yunanıstana keçən dairəvi marşrut Qərbi Balkan marşrutu. Şərqi Aralıq marşrutu Şərqi Avropa sərhədləri marşrutu Bundan əlavə, Sentyabr 2015-ci ildə Arktika marşrutu yaranmışdır. ===== Macarıstan ===== 17 iyun 2015-ci ildə olan gərginlik Macarıstan öz səhədini bağlaması ilə qaçqınların şimala olan yolda digər marşrut tapmaq üçün Xorvatiya və Sloveniyaya üz tutmağa məcbur olması ilə artıb. == Reaksiya == == Sağlamlıq təlimatı == == Siyasi müzakirələr == === Avropa Birliyi === 19 aprel 2015-ci ildə İtaliyanın Baş naziri Matteo Renzinin reaksiyası Avropa miqrant böhranına belə idi: ”Əgər 40 min insan məsələsində razılığa gələ bilmirsinizsə, özünüzü avropalı kimi təqdim etməyə haqqınız yoxdur. Əgər sizin Avropa idealınız budursa, özünüzə saxlayın. Ya həmrəylik olmalı, ya da vaxtımızı boş yerə almayın”.
Beynəlxalq Miqrantlar Günü
Beynəlxalq Miqrantlar Günü (ing. International Migrants Day) — 18 dekabr 1990-cı ildə Baş Assambleya Bütün fəhlə mühacirlərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiyanı qəbul etdi. Hər il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı BMT ilə əlaqəli Beynəlxalq Miqrasiya Agentliyi vasitəsilə təxminən 272 milyon miqrant, o cümlədən 41 milyondan çox məcburi köçkün və qarşılaşdıqları problemləri qeyd etmək üçün beynəlxalq miqrant günündən istifadə edir. Bu qlobal tədbir Beynəlxalq Miqrasiya Agentliyinin 500-ə yaxın ölkə nümayəndəliyi və bölmələri, beynəlxalq və milli tərəfdaşlarının təşkil etdiyi tədbirlərin dəstəyi ilə miqrasiya, sosial birlik, ləyaqət, istismar, miqrasiyanın müdafiəsi kimi mövzuların geniş spektrini nəzərdən keçirir, bu prinsip əsasında humanist və nizamlı miqrasiyanın miqrantlara və cəmiyyətə fayda gətirməsini nəzərdə tutur. == Günün səbəbləri == 1997-ci ildə Filipinlilər və digər Asiya miqrant təşkilatları dekabrın 18-ni miqrantlarla Beynəlxalq Həmrəylik Günü kimi qeyd etməyə və təbliğ etməyə başladılar. Bu tarix ona görə seçilib ki, BMT-nin Bütün fəhlə mühacirlərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiyası məhz 18 dekabr 1990-cı ildə qəbul edilib. Bu təşəbbüsə əsaslanaraq, 18 dekabr tarixində Miqrant Hüquqları Beynəlxalq Təşkilatı və Beynəlxalq Miqrant Hüquqları Konvensiyasının təsdiqinə dair Qlobal Kampaniyanın və bir çox digər təşkilatın dəstəyi ilə 1999-cu ilin sonlarında BMT-nin rəsmi bir Beynəlxalq Miqrantın təyin olunması üçün onlayn təşviqat başladı və bu kampaniya 4 dekabr 2000-ci ildə yekun olaraq elan edilib. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrantlar Günü elan etməsi miqrantların müdafiəsi ilə məşğul olanların hamısını birləşdirmək üçün vacib bir addımdır. BMT bütün BMT-yə üzv dövlətlərə, hökumətlərarası və qeyri-hökumət təşkilatlarına insan hüquqları və miqrantların əsas azadlıqları haqqında məlumatların yayılması, təcrübə mübadiləsi edərək miqrantların müdafiəsinin təmin edilməsi üzrə tədbirlərin görülməsi yolu ilə bu günü qeyd etməyi təklif edib. Miqrantların beynəlxalq günü milyonlarla miqrantların onları qəbul edən ölkələrin və onların mənşə ölkələrinin iqtisadiyyatına verdikləri töhfəni tanımaq imkanı kimi qiymətləndirilir.
Hava miqrantları
Türkiyədə miqrantlar və cinayət
Türkiyədə qaçqınlar və cinayət — Suriya vətəndaş müharibəsi ilə başlayan miqrant böhranından sonra qaçqın olaraq Türkiyəyə daxil olan, çoxu suriyalı və əfqan olan 6–8 milyon insanın sosial cinayət nisbətlərinə və qaçqınların törətdikləri cinayətlər nəticəsində yaranan vətəndaş itaətsizliyi. Mütəxəssislərin mövqeyinə görə, Türkiyə xalqının miqrantların cinayət nisbətini, onlar arasında işsizlik səviyyəsi və onların ölkədəki sabitliyi pozmalarına dair narahatlıqları və bu narahatlıqlara görə atılan addımlar günü-gündən artır. Miqrant böhranı başladığı gündən ölkəni idarə edən Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti miqrant böhranı nəticəsində cinayət nisbətinin və işsizliyin artması kimi səbəblərlə gündən-günə populyarlığını itirir. Suriyalı miqrantların hüquqlarının müdafiəçisi Taha Elqazi bu nifrətin əsassız olduğunu və AKP hökuməti tərəfindən buraxılan səhvlərə görə məsuliyyətin sığınacaq axtaranlarda olmadığını və cinayət dərəcəsinə suriyalıların yüksək təsir göstərmədiyini bildirmişdir. Bir çox platformalar, o cümlədən miqrant hüquqlarının müdafiəçiləri və Elqazi kimi fəallar cinayət nisbətlərində xüsusi artım olmadığı barədə fikirləri bölüşürlər. Dövlət qurumları tərəfindən yayımlanan statistikaya görə, 2014-cü ildən 2022-ci ilə qədər qaçqınlar arasında cinayət nisbətinin 1,32% olduğu bildirilmişdir, lakin hökumətin miqrant siyasəti və rəsmi statistikanın səkkiz ildir dəyişdirilməməsi səbəbindən bu rəqəmlərin reallığı əks etdirməməsi irəli sürülmüşdür. "Sözcü"nün məlumatına görə, suriyalılar tərəfindən törədilən cinayət nisbəti 2016-cı ildə təkcə Kilisdə 30%-i təşkil etmişdir.

Digər lüğətlərdə