Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hinka Zeninay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir.Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi. Ailəsinin başçısı olduqdan sonra soyadını Hiraqa olaraq dəyişmişdir.
Hindi
Hindular (ing. Indians), Yerli amerikalılar (ing. Native Americans), Amerika hinduları (ing. American Indians), Qırmızı dərililər (ing. Red skins) Qırmızı hindular (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindu dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hinduları topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Hindu
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Links
Hiperlink
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. == Coğrafiya == Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Link
Hiperlink
Pink
Alisya Bet Mur (ing. Alecia Beth Moore, və ya bilinən adıyla Pink və P!nk; 8 sentyabr 1979) ABŞ-lı bir pop musiqi müğənnisidir. == Həyatı == === Uşaqlıq İlləri === Pink, 8 sentyabr 1979 tarixində ABŞ'ın Pensilvaniya əyalətinin Doylestown bölgəsində dünyaya gəldi. Müğənninin Pink adını almasının səbəbi, düşünüldüyü kimi musiqi dünyasına ilk addım atdığında saçlarının bənövşəyi rəngli olması deyildi. Dostları ona bu adı, Reservoir Dogs filmindəki Mr. Pink xarakterinə bənzədiyi üçün taxmışlar idi. Pinkin musiqiyə olan marağının başlıca səbəbi, atasının onu yatırtmaq üçün bəstələdiyi mahnılardı. Yaşı irəlilədikcə bu mahnılar duetlərə çevrildi və Pink lisey illərində atasıyla birlikdə ilk bəstələrini etməyə başladı. Yerli bir rep qrupuyla səhnəyə çıxdığında isə hələ 13 yaşında idi. Olduqca problemli bir gənclik dövrü keçirdikdən və anası ilə atası ayrıldıqdan sonra, anasıyla dalaşmaqdan pis vəziyyətə düşərək 14 yaşında evi tərk etdi və musiqi həyatına daha ciddi bir şəkildə davam etmək məcburiyyətində olduğunu anladı.
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. == Adlandırılması == Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. == Tətbiq sahəsi == Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
Anura (binki)
Atpıtrağı (lat. Arctium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Dinko Şimunoviç
Dinko Şimunoviç (d. 1873, Knin — ö.1933, Zaqreb) — xorvat yazıçı. == Həyatı == Knində anadan olub. Təxminən 20 il Dalmatin Zaqoryesinə yaşayır və orada məktəb müəllimi kimi işləyir. 1927-ci ildə təqaüdə çıxmış, 1929-cu ildə Zaqrebə gəlmiş və 1933-cü ildə orada vəfat etmişdir. == Yaradıcılığı == Şimunoviç bir neçə hekayələr kitabı, çoxlu sayda oçerk və felyetonlar və iki roman qələmə almışdır. Əsərləri yaşadığı və işlədiyi ərazinin insanlarının həyatına həsr olunub. Müasir şəhər həyatının obrazının qəbul edilməzliyini vurğulayan yazıçı ziyalıların taleyini, kənd sakinlərinin bir çox şeylərdən məhrum edildiyini işıqlandırmaqla cəmiyyətin və təbiətin patriarxal tərzini poetikləşdirirdi. Tədqiqatçılar Dinko Şimunoviçi XX əsr ən tanınmış xorvat novellaçılarından biri adlandırırlar.
Feyzi Hindi
Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi (d.24 sentyabr 1547 - ö. 5 oktyabr 1595)— Hindistan şairi. == Həyatı == Əbülfeyz 24 sentyabr 1547-ci ildə Aqrada (Əkbərabad) doğuldu. Ailəsi Ərəb əsilli olub, Yəməndən Sində, daha sonra da Hindistana köç edərək Racastandakı Nagora yerləşmişdi. 1505-ci ildə burada dünyaya gələn atası Şeyx Mübarək ibn Xızır gəncliyində Qucarata gedib Əbül-Fazl-ı Kazəruni və Mövlanə İmad-i Lari kimi tanınmış alimlər yanında təhsil gördü. 1543-cü ildə getdiyi Aqrada evləndi. Feyzi təhsilini atasının yanında aldı. İmamiyyə şiəsinə mənsub olan ata ilə oğul mülhidliklə ittiham edilərək öldürülmələrinə qərar verildi. Ölümdən ancaq gizlənərək qurtula bilən Feyzi və Şeyx Mübarək, Əkbər şahın süd qardaşı Mirzə Əziz vasitəsiylə Əkbərlə tanış olma imkanını tapdılar (1566). Əkbər tərəfindən çox yaxşı qarşılanan Feyzi yazdığı bir qəsidə ilə hökmdarın könlünü fəth etdi və saraya alındı.
Fiji Hindi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Folker Finke
Folker Finke (d. 24 mart 1948) - alman futbol mütəxəssisi. Hal-hazırda Kamerun milli futbol komandasının baş məşqçisidir. O, 16 il ərzində "Frayburq" futbol klubuna baş məşqçilik etmişdir. == Məşqçi karyerası == 6 dekabr 2008-ci ildə Yaponiyanın "Urava Red Daymondz" klubu Finkenin baş məqçisi kimi cəlb olunduğu və onunla 2010-cu ilə qədər müqavilə imzalandığını elan etmişdir.18 dekabr 2010-cu ildə Finke 1 fevral 2011-ci il tarixindən etibarən "Köln"nun yeni idman direktoru kimi fəaliyyət göstərəcəyi barədə mətbuata açıqlama verilmişdir. 27 aprel 2011-ci ildə o, mövsümün sonuna kimi komandaya müvəqqəti məşqçilik etmişdir. 10 mart 2012-ci ildə "Köln" "Herta" üzərikdəki 1-0 hesablı qələbədən sonra qarşılıqlı razılaşma əsasında Finke ilə müqaviləni pozmuşdur.22 may 2013-cü ildə Finke Kamerun milli futbol komandasının baş məqçisi təyin olunmuşdur. Folker Finke bu vəzifədə kamerunlu futbolçuları 2014-cü ildə Braziliyada keçiriləcək mundiala hazırlamalı idi.
Hindi (bürc)
Hindi (lat. Indus) — göyün cənub yarımkürəsində bürc.
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Hindi müharibələri
Hindu müharibələri (ing. American Indian Wars) — Şimali Amerikanın yerli əhalisi ABŞ-də yerli amerikalılar ilə Avropadan gəlmiş miqrantların nəsillərindən olan amerikalılar arasında 1622–1924-cü illərdə fasilələrlə davam etmiş silahlı toqquşmalar silsiləsi. Bu toqquşmalar ABŞ İstiqlal müharibəsindən iki əsr əvvəl başlamış və müharibə bitəndəndən sonra belə bir neçə əsr davam etmişdir. Nəticədə on milyonlarla yerli əhali avropalılar tərəfindən qəsdən və amansızcasına məhv edilmişdir. Müharibənin əsas səbəbi Amerika qitəsini şərqdən işğal etməyə başlayan avropalıların sürətli şəkildə artması və bunun nəticəsində yerli əhali olan hinduların qərb istiqamətində sıxışdırılması olmuşdur. Bu müharibə nəticəsində hindu soyqırımları da baş vermişdir. 1894-cü ildəki hesablamalara əsasən ABŞ və hindular arasında 40-dan çox döyüş baş vermiş, nəticədə 30,000 hindu və 19,000 müstəmləkəçi həlak olmuşdur. == Hindular üzərində təsirləri == 2010-cu il hesablamalarına əsasən ABŞ əhalisinin yalnız 0,9%-i ABŞ hindularından (Alyaska yerliləri) ibarətdir. Amerika qitəsinin kəşfindən əvvəl isə burada nə qədər hindunun yaşadığı barədə isə dəqiq məlumat yoxdur. Hinduların immun sisteminə yad olan Avropa mənşəli yoluxucu xəstəliklər, qəbilə arası müharibələr, Avropa müstəmləkəçilərinə qarşı müharibələr, Kanada və Meksikaya köç və assimilyasiyanın təbii nəticəsi olaraq ABŞ hindularının sayı XIX əsrdə bir milyonun altına düşmüşdür.
Hindi soyqırımları
Hindi soyqırımları (ing. Indian Genocide, Amerindian genocide, American Indian Genocide, Native American Genocide, Genocide of Native Americans, American Indian Holocaust, American Holocaust; isp. genocidio de la población indígena americana, genocidio de la población indígena de las Américas, holocausto indígena; port. genocídio dos índios, genocídio indígena) — Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etməsindən keçən beş əsr boyunca gəlmə avropalılar və amerikalılar tərəfindən qitənin yerli sakinləri olan hindilərə qarşı həyata keçirilən soyqırımlardır. Birbaşa hindi soyqırımları, torpaqlarından zorla qovulan hindilərin rezervasiyalara yerləşdirilməsi, hindilərin immun sistemilərinə yad olan su çiçəyi xəstəlikləri kimi Qədim dünya xəstəliklərinin qəsdən yoluxdurulması, axtalama və hindi uşaqlarının xristian missionerlər tərəfindən uzun müddət ailələrindən uzaqda saxlanılaraq ABŞ hindi məktəbləri və Kanada hindi məktəbləri kimi yerlərdə ana dillərində danışmalarının qadağan edilməsi (mədəni soyqırım) kimi müxtəlif soyqırım növləri həyata keçirilmişdir. Bundan başqa iqtisadi resursları nəzarət altına almağı hədəfləyən utilitar soyqırımlar da həyata keçirilmişdir. Utilitar soyqırımlara Braziliya və Paraqvay hindilərinə qarşı həyata keçirilən soyqırımları misal göstərmək olar.8 sentyabr 2000-ci ildə ABŞ-də Hindi İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindilərdən rəsmi şəkildə üzr istəmişdir.Hindilərə qarşı həyata keçirilən soyqırım siyasətini hindilərə qarşı düşmən olan General Filip Şeridana aid edilən sitat özündə əks etdirir: == Su çiçəyi soyqırımı == Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi, onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi Köhnə dünyanın yoluxucu xəstəliklərini göstərirlər. Avropalılarla ilk təmasdan sonra hindilərin 90-95%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür. XVI əsrin əvvəllərindən 1754-1767-ci illərdəki Fransa-hindi müharibələrinin sonlarına qədər, 200 ildən uzun müddət ərzində bütün yerlilər su çiçəyi xəstəliyindən təsirlənmişdir.Texasdakı Hindi Soyqırımı Muzeyində qorunan sənədə görə su çiçəyi infeksiyasının bulaşdığı yorğanlar Lenape hindilərinə Texas-Hindi müharibələri ərəfəsində texaslı əsgərlər tərəfindən verilmişdir. === Mezoamerika və Cənubi Amerikadakı su çiçəyi yoluxmaları === Vest-Hind bölgəsindəki Haiti adasında ilk su çiçəyi yoluxması 1518-1519-cu illərdə meydana çıxmışdı.
Honka FK
Honka - Finlandiya futbol klubu. == Tarixi == "Honka" 1957-ci ildə yaradılıb və tam adı "Football Club Honka Espoo"dur. == Stadionu == Tapiolan şəhərini təmsil edən komanda ev oyunlarını 6000 azarkeş tutumu olan Espoo stadionunda keçirir. Komandanın prezidenti Couko Haryunpaa, baş məşqçisi Mika Lehkosuodur. Komanda 2008/2009 mövsümünü ikinci pillədə başa vurub. == Uğurları == Komanda indiyə qədər ölkə çempionu ola bilməyib. Əvəzində üç dəfə ölkə kubokunu qazanıb: 1969, 2007, 2008. 2009-cu ilin əvvəlində "La Manga Cup"un qalibi olub. Komandada əsasən yerli futbolçulara üstünlük verir. Hoknanın heyətində cəmi bir əcnəbi futbolçu vardır.
Laşlo Sinko
Laşlo Sinko (18 Mart 1970 – 31 İyul 2015) — Macarıstanlı film aktyoru. O, 1959-cu il ilə 2009-cu il arasında 90-dan çox film və televiziya şousunda rol oynamışdır.
Luka Jinko
Luka Jinko — Qəbələ FK oyunçusu == Həyatı == 23 mart 1983-cü ildə Sloveniyada anadan olub. Jinko peşəkar futbolçu karyerasına doğma ölkəsində 2003-cü ildə “Smartno” klubunda start verib. Karyerası boyunca “İstres” (Fransa), “Bela Krayina”, “Domjale”, “Rudar Valenye” (hamısı Sloveniya), “Kocaelispor” (Türkiyə), “Alki”, “APOP Kinyras” kimi klublarda top qovub. Luka Jinko Sloveniya milli komandasının formasını da geyinib. “Qəbələ” FK futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalamışdır..
Mahur-Hindi
Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt Mayeyi – Mahur Üşşaq Hüseyni Vilayəti Şikəsteyi – fars Əraq QəraiMahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
Mahur–Hindi
Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt Mayeyi – Mahur Üşşaq Hüseyni Vilayəti Şikəsteyi – fars Əraq QəraiMahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
Patrik Hikki
Patrik Hikki (ing. Patrick Joseph "Pat" Hickey; d. 17 iyun 1945) — irlandiyalı idman funksioneri. 1988–2016-cı illərdə İrlandiya Olimpiya Şurasının, 2006-cı ildən Avropa Olimpiya Komitələrinin sədri və 1995-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü. Həmçinin, Avropa və dünya səviyyələrindəki olimpiya və cüdo qurumlarında fəaliyyət göstərmişdir. == Şəxsi həyatı == Əmlak Qiymətləndiriciləri İnstitutundan məzun olan Hikki daşınmaz əmlak satışı sahəsində çalışmış və 2015-ci ilə olan məlumata görə, onun şirkəti "Hickey Auctioneers" qızı və böyük oğlu tərəfindən idarə olunur.Cüdoda 2-ci dan qara kəmər ustası olan Hikki, 40 yaşlarına qədər beynəlxalq idman müsabiqələrində İrlandiyanı təmsil etmişdir. == İdman idarəçiliyi == Hikki 1979–1989-cu illərdə İrlandiya Cüdo Assosiasiyasının sədri olmuş, 1989-cu ildə bu təşkilatın fəxri sədri seçilmişdir. 1981-ci ildə o, İrlandiya Olimpiya Şurasının (İOŞ) icraiyyə komitəsinə üzv seçilmiş və 1984 Los-Anceles olimpiadasından etibarən İrlandiya Olimpiya deleqasiyalarının tərkibində olmuşdur. Hikki 1989-cu ildə İOŞ və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Maykl Killaninin tövsiyəsi əsasında İOŞ-un sədri seçilmişdir. 1999-cu ildə İrlandiya İdman Şurasının (İİŞ) yaradılmasından sonra Hikki İİŞ-in nəzdində İdman İnstitutu yaradılanadək həm İİŞ rəhbərliyi, həm də sonrakı İdman nazirləri ilə elit idmana cavabdehliklə bağlı mübarizədə olmuşdur.
Pontiak (hindu)
Pontiak ( ing. Pontiac və ya Obwandiyag;təqribən 1720 - 20 aprel 1769-cu il) - Şimali Amerikada alkoqinlər qrupuna aid olan ottava]] hindu tayfasının döyüşçüsü. 1760-cı illərdə hindu tayfalarını ingilis müstəmləkəçilərinə qarşı üsyana hazırlığa başçılıq etmişdir. Pontiak tərəfindən yaradılan birliyə Şimali Amerikanın şərq hissəsində yaşayan bütün hindu tayfaları qoşulmuşdur. 1763-cü il 2 may tarixində Pontiakın başçılığı ilə hindu tayfaları Britaniya qalalarına hücuma keçərək bir sıra qələbələr qazandılar. Detroytun uzun müddət mühasirəsindən sonra Pontiak 1766-cı ildə sülh bağlamağa məcbur olaraq, ingilis kralının hakimiyyətini tanımalı oldu. Naməlum hadisə nəticəsində öldürülmüşdür. Pontiakın şərəfinə Miçiqan, İllinoys , İndiana ştatları və Kanadanın Kvebek əyalətində bir sıra şəhərlər adlanmışdır. Bundan başqa, General Motors kompaniyasının idman avtomobillərindən biri Pontiac adını daşıyır.