Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akkan Suvər
Akkan Suvər — Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti, Mərmərə Qrupu Fondunun prezidenti, "Tərəqqi" medalı laureatı. == Həyatı == Akkan Suvər 1942-ci il avqustun 8-də İstanbul şəhərində anadan olub. O, 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad edilib. Aktiv fəaliyyətinə və səylərinə gorə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub. 2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti və təsisçi üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir. == Mükafatları == 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Medison skver
Medison skver (ing. Madison Square) — Manhettenin Fletayron rayonunda ictimai park. Park Beşinci prospekt, Brodvey, Şərqi 23-cü küçə, Medison prospekti və 26-cı küçə ilə sərhədlənib. 1686-cı ildə Nyu-York Qubernatoru Tomas Donqan, parkın indi yerləşdiyi ərazilərin çoxunun bələdiyyə mülkiyyətinə verildiyi şəhər nizamnaməsini təsdiqlədi. 1794-cü ildə bu sahədə yoxsullar üçün qəbiristanlıq quruldu. Üç il sonra o, indiki Vaşinqton Skver Parka köçürüldü. XIX əsrin əvvəllərində parkın indi əhatə etdiyi ərazi 97 hektarlıq sahəyə daxil edildi, orada hərbi baraklar, arsenal və kasıblar üçün bir qəbiristanlıq yerləşirdi. 1814-cü ildə bu əraziyə ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adı verildi və 36 hektara qədər azaldıldı. meydanın ətrafında tikilmiş malikanələrdə ABŞ-nin 26-cı prezidenti Teodor Ruzvelt, yazıçı Edit Varton və Vinston Çörçillin anası Cenni Çörçill kimi tanınmış şəxslər doğulmuşdular. 1857-ci ildə meydanın qərb hissəsində Meksika-ABŞ müharibəsində iştirak edən general Vilyam Uortun məzarı üzərində obelisk qoyuldu.
Portsmut-skver
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Portsmut Skver
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Tayms-skver
Tayms-skver (ing. Times square) — Nyu-Yorkda Vest 42-ci prospekt, Brodvey küçəsi və Yeddinci avenyu ilə kəsişdiyi qovşaq və ətrafındakı sahə. Dəqiq sərhədi yoxdur, lakin şərqdə Altıncı avenyu, qərbdə Səkkizinci avenyu, cənubda 40-cı prospekt və şimalda 53-cü prospektə qədər uzanan bir sahə olub Manhettenin Midtovn bölgəsinin qərb tərəfinə qədər uzanır. 1904-cü ilin yeni il axşamı, Tayms-skverə adını verən Nyu-York Taymsın meydandakı yeni binalarına köçməsinin atəşfəşanlıqla qeyd olunması ilə yeni bir ənənə başladı və hər il yeni il bu meydanda atəşfəşanlıqla qeyd olunmağa başlandı. Bu ənənə hələ də davam edir. Hər il meydanda minlərlə insan yeni ili göstərən məşhur işıqlı topun enişini izləyər. Tayms-skver sıx nəqliyyatı ilə məşhur olduğu kimi taksiləri ilə də məşhur bir meydandır.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Sikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. == Növləri == === Sikvel === Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. === Trikvel === Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. === Kvadrikvel === Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. === Prikvel === Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Sliver
Yonqar — 1993-cü ildə istehsal olunmuş ABŞ filmi.
Snuker
Snuker (snooker), əsasən İngiltərədə populyar olan bilyard növü. 22 bilyard şarı'nın olduqu stolda 1 açılış və əsas şar olan Ağ, 15 qırmızı və 6 digər rəng (Sarı, Yaşıl, Qəhvəyi, Göy, Çəhrayı, Qara) şar mövcuddur. Oyunda məqsəd oyunun qaydalarına uyğun şəkildə şarları dəliklərə göndərərək xal qazanmaqdan və hədəf şarları, rəqibin qaydalara uyğun olaraq digər şarlara toxundura bilməməsi üçün gizlədərək xal toplamaqdan ibarətdir. Oyunun sonunda xal tablosuna baxılır və qalib müəyyən olunur. == Tarixi == Snuker oyunu 19-cu əsr'in ikinci yarısı oynanılmaqa başlanmışdır. O zamanlarda bilyard Hindistan'da olan Britaniya ordusunda populyar idi. Snukerə bənzəyən Blek Pool oyununda dəyişikliklər ideyasını təklif edən Britaniya Ordusu zabiti, polkovnik Neville Francis Fitzgerald Chamberlain oldu. Beləliklə 15 qırmızı topa Sarı, Yaşıl, Çəhrayı və Qara rəng əlavə olundu. Digər iki rəng isə sonradan əlavə edildi. 1885-ci ildə Britaniya bilyard çempionu Con Roberts Hindistan'a gəldi və Polkovnik Chamberlain ilə tanış oldu.
Sukkur
Sukkur—Pakistanın Sind əyalətində, İndus çayının qərbində şəhər.Sukkur Sind əyalətinin Kəraçi və Heydərabad (Pakistan) şəhərlərindən sonra ən böyük 3-cü, Pakistanın isə,14-cü böyük şəhəridir. == Etimologiya == Sukkurun Ərəb sözü olub, şəkkər (şəkər) olduğu ehtimalları var.Həmçinin digər ehtimallara görə Sukkur "sukh" sözünün təhrif olunmuş forması olub, sindi dilində "rahat" mənası verdiyi söylənilir..
Suklen
Suklen (fr. Souclin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01411. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 40 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 261 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi cəhətdən, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə bu 61,9%). 119 fəal sakindən 113 nəfər (63 kişi və 50 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) işlədi.
Tüklər
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi.
Şüləver
Şüləver — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == Şüləver - Borçalı qəzasının mərkəzi olmuşdur. 1925-ci ildə adı dəyişdirilərək Şaumyan qoyulmuşdur.
Duker
Duker (lat. Cephalophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Sukre
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. == Tarixi == Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. == Etimologiya == "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. == Tarix == Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Sürvə
Sürvə və ya adaçayı (lat. Salvia) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. == Tarixi == Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Süzər
Süzər (lat. Certhia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinə aid heyvan cinsi.
Andrea Şuster
Aşağı Hülvər
Aşağı Hülvər (fars. هلور سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 217 nəfər yaşayır (74 ailə).
Bill Şuster
Bill Şuster ing. William Shuster (an.ol. 10 yanvar, 1960-cı il) — ABŞ Konqresinin 2001-ci ildən üzvüdür. Respublikaçılar Partiyasının üzvüdür. Keçmiş konqresmen Bud Şusterin oğludur. ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədridir. 2012-ci il 20 yanvar tarixində Bill Şuster Azərbaycanda 1990-cı ilin Qanlı Yanvarla bağlı bəyanatla çıxış edib == Mənbə == Vikianbarda Bill Şuster ilə əlaqəli mediafayllar var.