Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ssirım
Ssirım (Hanqıl: 씨름) və ya Koreya güləşi- IV əsrdə yaranmış Koreyanın qədimi güləş növü və milli idman sahəsidir. Müasir formada hər bir yarışçı beli və budunun ətrafına sarılan kəmər (satba) taxır. Yarışmada rəqibə az zərər verən və xəsarət yetirən bir sıra texnikalar tətbiq olunur: rəqiblər bir-birinin kəmərindən tutur və bir tərəf rəqibinin dizdən yuxarı hər hansı bir hissəsini yerə vuraraq qələbə qazanır. == Etimologiya == Tarixən, Çin mədəniyyətinin təqdimi ilə Koreyada ssirım ilə yanaşı "güləş" üçün istifadə olunan gakco (각저:角抵), gakhi (각희:角戱), gakryok (각력:角力), gakci (각지:角支), çiuhi (치우희:蚩尤戱), sanqbak (상박:相撲), cenqgyo (쟁교:爭交) kimi başqa terminlər də var. Yayğın olaraq istifadə olunan Gak (각:角) prefiksinin fiziki güc üstünlüyü uğrunda rəqabət aparan öküz kimi buynuzlu heyvanların mübarizəsindən əmələ gəldiyi hesab olunur. == Mexanika == Ssirımda rəqibi atarkən gövdə 45 dərəcədən 90 dərəcəyə çevrilir. Bu yarışçının bütün ağırlığını ayaqlarına verməsi və yerə sabitlənməsi ilə baş verir. == Tarixi == Ssirımın ən erkən dəlilləri Koquryo dövrünə aiddir. Əvvəlcə hərbi seçmələrdə istifadə olunan ssirım, Qoryo və Coson krallığı dövrlərində bir çox Koreya kralı da daxil olmaqla xalq arasında məşhur bir məşğuliyyətə çevrildi. Ənənəvi həyatda, ssirım ay təqvimi ilə beşinci ayın beşinci günü qeyd olunan Koreyanın milli bayramı Dano-da edilən məşhur bir fəaliyyət idi və turnirlər yayda və payızda keçirilirdi.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. == Tarixi == 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
Sırıq
Sırıq — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Kris Sfiris
Kris Sfiris — (tam adı: ing. Chris Spheeris; d.1956 8 iyun; ABŞ, Viskonsin ştatı, Milvoki şəhəri) amerikalı bəstəkar, New-age üslubunda yunan mənşəli multi-instrumentalist. Kris Sfiris yeniyetmə yaşından gitara üçün musiqi və mahnı yazmağa başlamışdır. O, bənzərsiz musiqi üslubu yaratmış və New-age musiqi üslubunun əfsanəsi sayılır. Vangelis, Kitaro, Karunesh, Era, Enia kimi musiqiçi və kollektivlər ilə bir sırada dayanır. == Ailəsi == Kris Sfiris 1956-cı ilin iyunun 8-də ABŞ-nin Viskonsin ştatının Milvoki şəhərində anadan olmuşdur. K.Sfirisin ailəsi sirk şousu "Magic Empire Shows"nu idarə edirdi. Sfirisin doğma əmisi sirkə rəhbərlik etmiş və orada pəhləvan kimi çıxış etmişdir. Əmisinin həyat yoldaşı sirkdə bilet satan idi. Sfirisin əmisi oğlu Cimmi Sfiris (Jimmie Spheeris), 70-ci illərdə caz-rok və yeni dalğa janrında işləyən, məşhur müğənni və musiqiçi idi.
Səyyad Şairov
Səyyad Şairov (1 iyul 1945, Daşkənd, Basarkeçər rayonu – 3 yanvar 2023, Ramana) — şair, "Araz" ali ədəbi media mükafatı laureatı. == Həyatı == Şairov Səyyad Süleyman oğlu, 1 iyul 1945-ci ildə ulu Oğuz yurdu Göyçə mahalının Basarkeçər rayonunun axarlı-baxarlı bir guşəsi sayılan Daşkənd kəndində anadan olub. Səyyad Şairov haqq aşiqi şair Məmmədhüseynin nəticəsidir. 1962–63-cü illərdə 1 saylı Peşə Məktəbində təhsil almış və Bakı şəhəri Səbail rayon "Neft-Qaz Çıxarma Idarəsi"ndə neft quyularının təmiri briqadasında və "Rayonlararası Avtomatlaşdırma və Elektirikləşdirmə Idarəsi"ndə elektrik işləmişdir. 1964-cü ildə Sovet Ordusu sıralarına çağırılan Səyyad Şairov Belarusiyanın Novo-Borisov şəhərində tank komandiri hazırlayan hərbi məktəbə daxil olub. Hərbi təhsili bitirdikdən sonra Qrodno şəhərində motoatıcı batalyonun tank komandiri, bölmə komandirinin müavini və bölmə komandiri olmuşdur. 1971–73-cü illərdə Gəncə Politexnik Texnikumunun "Avtomobil nəqliyyatının istismarı" ixtisasını bitirdikdən sonra 1973–76-cı illərdə Xalq Universitetinin "Kənd Təsərrüfatının Iqtisadiyyatı" fakültəsini bitirmişdir. Səyyad Şairov Bərdə rayonunun Yeni Daşkənd kəndinin "Rabitə şöbəsi"nin rəisi işləmişdir. Rayon təbliğat-təşviqat şöbəsinin üzvü olmuşdur. 1980-ci ildən 1989-cu ilin sonuna qədər Yeni Daşkənd kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" üzrə təlimatçı müəllim işləmişdir.
Toddi Sviris
Toddi Sviris (28 may 1973) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Toddi Sviris Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Toddi Sviris Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Şairim (mahnı)
Əli Şairov
Aşıq Əli Şairov (Şairov Əli Şamil oğlu; 1913, Daşkənd, Yeni Bəyazid qəzası – 1943) — azərbaycanlı şair, aşıq. == Həyatı == Aşıq Əli Şairov 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Şair Məmmədhüseynin nəticəsidir. 1941-ci ildə Böyük Vətən müharibəsinə Daşkənddən səfərbər olunan 206 nəfərdən biri də Əli Şairov olmuşdur. Böyük Vətən müharibəsində 124 nəfər həmkəndlisi kimi o da qəhrəmancasına həlak olmuşdur. Onun sonuncu məktubu Port-Artur şəhərindən gəlmişdir. == Yaradıcılığı == Əli Şairovun şeirlərindən məlum olur ki, o çox gözəl təbə malik, demək olar ki, haqq vergili şair və aşıq olmuşdur. Onun şəxsi sazı və əlyazmaları bu günə qədər qohumları tərəfindən saxlanılmaqdadır. Aşıq Əli Şairovun yaradıcılığında klassik aşıq üslubunda deyişmə və dərdləşmələrinə də rast gəlinir. Bunlardan öz əmisi oğlu Aşıq Abbasəli Xəlilovla deyişməsini misal göstərmək olar.
Siri
Siri Applenin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş bir fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Tətbiq istifadəçilərin suallarını cavab vermək üçün təbii bir dillə yaradılmış interfeysini istifadədi, təkliflər təqdim və bir dizi istəkləri daha reallaşdırmaq üçün web xidmətlərini istifadə. Applenin proqram mövzuseegeferr2tundakı iddiası bu ki: Siri, zamanla istifadəçinin fərdi seçimlərinə uyğunlaşma təmin edər, nəticələrini fərdiləşdirmək və bu performansıyla paralel olaraq yaxındakı restoranları tövsiyə edir və ya birbaşa yol tərifində tapılar.
Adil Şirin
Adil Şirin (1 iyul 1955, Ərikli, Laçın rayonu) — şair. == Həyatı == Adil Şirinov 1 iyul 1955-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun filologiya fakultəsinin məzunudur. Adil Şirin bir neçə şeirlər kitabının müəllifidir. 1978–1984 illərdə Laçın rayonunda müəllimlik etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayan Adil Şirin bir çox qəzet və jurnallarıda müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət radiosunda "İctimai Həyat" proqramları redaksiyasında işə başlamışdır. 1986-cı ildə "Sovet kəndi" qəzetində işləməyə göndərilən şair, müxbirlikdən şöbə müdiriyinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə "Vətən Cəmiyyəti"ndə işə başlamış, 1992-ci ildə "Ədalət" qəzetində şöbə müdirliyi etmiş, eyni ilin sonunda isə könüllü olaraq yeni qurulan Azərbaycan Ordusuna qatılaraq Qarabağda döyüşmək üçün cəbhəyə getmişdir. Daha sonra Müdafiə Nazirliyində "Döyüş Texnikaları" jurnalını çıxarmağa başlamış, 2002-ci ilə qədər həmin jurnalın baş redaktoru vəzifəsində çalışmışdır.
Aslan Şirin
Aslan Adil oğlu Şirinov (25 aprel 1969, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rolları ifa etmişdir. İlk dəfə kamera qarşısına hələ 16 yaşında "Bəyin oğurlanması" filmində epizodik rolla keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dəvətnamə" (Həmid), "Bir yay günü" (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb. "Azəbaycanfilm"in istehsal etdiyi "Ümid" (Ağamirov), "Bəylik dərsi", "Təklif" kinolentinə çəkilib. == Mükafatlar == Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı aktyoru" nominasiyasına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aşağı Sirik
Aşağı Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşağı Sirik kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Aşıq Şirin
AŞIQ ŞİRİN - ustad aşıq == Həyatı == 1847-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olmuşdur. Aşıq Şirin həm də yaradıcı aşıq olmuşdur.
Fəvziyya Şirin
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Qəsri-Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Qəsri Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Sirik (dəqiqləşdirmə)
Aşağı Sirik — Cəbrayıl rayonunda kənd. Sirik — Cəbrayıl rayonunda kənd.
Sirik (İran)
Sirik — İranın Hörmüzgan ostanının Minab şəhristanının Biyaban bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,640 nəfər və 640 ailədən ibarət idi.
Siril Qrossklaus
Siril Qrossklaus (17 aprel 1991) — İsveçrəli cüdoçu. Siril Qrossklaus İsveçrəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Siril Qrossklaus birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Fransanın nümayəndəsi Aleksandre İddir ilə üz-üzə gəldi. Həmin görüşdə Siril Qrossklaus rəqibi ilə 0:0 hesabı ilə bərabarə qalsa da, şido xalları ilə ona uduzdu.
Sirin Əbdulnur
Sirin Əbdulnur (ərəb. سيرين عبد النور‎; 21 fevral 1977, Abadiyeh[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livanlı müğənni və aktrisadir. Onun ilk albomu 2004-cü ildə çıxıb. 2006-cı ildə ərəb. عليك عيوني‎ adlı ikinci albomunu buraxdı və bu albomda yer alan Gözlərimə baxsan (ərəb. لو بص في عيني‎) mahnısı çox məşhur oldu.
Solmaz Şirin
Sırıc (Marağa)
Sırıc (fars. سرج‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,271 nəfər yaşayır (333 ailə).
Sırım Datov
Sırım Datov (qaz. Сырым Датұлы; 1753, Sırım rayonu[d], Qərbi Qazaxıstan əyaləti – 1802, Xivə) — Baybaqtı tayfasının yüzbaşısı, Kiçik Jüzdə ruslara qarşı müqavimətin başçısı. == Həyatı == Qazax xanlığı dövründə ölkədə əmin-amanlıq vardı. XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi. Qazax jüzlərinin xarici vəziyyətinin mürəkkəbliyi, həmçinin daxili çətinlik qonşuların onların torpaqlarını zəbt etməsini asanlaşdırdı. Ona görə də çar hökumətinə və feodal agalığınaa qarşı xalq kütlələrinin azadlıq hərəkati başlandı. XVIII əsrin 70-90-ci illərində qazax-rus münasibətləri kəskinləşmişdi. 1773-1775-ci illərdə Y.Puqaçovun başçılığı altinda olmuş kəndli müharibəsində Kiçik va Orta jüz qazaxları fəal iştirak etmişdilər , Bu hərəkatın iştirakçısı Sırım Datovun başçılığı altında 1783-1797-ci illərda Kiçik jüz qazaxlarının üsyanı olmuşdu. Üsyanın əsas səbəbi qazaxların torpaqlannm zəbt olunmasi, aqrar məsələlərn kəskinləşməsi, köçərilərin həmişə istifadə etdikləri otlaqlara qadaga qoyulmasi, inzibati orqanların, kazak qoşunlanmn soyğunçuluğu və yerli feodalların özbaşınalığı idi . Abılay xanın ölümündən sonra iqtidar zəifləməsi ilə Kiçik Jüzün qazaxları öz xanlığını qurmuş, başına Qayıp sultanın oglu Batır xanı gətirmişdilər.
Xalq şairi
Azərbaycan Respublikasının xalq şairi — Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə şairlərə verilən fəxri ad.