Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suluk
ToponimlərSuluk (Liviya)
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Suluk (Suriya)
Süluk (ərəb. سلوك‎‎) — Suriyanın Ər-Rəqqə mühafəzəsinin Təll-Abyad rayonuna daxil olan qəsəbə. Süluk Suriyanın Türkiyə ilə olan sərhədinə çox yaxındır. == Tarix == Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək, yaxınlıqlardakı kəndləri məhv etmək və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir. Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır.27 fevral 2016-cı il tarixində İraq Şam İslam Dövlətinin döyüşçüləri Süluk qəsəbəsinə, Hamam ət-Türkman kəndinə və Təll-Abyad qəsəbəsinə hücum etmişdir.Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir. Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.İnsan Hüquqları üzrə Suriya Müşahidə Məntəqəsinə görə, döyüşlər zamanı 70 İŞİD və 20 YPG döyüşçüsü həlak olmuşdur.YPG mətbuat katiblərindən biri olan Redur Xəlil Türkiyəni terrorçuları dəstəkləmək ilə ittiham etmişdir, ancaq Türkiyə bu iddiaları yalanlamışdır. == Əhali == Suriya rejiminin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini ərəblər təşkil edir. Türkiyənin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini Suriya türkmanları təşkil edir.
Suluk xan
Suluk xan (çin. 蘇祿; VII əsr – 738, Suyab) — Türgiş sərkərdəsi və hökmdarı. Ərəb mənbələrində adı Suzegen kimi də keçir. == Hakimiyyətə gəlməsi == Suluk xan hərbi fəaliyyətinə sərkərdə kimi başlamışdı. Çjen xaqanın sərkərdəsi olmuş, lakin onun 711-ci ildə göytürklərin və Qapağan xaqanın hücumuna məruz qalması və məğlub olması nəticəsində Türgiş tayfalarının başçısına çevrilmişdir. Çox keçmədən elə 715-ci ildə Suluk xan Türgiş tayfalarının xaqanı elan olundu. Hakimiyyəti Göytürklər və Çinlilər tərəfindən təhdid olunurdu. Buna görə də Suluk xaqan çox gecikmədən Bilgə xaqanın qızı ilə evləndi, bacısı isə Bilgə xaqanın oğlu ilə evləndirilmişdi. Bundan əlavə Tibetlə də ittifaq qurulmuşdu, Suluk xaqan 734-cü ildə Tibet imperatoru Tride Tsüqsanın qızı şahzadə Drönmalon ilə evlənmişdi. Çinlilərlə mübarizə aparmaq üçün isə 727-ci ildə Çin vassalı Kuçanı mühasirəyə almışdı.
Sözlük
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Pülük
Pülük[redaktə | əsas redaktə] Sünnət - lat. circumcisio əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük - lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq - lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində - lat.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. == Etimologiyası == “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. == Coğrafiyası == Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. == Əhalisi == Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. === Şəhidləri === 1.
Sümük
Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. == Kimyəvi tərkibi == Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqanizmlərdə o daha çox olur. Buna görə də cavan orqanizmlərin sümüyü elastiki və yumşaqdır. Yaşlılarda isə əksinə, sümük getdikcə bərkləşir. Sümükdə olan bu hər iki maddə onurğalıların qruplarında fərqlənirlər. Məsələn, dərin sualarda yaşayan balıqların sümüklərində minerallar azdır, ona görə də onların sümüyü yumşaq və laylı olur. Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır.
Şürük
Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1302 nəfərdir. === Tanınmış şəxsləri === Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır. == Din == Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.
Ekşi Sözlük
Ekşi Sözlük — Türkiyədə qeydiyyatlı yazarların şərhləri olan bir sözlükdür. == Tarixi == 1999-cu ildə "sourtimes.org" saytının bir hissəsi olaraq Sedat Kapanoğlu tərəfindən yaradılmışdır. Şüarı "Müqəddəs məlumat mənbəyi" dir. Girilən ilk başlıq "pena" dır.[mənbə göstərin] daha sonra populyarlığının artması ilə sourtimes.org'un əsas parçasına çevrildi. Sedat Kapanoğlu bir çox çıxışında, "Otostopçu Qalaktika Bələdçisi " kitabının Ekşi Sözlükü qurmaq üçün bir ilham olduğunu bildirdi. 21 fevral 2023-cü ildə, Türkiyədə internet istifadəçilərinin sayta girişi Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən bağlanıb. == Qaydalar == Müəlliflərin yazıları sözlük qaydaları daxilində yoxlanılır və uyğunsuz olduğu məqalələr moderatorlar və gammaz adı verilən könüllü lüğət üzvləri ilə birlikdə silinir. Ancaq on birinci nəsil satınalmalardan sonra gammizm statusu yalnız müəyyən bir müəllif qrupuna deyil, hər bir müəllifə verildi". == "Çaylak" lar == Ekşi Sözlükdə qeydiyyatdan keçdikdən sonra entry yazmaq olur. Çaylak statusuna sahib şəxslər uzun bir marafon ardından - bu 10 il də olabilər 10 ay da - bu şəxs ya yazar olur ya da passiv qalaraq heçnə olmur.
Etimoloji sözlük
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Aypara sümük
Aypara sümük (lat. os lunatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, başlı və qarmaqlı sümüklərəməxsus aşağı basıq səthi və qayığabənzər sümüyə məxsus bayır, üçvəcli sümüyə məxsus içəri səthi vardır. == Mənbə == Prof.
Bala Şürük
Bala Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində, Kosalar icra nümayəndəliyində kənd. Əhalisi 671 nəfərdir. Bəşərü çayının sahilində yerləşir. == Toponimiyası == Oykonim "kiçik Şürük kəndi" deməkdir. Türk dillərində şürük "cavan şam ağacı"; "gavalı ağacı"; "kiçik, balaca, cır" mənalarını ifadə edir. == Coğrafiyası == Rayon mərkəzindən 10 kilometr aralıda yerləşir. Şərqdən Gərmətük, qərbdən Kosalar, cənubdan Şürük kəndləri ilə əhatə olunmuşdur. == Tarixi == Bala Şürüksn Şürük kəndindən buraya köçənlərin hesabına yarandığını ehtimal edənlər daha çoxdur. Yaşayış əvvəllər Şürük kəndində olmuş, əhali artdıqca adamlar indiki Şürük (kiçik Şürük) kəndinin ərazisinə köçmüşlər. 1930-1991-ci illərdə kənd Soveti fəaliyyət göstərib.
Barselona stulu
Barselona stulu, Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən hazırlanmış bir kreslodur. Stul 1929-cu ildə Barselonadakı Beynəlxalq Sərgidə Alman Pavilyonu üçün dizayn və istehsal edilmişdir. Kreslo ilk dəfə Mies tərəfindən Brnodakı xüsusi dizayn edilmiş Villa Tugendhatda istifadə edilmişdir.
Başlı sümük
Başlı sümük (lat. os capitatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus ınə doğru çıxmış yuxarı səthi, III daraq sümüklərinə məxsus aşağı, yuxarıda qayığabənzər sümüyə və aşağıda trapesiyayabənzər sümüyə məxsus bayır və qarmaqlı sümüyə məxsus yastı içəri səthi vardır. == İstinadlar == == Mənbə == Prof.
Elektrik stulu
Elektrik stulu (ing. Electric chair) — Amerikan icadı olan elektrik stulu XIX əsrin sonlarında, daha dəqiq desək, 1889-cu ildə “ən insani və yüngül” edam üsulu hesab edildiyindən demokratik ölkələr içərisində birinci yeri tutan ABŞ-nin qanunvericiliyinə daxil edilmiş və ilk dəfə olaraq Obern həbsxanasında tətbiq olunmuşdur.
Miroslav Şulek
Miroslav Şulek (16 mart 1993) — Slovakiyalı xizək yürüşçüsü. Miroslav Şulek Slovakiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Miroslav Şulek birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Şulek 3:28.74 saniyəlik nəticəsi ilə 80 atlet arasında 61-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Noxudabənzər sümük
Noxudabənzər sümük (lat. os pisiforme) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun üçvəcli sümüyə məxsus arxa səthi vardır. Bu sümük aşağı doğru çıxıqdır və bayır tərəfdə şırıma malikdir.
Qarmaqlı sümük
Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.
Qayığabənzər sümük
Qayığabənzər sümük (lat. os scaphoideum, os naviculare manus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, trapesiyayabənzər, trapesiyaşəkilli, başlı sümüklərə məxsus aşağı və Aypara sümüyə məxsus içəri oynaq səthləri vardır. Qayığabənzər sümüyün bayır tərəfində lat. tuberculum ossis scaphoidei, tuberculum ossis navicularis — BNA adlı qabarcığa təsadüf edilir.
Qozlu sucuk
(Türk dili: Cevizli sucuk, gürcücə: Çurçxela (ჩურჩხელა)), Orcik adı ilə də bilinər. Üzümdən əldə edilən suyu və qoz istifadə edilərək edilən şirindir. Şəklinin sosiskaya bənzəməsindən ötəri bu adla xatırlanar. İpə düzülən qozlar üzüm suyu, nişasta, manna yarması ilə qarışdırılmış qarışığa batırılar. Sonra asılaraq qurudular. Qurutma 1 həftədə olar. Qırmızı Orcik (Qırmızı üzümdən) Qara Orcik (Qara üzümdən) Elazığ Köpüklü Orcik Hindistan Qozlu Orcik Köpüklü Orcik Sadə Orcik == Köme == Vəsaiti Tut suyu, bal, süd, un, qoz, fındıq və ya fıstıqdır. Eyni şəkildə edilər.
Sucuk dili
Sucuk dili — Qara dənizdə yerləşən dil. Novorosiysk şəhərinin ən məşhur istirahət yerlərindən biridir. == Adının mənası == Dil öz adını türklər tərəfindən inşa edilən Sucuk qalasının şərəfinə adlandırılmışdır. Qala əvvəllər dilin sonucunda yerləşmişdir. == Coğrafiya == Dilin yaranması 1500–2000 il bundan öncəyə aiddir. Dil dənizin suyunun enməsi zamanı meydana gəlmişdir.
Sulak çayı
Sulak (türk. "bataqlıq"; 20-ci əsrə qədər Göysu) — Dağıstanda çay. == Adının etimologiyası == Sulak çayı aşağı axarında dəniz səviyəsindən - 28 metr aşağı olduğuna görə bura bataqlıqlar və qamışlıqlardan ibarətdir. Əksər türk dillərində isə bataqlıqla yanaşı sulak sözü də işlənir. == Coğrafiyası == Uzunluğu 169 km.(336 km Andi Göysu ilə), hövzəsinin sahəsi 15 200 kv.km. Avar Göysu ilə Andi Göysunun qarışmasından yaranır. Əvvəlcə, dərinliyi 700–1500 m. olan, baş Sulak kanyonuyla, sonra Axetli dərəsində, Çirkey genişlənməsində və Kiçik Sulak kanyonunda, sonra gehiş vadiylə axır və Xəzər dənizinə axdığı yerdə delta yaradır. == Hidroqrafiyası == Qidalanması, buzlaq suyu üstünlüyü ilə, qarışıqdır. Maksimumu iyun -iyulda olmaqla apreldən sentyabra qədər daşqınlar üstünlük təşkil edir.