Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sturnus
Sığırçın (lat. Sturnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinə aid heyvan cinsi.
Sturnus roseus
Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü. == Qısa təsviri == Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.
Sturnus vulgaris
Adi sığırçın (lat. Sturnus vulgaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinin sığırçın cinsinə aid heyvan növü. Azərbaycanda 4 yarımnövü qeydə alınmışdır. Qafqaz yarımnövü Samur, Dəvəçi ovalığını, Lənkəran sahəsini, Kiçik Qafqazın dağətəklərində məskunlaşır. Qalan 2 yarımnöv aran rayonlarda qışlamada müşahidə olunur. Yaşlı sığırçın qara rəngdə parlaq metallik çalarlıdır. Qanadları və quyruğu qonurdur. Payız-qış mövsümündə bütün bədəni sıx-ağ çillərlə örtülür. Cavanlar qonurdur. Sürü halında gəzir.