Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çempion
Çempion (ing. champion lat. campio) — hansısa bir yarışda, əsasən idman yarışında qalib olmuş şəxs (idmançı). İdman növlərində ən yüksək ad — dünya çempionudur. Olimpiya oyunlarına qalib gəlmiş idmançı və ya komanda olimpiya çempionu adlanır. İkinci yeri tutanlar gümüş medalla mükafatlanırla və qeyri-rəsmi şəkildə "vitse-çempion" adlanırlar. Brokhauz və Efronun ensiklopedik lüğətində çempion orta əsrlərdə yarışlarda şbaşqasının yerini tutanlara, imkansız insanların müdafiəsinə qalxanlara deyilir .
Çempion (1990)
Çempion (dəqiqləşdirmə)
Çempion
Çempion (qəzet)
Ceyn Kempion
Ceyn Kempion (30 aprel 1954 Wellington, Yeni Zelandiya) Oscar mükafatı sahibi film rejissoru və senaristi.The Piano filmi ilə Ən Yaxşı Xüsusi Ssenari Akademiya Mükafatını almış və Ən Yaxşı Rejissor Akademiya Mükafatına namizəd göstərilmişdir. Lina Wertmuller, Sofia Coppola və Kathryn Bigelow ilə birlikdə bu mükafata namizəd göstərilən dörd qadından biridir. The Piano ilə Cannes Film Festivalında ən yaxşı filmə verilən Qızıl Palmiye'yi almışdır. 2007 Venesiya Film Festivalı münsif üzvlərindən biridir. == Filmoqrafiya == Sweetie (1989) An Angel at My Table (1990) The Piano (1993) The Portrait of a Lady (1996) Holy Smoke!
Çempion (film, 1990)
Çempion (serial, 2019)
Çempion — BSK Film kinostudiyasının istehsalı olan rejissorlar Ketçe və Devrim Yalçının 2019-cu ildən çəkdiyi Türkiyə idman serialıdır. == Məzmunu == Artvinli olan və "Qafqaz" ləqəbilə məşhur Fərat Bölükbaşı boks finalında ürək xəstəliyi olan boksyor ilə döyüşür. Boksyoru ürək xəstəliyi ola-ola rinqə çıxardırlar. Fərat Bölükbaşı xəstə boksyora qalib gəlir və çempion olur. Boksyor isə rinqdəcə ölür. Bu zaman hamilə xanımı da uşağını dünyaya gətirir və bu zaman ölür. Vəfat edən xanım ağır xəstə olduğundan bu xəstəlik uşağına da sirayət edir. Serialda anadan yetim bir uşaq və Çempionun həyatın sərt qanunları ilə mübarizəsindən danışır. == Serial haqqında == Serialda Tolgahan Sayışmanın körpə oğlu Efehan Sayışman da çəkilmişdir. Serial Efehan Sayışmanın ilk işidir.
Aydaşı (cemston)
Aydaşı – Na-K-lu alümosilikat mineralıdır. Kimyəvi formulu (Na, K)AlSi3O8-dir. Ortoklazın şəffaf, rəngsiz növüdür. Mineral həmçinin adulyar (İsveçrədə Adula dağ yatağın adına görə) kimi də tanınır. == Etimologiya == == Tarixi == == Geologiya == === Formasiya === == Yataqları == Aydaşının yataqları əsasən Qərbi Azərbyacanda Göyçə gölü ətrafında, Avstraliya, Avstriya Alpları, Meksika, Madaqaskar, Norveç, Polşa, Hindistan, Şri-Lanka və ABŞ-dadır. == Adulyarlaşma == Andezit-bazalt tərkibli vulkanitlərin metasomatoz nəticəsində dəyişilərək başqa minerallarla yanaşı adulyarın əmələgəlmə prosesi. Adulyarlaşma adətən müasir vulkanların solfatar fəaliyyəti sayəsində baş verir. Adulyarlaşma propillit və törəmə kvarsit formasiyaları üçün səciyyəvidir. Qızıl, gümüş, civə, sürmə və b. metal filizlərinin çökməsini müşayiət edən kvars-adulyar-serisit tərkibli metasomatitləri əmələ gətirir.
Hempton Kort
Hempton Kort Sarayı- Londonda yerləşən saray-park ansamblıdır. Şəhər mərkəzindən 18 km məsafədə (1965-ci ilədək - Midlseks qraflığı), Riçmond-apon-Tems rayonunda, Temza çayının sol sahilində yerləşir. Təxmini 1514-cü ildə Kralın əsabəsi Tomas Uolsi üçün tikilən sarayı 1529-cu ildə VIII Henriyə hədiyyə etmişdir. XVII əsrin ikinci yarısında Hempton Kortu ingilis Versalına çevirməyi arzulayan III Vilhelmin krallığı zamanı, memar K.Renom tərəfindən barok tərzdə inşa edilmişdir. 1760-cı ilədək krallıq iqamətgahı kimi xidmət göstərmişdir. "Tarixi Krallıq sarayları" fondunun nəzarəti altındadır. Fransa parkının sahəsi 60 ha ərazidə yerləşir. Krallıq kolleksiyasından olan əntiq əşyaların, Mantenyanın, Rafaelin, Böyük Breygelin və başqalarının rəsm əsərləri mövcuddur. == Tarixi == Sarayın tarixinin başlanğıcı kral VIII Henrinin əsabəsi - Kardinal Tomas Uolsinin 1514-cü ildə əvvəllər qospitalyerlər (İoannçılar, eləcə də Yerusəlim, Rodos, Malta- Müstəqil Hərbi Müqəddəs İoann ordeni) ordeninə aid olan torpaq sahəsini alması ilə başlamışdır. Sonrakı 7 ildə Uolsinin 200 min qızıl "qızılgüllü kron" pul xərclədiyi renessans və qotik tərzlərdə inşası davam etmişdir.
Çempionat (sayt)
Championat.com — Rusiyanın idman internet-portalı.
Morris Cepson
Morris Cepson — 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə atom bombası atan "B-29" təyyarəçinin pilotlarından biri Kiçik leytenant Morris Ceppson döyüş uçuşu zamanı atom bombasının hazırlanması və döyüş hazırlığı vəziyyətinə gətirilməsinə cavabdeh olub. O, 2010-cu il martın 30-da vəfat edib. Təyyarəçinin həyat yoldaşı bildirib ki, Morris 1945-ci ildə öz işini yerinə yetirib: "O deyirdi ki, digər ekipaj üzvləri də əmri yerinə yetiriblər". Ceppson əvvəllər müharibədəki rolu barədə danışmaqdan imtina edirmiş. Amma sonradan 1945-ci il bombardmanı barədə fikirlərini bölüşməyə başlayıb: "Burada fərəhləndirici heç bir hal yoxdur. Bombardman dağıdıcı effektə malik olub. Amma ola bilsin ki, bu bombardman yüz minlərlə amerikalının və ondan da çox yaponun həyatını xilas edib". Hiroşima şəhərinin 1800 feet (550 mt.) Üzərində partdadılan nüvə bombası, 13000 ton TNT (TriNitroToluen) gücündə. 70.000-dən çox insanın ölümü partlamasında saniyələr sonra reallaşdı. Bunun iki qatı qədərini da partlayışdan sonra yayılan radiasiya təsiri öldürdü.
Tempio Pausaniya
Tempio Pausaniya (it. Tempio Pausania) — Sardiniyada şəhər.
Biz çempionuq (teleserial, 2020)
Biz çempionuq (ing. We Are the Champions) — ABŞ teleserialı. Serialda unikal müsabiqələr və bu müsabiqələrdə iştirak edən yarışçılardan bəhs olunur. Serialın təqdimatçısı Reinn Uilson == İstinadlar == == Xarici keçidlər == Biz çempionuq Netflix-də Biz çempionuq — Internet Movie Database saytında.