Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cinah
Cinah — İranın Hörmüzgan ostanının Bəstək şəhristanının Cinah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,636 nəfər və 1,322 ailədən ibarət idi.
Cinah (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Redon Cica
Redon Cica (14 iyul 1998, Lyaçi[d]) — Albaniyalı futbolçu. Albaniya Milli futbol komandasının və "Qarabağ" klubunun hücumçusu. Əsasən sol cinah vingeri və mərkəz hücumçusu kimi çıxış edir. 20 iyul 2017-ci ildə Cica ilk peşəkar müqaviləsini imzalayaraq "Laçi" komandasına qoşulur. 13 sentyabr 2017-ci ildə, Albaniya Kubokunda ilk mərhələsinin ilk oyununda "Laçi"nin heyətində debüt edir. Debüt oyununda komandası "Sopoti" klubuna 12–0 hesabı ilə qalib gəlir və Cica bu oyunda 5 qol vurur. Oyundan sonra o, vurduğu qolları ailəsinə həsr etdiyini bildirir. Albaniya çempionatında debütunu isə, 24 sentyabrda "Kukesi" komandası ilə oyunda edir. 2020–21 mövsümünün sonunda müqaviləsi başa çatdıqdan sonra klubu tərk etdi. "Laçi"nin formasını 4 il geyinən futbolçu, bütun turnirlərdə 151 oyunda meydana çıxır və 35 qol vurur.
Acıçay
Acıçay (Qax)
Bicar
Bicar şəhəri (az-əbcəd. بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Bıçaq
Bıçaq — əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır. Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürünc və misdən hazırlamağa başlayır.
CAMAH
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq, 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır. İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir. 1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır. Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür. CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi. Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu. O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi. South Azerbaijan Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine CAMAH-ın rəsmi internet səhifəsi CAMAH barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müxtəlif tarixlərdə yayınladığı raportlar: 1., 2.
Cacan
Cacan (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Cacao
Teobrom (lat. Theobroma) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Teobrom:The Plant List saytında takson barədə məlumat.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cicer
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir. Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Cieca
Qonaqotu (lat. Passiflora) — qonaqotukimilər fəsiləsinə aid bitki cinsi. Anthactinia Bory ex M.Roem. Asephananthes Bory Baldwinia Raf. Ceratosepalum Oerst. Cieca Medik. Decaloba M.Roem. Disemma Labill. Granadilla Mill. Monactineirma Bory Murucuja Medik.
Cihad
Cihad yəni Allah yolunda savaşmaq — İslamda dinin vacib əməllərindən biridir. Bu savaşda məqsəd haqq ayinlərin kafirlərə qəbul etdirilməsi, İslam hakimiyyətinin bərpasıdır. Quran bir çox ayələrdə cihadı ən həyati bir prinsip kimi önə çəkir. Belə ki, Quranda cihadın fitnə aradan qalxıb, İslam hakimiyyəti bərpa olanadək davam etdirilməsinin zəruri olduğu qeyd olunur.: "(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir)." Cihadı 5 qismə bölmək olar: Kafirlərə tövhidi qəbul etdirmək üçün ibtidai cihad (allahpərəstliyin, ədalətli ictimai quruluşun bərqərarı, İslamın bərqərarı, məzlumlar və məhrumların zülm-sitəmdən qurtuluşu, fitnə-fəsadın aradan qaldırılması, haqpərəstlik) Zamənə imamının icazəsi ilə şərtlənmiş cihad (şiə məzhəbində — zamanə imamı qeybə olduğundan bu cihad hazırda mümkünsüzdür); Müsəlmanları öldürmək və ya qarət etmək məqsədilə hücum edən kafirlərlə savaş; onların məqsədi İslamın kökünü kəsmək olur; Müsəlmanları öldürmək, onların malını qarət etmək üçün hücum edən kafirlərlə cihad; bu cihadda kafirlərin İslamı məhv etmək məqsədi olmur; Canın, malın və namusun müdafiəsi üçün savaş; bu savaşda məqsəd İslam torpaqlarını, müsəlmanların can və malını düşməndən qorumaqdır. Bu savaş yalnız düşmənin hücumundan sonra baş verir və siz malınızı, canınızı, namusunuzu, şərəfinizi qorumaq üçün düşmənlə savaşa qalxmalısınız.
Cihaz
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Cimahi
Cimahi (sunda yazısı. ᮎᮤᮙᮠᮤ) — Qərbi Yava əyaləti Bandunq şəhərinin qərbində, Böyük Bandunq Metropoliti ərazisində yerləşən şəhər. Şəhər əsas tekstil istehsalçısıdır və bir neçə hərbi təlim mərkəzinə ev sahibliyi edir. Cimahi Cakartanın 180 km cənub-şərqində yerləşir, Bandunq və Qərbi Bandunq recensinin arasında yerləşir. Cimahi üç rayondan ibarətdir və bu da on beş kəndə bölünür. Ən aşağı hündürlüyü dəniz səviyyəsindən 685 metr yuxarıdadır və Citarum çayına yönəlir. Onun ən yüksək məsafəsi dəniz səviyyəsindən 1,040 metr (Tanqkuban Perahuand Buranqranq dağı yamacının bir hissəsidir). Cimahi çayı şəhər boyunca axır.Cimahidə Cikuda və Cisontok adlı iki bulaqlar var. Cimahi adı şəhərdən axan Cimahi çayından götürmüşdür. Söz Sunda dilindən "kifayət qədər su" deməkdir.
Cinas
'Cinas formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır. Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi. Bu beytin birinci misrasında xali sözü "ayrı, uzaq", ikincidə isə "xal" mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq həriflə sınır: Burada üç tərkibli cinas ikinci misradakı artıq "a" səsi ilə sınmış olur. Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır.
Cycas
Saqo (lat. Cycas) — saqovniklər fəsiləsinə aid bitki cinsi.
Digah
Digah (Abşeron) — Azərbaycanın Abşeron rayonunda kənd. Digah (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Digah (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Digah (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. Digah (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Yuxarı Digah — Azərbaycanın Quba rayonunda kənd.
EICAS
EICAS (ing. Engine Indication and Crew Alerting System, Mühərrik parametrlərinin göstərilməsi və nasazlıqların qarşısının alınması sistemi) — təyyarə heyətinin aviasiya mühərrikləri və digər cihazqayırma sistemləri ilə təmin edilməsi və ekipajın məlumatlandırılması üçün müasir təyyarələrdə istifadə olunan kompleks sistemdir (bütün ibtidai və ikinci dərəcəli mühərrik parametrlərinin göstəricisini təmin edir). Xəbərdarlıq mesajları, sistemdən imtina və bəzi istismar şərtləri barədə olan məlumat xəbərdarlıq mesajları vasitəsi ilə verilir . Əvvəllər mülki təyyarələr ekipajdan daim diqqət tələb edən elektromexaniki göstəricilərdən istifadə edirdilər. Bu sistemlərdə müasir rəqəmsal texnologiyaların təmin etdiyi çox yönlülük yox idi. Bundan başqa, çoxsaylı siferblatlar və ölçü cihazları daxildə əhəmiyyətli yer tələb edirdi. Qabaqcıl texnologiyanın tətbiqi ilə müasir bir təyyarə mühərrik ekranı və ekipaj xəbərdarlıq sistemi (EICAS) olaraq bilinən kompüter və ekran sistemlərindən istifadə edərək mühərriklərin və təyyarə sistemlərinin parametrlərinin davamlı izlənməsini təmin edə bilər. EICAS adətən müxtəlif mühərrik parametrlərinin ölçülməsi, o cümlədən, dəqiqədə çevrilmələr, temperaturun qiymətləri, yanacaq axını və miqdarı, yağ təzyiqi və s. EICAS tərəfindən nəzarət edilən digər tipik təyyarə sistemlərinə hidravlik, pnevmatik, elektrik, ətraf mühit və yerüstü nəzarət sistemini əlavə etmək olar. EICAS yüksək bağlantıya malikdir və məlumatların alınması/yönləndirilməsini təmin edir.
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Çitab
Çitab — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Kəbgiyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,561 nəfər və 328 ailədən ibarət idi.Əhalisi Boyer-Əhməd elinin Çitab oymağındandır.
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.