Famil Çıraqov
Famil Musa oğlu Çıraqov (1958, Qoçulu, Bolnisi rayonu) — Bakı Dövlət Universiteti, kimya elmləri doktoru, professor, «Analitik kimya» kafedrasının müdiri.
== Həyatı ==
Çıraqov Famil Musa oğlu −1958-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Qoçulu kəndində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1987-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
== Elmi fəliyyəti ==
1987-ci ildə "Benzoy turşusunun p-törəmələrinin manqan(II), kobalt(II) və nikellə(II) əmələ gətirdiyi kompleks birləşmələrin sintezi, quruluşu və xassələri" mövzusunda namizədlik, 1999-cu ildə isə "Metalların b-diketonların törəmələri ilə kompleks birləşmələri: sintezi, quruluşu, xassələri və analitik tətbiqi" mövzusunda 02.00.01 və 02.00.02 indeksləri ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən "Analitik kimya" kafedrasının professoru, 2006-cı ildən isə müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir. O fakültə ekspert və elmi şuralarının, D.02.011 şifrli 02.00.02, 02.0003, 02.0004 ixtisasları üzrə Diissertasiya Şurasının üzvüdür.
Onun elmi-pedoqoji fəaliyyəti 420-dən çox elmi əsərdə, o cümlədən 14 müəlliflik şəhadətnaməsi, 10 kitab, 2 tərcümə və bir sıra redaktə etdiyi dərs vəsaiti və dərslikdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 16 kimya elmlər namizədi yetirmiş və çoxlu sayda dissertasiyalara rəsmi opponent olmuşdur. O, II-ci kursda "Analitik kimya" magistraturada isə "Optiki analiz metodu" və "Kompleks birləşmələrin analitik kimyada tətbiqi" fənnlərindən mühazirələr oxuyur.
O. Moskva, Voronej, Tbilisi Dövlət Universitetləri ilə sıx əlaqə saxlayır.