Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Presla
Qatırquyruğu (lat. Equisetum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinə aid bitki cinsi. Bu cins 100 milyon il əvvəl Paleozoy erası meşələrində geniş yayılmışkən, bu gün aid olduğu Equisetidae yarımsinfinin yeganə həyatda qalan üzvüdür. Sözügedən erada, qatırquyruğuna yaxın bəzi bitkilərin 30 metr hündürlüyə çata bildiyi təxmin olunur. Müasir dövrə kimi ancaq 25 növü təmsil edən bir fəsilə (qatırquyruğukimilər - Eguisetaceae) və bir cins (qatırquyruğu - Eguisetum) gəlib çatmışdır. Avstraliyada yalnız bir növ tarla qatırquyruğu (Eguisetum arvense) yayılmışdır. Növlərin əksəriyyəti Şimal yarımkürəsinin mülayim ərazilərinə uyğunlaşmışlar, ancaq qədim növlər Orta və Cənubi Amerikanın tropik və subtropik ərazilərində yayılmışdır. Çili, Peru, Ekvadorda yayılmış ağacşəkilli (E. xylochaete) növün hündürlüyü 3-3,5 m-ə, Peruda yayılmış növün (E. martii) hündürlüyü isə 5 m-ə çatır. Ən hündür qatırquyruğu - nəhəng qatırquyğudur (E. gigantea). Bu növ Çili, Peru, Meksika və Kubanın rütubətli tropik və subtropik meşələrində yayılmışdır.
Presla arvensis
Tarla qatırquyruğu (lat. Equisetum arvense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir. Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir.
Presla hyemalis
Qışlayan qatırquyruğu (lat. Equisetum hyemale) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik bitkidir. Gövdəsi 120 sm hündürlükdədir. Qını silindrik, gövdəyə sıxılmış, bütövlükdə qara, qaidədə və ya ortada eninə yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) oturaq, yumurtavari, sivri və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişiçikləri erkən tökülən, gövdəsi budaqlanmayan. Sporların yetişmə dövrü iyun-avqust aylarıdır.
Presla palustris
Bataqlıq qatırquyruğu (lat. Equisetum palustre) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü.
Presla ramosissima
Budaqlı qatırquyruğu (lat. Equisetum ramosissimum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Equisetum elongatum var. ramosissimum (Desf.) Milde Hippochaete ramosissima (Desf.) Milde ex Bruhin Presla ramosissima (Desf.) Dulac Equisetum ramosissimum var. huegelii (Milde ) Christenh. & Husby Equisetum ramosissimum var.
Areola
İnsan areolası döş giləsi ətrafındakı süd vəzisi və döşdəki piqmentli sahədir. Areola, daha ümumi olaraq, ətrafındakı toxumadan fərqli bir toxuma strukturuna malik olan bədəndəki kiçik dairəvi bir sahə və ya dərinin iltihablı sahəsi kimi digər kiçik dairəvi sahələrdir. Yetkin dişi insanların məmə başı, laktasiya (süd ifrazı) zamanı südün müstəqil buraxıldığı döş giləsinin (laklanmış kanallar) ətrafında radial olaraq yerləşmiş bir neçə kiçik deşiyə malikdir. Areoladakı digər kiçik boşluqlar areol vəziləri kimi tanınan yağ vəziləridir. Areola çəhrayıdan qırmızıya, şokolad rəngindən qəhvə rənginə, tünd qəhvəyi rəngə və ya demək olar ki, qara rəngə qədər dəyişə bilər, lakin ümumiyyətlə açıq dəri tonları olan insanlarda daha solğun, tünd dəri tonları olan insanlarda isə daha tünd formalarda olur. Fərqli rənglərin bir səbəbi döş nahiyəsinin körpə üçün daha aydın formada görünməsini təmin etmək ola bilər.
Breşia
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Chresta
Chresta (lat. Chresta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Argyrovernonia MacLeish Glaziovianthus G.M.Barroso Pithecoseris Mart.
Crepula
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Freska
Freska —Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Freska divar rəsmlərinin əsas texnikasıdır.
Kreslo
Kreslo (rus. кресло) — dirsəklərə dayaq edilməsi üçün qolları olan stul növü. == Çeşidləri == Çarpayı-kreslo — açılıb-yığılan kreslo. Transformer-kreslo — əlavə təchiz olunmuş kreslo (məsələn, bir az genişləndirmək üçün mexanizmlə). Yelləncək-kreslo. Ofis kreslosu — qaldırıb-endirmək mexanizminə malik kreslo. Masaj kreslosu. Siqaret çəkən üçün kreslo — külqabı ilə təchiz olunmuş kreslo.
Preslav
Preslav — Bolqarıstanda tarixi şəhər.
Presya
Presya (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Breslau
Vrotslav (pol. Wrocław, polyak: [ˈvrɔt͡swaf] ( dinlə); alm. Breslau‎, pronounced [ˈbʁɛslaʊ] ( dinlə), lat. Vratislavia və ya Wratislavia) — Polşanın cənub-qərb hissəsində yerləşən Aşağı Sileziya əyalətinin tarixi bölgəsi və paytaxtıdır. Şəhər, Odra çayı üzərndə salınmışdır. Şəhər əhalisinin sayı isə rəsmi hesablamalara əsasən 631.235 nəfərdir və bununla da Polşanın dördüncü böyük şəhəri sayılır. Paytaxt Varşavadan sonra Polşanın ikinci böyük biznes mərkəzi hesab edilir. == Görməli yerlər == Hala Ludowa ("Xalq Salonu") Ostrów Tumski ("Katedral adası"), Racławice Panorama Plac Grunwaldzki ("Grunwaldzki meydanı") St.
Prespa
Prespa — Şimali Makedoniya, Yunanıstan və Albaniya arasında paylaşılan bölgə. Bölgənin ortasında yerləşən Prespa gölləri ilə eyni adı paylaşır. Ən böyük yaşayış məntəqəsi 9 min nəfərin yaşadığı Şimali Makedoniyanın Resen qəsəbəsidir. == Tarixi == İki Balkan müharibəsindən sonra Osmanlının Avropadakı ərazilərinin bölünməsinin nəticəsi olaraq bölgə bu gün 3 ölkə arasında bölünür. Roma hakimiyyəti dövründə bu bölgə boyunca məşhur Eqnati yolu inşa edilmişdir. Yolla yanaşı, burada bir neçə qəsəbə də salınıb. VI-VII əsrlərdə slavyan tayfaları Prespada daimi məskunlaşmamışdı. Slavlar artıq talan edilmiş və əhalisi azalmış bölgəni keçib getmiş, lakin cənubdan Aralıq dənizi sahillərinə qədər davam etmişdilər. X əsrin sonu və XI əsrin əvvəllərində Komitopulların hakimiyyəti dövründə Prespa gölü ilə yanaşı, Prespa şəhəri də Birinci Bolqar İmperiyasının paytaxtı kimi qeyd olunurdu. Bu şəhər həm də Bolqarıstan Patriarxlığının iqamətgahı idi, hansı ki sonradan Ohrid Bolqar Patriarxlığına köçürüldü.
Preslia
Nanə (lat. Mentha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Crest
Crest - Procter & Gamble şirkəti tərəfindən yaradılmış diş məcunu markası. Amerika Birləşmiş Ştatları və Almaniya bazarları başda olmaqla bir çox ölkələrdə istehlakçılar tərəfindən ən çox üstünlük verilən diş məcunu markası. Marka Blend-a-Med adı ilə Avropanın Bolqarıstan, Almaniya, Serbiya, Rusiya, Polşa, Ukrayna, Macarıstan, Rumıniya, Latviya və Ukrayna kimi ölkələrində satılır. Şirkət 1987-ci ildə Procter & Gamble şirkəti tərəfindən satın alındıqdan sonra marka üçün digər bir ad Blend-a-Med adıda əlavə edilmişdir. Şirkət P&G-nin tərkibinə daxil olduğu ilk zamanlarda mərkəz kimi Almaniyanın Mayns şəhərini istifadə edirdi. == Tarixi == Şirkət Crest adı ilə 1955-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. İstehsal edilən diş məcunlarında ilk dəfə olaraq qalay florid istifadə edilirdi və bu yeni məhsul bazara Floristan adı altında təqdim edilmişdir. Müxtəlif bazarlarda bu ad Floristanlı Crest formasında əvəz olunmuşdur. İnsanlar üçün daha effektli bir diş məcunu yaradılması üçün laboratoriyalarda qızğın araşdırmalar aparılırdı. Aparılan araşdırmaların nəticəsində İndiana Universitetinin alimləri Muhler, Harry Day və Vilyam Hergel tərəfindən diş məcunu Crest yeni tərkibinə qovuşur.
Creşi
Kipircik və Gibircik - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Etimologiyası == Kəndin adı türk dilindəki sis (yarıq, quyu) və qala sözlərindəndir. == Tarixi == == Fiziki-coğrafi mövqeyi == Kipircik kəndi avtomobil yolu kənarında, dəniz səviyəsindən 620 m yüksəkdə yerləşir. == Əhalisi == Kəndin əhalisi 1870-ci ildə 9 ailədə 60 nəfər, 1918-ci ildə 178 nəfər, 1926-ci ildə 30 ailədə 172 nəfər, 2002-ci ildə 181 nəfər, 2006-ci ildə 134 ailədə 513 nəfər olmuşdur.
Tesla
Nikola Tesla (1856–1943), Elektrik mühəndisi və ixtiraçı
Elvis Presli
Elvis Aaron Presli (ing. Elvis Aaron Presley; 8 yanvar 1935[…], Tyüpelo[d], Missisipi ştatı – 16 avqust 1977[…], Memfis, Tennessi[…]) — amerikalı müğənni və aktyor. Ölümündən qırx ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir. == Erkən dövr (1935–1953) == === Uşaqlıq illəri === Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-nin Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub (Elvis valideynlərinin hələ anadan olmadan Cess Qaron adı verdikləri əkiz qardaşını doğulduğu gün itirib). Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Ailənin vəziyyəti gələcək müğənninin atası 1938-ci ildə saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra daha da ağırlaşıb (atası iki il həbsxanada yatıb). Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib.
Eucalyptus caesia
Eucalyptus caesia (lat. Eucalyptus caesia) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Yarımnövləri == Eucalyptus caesia subsp. caesia Eucalyptus caesia subsp.
Eucalyptus crebra
Eucalyptus crebra (lat. Eucalyptus crebra) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus racemosa var. longiflora Blakely Metrosideros salicifolia Sol. ex Gaertn.
Guarea crispa
Guarea crispa (lat. Guarea crispa) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin guarea cinsinə aid bitki növü.
Kresli Koul
Kresli Koul (ing. Kresley Cole) — Amerikalı yazıçı. Paranormal romans və gənc-fantastik janrlı kitabları bestseller olmuşdur. Üç Amerikanın Romantik Yazıçıları mükafatı almış və bu mükafatın Şöhrət Siyahısına daxil olmuşdur. == Bioqrafiya == Kresli Koul Zülmətdən Sonrakı Ölümsüzlər paranormal seriasının, gənc-fantaziya janrli Arsana Xronologiyası seriyasının, Oyun Ustaları erotik seriasının eləcədə 5 dəfə mükafat qazanmış tarixi janrlı romanların müəllifidir. Magistatura dərəcəli və atlet olan Koul, unudulmaz obrazlar və hekayələr yarada bilmək üçün çoxlu səyahət edərək bu təcrübələrdən istifadə etmişdir. Onun Zülmətdən Sonrakı Ölümsüzlər romanlar seriası dünya üzrə 20-dən artıq dilə tərcümə edilmiş, 3 RITA mükafatına layiq görülmüş vləcədə ABŞ-da bestseller olaraq ölkədə və ölkədən kənarda populyarlıq qazanmışdır. Koul ailəsi ilə birlikdə Floridada yaşayır. == Biblioqrafiya == === Zülmətdən Sonrakı Ölümsüzlər seriyası (Paranormal Romans) === Sərkərdə Əbədiyyət İstəyir. Pocket.