treppinq
trest
OBASTAN VİKİ
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Atlantik treskası
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Treskakimilər
Treskakimilər (lat. Gadiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə 8-10 fəsilə və 750-yə yaxın dəniz və şirin su növü daxildir.
Treskalar
Treskalar (lat. Gadidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə