Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Snuker
Snuker (snooker), əsasən İngiltərədə populyar olan bilyard növü. 22 bilyard şarı'nın olduqu stolda 1 açılış və əsas şar olan Ağ, 15 qırmızı və 6 digər rəng (Sarı, Yaşıl, Qəhvəyi, Göy, Çəhrayı, Qara) şar mövcuddur. Oyunda məqsəd oyunun qaydalarına uyğun şəkildə şarları dəliklərə göndərərək xal qazanmaqdan və hədəf şarları, rəqibin qaydalara uyğun olaraq digər şarlara toxundura bilməməsi üçün gizlədərək xal toplamaqdan ibarətdir. Oyunun sonunda xal tablosuna baxılır və qalib müəyyən olunur. == Tarixi == Snuker oyunu 19-cu əsr'in ikinci yarısı oynanılmaqa başlanmışdır. O zamanlarda bilyard Hindistan'da olan Britaniya ordusunda populyar idi. Snukerə bənzəyən Blek Pool oyununda dəyişikliklər ideyasını təklif edən Britaniya Ordusu zabiti, polkovnik Neville Francis Fitzgerald Chamberlain oldu. Beləliklə 15 qırmızı topa Sarı, Yaşıl, Çəhrayı və Qara rəng əlavə olundu. Digər iki rəng isə sonradan əlavə edildi. 1885-ci ildə Britaniya bilyard çempionu Con Roberts Hindistan'a gəldi və Polkovnik Chamberlain ilə tanış oldu.
Stupor
Stupor (lat. stupor "keylik, uyuşuqluq") — tibbdə, xüsusilə psixatriyada hərəki pozğunluğun bir növü. Mutizm (səssizlik) hərəkətsizliyi, taqətsizlik, halsızlıq, qıcığa qarşı reaksiya sönüklüyü.
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi.
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. == Həyatı == Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Süsən
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Şusef
Şusef — İranın Cənubi Xorasan ostanının Nehbəndan şəhristanının Şusef bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,338 nəfər və 572 ailədən ibarət idi.
Süzər
Süzər (lat. Certhia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinə aid heyvan cinsi.
Andrea Şuster
Bastian Steqer
Bastian Steqer (19 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bastian Steqer Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində bürünc medalın sahibi olub.
Bill Şuster
Bill Şuster ing. William Shuster (an.ol. 10 yanvar, 1960-cı il) — ABŞ Konqresinin 2001-ci ildən üzvüdür. Respublikaçılar Partiyasının üzvüdür. Keçmiş konqresmen Bud Şusterin oğludur. ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədridir. 2012-ci il 20 yanvar tarixində Bill Şuster Azərbaycanda 1990-cı ilin Qanlı Yanvarla bağlı bəyanatla çıxış edib == Mənbə == Vikianbarda Bill Şuster ilə əlaqəli mediafayllar var.
Bram Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Brem Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Fedde Skurer
Fedde Skurer (d. 25 iyul 1898, Draxten – ö. 19 mart 1968, Herenven) — Niderlandlı yazıçı, jurnalist və siyasətçi. == Həyatı == İkinci dünya müharibəsi zamanı Amsterdamda, Hollandiya müqavimət hərəkatında iştirak etmişdir. O, 1935-1936-cı illərdə Şimali Hollandiyada bir il müddətində əyalət məclisinin üzvü vəzifəsində çalışıb. Müharibədən sonra o Frislandda qayıdır və jurnalistlik fəaliyyəti ilə məşğul olmağa başlayır. Frieslanddan olan əksər insanlar kimi, onun da ana dili friz dili idi..
Karl Stomer
Frederik Karl Mülertz Stomer (norv. Fredrik Carl Mülertz Størmer; 3 sentyabr 1874[…] – 13 avqust 1957[…], Oslo) — norveçli riyaziyyatçı və astrofizik. Riyaziyyatda ardıcıl düz ədədlər üzərində π və Stormer teoreminin hesablanması da daxil olmaqla say nəzəriyyəsi sahəsindəki töhfələri ilə tanınır.O, fizikada maqnitosferdəki yüklü hissəciklərin hərəkətini və aurora meydana gəlməsini öyrənir və bu mövzularla bağlı olan "Kosmik Dərinliklərdən Atom Qəlbinə" kitabını yazır.Stomer, Norveçin Oslo Universitetində riyaziyyat professoru kimi çalışmışdır. Aydan uzaqda yerləşən Stömer krateri onun adını daşıyır. == Həyatı == Stormer 3 sentyabr 1874-cü ildə Skiendə bir əzcaçı Georq Lüdviq Stormer (1842-1930) və Elizabet Amali Yohan Henritte Mülertzin (1844–1916) ailəsində anadan olmuşdı. Əmisi sahibkar və ixtiraçı olan Henrik Kristian Frederik Stormer idi.Stormer, 1892-ci ildən 1897-ci ilə qədər Norveç Kral Frederik Universitetində (indiki Oslo Universiteti) riyaziyyatı öyrənmiş, 1898-ci ildə "Candidatus realium" dərəcəsi qazanmışdır.O, Parisdə Pikard, Poincare, Painlevé, Yordan, Darbux, Sorbonna və Qursat kimi professorlar ilə 2 il (1898-1900) təhsil almışdı. 1900-cü ildə riyaziyyat üzrə elmi işçi olaraq Kristianiyaya (Oslo) qayıtdı, 1902-ci ildə Göttingen Universitetində oldu və 1903-cü ildə yenidə Kristianiyaya qayıtdı və buradakı universitetdə riyaziyyat professoru vəzifəsinə təyin olundu.43 il riyaziyyat professoru vəzifəsini icra etdi. Kristianiyada daimi bir vəzifə aldıqdan sonra adını Karl Stomer olaraq qısaltdı. 1918-ci ildə yaradılan Norveç Riyaziyyat Cəmiyyətinin ilk prezidenti seçildi. Skandinaviya riyazi konqreslərində müntəzəm olaraq iştirak etmiş və 1936-cı ildə Osloda keçirilən Beynəlxalq Riyaziyyat Konqresinin prezidenti seçildi.O, 13 avqust 1957-ci ildə Blindern-də vəfat etmişdi.Tələbə günlərindən başlayaraq o, həvəskar bir küçə fotoqrafı idi .
Mauser C96
Mauser C96 — 1896-1937-ci illərdə Alman silah istehsalçısı Mauser tərəfindən istehsal edilmiş yarı avtomatik tapança. Silahın lisenziyasız nüsxələri XX əsrin birinci yarısında İspaniya və Çində istehsal edilmişdir.C96-nın fərqli xüsusiyyətləri tətiyin qarşısındakı ayrılmaz maqazin, uzun lülə, ona qısa lüləli tüfəngin dayanıqlığını təmin edən və qobur və ya daşıma qutusu kimi istifadə olunan taxta stokdur. Uzun lüləsi və yüksək sürətli patronu ilə Mauser C96 öz dövrünün digər tapançalarından daha üstün diapazona və daha yaxşı nüfuza malik idi. Mauser şirkəti təqribən bir milyon C96 tapançası istehsal etmişdi, İspaniya və Çində istehsal edilən tapançaların sayı çox olsa da, dəqiq say yoxdur.
Mersedes Ştiber
Mersedes Ştiber (4 sentyabr 1974, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Mersedes Ştiber, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Mersedes Ştiber, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Morqan Şuster
Vilyam Morqan Şuster (ing. William Morgan Shuster; 23 fevral 1877, Vaşinqton – 26 may 1960, Nyu-York, Nyu-York ştatı) — ABŞ iqtisadçısı, İranda Məşrutə hərəkatında iştirak etmiş mülki şəxs. == Həyatı == 1911-ci ilin may ayında Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi. Həzrəti İmam Rzanın Məşhəd şəhərindəki türbəsi işgalçi Rusiya qoşununun top atəşinə hədəf oldu. Rusların bu cinayeti, Amerikalı Morqan Şuster tərəfindən İran baş xəzinədarlığı özəl jandarma gücünün təşkil edilməsi ardından gerçəkləşdi. Amerikalı birinin İranda belə bir məsuliyyətə gətirtilməsini xoş qarşılamayan Rusiya dövləti İran şahlığına ültimatium verdikdən sonra ordu Məşhəd şəhərində İmam Rza türbəsini topa tutdu.
Samanta Stosur
Samanta Stosur (d.30 Mart 1984, Avstraliya) — tenisçi. 2012-ci ildə yalnız dördüncü turnirdə, Dohada keçirilən yarışda finala çıxıb. Dünyanın 9-cu raketka ustasıdır. 2011-ci ilin fevralında reytinqdə 4-cü yerə yüksəldi ki, bu da şəxsi rekorddur. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Sauber F1
Sauber Motorsport — 1970-ci ildə Peter Sauber tərəfindən əsası qoyulan, idman avtomobillərinin istehsalı ilə məşğul olan İsveçrə kompaniyası və yarış komandası. Komandanın yarışlarda ən yaxşı nəticəsi 2012-ci ildə Serxio Perezin iki ikinci yeri (İtaliya və Malayziya) qazanması, və ilk cərgədən Jan Alezinin (A-1 Rinq, 1998) və Kamui Kobayaşinin (Spa, 2012) göstəriciləridir.
Sauber Motorsport
Sauber Motorsport — 1970-ci ildə Peter Sauber tərəfindən əsası qoyulan, idman avtomobillərinin istehsalı ilə məşğul olan İsveçrə kompaniyası və yarış komandası. Komandanın yarışlarda ən yaxşı nəticəsi 2012-ci ildə Serxio Perezin iki ikinci yeri (İtaliya və Malayziya) qazanması, və ilk cərgədən Jan Alezinin (A-1 Rinq, 1998) və Kamui Kobayaşinin (Spa, 2012) göstəriciləridir.
Sleşer filmi
Sleşer (ing. slash "arxadan zərbə; vurmaq") — qorxu filmlərinin alt janrı; bir neçə insanı bir-birinin ardınca təqib edən və qətlə yetirən (bəzən maska ​​taxan, bəzən fövqəltəbii güclərə malik olan) psixopat-qatil obrazının olması ilə xarakterizə olunur, əksər hallarda yeniyetmələr, adətən təsadüfi, səbəbsiz bir şəkildə, bir gündə bir çox insanın həyatını məhv edir. Kino-tənqidçilər italyan filmləri olan The Peeping Man (1960) və Psixo (1960) kimi psixoloji qorxu filmlərini sleşerin inkişafına ilkin təsirlər kimi göstərirlər. Bu janr 1978–1984-cü illərdə öz zirvəsinə çatdı — həmin illər belə filmlərin "qızıl dövrü" sayılır. Sleşer filmlərinin diqqətəlayiq nümunələrinə Texas qətliamı (1974), Təpələrin gözləri var (1977), Hellouin (1978), Cümə, ayın 13-ü (1980), Qarağac küçəsində qarabasma (1984), Uşaq oyunu (1988), Fəryad (1996), Mən bilirəm siz keçən yay nə etmisiniz (1997), Yanlış döngə (2003) və s. göstərmək olar.
Stater dövrü
Stater — (yun. σταθερός (statherós) — sabit, möhkəm) və ya Stater dövrü — Paleoproterozoy erasında son geoloji dövrdür və 1800–1600 milyon il əvvəlləri əhatə edir. Bu tarixlər stratiqrafiyaya deyil, xronometriyaya əsaslanır.Dövr müvafiq qitələrdə yeni platformaların yaranması ilə səciyyələnir. Oksigen səviyyəsi indiki dəyərinin 10–20%-i qədər idi.Straterin əvvəllərində, superqitə Kolumbiya yaranmışdır.
Yudit Hauser
Yudit Hauser (d. 23 sentyabr 1992) — Almaniyanı təmsil edən bədii gimnast. Yudit Hauser 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yudit Hauser 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Mira Bimperlinq, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.