Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stınka-Kosteşti
Stınka-Kosteşti suanbarı (rum. Lacul Stânca - Costești) — süni göl Prut çayı üzərində, Moldova və Rumıniya sərhədində 1973-1978 ci illərdə inşa edilmişdir. Sahəsinə görə Rumıniyanın ikinci ən böyük suanbarıdır. Suanbarının Rumıniya hissəsi xüsusi qorunan ərazi (ing. special protection area, SPA) elan edilmişdir. Ərazinin qorunma statusunun verilməsinin səbəbi ərazidə çoxlu sayda nafir quş növlərinin yaşaması ilə əlaqədardır. == Coğrafiyası == Suanbarı Prut çayının Dunay çayına töküldüyü yerdən 580 kilometr yuxarıda yerləşir. Suanbarı elektrik enerjisinə olan ehtiyacdan irəli gələrək 1973-1978 illərdə inşa edilir. Suanbarının önündə suelektrik stnansiya fəaliyyət göstərir. Su anbarının bəndlərinin hündürlüyü 47 metr, uzunluğu 3000 metrdir.
Ana Mariya Setina
Ana Mariya Setina (9 oktyabr 1995) — Sloveniyanı təmsil edən qadın badmintonçu.
Şerbinka
Şerbinka — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Retina
Retina — göz kürəsinin arxa divarını örtən , görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa. == Ümumi Məlumat == Gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur.Diabet və yüksək təzyiq ən böyük zərəri məhz göz gişasına vurur.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Katinka Xossu
Katinka Xossu (mac. Katinka Hosszú; 3 may 1989, Peç) — Macarıstan üzgüçüsü. == Karyerası == 2004, 2008, 2012 və 2016-cı ilin Yay Olimpiya oyunlarında oynamışdır. Vasa SC klubunun tərkibində idman fəaliyyətini davam etdirir. “Dərmir qadın” ləqəbi ilə tanınır. 3 dəfə Olimpiya çempionu və 7 dəfə dünya çempionu olmuşdur. Vasas SC (2012–) və Bajai Spartacus SC (–2012) klublarının tərkibində fəaliyyət göstərmişdir. Kollec komandası Cənubi Kaliforniya Universiteti olmuşdur.
Miroslav Zelinka
Miroslav Zelinka — Çexiyalı futbol hakimi. Qarabağ FK - İnter Milan FK oyununda verdiyi mübahisəli qərarları ilə məşhurdur.
Sedanka adası
Sedanka adası (ing. Sedanka Island, aleut. Sidaanax̂) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Unalaşka adası yaxınlığında yerləşir. Sahəsi 103,31 km²-dir. Adanın uzunluğu 16,6 km-dir. Maksimal hündürlüyü 410 metrdir. Adada yaşayış yoxdur.
Vole Şoyinka
Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/ == Həyatı == Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı. İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı. Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü.
Yevgeni Şetinin
Yevgeni Şetinin (1 fevral 1970) — Belarusu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yevgeni Şetinin Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Yevgeni Şetinin Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çin və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Şetinina burnu
Şetinina burnu — Rusiya, Primorsk diyarı ərazisində yerləşən burun. Burunun sahillərini Yapon dənizinə daxil olan Amur körfəzinin suları yuyur. Burun 20 oktyabr 2006-cı ildə uzaq məsafələr üzrə gəmi kapitanı Anna Şetininanın şərəfinə adlandırılmışdır. O uzun zaman Dəniz Dövlət Universitetinə yaxın bu sahədə pedaqoji təlimlər keçmişdir. 2009-cu ildə onun şərəfinə Kamçatkada, Avaçi buxtasında yerləşən Adsız burnu adlandırmaq istəmişdilər. Ancaq dənizçilikdə təhlükəsizlik məqsədi ilə ondan imtina edilmişdir. == Mənbə == Постановление от 20 октября 2006 г.
Selina Markez
Selina Markez (d. 16 iyul 1999) — Salvadorlu üzgüçü. Selina Markez Salvadoru 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Selina Markez birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:22.73 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 30-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Şefika Kutluer
Şəfiqə Qutluər, Sehrli fleyta (Sihirli Flüt) ləqəbli Türkiyəli fleyta sənətkarıdır. Türkiyə Respublikası Dövlət Sənətkarıdır. 2010-cu ildən görə ki Şefika Kutluer adına Beynəlxalq Festivalı baş verir. Ankarada doğulmuşdur. Anası institut məzunu bir ev xanımıdır, atası Prizrəndən (bu günki Kosovo) köçmüş bir mağaza sahibkarıdır. Atasının dostu Ulvi Cemal Erkin sayəsində instrumental musiqi təhsilinə başlayıb. 1979-cu ildə Ankara Dövlət Konservatoriyasını bitirib. Müxtəlif müfakatların və kompakt disklərin sahibidir.
Normativ etika
Normativ etika — fəlsəfi intizam, mövcud əxlaq normalarını, əxlaqi təlimləri öyrənən etika bölməsidir. Nəzəri etikanın bir hissəsi - normalar elmidir. Normativ etikaya iki baxımdan baxıla bilər: idrak və qeyri-idrak. Eyni zamanda, qeyri-idrakçı bir mövqe baxımından normativ etika əxlaqi şüurun bir elementi kimi qiymətləndirilir və təsvir etikası əxlaq haqqında bilik olaraq buna qarşı çıxır. Koqnitiv baxımdan normativ etika əxlaqdan fərqlənmir və beləliklə, öz araşdırma obyekti olduğundan nizam və əxlaq haqqında biliklər qarışıqdır. Bəzi müasir idrak alimləri norma etikasının elmi nəzəriyyə kimi qəbul edilməməsi lazım olduğunu iddia edirlər, çünki onun mövzusu ciddi şəkildə ümumiləşdirilməyib sistemləşdirilə bilməz. == Normativ etika sahələri == Hər hansı bir rasionalistik əxlaq normativ etikanın, o cümlədən tətbiq olunan etikanın və konkret mənəvi təlimlərin sahələrindən biri sayıla bilər. === Tarixi istiqamətlər === ==== Stoaçılıq ==== Erkən ellinizm dövründə meydana gələn və qədim dünyanın sonuna qədər təsirini qoruyan bir fəlsəfi məktəb. Məktəb adını Stoa Poykile (yun. στοά ποικίλη, hərfən «boyalı portiko»), adından almışdır, burada stoaçılığın banisi olan Zenon Kitiyski əvvəlcə müstəqil müəllim kimi fəaliyyət göstərmişdir.
Pavel Setin
Pavel Vitalyeviç Setin (17 sentyabr 1988) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Pavel Setin 1988-ci il sentyabrın 17-də anadan olub. == Karyerası == 2012-ci ilin avqust ayında Pavel Setin Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Elçin Muradovun bələdçisi olan Pavel Setin 100 və 200 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməsə də, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Pavel Vitalyeviç Setin "Tərəqqi" medalı ilə təltif edildi.
Tibbi etika
Tibbi etika — tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi‐etik normalar toplusudur.
Tinka Kurti
Tinka Kurti (alb. Tinka Kurti; 17 dekabr 1932, Sarayevo) — alban əsilli aktrisa, Albaniya xalq artisti. İş təcrübəsi təxminən 60 ildir. 50-dən çox filmdə rol almış və 150-dən çox teatr əsərində rol oynamışdır. == Həyatı == Tinka Kurti Bosniya və Herseqovinanın (o zamanki Yuqoslaviyanın bir hissəsi) Sarayevo şəhərində qarışıq ailədə anadan olub: atası alban, anası macar idi. Ailənin ilk övladı olmuşdur. Uşaqlıqda ailəsi Albaniyanın şimalındakı Şkodra şəhərinə köçmüşdür. Şkodrada ömrünün çoxunu keçirmiş və teatr karyerasına başlamışdır. 1947-ci ildə Tinka incəsənət məktəbindən qovulur və ali təhsil ala bilmir. Sonra teatr sənəti ilə məşğul olmağa qərar verir.
Etika normaları
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Etika qaydaları
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Kordilyer-Betika dağları
Kordilyer-Betika və ya Əndəlüs dağları (isp. Cordilleras Béticas, Sistemas Béticos) - Cənubi İspaniyada Andalusiya əyalətində dağ sistemi . == Coğrafiyası == Aralıq dənizi sahillərindən 600 km uzanaraq Qibraltara və Kadis körfəzindən Valensiya körfəzinə qədər uzanır. Dağ sistemi bir sıra silsilə və massivdən ibarətdir. Ən hündür silsiləsi Sieera-Nevedadır.Bu silsilənin ən hündür hissəsində Mulasen yerləşir. Hündürlüyü 3478 m-dir. Bura ən hündür nöqtəsi İspaniyada, Piriney yarımadasında yerləşir. Kordilyer-Betikanın ikinci ən hündür nöqtəsi Alp dağlarının Avropa hissəsində yerləşir. Bu dağ başlanğıcını İspaniyanın ən böyük çaylarından olan Qvadalkivirdən götürür O burada Andaluz düzənliyinə qədər uzanır . == Landşaftları == Kordilyer-Betikanın dağ landşaftları yarımadanın əsas isti hissəsindən başlayır.